Çamsulvara Çamsulvarayev
Çamsulvara Baqomed oğlu Çamsulvarayev (d. 9 sentyabr 1984, Serqoqala, Dağıstan, Rusiya - ö. 28 sentyabr 2016, Mosul, İraq) — Azərbaycan güləşçisi. Əslən Dağıstanlı və dargi millətindəndir. Çamsulvara Çamsulvarayev 2007-ci ildə Dünya Çempionatında bürünc, 2009-cu ildə isə gümüş medal qazanıb. O, həm də Avropa Çempionatlarında bir qızıl və üç bürünc medala layiq görülüb. Çamsulvara Çamsulvarayev Azərbaycanı 2008-ci ildə Pekin şəhərində baş tutan Olimpiya oyunlarında təmsil etmişdir.
Çamsulvara Çamsulvarayev | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Serqoqala, Dağıstan, Rusiya |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Mosul, İraq |
Vəfat səbəbi | Pilotsuz uçuş aparatı |
Boyu | 174 sm. |
Çəkisi | 77 kq. |
İdman növü | Güləş |
29 sentyabr 2016 tarixində yenilənib. |
2016-cı ilin sentyabr ayında İraqın Mosul şəhərində döyüş zamanı dünyasını dəyişib.
Həyatı
Çamsulvara Çamsulvarayev 6 sentyabr 1984-cü ildə Dağıstanın Serqoqala rayonunda dargi ailəsində anadan olub. O, güləşlə 1999-cu ildə Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşğul olmaqa başladı. Çamsulvara Çamsulvarayev 2007-ci ildə Azərbaycan yığmasının heyətinə cəlb olundu.
Karyerası
Çamsulvara Çamsulvarayev 2007-ci ildə Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanmışdır. Daha sonra 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında bürünc medal qazanmışdır. Bundan başqa 2008-ci ildə Tamperedə keçirilən Avropa çempionatında bürünc medal, 2009-ci ildə Herninqdə keçirilən Dünya çempionatında gümüş medal, 2009-cu ildə Vilnüsdə keçirilən Avropa çempionatında qızıl medalı boynundan asmışdır. Sonuncu dəfə 2010-cu ildə Bakıda keçirilən Güləş üzrə Avropa Çempionatında bürünc medal qazanmışdır.
Pekin Olimpiadası
2008-ci ildə Pekində keçirilən Yay olimpiya oyunlarında Azərbaycan millisinin tərkibində çıxış etmişdir. Çamsulvara ilk döyüşündə uduzmuş və mübarizəni dayandırmışdır.
Ölümü
Çamsulvara idmandan uzaqlaşdıqdan sonra radikal dini qüvvələrə qoşulmuşdur. İŞİD terror təşkilatının sıralarında döyüşən idmançı 28 sentyabr 2016-cı ildə İraqın Mosul şəhərində güllələnmişdir. Güləşçinin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləmişdir.
İstinadlar
- Azərbaycan millisinin məşhur güləşçisi İŞİD-in tərkibində öldürüldü