Wikipedia
27 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
27 fevral — Qriqorian təqvimi ilə ilin 58-ci günü.
Əhəmiyyətli hadisələr
- 1700 — İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib.
- 1800 — İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib.
Dünyada olan hadisələr
- 425 — İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib.
- 1617 — Rus-İsveç müharibəsi rusların qələbəsi ilə başa çatıb.
- 1626 — Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.
- 1794 — Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər.
- 1825 — Aleksandr Puşkinin "Yevgeni Onegin" romanının ilk fəsli nəşr olunub.
- 1844 — Dominikan Respublikası müstəqillik əldə edib.
- 1899 — Birmada ilk dəmir yolu – Rangun-Mandalay açılıb.
- 1900 — Bayern Münhen futbol klubu təşkil edilib.
- 1905 — Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib.
- 1933 — Reyxstaq yandırılıb.
- 1939 — Leninin arvadı Nadejda Krupskaya vəfat edib.
- 1943 — ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub.
- 1948 — Çexoslovakiyada Kommunist Partiyası hakimiyyətə gəlib.
- 1952 — BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib.
- 1988 — İran və İraq arasında "şəhərlərin müharibəsi" yenidən başlayıb.
- 1991 — Küveyt şəhəri İraq qoşunlarından azad olunub.
Azərbaycanda olan hadisələr
- 1988 — Ermənilər Sumqayıt şəhərində iğtişaş törədib.
- 1998 — Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurmuşdur.
- 2003 — Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
Doğumlar
- 1807 — Nataniel Hotorn - Amerika yazıçısı
- 1902 — Con Steynbek – Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (ö. 20 dekabr 1968).
- 1928 — İsrailin baş naziri Ariel Şaron anadan olub.
- 1932 — Amerikan aktrisası Elizabet Teylor anadan olub.
Ölümlər
- 1936 — Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov vəfat edib.
- 1993 — Lillian Qiş
- 2016 – Fərəcullah Sələhşur – İran kinorejissoru.
Bayramlar və xüsusi günlər
Beynəlxalq Rəssamlar Günü
Beynəlxalq Qütb ayıları günü
Vyetnamda Həkimlər günü
Dominikan Respublikasında Milli Müstəqillik günü
