Wikipedia
17 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
17 yanvar — Miladi təqvimi ilə ilin 17-ci günü.
Əhəmiyyətli hadisələr
- 1685 — Vyanada Johannes Diodato tərəfindən ilk kafe açılmışdır.
- 1819 — Simon Bolivar Kolumbiya Respublikasını elan etmişdir.
- 1852 — Sand-River müqaviləsi ilə İngiltərə, Transvaaldakı (Cənubi Afrika) Boer müstəmləkələrinin istiqlaliyyətiti qəbul etmişdir.
- 1885— Abu Klea döyüşünün baş verməsi
- 1929 — Elayze Krisle Seqar (Elzie Crisler Segar) tərəfindan yaradılan Popeye karikaturası ilk dəfə bir qəzetdə yayılmışdır.
- 1944 — Monte Kasino (Monte Cassino) müharibəsi : İkinci dünya müharibəsinin ən uzun və qanlı müharibələrindən biri başlamışdır.
- 1945 — SSRİ və Polşa qoşunları Varşavaya daxil olmuşlar.
- 1946 — BMT Təhlükəsizlik Şurasının ilk yığıncağı keçirilmişdir.
- 1961 — Konqonun Baş naziri Patris Lumumba öldürülmüşdür.
- 1991 — Səhrada tufan əməliyyatı, müttəfiq ölkələrin təyyarələri İraq və Küveyti bombalamışlar. İraq, əvəzin çıxaraq İsrailə 8 ədəd Skad raketi atmışdır.
- 1992 — İrlandiya Respublikaçı Ordusu (IRA) Şimali İrlandiyada protestanlara aid bir binanı partlatmışdır, 7 işçi ölmüşdür.
- 1994 — Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verdi: 61 nəfər ölmüş, 20 milyard dollar ziyan olduğu güman edilir.
- 1995 — Yaponiyanın Osaka - Kobe bölgəsində 7,2 bal gücündə bir zələzələ baş verdi: 6 mindən çox insan ölmüşdur.
- 2001 — Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul etmişdir.
Doğumlar
- 1706 — Bencamin Franklin, ABŞ alimi və siyəsətçisi (ö. 1790)
- 1771 — Çarlz Brokden Brovn (Charles Brockden Brown), ABŞ yazıçısı və jurnalisti (ö. 1810)
- 1798 — Ogüst Kont - fransız sosioloqu və filosofu, sosiologiyanın banisi
- 1860 — Anton Çexov, rus yazıçısı (ö. 1904)
- 1899 — Al Kapone, dünyanın ən tanınmış qanqesterlərindən biri (ö. 1947)
- 1926 — Mədinə Gülgün - Azərbaycan şairəsi, (vəf.ed.1991-ci il).
- 1927 - Donald Erb, amerikalı bəstəkar.
- 1931 — Ceymz Irl Jonz (James Earl Jones) - ABŞ kino aktyoru
- 1933 — Dalida - İtaliya müğənnisi
- 1942 — Məhəmməd Əli - boksçu
Ölümlər
- III Murad - 12. Osmanlı padşahı və 91. İslam xəlifəsi (d. 1546)
- 2008 - Robert Ceyms Fişer — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972-1975)