Wikipedia
8 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
8 sentyabr — ilin 251-ci günü (uzun illərdə 252-ci). İlin sonuna 114 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 70 — İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.
- 1331 — Stefan Duşan özünü Serbiya kralı elan etdi.
- 1296 — Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyuldu. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkildi. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir.
- 1380 — Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğratdılar.
- 1504 — Mikelancelo (Michelangelo di Lodovico Buonarroti Simoni) "David" heykəlini tamamladı.
- 1514 — Orşa döyüşü. Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub etdilər.
- 1522 — Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatdı. Magellan özü yolda vəfat etmiş, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıtmış, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalmışdı.
- 1529 — Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.
- 1604 — Hacı Mustafa Sunullah Əfəndi üçüncü dəfə Osmanlı imperiyasının şeyxülislamı seçildi.
- 1605 — Vişeqrad qalası Osmanlı ordusu tərəfindən ələ keçirildi.
- 1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.
- 1664 — Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirildi və sonradan Nyu-York adlandırıldı.
- 1831 — Varşava döyüşü. Varşava rus ordusu tərəfindən ələ keçirildi.
- 1862 — Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.
- 1886 — CAR-ın ən böyük şəhəri – Yohannesburqun əsası qoyulmuşdur.
- 1888 — İngiltərə futbol liqasında ilk oyun keçirilmişdir.
- 1926 — Almaniya Millətlər Cəmiyyətinə qəbul edilmişdir.
- 1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
- 1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.
- 1943 — İtaliya kralı III Viktor Emmanuil (Vittorio Emanuele III di Savoia) İtaliyanın müttəfiq qoşunlarına təslim olduğunu elan etdi.
- 1944 — almanlar reaktiv Fau-2 (V-2) raketlərinin istifadəsinə başladılar. Gündüzlər Paris, gecələr isə London raket atəşinə məruz qalırdı.
- 1946 — Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrildi.
- 1951 — San-Fransiskoda Yaponiya və İkinci dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. SSRİ sənədi imzalamamışdır.
- 1952 — Ernest Heminqueyin (Ernest Miller Hemingway) "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxmışdır.
- 1974 — Uotergeyt qalmaqalı – ABŞ prezidenti Cerald Ford (Gerald Rudolph Ford, Jr.) keçmiş prezident Riçard Niksonun (Richard Milhous Nixon) prezidentliyi dövründəki cinayətlərini əfv etdi.
- 1978 — Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.
- 1991 — Makedoniya Respublikası müstəqillik əldə etmişdir.
Azərbaycanda olan hadisələr
- 1991 – Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilir.
Doğumlar
- 1157 — Şir ürəkli Riçard (Richard I the Lionhearted) (ö. 1199).
- 1474 — Ludoviko Ariosto (Ludovico Ariosto) (ö. 1533) – italyan şairi, "Şücaətli Roland" qəhrəmanlıq poemasının müəllifi.
- 1812 — Natalya Qonçarova (ö. 1863) – A.S.Puşkinin həyat yoldaşı.
- 1830 — Frederik Mistral (Frédéric Mistral) (ö. 1914) – fransız şairi, 1904-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
- 1841 — Antonin Dvorjak (Antonín Dvořák) (ö. 1904) – çex bəstəkarı.
- 1918 — Derek Barton (Derek Harold Richard Barton) (ö. 1998) – ingilis kimyaçısı, 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı (Odd Hassellə birlikdə).
- 1923 — Rəsul Həmzətov (ö. 2003) – avar şairi, yazıçısı, publisisti və siyasi xadimi.
- 1925 — Piter Sellers (əsl adı Riçard Sellers; Peter Sellers — Richard Henry Sellers) (ö. 1980) – ingilis kinoaktyoru ("Kazino Royal", "Çəhrayı panteranın qayıdışı", "Lolita").
- 1937 — Cüneyt Arkın – türk aktyoru.
- 1946 — Xəlil Ərgün, türk aktyoru.
- 1949 — Hüseynağa Atakişiyev – rejissor.
- 1971 — Bruk Börk (Brooke Burke) – amerikalı model.
- 1979 — Peter Leko (Péter Lékó) – macar şahmatçısı.
- 1979 — Pink (əsl adı Alesiya Bet Mur; Alecia Beth Moore) – amerika pop-müğənnisi.
- 1974 — Səxavət Əliyev - Höccət-ül-İslam vəl-Müslimin Ruhani
- 1979 - Avicii - isveçli dj
Ölümlər
- 117 — Mark Ulpiy Trayan (Marcus Ulpius Nerva Traianus) (d. 53) – Roma imperatoru.
- 780 — Bizans imperatoru IV Lev
- 1601 — Con Şekspir (John Shakespeare) – Uilyam Şekspirin atası (d. 1530)
- 1613 — Karlo Cesualdo (Carlo Gesualdo) – italyan bəstəkarı (d. 1566)
- 1645 — Fransisko de Kevedo (Francisco de Quevedo) – ispan yazıçısı (d. 1580)
- 1682 — Huan Karamuel i Lobkovitz (Juan Caramuel y Lobkowitz) – ispan ilahiyyatçısı və riyaziyyatçısı (d. 1606)
- 1709 — İvan Mazepa – 1687—1709-cu illərdə Ukraynanın getmanı.
- 1882 — Jozef Liuvill (Joseph Liouville) – fransız riyaziyyatçısı (d. 1809)
- 1893 — Mişel Lents (d. 1820) – şair, Lüksemburq himninin (Ons Hémécht) müəllifi.
- 1894 — Herman Helmholts (Hermann Ludwig Ferdinand von Helmholtz) (d. 1821) – alman fiziki, fizioloq və psixoloqu.
- 1895 — Adam Opel (d. 1837) – Opel şirkətinin banisi.
- 1933 — İraq kralı I Feysəl (d. 1883)
- 1944 — Yan van Gilse (Jan van Gilse) – holland bəstəkarı və dirijoru (d. 1881)
- 1949 — Rixard Ştraus – alman bəstəkarı və dirijoru (d. 1864)
- 1965 — Herman Ştaudinqer (Hermann Staudinger) – alman kimyaçısı, 1953-cü il Kimya üzrə Nobel mükafatı laureatı (d. 1881)
- 1970 — Persi Spenser (Percy Spencer) – mikrodalğalı sobanı ixtira edən (d. 1894)
- 1979 — Cin Siberq (Jean Seberg) – amerikalı aktrisa (d. 1938)
- 1980 — Uillard Libbi (Willard Libby) – amerikalı kimyaçı, 1960-cı il Kimya üzrə Nobel mükafatı laureatı (d. 1908)
- 1981 — Hideki Yukava – yapon fiziki, 1949-cu il Fizika üzrə Nobel mükafatı laureatı (d. 1907)
- 1985 — Con Franklin Enders – amerikalı alim, 1954-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (d. 1887)
- 2003 — Leni Rifenştal (Leni Riefenstahl) – alman aktrisası, rejissoru və fotoqrafı (d. 1902), nasizmi təbliğ edən bir sıra filmlərin rejissoru, Adolf Hitlerin "sevimli aktrisası" olmuşdur.
- 2006 — Hilda Bernşteyn – ingilis əsilli Cənubi Afrika yazıçısı və rəssamı (d. 1915)
- 2015 – Habil Əliyev – Azərbaycanın məşhur kamança ifaçısı.
Bayramlar və xüsusi günlər
- Katoliklərdə Müqəddəs Məryəmin doğum günü.
- Andorranın Milli günü.
- Makedoniya Respublikasının Müstəqillik günü.
- Beynəlxalq jurnalist həmrəyliyi günü – 1958-ci ildə Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilmişdir.
- BMT-nin beynəlxalq bilik günü