Wikipedia
12 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
12 fevral – Qriqorian təqvimi ilə ilin 43-cü günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1502 – Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb.
- 1818 – Çili müstəqillik əldə edib.
- 1924 – İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı.
- 1990 – Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib.
- 1992 – Monqolustanın Dövlət bayrağı yaradılıb.
- 2002 – Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb.
Azərbaycanda olan hadisələr
Doğumlar
- 1768 – II Frans – Avstriya İmperiyasının imperatoru.
- 1809 – Çarlz Darvin – çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşunas (ö. 1882).
- 1809 – Avraam Linkoln – ABŞ prezidenti.
- 1900 – Vasili Çuykov – Sovet İttifaqı Marşalı
- 1911 – Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov – tarzən, Azərbaycanın xalq artisti.
- 1915 – İdris Süleymanov – Sovet İttifaqı Qəhrəmanı.
- 1923 – İslam Səfərli – Azərbaycan şairi.
- 1923 – Franko Zeffirelli – İtaliya kino rejissoru.
- 1933 – Elmira Hüseynova – heykəltəraş, Azərbaycanın əməkdar rəssamı (1967).
- 1946 – Ajda Pekkan – Türkiyə müğənnisi.
- 1957 – Adil Azay – Azərbaycan kino rəssamı və rejissoru.
- 1964 – Təbriz Xəlilbəyli– Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.
Ölümlər
- 1804 – İmmanuel Kant – alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.
- 1931 – Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi.
- 1940 – Bahadır Vəlibəyov – Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı.
- 2010 – Nodar Kumaritaşvili – Gürcüstan idmançısı.
- 2017 – Kübra Dadaşova, Azərbaycan aktrisası.