Antihitler koalisiyası
Antihitler koalisiyası (ing. Allies of World War II) - İkinci dünya müharibəsi zamanı (1939-45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.
Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu
Ümumi məlumat
Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu Antihitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində Antihitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri U.Çörçill, iyunun 24-də isə ABŞ prezidenti F.Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Antihitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) Antihitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində Antihitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra Antihitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində Antihitler koalisiyasının fəaliyyəti dayandırıldı.
Polşanın işğalından sonra
- Polşa - 1 sentyabr 1939
- Avstraliya - 3 sentyabr 1939
- Böyük Britaniya - 3 sentyabr 1939
- Fransa - 3 sentyabr 1939
- Yeni Zelandiya - 3 sentyabr 1939
- Nepal - 4 sentyabr 1939
- CAR - 6 sentyabr 1939
- Kanada - 10 senytabr 1939
Qəribə müharibədən sonra
- Norveç - 9 aprel 1940
- Belçika - 10 may 1940
- Lüksemburq - 10 may 1940
- Niderland - 10 may 1940
- Yunanıstan - 28 oktyabr 1940
- Yuqoslaviya - 6 aprel 1941
Barbarossa əməliyyatından sonra
Pyörl-Harbora hücumundan sonra
- ABŞ - 7 dekabr 1941
- Filippin - 8 dekabr 1941
- Panama - 7 dekabr 1941
- Kosta-Rika - 8 dekabr 1941
- Dominikan Respublikası - 8 dekabr 1941
- Salvador - 8 dekabr 1941
- Haiti - 8 dekabr 1941
- Honduras - 8 dekabr 1941
- Nikaraqua - 8 dekabr 1941
- ÇXR - 9 dekabr 1941
- Qvatemala - 9 dekabr 1941
- Kuba - 9 dekabr 1941
Birləşmiş Millətlərin deklarasiyasından sonra
- Meksika - 22 may 1942
- Braziliya - 22 avqust 1942
- Efiopiya - 14 dekabr 1942
- Boliviya - 7 aprel 1943
- Kolumbiya - 26 iyul 1943
- İran - 9 sentyabr 1943
- Liberiya - 27 yanvar 1944
- Peru - 12 fevral 1944
Normandiya əməliyyatından sonra
- Rumıniya - 23 avqust 1944
- Bolqarıstan - 8 sentyabr 1944
- Tailand - 1944
- San-Marino - 21 sentyabr 1944
- Macarıstan - 20 yanvar 1945
- Ekvador - 2 fevral 1945
- Paraqvay - 7 fevral 1945
- Uruqvay - 15 fevral 1945
- Venesuela - 15 fevral 1945
- Türkiyə - 23 fevral 1945
- Misir - 24 fevral 1945
- Livan - 24 fevral 1945
- Suriya - 27 fevral 1945
- Səudiyyə Ərəbistanı - 1 mart 1945
- Argentina - 3 mart 1945
- Finlandiya - 27 mart 1945
- Çili - 11 aprel 1945
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 539. ISBN 978-9952-441-02-4. (#script_parameter)
- Weinberg, Gerhard L. (2005) A World at Arms: A Global History of World War II (2nd ed.). Cambridge University Press. pp. 6.
- Morgan, Kenneth (2012). Australia: A Very Short Introduction. Oxford: Oxford University Press. 89. ISBN 9780199589937.
- ↑ "1939: Britain and France declare war on Germany". BBC. İstifadə tarixi: 17 February 2015.
- Connelly, Mark (2012). The IRA on Film and Television: A History. McFarland. 68. ISBN 9780786489619.
- Weinberg, Gerhard L. (2005). A World at Arms: A Global History of World War II. Cambridge University Press. 65. ISBN 9780521618267.
- 'New Zealand declares war on Germany', URL: http://www.nzhistory.net.nz/new-zealand-declares-war-on-germany, (Ministry for Culture and Heritage), updated 14-Oct-2014
- Selley, Ron; Cocks, Kerrin (2014). I Won't Be Home Next Summer: Flight Lieutenant R.N. Selley DFC (1917Ð1941). Pinetown: 30 Degrees South Publishers. 89. ISBN 9781928211198.
- ↑ Martin, Chris (2011). World War II: The Book of Lists. Stroud: The History Press. 8–11. ISBN 9780752467047.
- Kluckhohn, Frank L. (8 December 1941). "U.S. Declares War, Pacific Battle Widens". The New York Times: 1.
- Dear and Foot, Oxford Companion to World War II pp 878-9