Wikipedia
8 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
8 dekabr — Qriqorian təqvimi ilə ilin 342-ci günü (uzun illərdə 343-cü). İlin sonuna 23 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1918 — Bolşeviklər Estoniyada hakimiyyəti ələ alırlar.
- 1923 — ABŞ Almaniya ilə dostluq müqaviləsi imzalayır.
- 1925 — Adolf Hitler həbsxanada yazdığı (1923-1924) avtobioqrafik "Mənim mübarizəm" (Mein Kampf) əsərini kitab şəklində çap etdirir.
- 1941 — Yaponiya 7 dekabrda Pörl-Harbora hücumundan sonra ABŞ və Birləşmiş Krallıq Yaponiyaya müharibə elan edir.
- 1948 — BMT Cənubi Koreyanı tanıyır.
- 1966 — ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atırlar.
- 1970 — BMT Təhlükəsizlik Şurası Portuqaliyanı Qvineyada hərbi əməliyyatlara görə ittiham edır.
- 1974 — Yunanıstan referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs verirlər.
- 1985 — Banqladeşdə 7 ölkənin iştirakı ilə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası yaradılır.
- 1987 — Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" barədə müqavilə imzalayırlar.
- 1987 — Fələstində "İntifada" hərəkatı başlayır.
- 1988 — Ermənistandakı zəlzələ zonasında xilasetmə işləri aparmaq üçün azərbaycanlılardan ibarət 80 nəfərlik xilasetmə qrupu Spitak rayonuna gəlir.
- 1991 — Azərbaycan İslam Konfransı Təşkilatına üzv olur.
- 1991 — Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi andı qəbul edilir.
- 1991 — Belorusiya Respublikasının Ali Sovetinin, RSFSR və Ukrayna prezidentlərinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi yaradılır (Belovejsk sazişi).
- 1999 — İnək quduzluğu xəstəliyi ilə əlaqədar olaraq bir çox Avropa ölkəsi Britaniyadan mal əti idxalına qadağa qoyur.
Doğumlar
- E.ə. 65 — Horatsi (Quintus Horatius Flaccus) - Roma şairi (ö. e.ə. 5).
- 1765 — Eli Vitni - pambıqtəmizləyən maşının ixtiraçısı (ö. 1825).
- 1826 — Fridrix Simens - alman sənayeçisi, Verner fon Simensin kiçik qardaşı (ö. 1904).
- 1909 — Əjdər Sultanov - Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti.
- 1942 — Elxan Ağahüseynoğlu - aktyor.
- 1953 — Kim Besincer - aktrisa.
- 1957 — Sərdar Fərəcov - Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi (17.09.2007), fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.
- 1968 - Can Yılmaz - türk aktyoru, ssenarist və yazıçı
- 1976 — Dominik Monaqan - aktyor.
- 1978 — Yan Somerholder - aktyor.
- 1943 — Cim Morrison - The Doors qrupunun solisti.
- 2013 — İslamlı Tunar - məktəbli şagird anadan olub
Ölümlər
- 1796 - Pyotr Rumyantsev - rus general.
- 1980 — Con Lennon - The Beatles qrupunun yaradıcısı və ifaçısı.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Rəssamlar Günü
- Albaniya-Gənclər günü.
- Finlandiya - Musiqi günü.
- Folklend adası - Butulka günü.
- Panama - Analar günü.
- Rumıniya - Konsititusiya günü. (Həmçinin Özbəkistanda)
- Bolqarıstan - Tələbələr günü.