Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında. 8–24 avqust tarixləri arasında Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması, 44 idmançı ilə 10 idman növü üzrə təmsil olundu.
Azərbaycan Olimpiya Oyunlarında | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
2008 Yay Olimpiya Oyunları Pekin | ||||||||||||
İştirakçılar | 44 idmançı (idman növü:10) | |||||||||||
Bayraqdar | Fərid Mansurov Şahin İmranov | |||||||||||
Medallar | Qızıl 1 | Gümüş 2 | Bürünc 4 | Ümumi 7 | ||||||||
Olimpiya tarixi (yekun) | ||||||||||||
Yay Olimpiya Oyunları | ||||||||||||
1992 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 | ||||||||||||
Qış Olimpiya Oyunları | ||||||||||||
1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 |
Azərbaycan yığması, XXIX Yay Olimpiya Oyunlarında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc) qazandı. Azərbaycana medalları, cüdo yarışlarında çıxış edən Elnur Məmmədli (qızıl) və Mövlud Mirəliyev (bürünc), yunan-roma güləşçisi Rövşən Bayramov (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (bürünc) və Xetaq Qazyumov (bürünc), habelə boks yarışlarında mübarizə aparan Şahin İmranov (bürünc) qazandırdı.
Yunan-roma güləşçisi Vitali Rəhimov, gümüş medal qazansada, yarış zamanı qadağan olunan turinabol preparatını qəbul etdiyi üçün, 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən gümüş medaldan məhrum edildi.
XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması, 204 dövlət sırasında medalların sayına görə 35-ci yeri, medalların əyarına görə isə 40-cı yeri tutdu. Azərbaycan həmçinin, avropa dövlətləri sırasında 21-ci (sayına görə 19-cu), islam dövlətləri sırasında 2-ci (sayına görə də 2-ci), sabiq Sovet İttifaqı dövlətləri sırasında isə 6-cı (sayına görə də 6-cı) pillələrdə qərarlaşdı.
Azərbaycan Olimpiya Oyunlarında, ən çox idmançı ilə 2004-cü ildə Afinada baş tutan yarışlarda təmsil olundu. Həmin yarışlarda, yığmanın heyətinə 37 idmançı daxil edildi. 2008-ci ildə Pekində baş tutan yarışlarda isə, yığmanın heyətinə 44 idmançı daxil edildi. Həmin 44 idmançıdan, 35-i birinci dəfə Olimpiya Oyunlarına qatılırdı, 19-u isə digər dövlətlərdən milliləşdirilən legionlerlər idi. Azərbaycan, həmdə Olimpiya Oyunları tarixində birinci dəfə atçılıq idman növü üzrə təmsil olundu.
Azərbaycan yığmasının heyətində, ən gənc idmançı üzgüçü Oksana Hətəmxanova (18 yaş 43 gün), ən yaşlı idmançı isə atıcı Zemfira Meftahətdinova (45 yaş 79 gün) idi. 8 avqust tarixində, Pekin Milli Stadionunda baş tutan XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı, Azərbaycanın üçrəngli bayrağını 2004 Afina Olimpiadasının çempionu, yunan-roma güləşçi Fərid Mansurov apardı. Həmin açılış mərasimini həmdə, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva birbaşa stadiondan izlədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyul 2008-ci il tarixli 2955 nömrəli sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 000 (məşqçisinə 200 000 ), gümüş medal qazanan idmançıya 200 000 (məşqçisinə 100 000 ), bürünc medal qazanan idmançıya 100 000 (məşqçisinə isə 50 000 ) məbləği pul verildi.
Ümumi məlumat
Medalçıların siyahısı
Azərbaycan yığması, XXIX Yay Olimpiya Oyunlarında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc) qazandı. Azərbaycana, yeganə qızıl medalı qazandıran cüdoçu Elnur Məmmədli, bu idman növü üzrə qızıl medal qazanan birinci Azərbaycanlı oldu, (1992 Barselona Olimpiadasının qalibi Nazim Hüseynov, istisna olmağla). Mariya Stadnik isə, güləş idman növü üzrə medal qazanan birinci Azərbaycanlı qadın oldu. Azərbaycana medal qazandıranlardan, 20 yaşlı güləşçi Mariya Stadnik ən gənc, 34 yaşlı cüdoçu Mövlud Mirəliyev isə ən yaşlı idmançı oldu.
Medal | Medalçı | İdman növü | Yarış növü | Tarix |
---|---|---|---|---|
Elnur Məmmədli | Cüdo | Kişilər, 73 kq. | 11 avqust | |
Rövşən Bayramov | Güləş | Kişilər, yunan-roma, 55 kq. | 12 avqust | |
Mövlud Mirəliyev | Cüdo | Kişilər, 100 kq. | 14 avqust | |
Mariya Stadnik | Güləş | Qadınlar, sərbəst, 48 kq. | 16 avqust | |
Xetaq Qazyumov | Güləş | Kişilər, sərbəst, 96 kq. | 21 avqust | |
Şahin İmranov | Boks | Kişilər, 57 kq. | 22 avqust |
Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi
2008-ci il 30 iyul tarixində A. R. Prezident Sarayında, XXIX Yay Olimpiya Oyunlarına yollanacağ Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi baş tutdu. Mərasimə, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan idman ictimaiyyətinin nümayəndələri qatıldı. Mərasimi, Gənclər və İdman naziri Azad Rəhimov açdı.
Pekin Olimpiadasının medalına görə pul mükafatı
ABC
Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü
XXIX Yay Olimpiya Oyunlarından sonra, 29 avqust tarixində Azərbacan Prezidenti İlham Əliyev, XXIX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında sərəncam imzadı. Sərəncama əsasən idmançılardan, Elnur Məmmədli "Şöhrət" ordeni ilə, Vitali Rəhimov, Rövşən Bayramov, Mövlud Mirəliyev, Mariya Stadnik, Xetaq Qazyumov və Şahin İmranov, habelə məşqçilərdən Elçin Cəfərov, Eldar Əbilov, Hicran Şərifov, Məhəmmədxan Aratsilov, Orest Sqobelsqi, Vaqif Feyzullayev və Yaşar Allahverdiyev "Tərəqqi" medalı ilə təltif edildi. Nəriman Abdullayev, Ağayar Axundzadə, Nazim Əlicanov və Hacıağa Hacıəhmədov isə Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görüldü.
Vitali Rəhimovun gümüş medaldan məhrum edilməsi
2016-cı ilin 17 noyabr tarixində, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 16 idmançının qanında qadağan olunan preparatlar tapıldığı üçün, həmin idmançıların nəticələrini ləğv etdi. Həmin idmançılardan biri, yunan-roma güləş idman növü üzrə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazana Vitali Rəhimov idi. Vitali Rəhimov, XXIX Yay Olimpiya Oyunları zamanı, qadağan olunan turinabol preparatından istifadə etdiyi üçün, BOK onun, nətcəsini ləğv etdi və onu, gümüş medaldan məhrum etdi. Vitali Rəhimov, Olimpiya medalından məhrum olunan birinci Azərbaycan idmançı kimi tarixə düşdü.
BOK-un açığladığı qərara əsasən, gümüş medala, bürünc medalın sahibi Qazaxıstan idmançısı Nurbaxıt Tenqizbayev layiq görüldü. Nurbaxıt Tenqizbayevin qazandığı bürünc medala isə, onun, üçüncü yer uğrunda görüşdə məğlub etdiyi Çin nümayəndəsi Şenq Jinq layiq görüldü.
Nəticələri
Ağır atletika
2008 Pekin Olimpiadasında ağır atletika idman növü üzrə yarışlar, 9–19 avqust tarixləri arasında Pekin Aviasiya Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 5 ağır atlet təmsil etdi. Onlar, 2002 və 2005-ci illərin Dünya çempionu Nizami Paşayev, habelə Sərdar Həsənov, Əfqan Bayramov, Turan Mirzəyev və İntiqam Zairov idi.
Kişilər
ABC
İdmançı | Yarış | Birdən qaldırma | Təkanla qaldırma | Cəmi | Yer | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | Yer | 1 | 2 | 3 | Yer | ||||
Sərdar Həsənov | -62 kq. | 128 | 12 | — | |||||||
Əfqan Bayramov | −69 kq. | 137 | 142 | 145 | 10 | 175 | 7 | 320 | 6 | ||
Turan Mirzəyev | 142 | 146 | 8 | 181 | 5 | 327 | 4 | ||||
İntiqam Zairov | -85 kq. | 160 | 166 | 8 | 195 | 9 | 361 | 9 | |||
Nizami Paşayev | -94 kq. | 181 | 2 | 215 | 5 | 396 | 5 |
Atçılıq
- Q=Növbəti mərhələyə vəsiqə qazandı
- DSQ=Kənarlaşdırldı
2008 Pekin Olimpiadasında atçılıq idman növü üzrə yarışlar, 9–21 avqust tarixləri arasında Honq Konq İdman Universitetində baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 20 yaşlı Camal Rəhimov təmsil etdi. O, 1991–1992-ci illərdə Azərbaycanın baş naziri vəzifəsini tutan Həsən Həsənovun nəvəsidir.
Olimpiya Oyunları tarixində Azərbaycanı təmsil edən birinci çapar olan Camal Rəhimovun, 2008 Pekin Olimpiadasından əvvəl atı zədələndi və ona, 2 000 000 avroya "Ionesco De Brecca" ləqəbli yeni at alındı.
Kişilər
Camal Rəhimov, Pekin Olimpiadasında 15 avqust tarixində mübarizəyə qoşuldu. O, təsnifat mərhələsinin 1-ci raundunda, "Ionesco De Brecca" ləqəbli at ilə cəmi, 1 cərimə xalı ilə çıxış etdi və 77 çapar sırasında 14-cü yeri tutdu. 17 avqust tarixində isə, həmin mərhələnin 2-ci raundu baş tutdu. Həmin raundda, Camal Rəhimovun atı büdrədi və nəticədə o, atından düşüb, yarışlardan uzaqlaşdırıldı.
İdmançı | Yarış | At | Təsnifat mərhələsi | Final | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1-ci raund | 2-ci raund | 3-cü raund | A raundu | B raundu | Cəmi | Yer | ||||||||
Cərimə | Yer | Cərimə | Yer | Cərimə | Yer | Cərimə | Yer | Cərimə | Yer | |||||
Camal Rəhimov | Fərdi | Ionesco De Brecca |
Atıcılıq
- Q=Növbəti mərhələyə vəsiqə qazandı
2008 Pekin Olimpiadasında atıcılıq idman növü üzrə yarışlar, 9–17 avqust tarixləri arasında Pekin Atıcılıq meydanında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 2000 Sidney Olimpiadasının çempionu Zemfira Meftahətdinova təmsil etdi.
Qadınlar
Zemfira Meftahətdinova, Pekin Olimpiadasında 14 avqust tarixində mübarizəyə qoşuldu. O, təsnifat mərhələsində 63 xal topladı və 19 atıcı sırasında 15-ci yeri tutdu. Bu nəticə ilə Zemfira Meftahətdinova, yarışlarda mübarizəni dayandırdı.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Zemfira Meftahətdinova | Stend |
Bədii gimnastika
- Q=Növbəti mərhələyə vəsiqə qazandı
XXIX Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növü üzrə yarışlar, 21–22 avqust tarixləri arasında Pekin Texnologiya Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 8 bədii gimnast təmsil etdi. Fərdi yarışlarda, 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva və 2007-ci il Dünya Çempionatının bürünc medalçısı Dinarə Gimatova, qrup yarışlarda isə, Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət yığma təmsil etdi. Məşqçilər həmdə, XXIX Yay Olimpiya Oyunlarına Anna Qurbanova, Leyla Şamilova və Zeynəb Cavadlını ehtiyat idmançı qismində apardı.
Qadınlar
Azərbaycan bədii gimnastları, Pekin Olimpiadasında mübarizəyə 21 avqust tarixində qoşuldu. Həmin gün, fərdi və qrup yarışları üzrə təsnifat mərhələsinin birinci günü baş tutdu. İp ilə hərəkətlərdə Aliyə Qarayeva 17.875 xalla 3-cü yeri, Dinarə Gimatova isə 16.275 xalla 15-ci yeri tutdu. Halqa ilə hərəkətlərdə isə, Qarayeva 16.850 xalla 9-cu pilləni, Gimatova isə 16.775 xalla 12-ci pilləni tutdu. Günün sonunda həmdə, Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması 5 lent ilə hərəkətlərdə 15.575 xal topladı və 8-ci yeri tutdu.
22 avqust tarixində, fərdi və qrup yarışları üzrə təsnifat mərhələsi başa çatdı. 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva, gürz ilə hərəkətlərdə 17.625 xalla 5-ci yeri, lent ilə hərəkətlərdə isə 16.850 xalla 7-ci yeri tutdu və dörd hərəkətin cəmində, 69.200 xalla 24 idmançı sırasında 7-ci yeri tutaraq Pekin Olimpiadasının finalına vəsiqə qazandı. Dinarə Gimatova isə, gürz ilə hərəkətlərdə 16.600 xalla 9-cu pilləni, lent ilə hərəkətlərdə isə 16.875 xalla 5-ci pilləni tutdu və dörd hərəkətin cəmində, 66.525 xalla 24 idmançı sırasında 11-ci pillədə qərarlaşdı. Qrup yarışlarında isə, Azərbaycan yığması 3 halqa/2 gürz ilə hərəkətlərdə 15.875 xal topladı və 7-ci yeri tutdu. İki hərəkətin cəmində isə, Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması 69.200 xal topladı və 7-ci pilləni tutaraq Pekin Olimpiadasının finalına vəsiqə qazandı.
23 avqust tarixində, fərdi yarışların final mərhələsi baş tutdu. 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva, ip ilə hərəkətlərdə 17.750 xalla 6-cı yeri, halqa ilə hərəkətlərdə isə 18.075 xalla 4-cü yeri tutdu. Gürz ilə hərəkətlərdə 17.225 xalla 6-cı pilləni, lent ilə hərəkətlərdə isə 16.625 xalla 8-ci pilləni tutan Aliyə Qarayeva, nəticədə Pekin Olimpiadasını 67.675 xalla 10 bədii gimnast sırasnda 6-cı yeri tutdu. 20 yaşlı Aliyə Qarayeva üçün bu uğurlu nəticə hesab olunurdu.
24 avqust tarixində isə, qrup yarışlarının final mərhələsi baş tutdu. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması, 5 lent ilə hərəkətlərdə 16.075 xal, 3 halqa/2 gürz ilə hərəkətlərdə isə 15.500 xal topladı və nəticədə, Pekin Olimpiadasını 8 yığma sırasında 7-ci pillədə başa vurdu. Azərbaycan yığması, yalnızca Ukrayna yığmasını arxada qoymağı bacardı.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Aliyə Qarayeva | Fərdi | ||||
Dinarə Gimatova | |||||
Alina Trepina Anastasiya Prasolova Anna Bitiyeva Dina Qorina Valeriya Yeqay Vəfa Hüseynova | Qrup |
Boks
- Qəl.=Qalib gəldi
- Məğ.=Məğlub oldu
XXIX Yay Olimpiya Oyunlarında boks idman növü üzrə yarışlar, 9–24 avqust tarixləri arasında Pekin Proletari İdman Sarayında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 2 boksçu, 2007-ci il Dünya Çempionatının bürünc medalçısı Samir Məmmədov və 2002, 2006-cı illərin Avropa Çempionatının finalçısı Şahin İmranov təmsil etdi.
Kişilər
51 kiloqram çəki dərəcəsində çıxış edən Samir Məmmədov, 1/16 final mərhələsinin görüşündə Mərakeş idmançısı Abdelillah Nhaila ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində asan qələbə qazandı, 19:4. Növbəti, 1/8 final final mərhələsində isə Samir Məmmədov, 2003-cü ilin Dünya çempionu, Tailand nümayəndəsi Somjit Jonqjohor ilə qarşılaşdı. Bu səfər o, rəqibinə 2:10 hesabı ilə məğlub oldu və Pekin Olimpiadasında mübarizəni dayandırdı. Həmin çəki dərəcəsində isə yarışların çempionu, məhz elə Tailand nümayəndəsi Somjit Jonqjohor oldu.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahin İmranov isə, 1/16 final mərhələsinin görüşündə, 2003-cü ilin Dünya çempionu, milliyyətcə azərbaycanlı olan Qazaxıstan nümayəndəsi Qalib Cəfərov ilə qarşılaşdı. Həmin görüşdə o, 9:5 hesablı qələbə qazandı. Növbəti, 1/8 final mərhələsində Şahin İmranov, Gürcüstan idmançısı Nikoloz İzoriya ilə üz-üzə gəldi və onun, üzərində asan qələbə qazandı, 18:9. Olimpiya medalına gedən yolda isə o, Kuba nümayəndəsi İdel Torriente ilə qarşı-qarşıya gəldi. Gərgin davam edən görüşün sonunda Şahin İmranov, 16:14 hesablı qələbə qazandı və Pekin Olimpiadasının yarım-final mərhələsinə vəsiqə qazandı. Amma, Şahin İmranovun, İdel Torriente ilə görüşdə zədə alması ona, finala gedən yolda Fransa idmançısı Xedafi Djelxir ilə qarşılaşmasına mane oldu və Şahin İmranov, XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.
İdmançı | Yarış | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer |
---|---|---|---|---|---|---|---|
Samir Məmmədov | 51 kq. | Qəl. 19:4 | Məğ. 2:10 | ||||
Şahin İmranov | 57 kq. | Qəl. 9:5 | Qəl. 18:9 | Qəl. 16:14 | Məğ. -:+ |
Cüdo
- Qəl.=Qalib gəldi
- Məğ.=Məğlub oldu
ABC
Kişilər
ABC
İdmançı | Yarış | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final / BM | Yer | ||
---|---|---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | 3-cü oyun | ||||||||
Ramil Qasımov | -66 kq. | Məğ. 0101:0120 | ||||||||
Elnur Məmmədli | -73 kq. | Qəl. 1000:0000 | Qəl. 1001:0001 | Qəl. 0200:0000 | Qəl. 1000:0000 | Qəl. 1000:0000 | ||||
Mehman Əzizov | -81 kq. | Məğ. 0011:0020 | Məğ. 0001:0200 | |||||||
Elxan Məmmədov | -90 kq. | Qəl. 0011:0000 | Qəl. 0110:0010 | Məğ. 0000:1000 | Məğ. 0010:0011 | |||||
Mövlud Mirəliyev | -100 kq. | Qəl. 1000:0001 | Qəl. 1010:0000 | Qəl. 0110:0000 | Məğ. 0000:0010 | Qəl. 0110:0001 |
Qadınlar
ABC
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final / BM | Yer | ||
---|---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | 3-cü oyun | |||||||
Kifayət Qasımova | -66 kq. | Məğ. 0100:1001 |
Güləş
- Qəl.=Qalib gəldi
- Məğ.=Məğlub oldu
2008 Pekin Olimpiadasında güləş idman növü üzrə yarışlar 12–21 avqust tarixləri arasında Çin Kəndtəsərrüfatı Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı bu idman növü üzrə 16 güləşçi təmsil etdi.
Yunan-roma güləşi
Kişilər
XXIX Yay Olimpiya Oyunlarında yunan-roma güləşçiləri 12–14 avqust tarixləri arasında mübarizə apardı. 12 avqustda, 2007 və 2008-cu illərin Avropa çempionu Rövşən Bayramov və 2005-ci ilin Avropa çempionu Vitali Rəhimov çıxış etdi.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Bayramov, 1/8 final mərhələsində Misir güləşçisi Mustafa Məhəmməd ilə üz-üzə gəldi. Həmin görüşdə o, Mustafa Məhəmmədi 4:0 və 8:0 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. 1/4 final mərhələsində Rövşən Bayramov, Kuba nümayəndəsi Yagniyer Hernandez ilə qarşılaşdı. Gərgin görüşün birinci hissəsində o, 5:0 hesabı ilə qələbə qazansada, növbəti hissədə 1:2 hesabı ilə məğlub oldu. Həlledici, üçüncü hissədə Rövşən Bayramov, 4:0 hesablı qələbə qazandı və XXIX Yay Olimpiya Oyunlarının yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda o, 2006-cı ilin Avropa çempionu, erməni Roman Amoyan ilə üz-üzə gəldi. Prinsipial görüşdə Rövşən Bayramov, rəqibi 7:2 və 4:1 hesabları ilə darmadağın etdi və yarışların həlledici, final görüşündə mübarizə aparmağ hüququ qazandı. Rusiya güləşçisi Nazir Mankiyevə qarşı baş tutan final görüşünün birinci hissəsində, Rövşən Bayramov 3:4 hesabı ilə məğlub oldu. Sonuncu hissə 2:2 hesabı ilə başa çatsada, nəticədə Nazir Mankiyev qələbə qazandı. Rövşən Bayramov isə XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görüldü.
Həmin gün həmdə, 60 kiloqram çəki dərəcəsində çıxış edən Vitali Rəhimovda mübarizə apardı. O, 1/16 final mərhələsində Çin güləşçisi Şenq Jianq ilə üz-üzə gəldi və rəqibini 3:0, 2:1 hesabları ilə məğlub etdi. Vitali Rəhimov, 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Eusebiu Diaconu ilə üz-üzə gəldi. Gərgin görüşdə o, Eusebiu Diaconunu 1:1, 0:3 və 4:2 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. Yarım-final mərhələsinə gedən yolda Vitali Rəhimov, Atlanta və Sidney Olimpiadalarının qalibi, 3 qat Dünya və 6 qat Avropa çempionu, erməni əsilli Bolqarıstan güləşçisi Armen Nazaryan ilə qarşılaşdı. Görüşü tribunadan, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Ermənistan Prezidenti Serj Sargisyanın izləməsi, görüşü prinsipial edən amillərdən biri idi. Görüşün birinci hissəsində Armen Nazaryan, 2:0 hesablı qələbə qazandı. Amma, növbəti hissədə Vitali Rəhimov toparlandı və rəqibini 3:0 hesabı ilə məğlub etdi. Həlledici, üçüncü hissədə də Vitali Rəhimov inamla mübarizə apardı və Armen Nazaryanı 7:0 hesabı ilə məğlub etdi. Referinin final fitindən sonra Ermənistan Prezidenti Serj Sargisyan, özündən bir cərgə yuxarında əyləşən Azərbaycan Prezidenti İlham Əliyevin əlini sıxdı. Finala gedən yolda isə Vitali Rəhimov, 2003-cü ilin Dünya çempionu, Qazaxıstan nümayəndəsi Nurbaxıt Tenqizbayev ilə üz-üzə gəldi. Həmin görüşdə o, 1:1 və 7:0 hesablı qələbə qazandı və Pekin Olimpiadasının həlledici, final görüşündə mübarizə aparmağ hüququ qazandı. Onun, final görüşündə rəqibi, Rusiya güləşçisi İslambəy Albiyev oldu. Amma, bu görüşdə Vitali Rəhimov, uğurlu seriyanın davamını gətirə bilmədi. O, İslambəy Albiyevə 0:2 və 0:4 hesabları ilə məğlub oldu və XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Amma, XXIX Yay Olimpiya Oyunlarından 8 il sonra, 2016-cı ildə Vitali Rəhimov, yarış zamanı qadağan olunan turinabol preparatını qəbul etdiyi üçün, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən gümüş medaldan məhrum edildi.
Pekin Olimpiadasının güləş yarışlarının II günündə, 2004 Afina Olimpiadasının və 2007-ci ilin Dünya Çempionatının qalibi Fərid Mansurov, habelə İlqar Abdulov mübarizə apardı. Amma, onlardan heç biri yarışların medalını qazana bilmədi.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Mansurov, 1/8 final mərhələsində Ukrayna güləşçisi Armen Vardanyana 0:3 və 0:3 hesabları ilə məğlub oldu və Pekin Olimpiadasını 19-cu yerdə başa vurdu.
74 kiloqram çəki dərəcəsində çıxış edən İlqar Abdulov isə 1/16 final mərhələsində Türkiyə güləşçisi Şərəf Tüfəngi 2:1 və 1:1 hesabları ilə məğlub etsədə, 1/8 final mərhələsində, Sidney Olimpiadasının qalibi, 2 qat Dünya və 2 qat Avropa çempionu, Rusiya nümayəndəsi Varteres Samurqaşevə tuşe ilə məğlub oldu və Pekin Olimpiadasını 12-ci yerdə bitirdi.
Yunan-roma güləşçilərinin yarışı, avqustun 14-də başa çatdı. Həmin gün, Şalva Qadabadze və Anton Botev çıxış etdi.
84 kiloqram çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadze, 1/8 final mərhələsində Tunis güləşçisi Haykel Açourini 5:0 və 5:0 hesabları ilə məğlub etsədə, 1/4 final mərhələsində Macarıstan nümayəndəsi Zoltan Fodora gərgin görüşün sonunda, 1:1, 0:3 və 1:1 hesabları ilə məğlub oldu və mübarizəsi təsəlliverici qrupda davam etdi. Amma, qrupun birinci görüşündəcə Şalva Qadabadze, Çin güləşçisi Ma Sanyiyə gərgin görüşün sonunda 3:3 və 2:3 hesabı ilə məğlub oldu və Pekin Olimpiadasını 8-ci pillədə başa vurdu.
120 kiloqram çəki dərəcəsində çıxış edən Anton Botev isə 1/16 final mərhələsində, Sidney Olimpiadasının gümüş medalçısı, Özbəkistan güləşçisi David Saldadzeni 2:1, 1:2 və 2:0 hesabları ilə məğlub etsədə, 1/8 final mərhələsində, İsveç nümayəndəsi Jalmar Sjöberqə 0:2 və 0:3 ilə məğlub oldu və Pekin Olimpiadasını 10-ci pillədə bitirdi.
İdmançı | Yarış | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final | Yer | |
---|---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | ||||||||
Rövşən Bayramov | 55 kq. | Qəl. 4:0, 8:0 | Qəl. 5:0, 1:2, 4:0 | Qəl. 7:2, 4:1 | Məğ. 3:4, 2:2 | ||||
Vitali Rəhimov | 60 kq. | Qəl. 3:0, 2:1 | Qəl. 1:1, 0:3, 4:2 | Qəl. 0:2, 3:0, 7:0 | Qəl. 1:1, 7:0 | Məğ. 0:2, 0:4 | |||
Fərid Mansurov | 66 kq. | Məğ. 0:3, 0:3 | |||||||
İlqar Abdulov | 74 kq. | Qəl. 2:1, 1:1 | Məğ. 0:4 | ||||||
Şalva Qadabadze | 84 kq. | Qəl. 5:0, 5:0 | Məğ. 1:1, 0:3, 1:1 | Məğ. 3:3, 2:3 | |||||
Anton Botev | 120 kq. | Qəl. 2:1, 1:2, 0:2 | Məğ. 0:2, 0:3 |
Sərbəst güləş
Kişilər
ABC
İdmançı | Yarış | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final / BM | Yer | |
---|---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | ||||||||
Namiq Sevdimov | 55 kq. | Qəl. 1:1, 3:1, 2:1 | Qəl. 1:2, 1:0, 2:0 | Məğ. 5:3, 2:3, 3:4 | Məğ. 2:0, 1:3, 0:1 | ||||
Zəlimxan Hüseynov | 60 kq. | Məğ. 0:1, 0:1 | Qəl. 0:1, 1:1, 4:3 | Qəl. 1:0, 3:1 | Məğ. 0:2, 1:3 | ||||
Emin Əzizov | 66 kq. | Qəl. 1:0, 2:0 | Məğ. 0:2, 0:1 | ||||||
Çamsulvara Çamsulvarayev | 74 kq. | Məğ. 4:0, 0:2, 0:1 | |||||||
Novruz Təmrəzov | 84 kq. | Qəl. 3:0, 0:1, 3:0 | Qəl. 6:0 | Məğ. 4:0, 0:2, 0:2 | |||||
Xetaq Qazyumov | 96 kq. | Qəl. 3:0, 3:0 | Qəl. 4:0, 4:0 | Qəl. 4:0, 6:0 | Məğ. 1:0, 0:2, 0:1 | Qəl. 5:0, 2:0 | |||
Əli İsayev | 120 kq. | Məğ. 0:2, 3:4 | Məğ. 0:1, 0:4 |
Qadınlar
ABC
İdmançı | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final | Yer | |
---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | ||||||
Mariya Stadnik | Məğ. 3:4, 0:2 | Qəl. 1:0, 3:2 | Qəl. 2:1, 8:0 | ||||
Yelena Komarova | Məğ. 0:4, 0:1 | ||||||
Olesya Zamula | Məğ. 0:2, 0:3 | Məğ. 0:2, 0:3 |
Qılıncoynatma
- Qəl.=Qalib gəldi
- Məğ.=Məğlub oldu
ABC
Qadınlar
ABC
İdmançı | Yarış | 1/32 final | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Final / BM | Yer |
---|---|---|---|---|---|---|---|---|
Səbinə Mikina | Sablya |
Taekvondo
- Qəl.=Qalib gəldi
- Məğ.=Məğlub oldu
ABC
Kişilər
ABC
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final / BM | Yer |
---|---|---|---|---|---|---|
Rəşad Əhmədov | -80 kq. | Qəl. 5:0 | Qəl. 0:0 | Məğ. 1:4 | Məğ. 2:3 |
Üzgüçülük
- Q=Növbəti mərhələyə vəsiqə qazandı
Kişilər
ABC
İdmançı | Təsnifat mərhələsi | Yarım-final | Final | ||||
---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Tural Abbasov | 50 m., sərbəst |
Qadınlar
ABC
İdmançı | Yarış | Təsnifat mərhələsi | Yarım-final | Final | |||
---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Oksana Hətəmxanova | 100 m., brass |
Yüngül atletika
- Q=Növbəti mərhələyə vəsiqə qazandı
Kişilər
ABC
İdmançı | Yarış | Təsnifat mərhələsi | Dörddə bir final | Yarım-final | Final | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Ruslan Abbasov | 100 m. | ||||||||
Ramil Quliyev | 200 m. |
Həmçinin bax
Mənbələr
İstinadlar
- "Camal Rəhimovun XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Azərbaycanlı çapar Camal Rəhimov, birinci dəfə olaraq Olimpiya Oyunlarına lisenziya qazanıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-18 tarixində . İstifadə tarixi: 28 iyul 2008.
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, atçılıq idman növünün təsnifat mərhələsinin 1-ci raundunun nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Azərbaycanlı çapar Camal Rəhimov, Olimpiya Oyunlarında çıxışına uğurla başlayıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-18 tarixində . İstifadə tarixi: 15 avqust 2008.
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, atçılıq idman növünün təsnifat mərhələsinin 2-ci raundunun nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Zemfira Meftahətdinovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, atıcılıq idman növü üzrə stend yarışlarının təsnifat mərhələsinin nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Aliyə Qarayevanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Dinarə Gimatovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Alina Trepinanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Anastasiya Prasolovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Anna Bitiyevanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Dina Qorinanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Valeriya Yeqayın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Vəfa Hüseynovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Anna Qurbanovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Leyla Şamilovanın XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "Zeynəb Cavadlının XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytında profili. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə ip ilə hərəkətlərin təsnifat mərhələsinin nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə halqa ilə hərəkətlərin təsnifat mərhələsinin nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə gürz ilə hərəkətlərin təsnifat mərhələsinin nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə lent ilə hərəkətlərin təsnifat mərhələsinin nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə ip ilə hərəkətlərin finalının nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə halqa ilə hərəkətlərin finalının nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə gürz ilə hərəkətlərin finalının nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- "XXIX Yay Olimpiya Oyunlarında, bədii gimnastika idman növü üzrə lent ilə hərəkətlərin finalının nəticələri. (ing.)". www.results.beijing2008.cn (XXIX Yay Olimpiya Oyunlarının rəsmi saytı). 2017-07-18 tarixində (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
Xarici keçidlər
Azərbaycan portalı Azərbaycan idmanı portalı Olimpiya Oyunları portalı |