Wikipedia
20 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
20 yanvar — Qriqorian təqvimi ilə ilin 20-ci günü.
Tarixi hadisələr
- 1265 — Hersoq Lankaster ilk ingilis parlamentini toplayıb.
- 1921 — Dağıstan MSSR yaradılıb.
- 1944 — Böyük Britaniya hərbi hava qüvvələri Berlinə 2300 ton bomba tullayıb.
- 1947 — Şarl De Qoll siyasətdən getdiyini elan edib və istefa verib.
- 1953 — General Eyzenhaver ABŞ prezidenti seçilib.
- 1961 — Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçilib.
- 1980 — ABŞ prezidenti Cimmi Karter Moskva Yay Olimpiadasını boykot edəcəklərini elan edib.
- 1981 — Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti seçilib.
- 1990 — 20 yanvar faciəsi, SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum edib və 150-dən artıq silahsız insanın qətlə yetirilməsinə və yüzlərlə insanın yaralanmasına səbəb olub.
- 1996 — Yasir Ərəfat Fələstinin prezidenti seçilib.
- 2009 — Barak Obama (ABŞ-ın birinci Afro-Amerikanlı prezedenti) ABŞ prezident kimi and içdi.
- 2017 - Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq rəsmən and içdi.
Azərbaycanda olan hadisələr
- 1880 — Azərbaycanda ilk dəmir yolu istismara verildi.
- 1990 — Sovet ordusu azadlıq hərəkatını susdurmaq üçün Bakıya hücum etdi.
- 2010 — Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
Doğumlar
- 1775 - Andre Amper - fransız riyaziyyatçı və fizik.
- 1925 - Benni Hill - komediya aktyoru.
- 1930 - Edvin Oldrin - amerika astronavtı (Aya ayaq basan ikinci adam).
- 1952 – Vəliəhd Vəliyev – Azərbaycan kino aktyoru.
- 1958 - Lorenso Lamas - aktyor.
- 1962 - Mübariz Əsgərov - Telejurnalist.
- 1963 - İnqeborqa Dapkunayte - aktrisa.
Ölümlər
- 1639 — I Mustafa, 14. Osmanlı sultanı, 94. İslam xəlifəsi
- 1977 — Zeynal Cabbarzadə - şair, publisist.
- 2003 — Eldar Əzimzadə, azərbaycanlı hakim (d. 1934).