Wikipedia
22 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
22 oktyabr — Qriqorian təqvimi ilə ilin 295-ci günü (uzun illərdə 296-cı). İlin sonuna 70 gün qalır.
Əhəmiyyətli hadisələr
- E.ə. 202 — Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur.
- 362 — Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olmuşdur.
- 1600 — Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.
- 1746 — "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulmuşdur.
- 1883 — Nyu-York şəhərində yerləşən Metropolitan Operası "Faust" operasının premyarası ilə açılmışdır.
- 1931 — Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi ödəmədiyinə görə 11 il həbs cəzası almışdır.
- 1935 — SSRİ-də marşal rütbəsi təsis edilmişdir.
- 1938 — Amerikan mühəndis Çarlston surətçıxarma aparatını icad etmişdir.
- 1953 — Laos Fransadan müstəqilliyini elan etmişdir.
- 1960 — boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanmışdır.
- 1962 — Amerika Birləşmiş Ştatları prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlığları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.
- 1964 — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.
- 1980 — Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir.
- 1982 — Amerikada ilk Rembo filmi ekranlara çıxmışdır.
- 1983 — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.
- 1990 — Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunmuşdur.
- 1996 — Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurmuşdur.
- 2000 — Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan etmişdir.
- 2002 — "Merkuri-2" bərəsinin qəzaya uğraması
- 2006 — Alman avtombil pilotu Mixael Şumaxer karyerasına son qoymuşdur
Doğumlar
- 1688 — Nadir şah Əfşar — İran şahı (ö. 1747).
- 1844 — Sara Bernar — fransız aktrisası .
- 1919 — Ərtoğrul Cavid.
- 1929 — Lev Yaşin - sovet futbolçusu.
- 1940 — Mailə Muradxanlı - tərcüməçi, dramaturq, publisist.
- 1943 — Katerin Dönöv - fransız aktrisası.
- 1949 — Arsen Venqer — futbol məşqçisi.
- 1966 — Tatyana Ovsienko — müğənni.
- 1968 — Şaqqi — musiqiçi.
- 1985 — Hadisə Açıqgöz - Türkiyənin Eurovision təmsilçisi.
- 1985 — Zak Henson — aktyor.
Ölümlər
- 1981 — Həsənağa Salayev - Xalq artisti, aktyor (d. 1921).
- 2020 — Xudayar Yusifzadə - Vətən müharibəsi şəhidi (15.07.1998).