Wikipedia
1 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
1 yanvar — Qriqorian təqvimi ilə ilin 1-ci günü.
Əhəmiyyətli hadisələr
- 630 — Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar Məkkə şəhərinə yürüş etmiş və şəhəri döyüşsüz almışlar
- 1515 — I Fransisk Fransada taxt-taca sahib olur
- 1651 — II Çarlz Şotlandiya kralı olur
- 1707 — V Con Portuqaliya kralı olur
- 1801 — İrlandiya Krallığı Böyük Britaniya Krallığı ilə formal olaraq birləşmişdir
- 1810 — Laçlan Makkuer Yeni Cənubi Uelsin qubernatoru olmuşdur
- 1959 — Kuba üsyançıları Fidel Kastro rəhbərliyi ilə Havananı ələ keçirmiş, prezident Fulxensio Batista Dominikan Respublikasına qaçmışdır
- 1929 — SSRİ rəhbərliyi Azərbaycanda ərəb qrafikalı əlifbanın istifadəsinə qadağa qoymuşdur
- 1993 — Euronews kanalı Fransanın Lion şəhərində ilk dəfə yayıma başlamışdır
- 1995 — Dünya Ticarət Təşkilatı yaradılmışdır
- 2007 — BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərini icra etməyə başlayıb
- 2007 — Rumıniya Avropa Birliyinə üzv olub
- 2007 — Bəylik Dərsi filmi ilk dəfə ekranlara çıxıb
- 2017 — Gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. Terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır
- 2021 — Timişoara, Elefsis və Novi Sad Avropanın mədəniyyət paytaxtı oldu. Ancaq COVİD-19 koronavirus pandemiyasına görə təxirə salındı
Azərbaycanda olan hadisələr
- 1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
- 1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü.
- 1896 - neft ustası kimi tanınan Ağa Nemətulla Sərab şəhərində doğulub.
- 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
- 1934- həftəlik «Ədəbiyyat qəzeti»nin ilk sayı çapdan çıxıb.
- 1937 - Tanınmış aktyor, əməkdar artist Eldəniz Zeynalov anadan olub.
- 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
- 1947 - Xalq artisti Mikayıl Mirzə Şamaxı rayonunda doğulub.
- 1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.
Doğumlar
- 765 — İmam Rza - şiələrin 8-ci imamı
- 1924 — Vaqif Vəliyev - ədəbiyyatşünas, professor
- 1927 — Əsgər Abdullayev - avtomatika sahәsindә alim
- 1937 — Eldəniz Zeynalov - aktyor
- 1944 — Ömər əl-Bəşir - keçmiş Sudan prezidenti
- 1945 — Röya Tağıyeva - sənətşünaslıq elmləri doktoru
- 1946 — Elxan Məmmədli - filologiya elmləri namizədi
- 1947 — Mikayıl Mirzə - aktyor, ssenarist
- 1948 — Dövlət Bağçalı - türk siyasətçi
- 1957 — Nizami Abbas - rejissor, operator.
- 1962 — Əhməd Şəfəq - türk müğənni
- 1976 — Şərif Ağayar - şair, yazıçı
Ölümlər
- 1894 — Henrix Hers - alman fizik
- 1966 — Vensan Oriol - keçmiş Fransa Prezidenti
- 2017
- Aleksandr Çuçelov - yelkənli qayıqçı
- Talat Tunçalp - Türkiyəli keçmiş professional velosiped yarışçısı
- Emmanuel Niyonkuru - Burundili siyasətçi
- Entoni Atkinson - britaniyalı iqtisadçı
- Derek Parfit - ingilis filosof
- Karl Gerstner - İsveçrəli poliqrafik tərtibatı rəssamı
- 2021
- Məmməd Fətəliyev - tarix elmləri doktoru, professor
- Corc Uaytmor - amerikalı alpinist
- Misbah Yəzdi - iranlı islam alimi, müctəhid
- Sun Qialou - çinli aktrisa, model
Bayramlar və xüsusi günlər
Beynəlxalq
- Yeni İl Bayramı
- Sülh günü
Milli
- Kuba, Azadlıq günü.
- Kamerun, Müstəqillik günü.
- Tanzaniya, Ağac əkimi günü.
- Estoniya, Avro günü.
- Litva, Litva bayrağı günü
- Slovakiya, Slovakiya Respublikasının yaranması günü
- Çexiya, Müstəqil Çexiya dövlətinin yaranması günü.