Wikipedia
7 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
7 fevral — Qriqorian təqvimi ilə ilin 38-ci günü.
Əhəmiyyətli hadisələr
- 1550 - III Yuli Roma Papası seçilmişdir.
- 1613 - I Mixail Rusiya İmperiyasının çarı olmuşdur.
- 1855 - Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilmişdir. (Şimoda traktatı).
- 1900 - İngiltərə İşçi Partiyası yaradılmışdır.
- 1924 - SSRİ və İtaliya arasında diplomatik əlaqələr qurulmuşdur.
- 1962 - Amerika Birləşmiş Ştatları Kuba ilə olan bütün iqtisadi əlaqələri kəsmişdir.
- 1965 - ABŞ aviasiyası Şimali Vyetnama "Flaming Dart" əməliyyatı çərçivəsində zərbələr endirmişdir.
- 1971 - İsveçrədə qadınlara seçki hüququ verilmişdir.
- 1990 - Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirmişdir.
- 1991 - Haitinin ilk seçilmiş prezidenti Jan Bertran Aristide öz səlahiyyətlərinin icrasına başlamışdır.
- 1992 - Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri - Maastrix müqaviləsi imzalanmışdır.
- 1995 - ABÇ-ın "Discovery" kosmik gəmisi Rusiyanın "Mir" kosmik stansiyasına birləşmişdir.
- 1998 - Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olmuşdur.
Doğumlar
- 1919 - Tofiq Tağızadə - azərbaycanlı kinorejissor.
- 1928 - Aysel Gürel - türk musiqiçi və teatr aktrisası.
- 1988 - Mübariz İbrahimov - Azərbaycanın Milli Qəhrəmanı.