Wikipedia
20 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
20 oktyabr — Qriqorian təqvimi ilə ilin 293-cü günü (uzun illərdə 294-cü). İlin sonuna 72 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1905 — Qalatasaray idman klubu yaradılmışdır.
- 1911 — Amundsenin ekspedisiyası Şimal qütbünə yola düşmüşdür.
- 1921 — Fransa qoşunu Anadolunu tərk etmiş, Fransa və Türkiyə arasında Ankara sazişi imzalanmışdır.
- 1945 — Fransada qadınlar seçki hüququ əldə etmişlər.
- 1980 — Yunanıstan yenidən NATO-ya daxil olmuşdur.
- 1982 — Türkiyədə prezident Kənan Evrenin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edilmişdir.
- 1997 — "Microsoft" şirkəti antiinhisar qanununu pozduğu üçün cərimələnmişdir.
- 2008 — "Ergenekon" məsələsi çərçivəsində ilk məhkəmə prosesi Silivridə keçirilmişdir.
Azərbaycanda olan hadisələr
- 1923 — Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçmişdir.
- 2005 — Əli İnsanov səhiyyə naziri vəzifəsindən azad edilmişdir.
- 2020 - Zəngilan şəhəri işğaldan azad edilmişdir.
Doğumlar
- 1819 — Seyid Əli Məhəmməd — Babilik cərəyanının ideoloqu.
- 1867 — Səttarxan — Xalq qəhrəmanı (ö. 1914)
- 1882 — Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru (ö. 1956).
- 1891 — Ceyms Çedvik — fizik.
- 1913 — Əhməd Cəmil — şair (ö. 1977).
- 1919 — Mustay Kərim — başqırd şairi.
- 1922 — Şövkət Ələkbərova — Azərbaycanın xalq artisti (ö. 1993).
- 1946 — Elfrida Elinek — avstriyalı dramaturq.
- 1956 — Telman İsmayılov — azərbaycanlı iş adamı.
- 1960 — Əzizağa Əzizov — aktyor.
- 1971
- Snoop Dogg
- Danni Minogue — müğənni.
Ölümlər
- 2011 - Müəmmər Qəddafi - Liviyanın və Afrika ölkələrinin ən məşhur şəxsiyyəti.
Bayramlar və xüsusi günlər
- Azərbaycan, Energetiklər günü
- Ümumdünya Statistika Günü.
- Azərbaycan, Beynəlxalq Kulinariya Günü
İstinadlar
- Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2004 tarixli, 446 nömrəli Sərəncamı[ölü keçid]
- . 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-21.