Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan, və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.
Polşa Respublikası pol. Rzeczpospolita Polska | |
---|---|
Paytaxtı | Varşava 39°55′ şm. e. 32°50′ ş. u. |
Ən böyük şəhəri | Varşava, Krakov, Lodz, Vroclav, Poznan, Qdnya |
Rəsmi dilləri | Polyak dili |
Etnik qrupları (2011) | Polyaklar – 98% Digərləri – 2% |
Dini (2015) | 92.9% Roma-Katolik 4% Digər inanclar 3.1% Dinsizlər |
Demonim(lər)i | Polyak • polyan • polşalı |
İdarəetmə forması | Unitar yarı prezident respublikası |
Andjey Duda | |
Mateuş Moraveçkiy | |
Qanunverici orqanı | Parlament |
Senat | |
Seym | |
Yaranma tarixi | |
Tarixi | |
• Polşanın xristianlaşması | 14 aprel 966 |
• Polşa Krallığı | 18 aprel 1025 |
1 iyul 1569 | |
9 iyun 1985 | |
11 noyabr 1918 | |
19 fevral 1947 | |
13 sentyabr 1989 | |
• Yaranması | 11 noyabr 1918 |
Ərazisi | |
• Ümumi | 312,696 km2 (69-ci) |
• Su (%) | 3.07 |
Əhalisi | |
• 2020 siyahıya alma | ▼ 38,383,000 |
• Sıxlıq | 123/km2 (318.6/kv. mil) (83-cü) |
ÜDM (AQP) | 2020 təxmini |
• Ümumi | ▲ $1.353 trilyon (22-ci) |
• Adam başına | ▲ $35,651 (43-cü) |
ÜDM (nominal) | 2020 təxmini |
• Ümumi | ▲ $607 milyard (20-ci) |
• Adam başına | ▲ $15,988 (54-cü) |
Cini indeksi (2019) | 2.85 aşağı · 44-cü |
İİİ (2018) | 0.872 çox yüksək · 32-ci |
Valyutası | Polşa zlotısı (PLN) |
Saat qurşağı | UTC+1 (UTC) |
• Yay (DST) | UTC+2 (UTC) |
Yolun hərəkət istiqaməti | sağ |
Telefon kodu | +48 |
ISO 3166 kodu | PL |
İnternet domeni | .pl |
Rəsmi vebsaytı poland.pl |
Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.
Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur. 1025-ci ildə Polşa Krallığı qurulmuş, 1569-cu ildə Lublin uniyası imzalanaraq Litva ilə uzun müddət davam edən siyasi birlik daha da möhkəmləndirilmişdir. Bu birlik, 3 may 1791-ci ildə Avropanın ilk yazılı milli konstitusiyası, liberal siyasi sistemi, böyük ərazi və əhalisinə malik olan Reç Pospolitanın yaranması ilə nəticələnmişdir.
Qızıl dövrünü keçirdikdən sonra Polşa, XVIII əsrin sonlarında qonşu dövlətlər tərəfindən işğal olunmuş, lakin 1918-ci ildə Versal müqaviləsi ilə yenidən müstəqilliyinə qovuşmuşdur. Bir sıra ərazi münaqişələrindən sonra yeni çoxmillətli Polşa, Avropa siyasətində əsas oyunçu mövqeyini bərpa edə bilmişdir. Lakin, bu mövqe davamlı ola bilməmiş, 1939-cu ilin sentyabrında II Dünya Müharibəsinin Almaniyanın Polşanı işğal etməsi ilə başlamış, ardınca Sovet İttifaqının Molotov-Ribbentrop paktı ilə Polşanı yenidən ələ keçirilməsi ilə müşahidə olunmuşdur. Təxminən altı milyon Polşa vətəndaşı, o cümlədən ölkənin üç milyon yəhudi vətəndaşı müharibə zamanı həlak olmuşdur. Şərq blokunun üzvü olan Polşa Xalq Respublikası soyuq müharibə gərginliyi dövründə Varşava müqaviləsinin imzalanmasını elan etmişdir. 1989-cu il hadisələrindən sonra, xüsusilə Solidarnost Həmrəklik İttifaqının yaranması və töhfələri sayəsində ölkədə fəaliyyət göstərən kommunist hökumət dağıdıldı və Polşa unitar yarı prezidentli bir respublika olaraq yenidən quruldu.
Polşa inkişaf etmiş bir iqtisadiyyata sahibdir. Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan Polşa, Mərkəzi Avropada regional güclərdən biridir. Polşa, ÜDM-ə görə Avropa İttifaqında 6-cı, bütün Avropada isə 10-cu yerdədir. Dünyanın ən dinamik iqtisadiyyatlarından birinə malik olan bu ölkədə İnsan İnkişafı İndeksində çox yüksək irəliləmələr müşahidə olunur. Polşa yüksək səviyyəli yaşayış səviyyəsi, həyat keyfiyyəti, təhlükəsizlik, təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir. Dövlət təkmilləşdirilmiş və tam pulsuz məktəb və universitet təhsili, sosial təminat və səhiyyə sistemi də təmin edir. Ölkədə UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan 16 tarixi abidə var.
Polşa, Şengen zonası, Birləşmiş Millətlər Təşkilatı, NATO, İƏİT, Üç Dəniz İttifaqı və Vişeqrad İttifaqının daimi üzvü G-20 təşkilatının isə qonaq üzvüdür.
Tarix
Eramızdan əvvəlki dövr
Pyast xanədanlığı
Yaqellon xanədanlığı
Reç Pospolita və dağılması
Üsyanlar dövrü
İkinci Polşa Respublikası
İkinci Dünya Müharibəsi
Müharibə sonrası kommunizm
Müasir dövr
Coğrafiya
Polşanın ərazisi 49 ° ilə 55° şimal uzunluğu arasında, 14° ilə 25° qərb enliyi arasında yerləşir. Şimal-qərbdə Pomeraniya körfəzindən Qdansk körfəzinə qədər uzanan Baltik dənizinə sahili var. Bu sahil bir neçə dil və sahil gölləri ilə əhatə olunmuşdur. Düz sahil xətti boyunca Şetsin, Puk və Pistula çimərlikləri ziyarətçilərə daim açıqdır.
Ölkənin şimalının mərkəzi hissələri Şimali Avropa düzənliyində yerləşir. Bu ovalıqların üstünə pleistosene buz dövrü zamanı yaranan moren təpələri və göllərinə rast gəlmək mümkündür.
Geoloji quruluş
Su sahələri
Polşanın ən uzun çayı Visla-dır. Uzunluğu 1047 kilometrdir (651 mildir). Qədimdən Polşanın çayları yol göstərmək üçün istifadə olunurdu. Vikinqlər Oder çayı ilə üzərək qonşu ölkələrə səyahət edirmişlər.
Polşanın göllərinin demək olar ki hamısının ərazisi 1 hektardan çoxdur.
Sahillərində məskunlaşan ilk göllər arasında Böyük Polşa Gölü də vardır. Həmçinin bu göl üzərində m.ö 7-ci əsrdə əhalisi min nəfərdən çox olan stilt evləri var idi.
Torpaq istifadəsi
Biomüxtəliflilik
İqlim
İqlimi mülayim, dənizdən kontinental iqlimə keçən, mülayim (dağlarda soyuq) qış və isti (dağlarda sərin) yayla. İqlim kontinentallığı Belarusiya və Ukraynadan daha aşağıdır və bu, ilk növbədə qış aylarının yumşaq keçməsinə təsir göstərir. Orta temperatur yanvar ayında 1-dən −5 dərəcəyədək (dağlarda −8 dərəcəyədək), İyul ayında isə ortalama +17-dən +19 dərəcəyədək (dağlarda +10 dərəcəyədək); Düzənliklərdə yağıntının miqdarı 500–800 mm-dir. Dağlarda isə bu göstərici ildə 1000 mm-dən çoxdur.
Hökumət və siyasət
Qanunvericilik
Xarici siyasət
İnzibati bölgü
Ordu
Hüquq-mühafizə və təcili yardım xidmətləri
İqtisadiyyat
Qurumlar
Turizm
Enerji
Nəqliyyat
Elm və texnologiya
Rabitə
Əhali
2008-ci ildə Polşa əhalisi 38 116 000 nəfər idi. Beləliklə, Avropada əhali baxımından səkkizinci, Avropa İttifaqında isə altıncı ölkədir. Əhalinin orta sıxlığı km 122 nəfərdir.
Müasir Polşa dünyanın ən monomilli dövlətlərindən biridir. 2002-ci ildə əhalinin siyahıyaalınmasının məlumatına görə, Polşa əhalisinin 96,74% — i özünü etnik qütblərə aid edib. 97,8% siyahıyaalma zamanı bildiriblər ki, evlər polşa dilində danışırlar. Digər millətlərə ölkə əhalisinin 1,23% — i, onlardan ən böyük etnik qruplar-silezlilər (0,45 %), almanlar (0,4 %), belaruslar (0,1 %), ukraynalılar (0,1 %), qaraçılar, yəhudilər, Polşa-Litva tatarları daxil idi. Əhalinin 2% — dən çoxu vətəndaşlıq sualına cavab verməkdən imtina etdi.
Polşalılar slavyan irqindəndir. Əhalinin ən köhnə qaynağını 10-cu əsrdə "Polane" adı verilən slavyan qəbilələri meydana gətirir. Təxminən olaraq 37.875.000 əhaliyə sahib bir ölkədir. Əhalinin 98% ini Polşalılar meydana gətirər. Geri qalan kiçik bir hissəsini isə Almanlar, Ukraynalılar və Belaruslar təşkil edir. Polşalıların 65%-ə yaxını gənc olub, 15 ilə 60 yaş qrupu arasındadır. Əhali sıxlığı 121/km² olub, illik əhali artımı 0,1%-dir.
Bu günki Polşa dili, slavyan qəbilələrindən birini təşkil etmiş Polanelerin dilindən qaynaqlanmaqdadır. Buna müqabil, Pomeraniyanın şərqində və Polşa Karpatlarının bəzi bölgələrində digər slavyan qəbilələrinin bir miqdar fərqli istiqamətləri olan ləhcələri də danışılmaqdadır. Polşa xalqının böyük bir hissəsi katolikdir. Xristian aləminin bu günki lideri olan Papa II İoann Pavel, Polşalıdır.
Polşada təhsil və təhsil imkanları olduqca genişdir. Xalqın oxuma yazma nisbəti 98%-dir. Əvvəllər katolik inancına görə hazırlanmış təhsil tədris planı, kommunistlərin iş başına gəlməsiylə daha pis bir vəziyyətə salındı. Dərslər tamamilə dindən uzaqlaşdırılmış və kommunist ideologiyasıyla şagirdlərin beyinləri zəhərlənməyə çalışılmışdır. Marksist-Leninist fəlsəfə içində boğulmuş düşüncə və prinsiplər, hər səviyyədə məcburi öyrədilməkdə idi. 1986-cı ildən sonra bu məcbur etmə yavaş-yavaş yumuşalmışdir. Mövcud universitetlər içində Krakovda Jagerellonion Universiteti, Lyublin Katolik Universiteti və Varşava Universiteti ən əhəmiyyətliləridir. Polşanın Əsas şəhəri Varşavadır. Digər əhəmiyyətli şəhərləri isə; Lodz, Krakov və Qdanskdır.
Dil
Din
Səhiyyə
Təhsil
Mədəniyyət
Bayram və adət-ənənələr
Hökümət tərəfindən təsdiqlənən illik 13 dövlət bayramı – 1 yanvar Yeni il, 6 yanvar Epifani, Pasxa, 1 may əmək günü, 3 may Konstitusiya Günü, 15 avqust Silahlı Qüvvələr Günü, 1 noyabr Müqəddəslər Günü, 11 noyabr Müstəqillik Günü və 25–26 dekabr isə milad bayramı vardır.
Polşada müşahidə olunan xüsusi ənənə və batil adətlərə Avropanın digər ölkələrindəki rast gəlmək mümkün deyil. Milad gecəsi, adətən, bütün ilin ən yaddaqalan günü olur. Əhalinin əksəriyyəti, həm xristianlar, həm də dinsizlər bu bayramı böyük təntənə ilə keçirir. Milad bayramını ailə ilə qeyd etmək adətdir. Dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə milad yığıncaqları keçirilir. Dekabrın 24-də milad ağacları bəzədilir, mətbəxdən yaşıl güllər asılır, milad şirniyyatları toplanmış qonaqlar arasında bölüşdürülür və səmada ilk ulduz göründükdə şam yeməyinə başlanılır. Əlavə boşqab və oturacaq gözlənilməz qonaq üçün masada simvolik olaraq qalır. Bununla yanaşı, dekabr ayı boyunca Polşanın bütün şəhərlərində bayram yarmarkaları təşkil olunur.
Pasxa bayramından 52 gün əvvəl donut və bir çox ənənəvi şirniyyatlar ilə yağlı cümə axşamı qeyd olunur. Pasxa bayramının əsası ailəvi səhər yeməyi ilə başlayır. Səhər yeməyi süfrəsində adətən pasxa yumurtaları, yaz çiçəkləri, tort, kolbasa, sosiska, qaynadılmış yumurta yer alır. Müqəddəs bazar günü üçün yumurtalar boyanır və kilsələrdə ruhanilər tərəfindən hazırlanmış xüsusi səbətlərə qoyulur. Bayramın səhərsi günü gənclər tərəfindən həyata keçirilən su döyüşləri ilə müşahidə olunur. Həmçinin bu günü bəzi qızlar məhsuldarlığın simvolu olan söyüd ağacının ətrafında fotosessiya edirlər. Pasxa, Polşa təqvimində ən vacib bayramlardan biridir və bəzi ruhanilər üçün Miladdan daha vacibdir.
Bütün dini bayramlarda qəbiristanlıqlar və məzarlar, ölənlərin yaxınları tərəfindən ziyarət olunur, hörmət əlaməti olaraq məzar daşları təmizlənir və misli görünməmiş miqyasda ölülərin şərəfinə şamlar yandırılır, yad edilir.
Musiqi
İncəsənət
Memarlıq
Ədəbiyyat
Mətbəx
Moda və dizayn
Kinematoqrafiya
Mediya
İdman
Voleybol və futbol ölkənin ən populyar idman növlərindən biridir. Yüngül atletika, basketbol, həndbol, boks, MMA, spidvey, xizəksürmə, buzüstü xokkey, tennis, qılıncoynatma, üzgüçülük və ağır atletika digər populyar idman növləridir. Görkəmli polyak idmançılar arasında Zbiqniev Bonek, İrena Şevinskaya, Aqnyeşka Radvanska, Yustina Kovalçik, Robert Levandovski, Kamil Stox və Anita Vlodarçik yer alır.
Polşa futbolunun qızıl dövrü 1970—1980-ci illəri əhatə etmişdir. Polşa milli futbol komandası FİFA Dünya Kubokunda 1974 və 1982-ci illərdə 3-cü yeri tutaraq ən yaxşı nəticələrini əldə etmişdir. Komanda 1972 Yay Olimpiya Oyunlarında futbol idman növü üzrə 1 qızıl və 2 gümüş medal qazanmışdır. Polşa, Ukrayna ilə birlikdə 2012-ci ildə UEFA Avropa Liqasına ev sahibliyi etmişdir.
2019-cu ilə qədər Polşa kişi voleybol komandası dünya üzrə 3-cü sırada yer almışdır. Voleybol komandası 1976-cı il Yay Olimpiya Oyunlarında bir qızıl medal, 1974, 2014 və 2018-ci illərdə isə FIVB Dünya Çempionatında üç qızıl medal qazanmışdır.
Qalereya
İstinadlar
- Polşa Respublikasının Konstitusiyası, maddə 27.
- Struktura narodowo-etniczna, językowa i wyznaniowa ludności Polski. Narodowy Spis Powszechny Ludności i Mieszkań 2011 [National-ethnic, linguistic and religious structure of Poland. National Census of Population and Housing 2011] (PDF) (polyak). Central Statistical Office. 2015. ISBN 978-83-7027-597-6.
- Ludność. Stan i struktura demograficzno-społeczna. Narodowy Spis Powszechny Ludności i Mieszkań 2011 [Population. Number and demographical-social structure. National Census of Population and Housing 2011] (PDF) (polyak). Central Statistical Office. 2013. ISBN 978-83-7027-521-1.
- GUS. "Infographic – Religiousness of Polish inhabitiants". stat.gov.pl (ingilis). İstifadə tarixi: 2019-06-17.
- Christian Smith (1996). Disruptive Religion: The Force of Faith in Social-movement Activism. Psychology Press. ISBN 978-0-415-91405-5. İstifadə tarixi: 9 sentyabr 2013 – Google Books vasitəsilə.
- demografia.stat.gov.pl/. "Population. Size and structure and vital statistics in Poland by territorial divison. As of December 31, 2019". stat.gov.pl.
- "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. İstifadə tarixi: 30 oktyabr 2019.
- "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. İstifadə tarixi: 20 mart 2020.
- (ingilis). United Nations Development Programme. 10 December 2019. 16 May 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
- "Polski złoty - historia powstania | FXMAG INWESTOR". www.fxmag.pl (polyak). İstifadə tarixi: 24 iyul 2020.
- [1] Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904-cü il (s.119)
- [2] Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs. (2016, avqust 22). Vikimənbə, "Bütün Qafqaz sәrhәddini, Don nәhrinin sәvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkәlәrini sәyahәt etdim. Buralarda hәm dövlәt başında mәqam vә mәnsәb sahibi olan kәslәr ilә vә hәm elm vә mәrifәt sahiblәri ilә tanışlıq vә dostluq etmәklә bәxtiyar olmuşam."
- [3] Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русский-азербайджанский словарь), 1909-cü il (s.271)
- [4] Şeyda bəy Şirvani, Lüğət rusi və türki, 1922-ci il, Bakı (s.321)
- Johnson, Lonnie R. (1996). Central Europe: enemies, neighbors, friends. Oxford University Press. səh. 3. ISBN 978-0-19-802607-5.
- "Biggest Cities Poland". www.geonames.org (ingilis). İstifadə tarixi: 24 iyul 2020.
- "Polish main cities - Study in Poland". www.studyinpoland.pl (ingilis). İstifadə tarixi: 24 iyul 2020.
- "Kraje sąsiadujące z Polską". sites.google.com (polyak). İstifadə tarixi: 24 iyul 2020.
- Piotr Stefan Wandycz (2001). The price of freedom: a history of East Central Europe from the Middle Ages to the present. Psychology Press. səh. 66. ISBN 978-0-415-25491-5. İstifadə tarixi: 13 avqust 2011.
- Norman Davies, Europe: A History, Pimlico 1997, səh. 554: Poland-Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe
- Tatjana Tönsmeyer; Peter Haslinger; Agnes Laba (2018). Coping with Hunger and Shortage under German Occupation in World War II. Springer. səh. 188. ISBN 978-3-319-77467-1.
- "Warsaw Stock Exchange, Poland, stocks, investing online – Fio bank". İstifadə tarixi: 9 aprel 2017.
- "The World Factbook — Central Intelligence Agency". www.cia.gov. İstifadə tarixi: 12 aprel 2019.
- Administrator. . 12 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- . 24 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- "Bloomberg Businessweek: 'How Poland Became Europe's Most Dynamic Economy'". İstifadə tarixi: 14 aprel 2017 – Multishoring.info vasitəsilə.
- Stephan Faris (27 November 2013). "How Poland Became Europe's Most Dynamic Economy". Bloomberg. İstifadə tarixi: 14 April 2017.
- Veeke, Justin van der. . 25 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- "Poland Is Europe's Growth Champion. Can This Continue?". 17 fevral 2019.
- "Quality of Life Index for Country 2018 Mid-Year [Quality of Life Index: 147.53]". Numbeo. İstifadə tarixi: 2018-07-16.
. Numbeo. 2015-07-17 tarixində orijinalından arxivləşdirilib. - . 15 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2017.
- "Poland 25th worldwide in expat ranking". İstifadə tarixi: 14 aprel 2017.
- Centre, UNESCO World Heritage. "Poland". UNESCO World Heritage Centre.
- "Is Poland a Schengen Country?". www.ivisa.com. İstifadə tarixi: 24 iyul 2020.
- S.A, Telewizja Polska. "G20 membership remains ambitious goal for Poland: FM". polandin.com (ingilis). İstifadə tarixi: 24 iyul 2020.
- "Poland in NATO - more than 20 years". Website of the Republic of Poland (ingilis). İstifadə tarixi: 24 iyul 2020.
- "Obwieszczenie Marszałka Sejmu Rzeczypospolitej Polskiej z dnia 19 grudnia 2014 r. w sprawie ogłoszenia jednolitego tekstu ustawy o dniach wolnych od pracy". isap.sejm.gov.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Dni wolne i święta w 2020 r. w Polsce". www.infor.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- . Serwis Rzeczypospolitej Polskiej (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- "Boże Narodzenie - historia i świąteczne tradycje". histmag.org (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- o.o, Eurozet Sp z. . www.chillizet.pl (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- "Tradycje bożonarodzeniowe w Polsce i na świecie". niedziela.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Najpopularniejsze tradycje bożonarodzeniowe w Polsce | Strefa rodzica". smilyplay.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Święta Bożego Narodzenia: tradycje i zwyczaje". TaTenTo (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Polskie zwyczaje świąteczne". NATULI - dzieci są ważne (polyak). 23 dekabr 2011. İstifadə tarixi: 23 iyul 2020.
- "Tradycje bożonarodzeniowe - zwyczaje świąteczne i wigilijne w Polsce - Radio ZET". www.radiozet.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Polskie tradycje bożonarodzeniowe·". tipy.interia.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Najciekawsze polskie tradycje wielkanocne". Onet Podróże (polyak). 31 mart 2020. İstifadə tarixi: 23 iyul 2020.
- "Ciekawe tradycje i zwyczaje wielkanocne w Polsce – dawniej i dziś". Garneczki.pl - blog (polyak). 10 aprel 2017. İstifadə tarixi: 23 iyul 2020.
- "Polskie tradycje i zwyczaje Wielkanocne | KalendarzRolnikow.pl". Kalendarzrolnikow.pl - Jesteśmy agroportalem dla całej rodziny. (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Wielkanocne tradycje. Znasz je wszystkie?". www.ofeminin.pl (polyak). 19 fevral 2018. İstifadə tarixi: 23 iyul 2020.
- "Wielkanoc 2020 - ZWYCZAJE i TRADYCJE świąt wielkanocnych. Jak obchodzimy Wielkanoc w Polsce? - Radio ZET". www.radiozet.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- o.o, Eurozet Sp z. . www.chillizet.pl (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- "Obiad na grobie i lampiony na rzece, czyli jak na świecie obchodzone jest Święto Zmarłych". portal.librus.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- "Celtyckie święto Wszystkich Świętych". Newsweek.pl (polyak). İstifadə tarixi: 23 iyul 2020.
- Biernat, Arek (11 aprel 2020). "Czy można iść dziś na cmentarz w Wielkanoc i zapalić znicz na grobie. Zakazy w czasie epidemii koronawirusa. Cmentarze są otwarte". Dziennik Zachodni (polyak). İstifadə tarixi: 23 iyul 2020.