Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) — antik dövrünün sonunda (I–V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meyilli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır.
Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər.
Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər.
Əsas müddəaları
Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır:
1. Ezoterizm. Bütün insanlar "maddi" (bədənlə bağlı olanlar), "ruhi" (psixiklər) və "mənəvi"lərə (pnevmatiklər) bölünürlər. Yalnız "mənəvi" insanlara əsl mistik biliyin (qnosisin) mahiyyəti açılır.
2. Dualizm: Bütün varlıq ikili şəkildə qəbul edilir, xeyrlə şər bir birinə qarşı substansional səviyyədə qoyulur. Bütün maddi aləm şərdir. O mənəviyyatın zindanıdır. Bu zindandan azad olub xeyrə qovuşma yalnız İlahi biliyə (qnosisə) malik olan insanlar tərəfindən həyata keçirilə bilər. Şərdən ayrılaraq qnostik öz mənəviyyatını həqiqi Tanrının bir hissəsi olduğunu duyur.
3. Maddi dünyanın Mütləqdə olan hansısa bir yanlışlıqdan yaranması. Bu səhv nəticəsində zülmət qüvvələri nurla dolu aləmlərə daxil olublar. Bu proses aşağıdakı qaydada baş verib: Tanrı olan doğulmamış Ata özünü 'eon' adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonların tamlığı İlahi tamlıq — pleromanı təşkil edir. Lakin eonların birinin təkəbbürü nəticəsində, o pleromadan ayrılır və bundan sonra kosmosun yaranması () baş verir, müxtəlif aləmlər yaranır. Ən alçaqda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. Qnostiklərin əksəriyyəti onları simalaşdırıb, onlara konkret şəxs kimi baxırdılar.
3. Maddiyyatdan xilas olmanın zəruriliyi. Pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına təkan verir. Bu eon İsadır və ya İsa ilə Xristosun cütlüyü. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir. Adətən İsanın bir bədənə malik olması aldadıcı, yalnız zahirən görünən hesab edilir (doketizm). Dünya hissəciklərinin hamısının pleromaya qayıtmasından sonra maddiyyat yenidən xaos halına qayıdacaq.
4. Zahidlik xilas olmanın şərtidir.
5. Tanrı bu dünyadan çox-çox uzaqlardadır. (transsendentdir). Onun təbiəti fərqlidir. Dünya isə ən aşağı dairələrdə yerləşən güclər tərəfindən yaradılıb. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında heç bir biliyə malik deyillər, Onun dərk edilməsi yolunda bir maneədirlər. Bu qüvvələrə arxontlar (hökmdarlar) deyilir.
6. Bütün kainat arxontlara tabedir. Onları bəzən Əhdi-Ətiqdə hallanan Tanrının adları ilə adlandırırlar (Savaof, Adonai və s.). Dünyanın ətrafında isə bir neçə kosmik dairələr vardır. Bu dairələri də arxontlar idarə edir. Dünyanın yaradılması işində arxontların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun "Timeus" (Timaeus) əsərində olduğu kimi "Demiurqosdur" (Demiurgos). Arxontların istibdadçı hakimiyyəti isə " hermogenus" (dünya taleyi) adlanır.
7. İnsan bədən, mənəviyyat () və ruhdan ibarətdir. Bədən və ruh dünyanın tərkib hissəsi olaraq hermagenusa tabedir. Hermogenus isə təbiət qanunlarıdır, lakin, eyni zamanda, insan cəmiyyətində o Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi nurun hissəciyidir, və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız zülməti yarıb, nura yönələrək xilas oluna bilər. Ölümdən sonra biliklə (qnosislə) qidalanmış mənəviyyat (pnevma) dairələri ən yuxarı dairələrə yüksəlir.
Xristian qnostisizmi
Qnostisizm antik dünyada xristianlıqdan öncə yayılmışdır. Lakin xristianlıq yayılmağa başlayanda qnostiklər onunla paralel fəaliyyət göstərirdilər, qarşılıqlı münasibətlər qururdular. Bunun nəticəsində xristian qnostisizmi yaranmışdır. Bundan öncə isə qnostisizm yəhudiliyə də yol tapmışdı.
Simon Maqın təlimi
Xristianlığı qəbul edən ilk qnostiklərdən biri Əhdi-Cədiddə adı çəkilən Simon Maq olmuşdur. Orada o cadugər kimi təsvir olunur. Bu adam həvari Petrusun əleyhdarı olub və Müqəddəs Ruhu pulla almaq istəyib. Hətta "Simoniya" sözü Simon Maqın adından yaranıb. Simoniya Xristianlıqda kilsə vəzifələrini pulla almaq adətinə deyilir. Bu adət bir zamanlar çox geniş yayılmışdı.
Xristian ənənəsində Simon bütün hereslərin (küfrlərin) atasıdır. Xristian tarixçilərinə görə, o tanrılıq iddiasında olub. Lion şəhərinin yepiskopu, qnostisizmin əleyhinə "Adversus haereses" (Hereslərin əleyhinə) kitabının yazarı İrineus (Irenaus) yazırdı ki, Simon özünü tanrı elan edərək, Helena adında bir qadını Tir şəhərinin fahişəxanasından pulla almışdır. Helena onu hər yerdə müşayət edirdi. Simon Helenanı özünün ilk təfəkkürü (yun. Ennoia) adlandırırdı.
Sonra Ennoia Atadan ayrılıb aşağı dairələrə enmişdir. Orada o, məlakələri yaratmışdı. Dünyanı yaradan qüvvələr də ondan yaranmışdı. Ata haqqında isə o qüvvələrin xəbəri yox idi. Sonra bu qüvvələr İlk təfəkkürü (Helenanı) əsir götürdülər və Atadan onu təcrid etdilər. Nəhayət onlar onu insan bədəninə saldılar. O da müvəqqəti olaraq nəsildən nəsilə müxtəlif insanların bədənlərində yaşayırdı. Helenanı bu əsarətdən xilas etmək üçün Ata özü yerə endi. Eyni zamanda o insanları da xilas etmək üçün gəldi.
Simonun ardıcılları magiya ilə məşğul olublar və əxlaqsız həyat tərzi sürüblər. Onları simonianlar adlandırırdılar.
Simon Maqın ideyalarına oxşar ideyalara Misirin Naq Həmmadi vadisində tapılmış qnostik apokriflərdə də rast gəlmək olar. Orada da Ali Tanrı öz Təfəkkürünü (Əqlini) doğur. Sonra o Əql dünyanı yaradır, lakin sonra yaratdığı qüvvələr tərəfindən əsir edilir.
Dositeus, Menandrosun və Kerintusun İsa mahiyyəti haqqında baxışları
Qnostiklərin İsa haqqında da maraqlı fikirləri var idi. Xristian qnostiki Dositus deyirdi ki, əslində Xristos olan xilaskar o özüdür. Digər bir Menandros adlı qnostik haqqında Yustinus xəbər verir. O da özünü insanlığın xilaskarı elan edib.
Kerintus (Cerinthus) deyirdi ki, bu dünya birinci Tanrı tərəfindən yaradılmamışdı. O ondan da qüdrətli bir qüvvə tərəfindən yaradılmışdır. İsa isə o qüvvənin yerə göndərilmiş nümayəndəsidir. O, Yusif və Məryəmın oğlu olub, möminlikdə hamıdan mükəmməl idi. İlahi ruh (Xristos) ona göyərçinin şəklində enib. Bundan sonra o Atanın adından möcüzələr edib. İlahi ruh (Xristos) onu tərk edəndən sonra İsa tək qalıb, onu incidib öldürüblər. Sonra isə o dirilib. Xristos isə incidilə bilməzdi, çünki onun başqa təbiəti vardır.
Karpokratın təlimi
Bu fikirlərə oxşar ideyaları ən məşhur qnostiklərdən biri olan Karpokrat da ifadə edirdi. O hesab edirdi ki, dünya Tanrıdan aşağıda yerləşən məlakələr tərəfindən yaradılıb. İsa isə Yusifin oğludur. Lakin onun mənəviyyatı o qədər uca və ali olub ki, o Atanın olduğu səmalar haqqında yaddaşını qoruyub saxlaya bilmişdir. Bu səbəbdən Ata ona bir qüvvə vermişdi. Bu qüvvə dünyanın keşiyində duran arxontlardan qorunub İsaya çatmışdı. Bu İlahi qüvvə İsanı ucaltmışdı. Arxontların təsirindən qurtulmuş hər bir insan da İsaya bənzər olur, hətta ondan da üca ola bilər.
Karpokrat və onun tələbələri hesab edirdilər ki, şər və xeyir anlayışlarını yalnız kamil olmayan insan düşüncəsi yaradır. Yüksəlmiş, əsl biliyə (qnosisə) malik insan hər bir əməldən keçməlidir və müxtəlif həyat tərzi keçirməlidir. Bunları etməsə, onun ruhu ölümündən sonra yenidən bədənə salınıb, dünyaya gələcək.
Karpokratçılarda maddi dünya ilə barışmazlıq bir tərəfdən tərkidünyalıqla, başqa tərəfdən isə əxlaqsızlıqla nəticələnir. Yəni dünyanın inkar edilməsi, onda mövcud olan qanunların da inkar edilməsi ilə nəticələnir.
Karpokratçılar həm də ruhların köçməsinə inanırdılar. Beləliklə bu təriqətə görə günah xilasa doğru aparan bir yoldur. Onların fikrincə, əgər pnevmatik hermagenosdan azaddırsa, onda dünyaya bağlı olan və onun realığını əks etdirən qanundan da azaddır.
Markionun yaradıcı və həqiqi Tanrılar haqqında təlimi
Qnostik ideyalara çox yaxın olan digər xristian heretiki Markionun (II əsr) fikrincə 2 Tanrı mövcuddur. Kiçik Tanrı olan Əhdi-Ətiq Tanrısı bu dünyanın yaradıcısıdır. O, ədalətlidir, lakin mərhəmətsizdir. Deməli o kamil deyil. Bu dünyanın yaradıcısından fərqli olaraq, məhəbbət və xeyir Tanrısı vardır. Onun var olması haqqında dünyanı yaradan Tanrının xəbəri yoxdur və onun haqqında məlumat Əhdi-Cədiddə vardır.
Əhdi-Ətiq ilə olan Tanrı haqqında Əhdi-Cədiddə ziddiyyətli məlumatları biri-birinə qarşı kəskin qoyan Markion öz fikirlərini "Antiteza" adlanan risaləsində yazmışdır. Məhəbbət Tanrısı haqqında bəyan edən şəxs İsadır. Ancaq onun tələbələri onu Əhdi-Ətiqin tanrısı ilə çaşdırıblar.
Rəsmi kilsə də bu yanlış yolla gedir. Bu səbəbdən Markion, Lukasın "düzəldilmiş" İncilini və Paulusun on məktubunu qəbul edərək, başqa Əhdi-Cədid kitablarını inkar edirdi. Onun fikrincə, maddiyyat şər olduğuna görə, xristianlar həyatlarını zahidlikdə keçirməlidirlər, evlənməməlidirlər. Yalnız yaradıcı Tanrını inkar edib, əsl Tanrını (Xristosu) qəbul edən adamlar xilas ola bilərlər.
Basilidin tanrılar savaşı haqqında təlimi
Ən tanınmış xristian qnostiklərindən biri Basilid olub. O, II əsrin birinci yarısında İsgəndəriyyədə yaşayıb. Vasilid eyni zamanda xristian ilahiyyatçısı idi. Onun əsərlərindən fraqmentlər İsgəndəriyyəli Klement və Origenusun kitablarında gətirilir. Onun fəlsəfi fikirləri haqqında isə İrineus və (Hippolytus) xəbər vermişdirlər.
İrineusa görə, Basilid hesab edirdi ki, Tanrı altı qüvvəni yaradıb, onlardan isə çoxlu sayda məlakələr əmələ gəlib. Bu iyerarxiyanın sonunda aşağıda duran qüvvələr var. Onlar bu dünyanı yaradıb. Bu qüvvələrin başında yəhudi Tanrısı durub. O, bütün dünyanı yəhudi xalqına tabe etmək istəyirdi. Buna görə də savaş başlandı. Bunu görən Ali Tanrı öz Əqlini (və yaxud Xristosu) dünyanı xilas etmək üçün yerə yolladı. Əslində Xristos yəhudiləri aldadmışdı. Onu edam etmək istəyən yəhudilər onun yerinə Xristosa oxşayan Kirenalı Simonu çarmıxa çəkmişdilər. Hippolit isə onun haqqında yazırdı ki, Tanrı hər bir varlıqdan üstündür. Bu səbəbdən ona varlıq demək olmaz. Dünya isə heç nədən yaranır, özü də heç nədir. O, yalnız hər şeyin imkanı, potensiyası, toxumudur. Beləliklə Hippolit tərəfindən xəbər verilən Basilidin fikirləri İrineusun xəbərlərindən fərqlidir.
Basilidə görə qnostik təlim insanın daxili təbiətinin oyanması ilə nəticələnir. İnsan heyvandan fərqlənməlidir, onun mənəviyyatı ucalara yüksəlməlidir. Qnosis insana öz həqiqi mahiyyətini bilməyə imkan yaradır.
Basilid ruhla mənəviyyat arasında fərqin olduğu haqqında danışırdı. Ruh əbədi olsa da, o yalnız mənəviyyatın yaşadığı bir qabığdır. İnsanın əsl "Məni" isə yalnız mənəviyyatdır. O Ali təbiətin bir parçası, toxumudur. Ruh həmişə bu dünyada yaşa-mağa məhkumdur, mənəviyyat isə onu tərk edə bilər.
Valentinin təlimi
Xristian qnostiklərindən daha bir tanınmış mütəfəkkiri Valentin (II əsr) olmuşdur. O hesab edirdi ki, bu dünya bir səhvin nəticəsində yaranıb. Bu səhvi düzəltmək isə qnostiklərin vəzifəsidir. Onlar bu dünyaya ölümə qalib gəlmək üçün gəliblər. Biliyin (qnosisin) "nuru" zülmətin "oduna" qarşı qoyulur. Bu od hər şeyin mahiyyətinə varıb və gün gələcək, o bütün dünyanı yandırıb məhv edəcək. Lakin İlahi nur onu qəbul etməyə hazır olan hər bir insanın qəlbində özünə yer edir, onu çirkabdan və şər qüvvələrdən təmizləyir. Bu halda insan özünün kim olduğunu dərk edir. Göründüyü kimi, Valentinusun təlimi bütün qnostiklərdə olduğu kimi, mistik xarakter daşıyır.
İsgəndəriyyəli Klement yazırdı ki, Valentinə görə maddi aləmin əsl Tanrıya heç bir aidiyyəti yoxdur. Onun nəticəsində dünyanı Demiurq yaratmışdır. Məhz onun haqqında Əhdi-Ətiqdə söhbət gedir, əsl yaradan Tanrıdan yox.
Simon Maqda olduğu kimi, Valentinin təlimində də qadın obrazı mühüm yer tutur. Onun adı Sofiyadır, və o, ikili təbiətə malikdir. O pleromaya aid olaraq Ali Tanrının, həm Əqli, həm də Eonudur. Eyni zamanda onda məmunsuzluq hissi var. Bu hissiyyat onu həm yuxarı, həm də aşağı dartır, və ona rahatlıq vermir. Onun vəzifəsi bu dünyada görünməyən Tanrını insanların qəlblərində açmaqdan ibarətdir. O, "rəssam qadın" adlandırılır.
Qnostisizmin rəsmi Xristianlığa təsiri
Erkən xristianlıq |
Yunandilli apologetika: Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika: Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar: |
Xristian ehkamlarının formalaşması Rəsmi kilsəyə qarşı duran təriqətlər: Rəsmi kilsə tərəfdarları: Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər: |
Latın qərbində Kilsə Ataları Boesius • Kassiodor • Avqustin Avrelius |
Qnostisizm rəsmi kilsə tərəfindən heres (küfr) kimi rədd edilmişdi. Lakin, buna baxmayaraq, bu təlimin rəsmi Xristian çox böyük təsiri olmuşdur. Qnostisizmə meyilli olan xristian icmaları və ilahiyyatçıları, İsanın ilahiləşdirilmiş obrazının yaradılmasında əhəmiyyətli rol oynamışdırlar.
Buna misal olaraq Əhdi-Cədidin 4-cü İncilindən Yəhya İncilini göstərmək olar. Bu İncilin ümumi məzmunu birinci üç İncillərdən (Markus, Matta, Lukas) fərqlidir. Orada İsa artıq insan kimi yox, yerə enmiş Tanrı kimi təsvir edilir. O dünya işlərindən, insan xüsusiyyətlərindən daha uca olan bir varlıqdır. O Atanın oğludur, insanlara xilas yolunu göstərmək üçün gəlmişdir və bu yolda könüllü olaraq ölümə gedib, ona iman gətirənlərin gunahlarını öz üzərinə götürmüşdür. İncilin əvvəlində o Loqos, yəni Tarının əbədi Sözü, adlandırılır. Beləliklə burada İsa — Tanrıdır. Hətta məlumdur ki, Yəhya İncilindən Valentinin ardıcılları daha da çox istifadə edirdilər.
Göründüyü kimi, bu İncildə yuxarıda göstərilən qnostik ideyalarla oxşarlıq çoxdur. Yəni uzaqlarda olan Ata, öz oğlunu (İsanı) yerə göndərir. İsanın mahiyyəti İlahidir, o adi insan deyil.
Lakin sonralar Kilsə xadimləri birinci üç İncillərdə olan İsanın insan obrazı ilə Yəhya İncilindəki İlahi obrazı arasındaki ziddiyyətləri həll etməyə cəhd etmişdi. Bu cəhdlərin nəticəsində, Kilsə Məclislərin qərarı ilə, İsanın həm insani, həm də İlahi mahiyyəti olduğu elan edildi.
Paulusun məktublarında da qnostik fikirlərə yaxın ideyalara rast gəlmək olar. Orada İsa şər qüvvələrə qalib gəlmək üçün dünya üzərinə enib. Pavlusu İsanın insan təbiəti maraqlandırmırdı. Məsələn, onun Korinflilərə I məktubunda (2: 11–16) 2012-03-04 at the Wayback Machine, qnostiklərdəki kimi, insanlar maddi, ruhi və mənəvilərə bölünürlər.
Mənbə
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 241-244. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16.
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 27-35. ISBN . 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 27-35. ISBN . 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Barnstone, Willis; Meyer, Marvin (2003). The Gnostic Bible. Shambhala Books. p. 880. *.
- Layton, Bentley (1987). The Gnostic Scriptures. SCM Press. pp. 526 pages. .
- Walker, Benjamin (1990). Gnosticism: Its History and Influence. Harper Collins. .
- Filoramo, Giovanni (1990). A History of Gnosticism. Oxford: Basil Blackwell. .
- . Гностицизм.(Гностическая религия). СПб.: "Лань", 1998.
- Гностицизм / История Античной эстетики. Итоги тысячелетнего развития. — История античной эстетики, том VIII, книги I и II. М.: "Искусство", 1992, 1994
- Историко-философские вопросы гностицизма (Наг-Хаммади, II, соч. 2, 3, 6, 7). М., 1979.
Həmçinin bax
İstinadlar
- Həvarilərin işləri 7: 5–24.
- Irenaeus, Adversus haereses I, 23: 1–4 2022-01-18 at the Wayback Machine // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A. D. 325. Volume I. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
- Naq Hammadi codex, II, 6; "Exegesis on the Soul"// The Naq hammadi Library in English 2022-08-24 at the Wayback Machine. Revized edition, San-Francisco, 1988, pp. 181–187.
- Justinus. Apologia I, 26, 4. (Magicians not trusted by Christians 2022-09-21 at the Wayback Machine)
- Irenaus, Adversus haereses I, 26 2022-01-18 at the Wayback Machine // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A. D. 325. Volume I. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885).
- Irenaus, Adversus haereses 2016-03-16 at the Wayback Machine I, 25.
- Irenaus, Adversus haereses 2016-03-16 at the Wayback Machine I, 24.
- Hippolytus, Refutatio VII, 20 2022-09-26 at the Wayback Machine.
- Clemens. Stromata 2010-01-11 at the Wayback Machine, IV, 89–94.
- Irenaeus. Adversus haereses 2016-03-16 at the Wayback Machine I, 29.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qnostisizm q yunanca gnwstikos biliyi qavrayan derk eden antik dovrunun sonunda I V esrlerde yaranmis ozunde xristianligin yunan felsefesinin ve bezi Serq dinlerinin ideyalarini birlesdirmis dualist sinkretik dini telimlerin umumilesmis adidir Ezoterikaya meyilli telimler olmusdur onun ardicillari iddia edirdiler ki onlara Tanri ve dunyanin sonu haqqinda gizli bilikler verilmisdir III esrde yaranan Mani dininin elece de mitraizmin tarixi kokleri de qnostisizmle baglidir Qnostisizmin yaranmasinin esas sebebini ellinizm dovrunde qedim yunan polislerinin tarix sehnesinden silinmesinde boyuk imperiyalarin yaranmasinda muxtelif medeniyyetlerin ve dini felsefi telimlerin bir biri ile qarismasinda esxatoloji axiret ehval ruhiyyesinde mistik enenelerin inkisafinda gorurler Meneviyyatlari inkisaf etmis ve qnosise beled olan adamlari pnevma tik adlandirirlar Pnevmatikler bu dunya ile barismaz mubarizededirler Esas muddealariButun qnostiklerin telimlerinde asagidaki muddealar vardir 1 Ezoterizm Butun insanlar maddi bedenle bagli olanlar ruhi psixikler ve menevi lere pnevmatikler bolunurler Yalniz menevi insanlara esl mistik biliyin qnosisin mahiyyeti acilir 2 Dualizm Butun varliq ikili sekilde qebul edilir xeyrle ser bir birine qarsi substansional seviyyede qoyulur Butun maddi alem serdir O meneviyyatin zindanidir Bu zindandan azad olub xeyre qovusma yalniz Ilahi biliye qnosise malik olan insanlar terefinden heyata kecirile biler Serden ayrilaraq qnostik oz meneviyyatini heqiqi Tanrinin bir hissesi oldugunu duyur 3 Maddi dunyanin Mutleqde olan hansisa bir yanlisliqdan yaranmasi Bu sehv neticesinde zulmet quvveleri nurla dolu alemlere daxil olublar Bu proses asagidaki qaydada bas verib Tanri olan dogulmamis Ata ozunu eon adlandirilan varliqlarda tezahur edir Bu eonlar esasen cutluklerden ibaretdir Eonlarin tamligi Ilahi tamliq pleromani teskil edir Lakin eonlarin birinin tekebburu neticesinde o pleromadan ayrilir ve bundan sonra kosmosun yaranmasi bas verir muxtelif alemler yaranir En alcaqda yerlesen alem ise bizim yasadigimiz dunyadir Qnostiklerin ekseriyyeti onlari simalasdirib onlara konkret sexs kimi baxirdilar 3 Maddiyyatdan xilas olmanin zeruriliyi Pleroma oz tamligini berpa etmek isteyir Bu ise yeni eonun yaranmasina tekan verir Bu eon Isadir ve ya Isa ile Xristosun cutluyu O bu dunyaya enir ve secilmis menevi cehetden yukselmis insanlara heqiqi biliyin qnosisin ne oldugunu oyredir Adeten Isanin bir bedene malik olmasi aldadici yalniz zahiren gorunen hesab edilir doketizm Dunya hisseciklerinin hamisinin pleromaya qayitmasindan sonra maddiyyat yeniden xaos halina qayidacaq 4 Zahidlik xilas olmanin sertidir 5 Tanri bu dunyadan cox cox uzaqlardadir transsendentdir Onun tebieti ferqlidir Dunya ise en asagi dairelerde yerlesen gucler terefinden yaradilib Onlar Tanri terefinden yaradilsa da onun haqqinda hec bir biliye malik deyiller Onun derk edilmesi yolunda bir maneedirler Bu quvvelere arxontlar hokmdarlar deyilir 6 Butun kainat arxontlara tabedir Onlari bezen Ehdi Etiqde hallanan Tanrinin adlari ile adlandirirlar Savaof Adonai ve s Dunyanin etrafinda ise bir nece kosmik daireler vardir Bu daireleri de arxontlar idare edir Dunyanin yaradilmasi isinde arxontlarin en boyuyunun mustesna rolu vardir Onun adi Platonun Timeus Timaeus eserinde oldugu kimi Demiurqosdur Demiurgos Arxontlarin istibdadci hakimiyyeti ise hermogenus dunya taleyi adlanir 7 Insan beden meneviyyat ve ruhdan ibaretdir Beden ve ruh dunyanin terkib hissesi olaraq hermagenusa tabedir Hermogenus ise tebiet qanunlaridir lakin eyni zamanda insan cemiyyetinde o Musaya verilmis yehudi qanunudur Ruhun icinde yasayan meneviyyat ise Ilahi nurun hisseciyidir ve o zindanda saxlanilir Esaretde olan meneviyyat pleromadan tecrid olunub ve ozunu onun hissesi kimi derk etmir Onun dircelmesi ise bilik qnosis vasitesile elde edile biler Insan yalniz zulmeti yarib nura yonelerek xilas oluna biler Olumden sonra bilikle qnosisle qidalanmis meneviyyat pnevma daireleri en yuxari dairelere yukselir Xristian qnostisizmiQnostisizm antik dunyada xristianliqdan once yayilmisdir Lakin xristianliq yayilmaga baslayanda qnostikler onunla paralel fealiyyet gosterirdiler qarsiliqli munasibetler qururdular Bunun neticesinde xristian qnostisizmi yaranmisdir Bundan once ise qnostisizm yehudiliye de yol tapmisdi Simon Maqin telimi Xristianligi qebul eden ilk qnostiklerden biri Ehdi Cedidde adi cekilen Simon Maq olmusdur Orada o caduger kimi tesvir olunur Bu adam hevari Petrusun eleyhdari olub ve Muqeddes Ruhu pulla almaq isteyib Hetta Simoniya sozu Simon Maqin adindan yaranib Simoniya Xristianliqda kilse vezifelerini pulla almaq adetine deyilir Bu adet bir zamanlar cox genis yayilmisdi Xristian enenesinde Simon butun hereslerin kufrlerin atasidir Xristian tarixcilerine gore o tanriliq iddiasinda olub Lion seherinin yepiskopu qnostisizmin eleyhine Adversus haereses Hereslerin eleyhine kitabinin yazari Irineus Irenaus yazirdi ki Simon ozunu tanri elan ederek Helena adinda bir qadini Tir seherinin fahisexanasindan pulla almisdir Helena onu her yerde musayet edirdi Simon Helenani ozunun ilk tefekkuru yun Ennoia adlandirirdi Sonra Ennoia Atadan ayrilib asagi dairelere enmisdir Orada o melakeleri yaratmisdi Dunyani yaradan quvveler de ondan yaranmisdi Ata haqqinda ise o quvvelerin xeberi yox idi Sonra bu quvveler Ilk tefekkuru Helenani esir goturduler ve Atadan onu tecrid etdiler Nehayet onlar onu insan bedenine saldilar O da muveqqeti olaraq nesilden nesile muxtelif insanlarin bedenlerinde yasayirdi Helenani bu esaretden xilas etmek ucun Ata ozu yere endi Eyni zamanda o insanlari da xilas etmek ucun geldi Simonun ardicillari magiya ile mesgul olublar ve exlaqsiz heyat terzi surubler Onlari simonianlar adlandirirdilar Simon Maqin ideyalarina oxsar ideyalara Misirin Naq Hemmadi vadisinde tapilmis qnostik apokriflerde de rast gelmek olar Orada da Ali Tanri oz Tefekkurunu Eqlini dogur Sonra o Eql dunyani yaradir lakin sonra yaratdigi quvveler terefinden esir edilir Dositeus Menandrosun ve Kerintusun Isa mahiyyeti haqqinda baxislari Qnostiklerin Isa haqqinda da maraqli fikirleri var idi Xristian qnostiki Dositus deyirdi ki eslinde Xristos olan xilaskar o ozudur Diger bir Menandros adli qnostik haqqinda Yustinus xeber verir O da ozunu insanligin xilaskari elan edib Kerintus Cerinthus deyirdi ki bu dunya birinci Tanri terefinden yaradilmamisdi O ondan da qudretli bir quvve terefinden yaradilmisdir Isa ise o quvvenin yere gonderilmis numayendesidir O Yusif ve Meryemin oglu olub mominlikde hamidan mukemmel idi Ilahi ruh Xristos ona goyercinin seklinde enib Bundan sonra o Atanin adindan mocuzeler edib Ilahi ruh Xristos onu terk edenden sonra Isa tek qalib onu incidib oldurubler Sonra ise o dirilib Xristos ise incidile bilmezdi cunki onun basqa tebieti vardir Karpokratin telimi Bu fikirlere oxsar ideyalari en meshur qnostiklerden biri olan Karpokrat da ifade edirdi O hesab edirdi ki dunya Tanridan asagida yerlesen melakeler terefinden yaradilib Isa ise Yusifin ogludur Lakin onun meneviyyati o qeder uca ve ali olub ki o Atanin oldugu semalar haqqinda yaddasini qoruyub saxlaya bilmisdir Bu sebebden Ata ona bir quvve vermisdi Bu quvve dunyanin kesiyinde duran arxontlardan qorunub Isaya catmisdi Bu Ilahi quvve Isani ucaltmisdi Arxontlarin tesirinden qurtulmus her bir insan da Isaya benzer olur hetta ondan da uca ola biler Karpokrat ve onun telebeleri hesab edirdiler ki ser ve xeyir anlayislarini yalniz kamil olmayan insan dusuncesi yaradir Yukselmis esl biliye qnosise malik insan her bir emelden kecmelidir ve muxtelif heyat terzi kecirmelidir Bunlari etmese onun ruhu olumunden sonra yeniden bedene salinib dunyaya gelecek Karpokratcilarda maddi dunya ile barismazliq bir terefden terkidunyaliqla basqa terefden ise exlaqsizliqla neticelenir Yeni dunyanin inkar edilmesi onda movcud olan qanunlarin da inkar edilmesi ile neticelenir Karpokratcilar hem de ruhlarin kocmesine inanirdilar Belelikle bu teriqete gore gunah xilasa dogru aparan bir yoldur Onlarin fikrince eger pnevmatik hermagenosdan azaddirsa onda dunyaya bagli olan ve onun realigini eks etdiren qanundan da azaddir Naq Hemmadide tapilmis qnostik elyazmalarMarkionun yaradici ve heqiqi Tanrilar haqqinda telimi Qnostik ideyalara cox yaxin olan diger xristian heretiki Markionun II esr fikrince 2 Tanri movcuddur Kicik Tanri olan Ehdi Etiq Tanrisi bu dunyanin yaradicisidir O edaletlidir lakin merhemetsizdir Demeli o kamil deyil Bu dunyanin yaradicisindan ferqli olaraq mehebbet ve xeyir Tanrisi vardir Onun var olmasi haqqinda dunyani yaradan Tanrinin xeberi yoxdur ve onun haqqinda melumat Ehdi Cedidde vardir Ehdi Etiq ile olan Tanri haqqinda Ehdi Cedidde ziddiyyetli melumatlari biri birine qarsi keskin qoyan Markion oz fikirlerini Antiteza adlanan risalesinde yazmisdir Mehebbet Tanrisi haqqinda beyan eden sexs Isadir Ancaq onun telebeleri onu Ehdi Etiqin tanrisi ile casdiriblar Resmi kilse de bu yanlis yolla gedir Bu sebebden Markion Lukasin duzeldilmis Incilini ve Paulusun on mektubunu qebul ederek basqa Ehdi Cedid kitablarini inkar edirdi Onun fikrince maddiyyat ser olduguna gore xristianlar heyatlarini zahidlikde kecirmelidirler evlenmemelidirler Yalniz yaradici Tanrini inkar edib esl Tanrini Xristosu qebul eden adamlar xilas ola bilerler Basilidin tanrilar savasi haqqinda telimi En taninmis xristian qnostiklerinden biri Basilid olub O II esrin birinci yarisinda Isgenderiyyede yasayib Vasilid eyni zamanda xristian ilahiyyatcisi idi Onun eserlerinden fraqmentler Isgenderiyyeli Klement ve Origenusun kitablarinda getirilir Onun felsefi fikirleri haqqinda ise Irineus ve Hippolytus xeber vermisdirler Irineusa gore Basilid hesab edirdi ki Tanri alti quvveni yaradib onlardan ise coxlu sayda melakeler emele gelib Bu iyerarxiyanin sonunda asagida duran quvveler var Onlar bu dunyani yaradib Bu quvvelerin basinda yehudi Tanrisi durub O butun dunyani yehudi xalqina tabe etmek isteyirdi Buna gore de savas baslandi Bunu goren Ali Tanri oz Eqlini ve yaxud Xristosu dunyani xilas etmek ucun yere yolladi Eslinde Xristos yehudileri aldadmisdi Onu edam etmek isteyen yehudiler onun yerine Xristosa oxsayan Kirenali Simonu carmixa cekmisdiler Hippolit ise onun haqqinda yazirdi ki Tanri her bir varliqdan ustundur Bu sebebden ona varliq demek olmaz Dunya ise hec neden yaranir ozu de hec nedir O yalniz her seyin imkani potensiyasi toxumudur Belelikle Hippolit terefinden xeber verilen Basilidin fikirleri Irineusun xeberlerinden ferqlidir Qnostik elyazmanin numunesi Peter incili Basilide gore qnostik telim insanin daxili tebietinin oyanmasi ile neticelenir Insan heyvandan ferqlenmelidir onun meneviyyati ucalara yukselmelidir Qnosis insana oz heqiqi mahiyyetini bilmeye imkan yaradir Basilid ruhla meneviyyat arasinda ferqin oldugu haqqinda danisirdi Ruh ebedi olsa da o yalniz meneviyyatin yasadigi bir qabigdir Insanin esl Meni ise yalniz meneviyyatdir O Ali tebietin bir parcasi toxumudur Ruh hemise bu dunyada yasa maga mehkumdur meneviyyat ise onu terk ede biler Valentinin telimi Xristian qnostiklerinden daha bir taninmis mutefekkiri Valentin II esr olmusdur O hesab edirdi ki bu dunya bir sehvin neticesinde yaranib Bu sehvi duzeltmek ise qnostiklerin vezifesidir Onlar bu dunyaya olume qalib gelmek ucun gelibler Biliyin qnosisin nuru zulmetin oduna qarsi qoyulur Bu od her seyin mahiyyetine varib ve gun gelecek o butun dunyani yandirib mehv edecek Lakin Ilahi nur onu qebul etmeye hazir olan her bir insanin qelbinde ozune yer edir onu cirkabdan ve ser quvvelerden temizleyir Bu halda insan ozunun kim oldugunu derk edir Gorunduyu kimi Valentinusun telimi butun qnostiklerde oldugu kimi mistik xarakter dasiyir Isgenderiyyeli Klement yazirdi ki Valentine gore maddi alemin esl Tanriya hec bir aidiyyeti yoxdur Onun neticesinde dunyani Demiurq yaratmisdir Mehz onun haqqinda Ehdi Etiqde sohbet gedir esl yaradan Tanridan yox Simon Maqda oldugu kimi Valentinin teliminde de qadin obrazi muhum yer tutur Onun adi Sofiyadir ve o ikili tebiete malikdir O pleromaya aid olaraq Ali Tanrinin hem Eqli hem de Eonudur Eyni zamanda onda memunsuzluq hissi var Bu hissiyyat onu hem yuxari hem de asagi dartir ve ona rahatliq vermir Onun vezifesi bu dunyada gorunmeyen Tanrini insanlarin qelblerinde acmaqdan ibaretdir O ressam qadin adlandirilir Qnostisizmin resmi Xristianliga tesiriErken xristianliqXristianligin yaranmasiPatristikaApologetika Yunandilli apologetika Yustin Tatian Afinoqor Teofil Latindilli apologetika Minusius Feliks Arnobius Laktansius Tertullian Qnostiklere qarsi olanlar Irineus Lionlu Ippolit Romali Iskenderiyye ilahiyyat mektebi Klement OrigenXristian ehkamlarinin formalasmasi Resmi kilseye qarsi duran teriqetler Arianliq Donatizm Resmi kilse terefdarlari Atanasius Ioann Xrisostom Saxta Dionisius Kappadokiyali kilse atalari Basil Qeyseriyyeli Qriqor Nazianzen Nissali Qriqori Xristoloji mubahiseler sebebile ayrilan teriqetler Nestorianliq Monofizitizm Monofelitlik Ikonomaxiya Ekumenik Kilse Meclisleri Latin qerbinde Kilse Atalari Boesius Kassiodor Avqustin Avrelius Iyeronim Stridonlu Ilarius PiktaviyaliXristian mistisizmi Xristian rahibliyi IsihazmSerq ve Qerb kilselerinin aralanmasiXristian simvolikasi Qnostisizm resmi kilse terefinden heres kufr kimi redd edilmisdi Lakin buna baxmayaraq bu telimin resmi Xristian cox boyuk tesiri olmusdur Qnostisizme meyilli olan xristian icmalari ve ilahiyyatcilari Isanin ilahilesdirilmis obrazinin yaradilmasinda ehemiyyetli rol oynamisdirlar Buna misal olaraq Ehdi Cedidin 4 cu Incilinden Yehya Incilini gostermek olar Bu Incilin umumi mezmunu birinci uc Incillerden Markus Matta Lukas ferqlidir Orada Isa artiq insan kimi yox yere enmis Tanri kimi tesvir edilir O dunya islerinden insan xususiyyetlerinden daha uca olan bir varliqdir O Atanin ogludur insanlara xilas yolunu gostermek ucun gelmisdir ve bu yolda konullu olaraq olume gedib ona iman getirenlerin gunahlarini oz uzerine goturmusdur Incilin evvelinde o Loqos yeni Tarinin ebedi Sozu adlandirilir Belelikle burada Isa Tanridir Hetta melumdur ki Yehya Incilinden Valentinin ardicillari daha da cox istifade edirdiler Gorunduyu kimi bu Incilde yuxarida gosterilen qnostik ideyalarla oxsarliq coxdur Yeni uzaqlarda olan Ata oz oglunu Isani yere gonderir Isanin mahiyyeti Ilahidir o adi insan deyil Lakin sonralar Kilse xadimleri birinci uc Incillerde olan Isanin insan obrazi ile Yehya Incilindeki Ilahi obrazi arasindaki ziddiyyetleri hell etmeye cehd etmisdi Bu cehdlerin neticesinde Kilse Meclislerin qerari ile Isanin hem insani hem de Ilahi mahiyyeti oldugu elan edildi Paulusun mektublarinda da qnostik fikirlere yaxin ideyalara rast gelmek olar Orada Isa ser quvvelere qalib gelmek ucun dunya uzerine enib Pavlusu Isanin insan tebieti maraqlandirmirdi Meselen onun Korinflilere I mektubunda 2 11 16 2012 03 04 at the Wayback Machine qnostiklerdeki kimi insanlar maddi ruhi ve menevilere bolunurler MenbeAydin Elizade Antik felsefe tarixi PDF 3 sayli Baki Metbeesi ASC 2016 s 241 244 ISBN 5 89968 061 X 2016 tarixinde PDF Istifade tarixi 2016 08 16 Aydin Elizade PDF Baki Ebilov Zeynalov ve qardaslar 2007 s 27 35 ISBN 5 87459 013 7 2016 08 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2016 08 16 EdebiyyatAydin Elizade PDF Baki Ebilov Zeynalov ve qardaslar 2007 s 27 35 ISBN 5 87459 013 7 2016 08 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2016 08 16 Barnstone Willis Meyer Marvin 2003 The Gnostic Bible Shambhala Books p 880 ISBN 1 57062 242 6 Layton Bentley 1987 The Gnostic Scriptures SCM Press pp 526 pages ISBN 0 334 02022 0 Walker Benjamin 1990 Gnosticism Its History and Influence Harper Collins ISBN 1 85274 057 4 Filoramo Giovanni 1990 A History of Gnosticism Oxford Basil Blackwell ISBN 978 0631187073 Gnosticizm Gnosticheskaya religiya SPb Lan 1998 Gnosticizm Istoriya Antichnoj estetiki Itogi tysyacheletnego razvitiya Istoriya antichnoj estetiki tom VIII knigi I i II M Iskusstvo 1992 1994 Istoriko filosofskie voprosy gnosticizma Nag Hammadi II soch 2 3 6 7 M 1979 Hemcinin baxManixeizm Mitraizm Neoplatonizm Neopifaqorculuq Pifaqorcular mektebi Hermetizm XristianliqIstinadlarHevarilerin isleri 7 5 24 Irenaeus Adversus haereses I 23 1 4 2022 01 18 at the Wayback Machine Ante Nicene Fathers The Writings of the Fathers Down to A D 325 Volume I T amp T Clark Edinburg WM B Eerdmans Publishing Company Grand Rapids Michigan 1885 Naq Hammadi codex II 6 Exegesis on the Soul The Naq hammadi Library in English 2022 08 24 at the Wayback Machine Revized edition San Francisco 1988 pp 181 187 Justinus Apologia I 26 4 Magicians not trusted by Christians 2022 09 21 at the Wayback Machine Irenaus Adversus haereses I 26 2022 01 18 at the Wayback Machine Ante Nicene Fathers The Writings of the Fathers Down to A D 325 Volume I T amp T Clark Edinburg WM B Eerdmans Publishing Company Grand Rapids Michigan 1885 Irenaus Adversus haereses 2016 03 16 at the Wayback Machine I 25 Irenaus Adversus haereses 2016 03 16 at the Wayback Machine I 24 Hippolytus Refutatio VII 20 2022 09 26 at the Wayback Machine Clemens Stromata 2010 01 11 at the Wayback Machine IV 89 94 Irenaeus Adversus haereses 2016 03 16 at the Wayback Machine I 29