Wikipedia
1 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
1 oktyabr — təqvim ilinin 274-cü günü (uzun illərdə 275-ci). İlin sonuna 91 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada baş vermiş hadisələr
- E.ə. 331 – Qavqamel döyüşündə Makedoniyalı İsgəndər I Daraya qalib gəlmişdir.
- 366 – I Damas papa seçilmişdir.
- 959 – Edqar bütün İngiltərənin kralı olmuşdur.
- 965 – XIII İoann papa seçilmişdir.
- 1553 – I Mariyanın tacqoyma mərasimi keçirilmişdir.
- 1730 – III Əhməd padşahlıqdan çəkilmək məcburiyyətində qalmışdır.
- 1787 – Aleksandr Suvorov komandanlığındakı rus ordusu Kinburn döyüşündə Osmanlı ordusunu məğlub etmişdir.
- 1795 – Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirildi.
- 1827 – General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını işğal etmişdir.
- 1848 – "Simens" şirkətinin əsası qoyulmuşdur.
- 1853 – Avstriya yəhudiləri torpağa mülkiyyət hüququndan məhrum edilmişlər.
- 1880 – Tomas Edison ilk lampa fabrikini qurmuşdur.
- 1887 – Bəlucistan Hindistana birləşdirilmişdir.
- 1891 – Fransanın "Bordo" futbol klubu yaradılmışdır.
- 1895 – Fransa Madaqaskarı işğal etmişdir.
- 1898 – Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr vermişdir.
- 1908 – Fordun "T Model" avtomobili satışa çıxartmışdır.
- 1909 – 24 yanvarda Doqqer Bank döyüşü zamanı, Almaniya zirehli kreyseri olan SMS Blücher Britaniya Krallıq donanması tərəfindən batırılmışdır.
- 1918 – Seyid Abdulla sonuncu Xivə xanı oldu.
- 1923 – Ankara Türkiyənin paytaxtı müəyyənləşmişdir.
- 1936 – General Franko, İspaniyada milliyətçi hökumətə rəhbərlik etmişdir.
- 1946 – Nürenberq prosesi sona çatmışdır.
- 1949 – Mao Tse Dunun başçılığıyla Çin Xalq Respublikası qurulmuşdur: Mao, Çin Xalq Respublikasının ilk Sədri seçilmişdir.
- 1952 – Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açmışlar: 52 nəfər ölmüş, 140 nəfər yaralanmışdır.
- 1955 – Sintszyan-Uyğur Muxtar Rayonu yaradılmışdır.
- 1958 – NASA təsis edilmişdir.
- 1960 – İlk "Zaporojest" minik avtomobili konveyerdən çıxmışdır.
- 1963 – Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı vermişdir.
- 1971 – Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başladı.
- 1977 – Pele futbolu tərk etmişdir.
- 1982 – Helmut Kol federal Almaniyanın kansleri seçilmişdir.
- 1983 – Beynəlxalq ticarət yarmarkasındda baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəymiş, bir nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürmüşdür.
- 1985 – İsrail qüvvələrinin Tunisdəki Fələstin Azadlıq Təşkilatı (FKT) idarələrinə etdiyi hava hücumunda 68 nəfər ölmüşdür.
- 1987 – Mixail Qorbaçov Sovet İttifaqının ilk Prezidenti olmuşdur.
- 1988 – SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu.
- 1988 – Estoniya Xalq Cəbhəsi yaradılmışdır.
- 1989 – Kopenhagendə ilk homoseksual nikah bağlanmışdır.
- 1992 – Cartoon Network yayımlanmağa başladı.
- 1996 – Taliblər Bürhanəddin Rəbbanini devirərək hakimiyyətə gəlmişlər.
- 1999 – İkinci Çeçenistan müharibəsi başlanmışdır.
- 2004 – İspaniya parlamenti eyni cinsdən olanların nikahına icazə vermişdir.
- 2009 – Turbyorn Yaqland Avropa Şurasının baş katibi olmuşdur.
Azərbaycanda olan hadisələr
- 1588 – I Şah Abbasın tacqoyması.
- 1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır.
- 1919 – Rəhim xanın mənzilində müşavirə keçirilmişdir.
- 1992 – Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlamışdır.
- 1996 — Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurmuşdur.
- 2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur.
Doğumlar
- 1912 – Lev Qumilyov, rus tarixçi.
- 1923 – Aleksey Temerin, SSRİ operatoru.
- 1924 – Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti.
- 1927 – Oleq Yefremov, SSRİ və Rusiya rejissoru, kinorejissoru.
- 1931 – Əkbər Fərzəliyev, Azərbaycan kino aktyoru, hüquqşünas.
- 1942 – Lev Əsgərov, Azərbaycan nasiri, publisisti.
- 1948 – Vaqif Bayatlı Odər, Azərbaycan şairi, tərcüməçisi.
- 1949 – Almaz Mustafayeva, Azərbaycan aktrisası.
- 1950 – İmamverdi Əliyev, Azərbaycanın Milli Qəhrəmanı.
- 1953 – Rafiq Babayev, Azərbaycan nasiri.
- 1958 – Adil Əsədov, Azərbaycan fəlsəfə elmləri doktoru.
- 1960 – Mənsum İbrahimov, Azərbaycan xanəndəsi.
- 1969 – Kazım Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı.
- 1980 – Elnarə Xəlilova, Azərbaycan müğənnisi və aktrisası.
- 1981 – Rəşad Abdullayev, azərbaycanlı futbolçu.
Ölümlər
- 959 — Edviq, İngiltərə kralı.
- 1167 — Nəcəfqulu xan, Şirvan bəylərbəyi.
- 1897 — Xurşidbanu Natəvan, azərbaycanlı şairə.
- 1965 — Əliağa Vahid, azərbaycanlı şair, qəzəlxan.
- 1965 — Seyid Şuşinski, azərbaycanlı xanəndə.
- 1987 — Nüsrət Fətullayev, azərbaycanlı teatr xadimi, rəssam.
- 1992 — Kərəm Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı.
- 1992 — İlqar İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı.
- 1992 — Əli Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı.
- 2011 — Nurəddin Tağıyev, azərbaycanlı rejissor, rejissor assistenti.
- 2013 — Tom Klensi, amerikalı yazıçı.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Qocalar günü
- Beynəlxalq Musiqi günü
- Ümumdünya vegetarianlıq günü
- Azərbaycan, Prokurorluq işçiləri günü
- Nigeriya, Müstəqillik Günü (1960).
- Kipr, Müstəqillik Günü (1960).
- Tuvalu, Müstəqillik Günü (1978).
- Özbəkistan, Müəllim Günü
İstinadlar
- Azərbaycan Respublikası Prezidentinin 17 iyul 1998 tarixli, 852 nömrəli Sərəncamı