Wikipedia
28 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
28 oktyabr — Qriqorian təqvimi ilə ilin 301-ci günü (uzun illərdə 302-ci). İlin sonuna 64 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1492 - Xristofor Kolumb - Kubanı kəşf etdi.
- 1516 - Qəzzə yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub etdi.
- 1886 - Nyu-York arxipelaqının Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi.
- 1914 - Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başladı.
- 1918 - Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil oldu.
- 1940 - Yunanıstanda Oxi günü, Yunanıstanın İkinci dünya müharibəsinə daxil olması.
- 1941 - Litvada faşist Almaniyasının SS qüvvələri 9000-dən yuxarı yəhudini güllələdi.
- 1948 - İsveçrəli kimyaçı Paul Hermann Müller Kimya üzrə Nobel mükafatına layiq görüldü.
- 1955 - Finlandiya Şimal İttifaqına daxil oldu.
- 1962 - Karib böhranı: Nikita Xruşşov SSRİ raketlərinin Kubada sökülməsini, demontajını elan etdi.
- 1984 - Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə açıq rəqabətə şərait yaradılacağını bəyan etdi.
- 1995 - Bakı metrosunda qəza. "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib
- 1998 - İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir.
- 2008 - Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilmişdir.
Doğumlar
- 1911 - Mirzə İbrahimov - Xalq yazıçısı, akademik, dövlət mükafatları və Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi (ö. 1993).
- 1955 - Bil Qeyts, Microsoft şirkətinin təsisçisi.
- 1956 - Mahmud Əhmədinecad - İran Prezidenti.
- 1958 - Ahmet Kaya - Türk müğənnisi.
- 1967 - Culiya Roberts, Amerikalı kinoaktrisa.
- 1946 - Fuad Məmmədov, Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı
- 1987 - Səkinə Zeynalova - Rəssam, miniaturist
Ölümlər
Bayramlar və xüsusi günlər
İstinadlar
- Musa Qasımlı.Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. (1918-1945-ci illər. Bakı, 2007, səh.11