Azərbaycan diasporu
Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər.
Azərbaycan diasporu
Azərbaycanlılar Amerika qitəsində
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycanlılar Avropa qitəsində
Azərbyacan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada 3.5 milyon, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir.Həmçinin Çexiyada 25 min azərbaycanlının yaşadığı bildirilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycanlılar Asiya qitəsində
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Azərbaycanlılar Afrika qitəsində
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.
Azərbaycanlılar Avstraliya qitəsində
Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Azərbaycan diasporunun tarixi
Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mənbəyə bölünür:
- VII əsrin sonu-VIII əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur.
- X-XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.
- Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Rusiyada diasporun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.
- Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır.
- 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.
- Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.
- SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.
Diaspor quruculuğunun mərhələsi
- Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir ;
- Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir ;
- Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır ;
- Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir ;
- Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir ;
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir.Bu məqsədin reallaşdırılması üçün ötən müddətdə ayrı-ayrı regionlarda fəaliyyət göstərən icma və birliklərin təmərküzləşməsinə böyük diqqət yetirilmişdir və bu strategiya bundan sonra da davam etdiriləcəkdir;
- Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir ;
- Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir ;
- Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir ;
- Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir.
Ölkələr üzrə azərbaycanlıların sayı
Azərbaycan Respublikasında, İranda, Gürcüstanda, İraqda, Suriyada, Türkiyədə, Dağıstanda yaşayan etnik azərbaycanlılardan başqa digər ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan diasporunu əmələ gətirirlər.
DAK-ın məlumatları
Ölkə | Say |
---|---|
Cəmi | 85-90 000 000 |
İran | 35 000 000 |
Azərbaycan | 10 014 600 |
Türkiyə | 5 500 000 |
Rusiya | 8 000 000 |
İraq | 1 500 000 |
ABŞ | 1 250 000 |
Misir | 900 000 |
Gürcüstan | 750 000 |
Pakistan | 650 000 |
Ukrayna | 520 000 |
İordaniya | 450 000 |
Kanada | 350 000 |
Hindistan | 340 000 |
Almaniya | 300 000 |
Əlcəzair | 280 000 |
Banqladeş | 175 000 |
Böyük Britaniya | 170 000 |
Qazaxıstan | 100 000 |
Suriya | 95 000 |
Braziliya | 75 000 |
Fransa | 70 000 |
Bolqarıstan | 65 000 |
Yəmən | 62 000 |
Özbəkistan | 60 000 |
Danimarka | 60 000 |
BƏƏ | 55 000 |
Norveç | 50 000 |
Əfqanıstan | 50 000 |
Türkmənistan | 45 000 |
Rumıniya | 45 000 |
İndoneziya | 44 000 |
Səudiyyə Ərəbistanı | 40 000 |
İtaliya | 100 000 |
Çin | 30 000 |
Macarıstan | 27 000 |
Meksika | 27 000 |
Avstriya | 19 000 |
Küveyt | 19 000 |
Oman | 19 000 |
Sudan | 17 000 |
Qırğızıstan | 16 000 |
Tacikistan | 14 000 |
İspaniya | 14 000 |
Belçika | 13 000 |
Yunanıstan | 13 000 |
Polşa | 12 000 |
Finlandiya | 12 000 |
Albaniya | 12 000 |
Argentina | 12 000 |
Yaponiya | 10 000 |
Avstraliya | 8 000 |
Birma | 8 000 |
Potuqaliya | 7 000 |
Belorus | 7 000 |
keçmiş Yuqoslaviya | 6 000 |
Monqolustan | 5 000 |
Moldova | 5 000 |
Latviya | 4 000 |
İrlandiya | 4 000 |
Estoniya | 3 000 |
Malta | 2 500 |
Litva | 2 000 |
Çexiya | 2 000 |
Slovakiya | 2 000 |
İsveç | 2 000 |
Butan | 1 500 |
Türkmənistanda
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- . 2012-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
- Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası[ölü keçid]
- "Peoples of Iran" in Looklex Encyclopedia of the Orient. Retrieved on 22 January 2009.
- "Iran: People", CIA: The World Factbook: 24% of Iran's total population. Retrieved on 22 January 2009.
- G. Riaux, "The Formative Years of Azerbaijani Nationalism in Post-Revolutionary Iran", Central Asian Survey, 27(1): 45-58, March 2008: 25% of Iran's total population (p. 46). Retrieved on 22 January 2009.
- "Iran", Amnesty International report on Iran and Azerbaijanis . Retrieved 30 July 2006.
- "Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity" in The Azerbaijani Population by Brenda Shaffer, pp. 221–225. The MIT Press (2003), ISBN 0-262-19477-5.
- "Azerbaijanis in Russia", 2002 Russian Census . Retrieved 7 June 2014.
- "Turkey: Religions & Peoples", Encyclopedia of the Orient . Retrieved 7 June 2006.
- State Statistics Department of Georgia: 2002 census 2007-10-06 at the Wayback Machine . Retrieved 16 July 2006.
- Ethnic Composition of Kazakhstan Arxivləşdirilib 2007-06-30 at Archive-It (1999 census) . Retrieved 4 March 2009.
- "About number and composition population of Ukraine by data All-Ukrainian census of the population 2001" 2004-10-31 at the Wayback Machine, Ukraine Census 2001 . Retrieved 7 June 2006.
- . NB Of these, 7,000 are immigrants from Azerbaijan. Retrieved on 3 June 2009
- . Retrieved 13 June 2009.
- First, Second, and Total Responses to the Ancestry Question by Detailed Ancestry Code: 2000. This number includes both primary and secondary ancestry. . Retrieved 18 April 2008.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
- List of Canadians by ethnicity (following 2006 census). NB Canadian census on ancestry may not reflect current ethnic affiliation in Canada. (retrieved 7 June 2006). In the 2006 census, 1,480 people indicated 'Azeri'/'Azerbaijani' as a single response and 1,985 – as part of multiple origins.
- Library of Congress Country Studies-"Ethnic Groups of Afghanistan"In 1996, approximately 40 percent of Afghans were Pashtun, 11.4 of whom are of the Durrani tribal group and 13.8 percent of the Ghilzai group. Tajiks make up the second largest ethnic group with 25.3 percent of the population, followed by Hazaras, 18 percent; Uzbeks, 6.3 percent; Turkmen, 2.5 percent; Qizilbash, 1.0 percent; 6.9 percent other .
- Islamic Republic of Afghanistan Central Statistics Organization 2010-01-28 at the Wayback Machine 2009–cu ildə Əfqanıstan əhalisi 23993500 nəfər olub
- [2] Azərbaycan Diaspor Təşkilatlarının Xəritəsi.
- Trend Analitik-informasiya agentliyi :Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasına dair xəritə hazırlanacaq--xəbərin yayınlanma tarixi: 2 Oktyabr 2007-ci il
Xarici keçidlər
- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar
- Azərbaycan Diasporu 2012-02-26 at the Wayback Machine