Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. (1) – (98)) — Roma filosofu, (yeni pifaqorçular) məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır.
Tianalı Apollonius | |
---|---|
Ἀπολλώνιος ὁ Τυανεύς | |
Doğum tarixi | təq. (15) |
Vəfat tarixi | təq. 100 |
Vəfat yeri |
|
Vəfat səbəbi | bilinmir |
İstiqaməti | (Neopifaqorçuluq) |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | (Pifaqor) |
Vikianbarda əlaqəli mediafayllar |
(Antik fəlsəfə) |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) (Orfizm) • (Homer) • (Hesiod) • (Ferekid) • (Yeddi yunan müdriki) • (Epixarm) |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) (Milet məktəbi) (Fales) • (Anaksimandr) • (Anaksimen) (Elea məktəbi) (Ksenofan) • (Parmenid) • (Eleyalı Zenon) • (Melissus) Müstəqil filosoflar (Heraklit) • (Anaksaqor) • (Empedokl) (Pifaqorçular) (Pifaqor) • (Filolaus) • (Hippas) • (Arxitas) • (Alkmeon) Qədim yunan atomçuları (Levkipp) • (Demokrit) (Sofistlər) "Böyük" sofistlər → (Protaqor) • (Prodikus) • (Qorqias) • (Hippias) "Kiçik" sofistlər → (Trasimaxus) • (Likofron) • (Kritius) • (Alkidamas)Klassik yunan fəlsəfəsi 1. (Sokrat) və (sokratçılar): 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) (Pirron) • (Enesidemus) • (Aqrippa) (Epikürçülük) (Epikür) • (Lukretius) Peripatetizm Platonizm Karneades • Kliptomaxus • Filon Larissalı '(Stoaçılıq)' Erkən dövr → (Kitiyalı Zenon) • (Xrisippus) • (Kleantes) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər (Sekst Empirik) (Stoaçılıq) (Seneka) • (Epiktet) • (Mark Avreli) • (Siseron) Peripatetizm (Afrodisialı Aleksandr) (Orta platonizm) (Alkinous) • • (Qalen) • (Plutarx) • (Maksim) • (Filon) • (Selsus) • (Teon) (Neoplatonizm) Roma məktəbi → (Ammonius Sakkas) • (Plotin) • (Porfirius) • (Amelius) Antik dini təlimlər Qnostisizm • (Hermetizm) • (Mitraizm) Erkən Xristian fəlsəfəsi (Klement) • (Origen) • (Avqustin Avrelius) • (Boesius) • (Saxta Dionisius Areopagit) |
Həyat yolu və fəaliyyəti
Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator (Domisianusun) dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.
Bir çox Roma filosofları Apolloniusun həyatını (İsa Məsihin) həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər. Hətta əslində İsanın elə Apollonius olduğunu iddia edənlər də olmuşdur. Bununla da, onlar xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada xristianlığı yayan həvari (Paulus) (Pavlos) və (Petrus) etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən Filostratus və Damis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi (Eusebius) “Həqiqət sözü” (lat. Philalethes logos) əsərini yazmışdır. Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.
Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.
Mənbə
- (Aydın Əlizadə). Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 237-239. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
- (Aydın Əlizadə). Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 237-239. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16.
- Maria Dzielska. Apollonius of Tyana in Legend and History, Roma 1986.
- Филострат Ф. Жизнь Аполлония Тианского, перевод и комментарии Е. Г. Рабинович, М.: Наука, 1985.
Həmçinin bax
- (Neopifaqorçuluq)
Xarici keçidlər
- Philostratus' Life of Apollonius of Tyana 2008-02-21 at the Wayback Machine
- Флавий Филострат: Жизнь Аполлония Таинского
- Tyanalı Apollon[ölü keçid]
İstinadlar
- Perseus Digital Library. 1987.
- Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, c. 393.
- Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, c. 393-394