Wikipedia
9 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
9 oktyabr — təqvim ilinin 282-ci günü (uzun illərdə 283-cü). İlin sonuna 83 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1807 - Prussiyada kəndlilərin mülkədarlardan asılılığı ləğv edilib.
- 1872 - Aaron Montgemeri Uard poçtla sifariş kataloqu tərtib edib. O bir səhifədən ibarət idi.
- 1874 - Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
- 1789 - Fransada işgəncələr qadağan edilib.
- 1876 - Qraham Bel ilk telefonu sınaqdan çıxarmışdır.
- 1941 - Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
- 1962 - Uqanda müstəqillik qazanmışdır.
- 1970 - Qırmızı kxmerlər Kambocada hakimiyyəti ələ keçirmişlər.
- 1989 - SSRİ-də işçilər tətil hüququ əldə ediblər.
- 1992 - Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilmişdir.
- 1997 - Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.
- 2004 - Həmid Kərzai Əfqanıstan prezidenti seçilmişdir.
- 2006 - Şimali Koreya nüvə sınağı həyata keçirmişdir.
- 2006 - Google şirkəti YouTube–i almaq üçün 1,65 milyard ABŞ dolları ödədiyini bəyan etmişdir.
- 2013 — Prezident seçkiləri keçirilmişdir. İlham Əliyev 84,55 % səslə üçüncü dəfə ölkə prezidenti seçilib.
- 2020 - Azərbaycan Hadrut qəsəbəsini düşməndən azad etmişdir.
Doğumlar
- 1547 - Migel de Servantes Saavedra, ispan yazıçı (ö. 1616).
- 1835 - Kamil Sen-Sans, fransız bəstəkar.
- 1879 - Maks fon Laue, alman fiziki.
- 1902 - Umnisə Musabəyova, Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi.
- 1910 - Həbibulla Hüseynov, Sovet İttifaqı Qəhrəmanı.
- 1919 - Məmməd Məhərrəmov, Sovet İttifaqı Qəhrəmanı.
- 1926 - Yevgeni Yevstiqneyev, rusiyalı aktyor.
- 1940 - Con Lennon, ingilis müğənni.
- 1946 - Tansu Çillər, Türkiyə siyasətçisi, Türkiyənin sabiq Baş Naziri.
- 1958 - Yunis Əliyev, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ölümlər
- 1944 - Sadıq bəy Ağabəyzadə, General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini.
- 1967 — Ernesto Çe Gevara, əslən Argentinadan olan Kuba inqilabçısı (d. 1928).
- 1988 — Feliks Vankel, alman mühəndis, rotor mühərrikinin yaradıcılarından biri.
- 2010 — Zaxariya Sitçin, Azərbaycan əsilli şumerşünas.
- 2016 — Anje Vayda, Polşanın tanınmış kino və teatr rejissoru.