Wikipedia
31 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
31 oktyabr — Qriqorian təqvimi ilə ilin 304-cü günü (uzun illərdə 305-ci). İlin sonuna 61 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 475 - Romul Avqust Roma İmperatoru elan olunub.
- 638 - Kəbə atəşə tutulub və yandırılırıb.
- 802 - İmperatoriça Atenalı İrene taxtdan qovularaq Lesbosa sürgün edilib.
- 1517 - Martin Lüter Vittenberq (Wittenberg) kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq protestanlığı elan etmişdir.
- 1876 - Hindistanda qasırğa 200 000 insanın həyatına son qoymuşdur.
- 1892 - Artur Konan Doyl “Şerlok Holmsın macəraları” əsərini çap etdirmişdir.
- 1922 - Benito Mussolini İtaliyanın Baş Naziri seçilmişdir.
- 1952 - Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirmişdir.
- 1954 - Əlcəzairdə müstəqillik uğrunda mübarizə başlanmışdır.
- 1956 - Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlamışlar.
- 1961 - Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilmişdir.
- 1984 - İndira Qandi öldürülmüşdür.
- 1989 - Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilmişdir.
- 1992 - Vatikan Qalileo Qalileyyə bəraət vermişdir.
- 1992 - TÜRKSOY təsis edilmişdir.
- 1994 - ABŞ-ın İndiana ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb: 68 nəfər ölüb.
- 1999 - Misirə məxsus sərnişin təyyarəsi ABŞ-ın Massaçusets ştatında qəzaya uğrayıb: 217 nəfər ölüb.
- 2000 - Sinqapur sərnişin təyyarəsi havaya qalxarkən qəza edib: 83 nəfər ölüb.
- 2000 - Rusiya sərnişin təyyarəsi Anqolada partlayıb: 50 nəfər həyatını itirib.
- 2011 - Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
- 2014 - Nasradin bu günü Nəzrin Günü deyə dünyaya bəyan etmişdir.
- 2015 - Rusiya sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb: 224 nəfər ölüb.
Azərbaycanda olan hadisələr
- 1917 - Bakıda Müsavatın 26 oktyabrda başlanan qurultayı başa çatmışdır.
- 1930 - Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalı nəşrə başlayıb.
- 1949 - SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib.
- 1974 - Naxçıvan hava limanının təməli qoyulub.
- 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.
- 1996 - Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunmuşdur.
- 2003 – Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi andiçmə mərasimi keçirilib.
- 2006 - Gəncə Beynəlxalq Hava limanı əsaslı təmirdən sonra prezident İlham Əliyevin iştirakı ilə açılmışdır.
- 2008 – Prezident İlham Əliyevin ikinci səlahiyyət müddətinə başlamasından (24 oktyabr 2008) sonra Konstitusiyanın tələbinə müvafiq olaraq istefa vermiş Nazirlər Kabinetinin yeni tərkibi elan olunub.
Doğumlar
- 1345 - I Ferdinand, IX Portuqaliya kralı
- 1391 - I Duarte, XI Portuqaliya kralı
- 1424 - 3-cü Vladislav, Polşa kralı
- 1472 - Uanq Yanmin, Çin filosofu
- 1795 - Con Kits (John Keats), İngilis şairi
- 1857 - Aksel Munte, İsveç həkimi, yazıçı
- 1892 - Aleksandr Alyoxin, rusiyalı şahmatçı, 1937-1946-cı illər arası şahmat üzrə dünya çempionu
- 1835 - Adolf fon Bayer, Almaniyalı kimyaçı
- 1854 - Adolf Erman, Alman misirşünası, arxeoloq
- 1907 - Şeyla Bromli, Amerika aktrisası
- 1912 - Deyl Evans, Amerika aktrisası, müğənni və yazıçı
- 1922 - Anatoli Papanov, Sovet aktyoru (d. 1987)
- 1922 - Andraş Hegedüş, Macar dövlət xadimi
- 1928 - Kleo Mur, Məşhur Amerika kinoaktrisası
- 1930 - Mişel Kollins, Amerika astronavtı
- 1944 - Bayram Təbrizli-Marağalı, şərqşünas-alim
- 1950 - Zaha Hadid, İraq ərəb əsilli britaniyalı, dekonstruktivist memar
- 1953 - Koroğlu Rəhimov, Azərbaycanın Milli Qəhrəmanı
- 1953 - Maykl J. Anderson, Amerikan aktyoru
- 1955 - Cahangir Zülfüqarov, Kino bəstəkarı, əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri
- 1960 - Rza Pəhləvi
- 1961 - Piter Cekson, Film direktoru, rejissor
- 1963 - Nadir Əzimov, Bəstəkar
- 1963 - Rob Şnayder, Amerikalı aktyor, rejissor
- 1969 - Mələk Abbaszadə, Aktrisa
- 1976 - Quti, Futbolçu
- 1983 - Aleksandr Qrişçuk, Rusiya qrossmeysteri.
- 1997 - Markus Reşford, İngilis futbolçu.
Ölümlər
- 932 - Əl-Müqtədir, Abbasi xəlifəsi
- 1448 - VIII İohann Paleoloq, Bizans imperatoru
- 1925 - Mixail Frunze, Sovet partiya və hərbi xadimi
- 1973 - Malik ibn Nəbi, Əlcəzair yazıçısı və filosofu
- 1979 - Məzahir Daşqın, azərbaycanlı aşıq və şair
- 1984 - İndira Qandi, Hindistanın məşhur siyasi xadimi
- 1991 - Telman Həsənov, şəhid
- 1993 - Rizvan Hümbətov, "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü
- 1993 - Federiko Fellini, Dünya şöhrətli italyan kinorejissoru
- 2010 - Evelin Bağçaban, Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi
Bayramlar və xüsusi günlər
- Amerika Birləşmiş Ştatlarında Hellovin günü (Cadugərlər Bayramı). Protestant kilsələri bu günü tarixi islahatlar günü kimi qeyd edirlər.
İstinadlar
- ↑ Çox maraqlı təsadüf! 31 oktyabr tarixə keçdi (FOTO) 2015-11-02 at the Wayback Machine. anspress.com, 01.11.2015 (azərb.)