Wikipedia
1994
Qriqori | 1994 MCMXCIV |
Bəhai | 150 – 151 |
Benqal | 1401 |
Berber | 2944 |
Myanma | 1356 |
Bizans | 7502 – 7503 |
Buddist | 2538 |
Erməni | 1443 ԹՎ ՌՆԽԳ |
Efiopiya | 1986 – 1987 |
Hicri | 1414 – 1415 |
Hind | |
- Vikram-samvat | 2050 – 2051 |
- Şaka samvat | 1916 – 1917 |
- Kali-yuqa | 5095 – 5096 |
Holosen təqvimi | 11994 |
Yəhudi | 5754 – 5755 |
İran | 1372 – 1373 |
Qibti | 1710 – 1711 |
Koreya | 4327 |
Tailand günəş | 2537 |
Hadisələr
- İsraillə Fələstin arasında "Qəzzə-Əriha" adlanan saziş imzalanması.
- 10 yanvar - NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Naminə Tərəfdaşlıq” proqramının qəbul olunması.
- 31 dekabr - Birinci Çeçen-rus müharibəsinin başlanması
- 5 yanvar - Azərbaycan Ordusunun uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsinin və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazilərinin bir hissəsinin azad edilməsi.
- 6 yanvar - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələrinin 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanması.
- 9 yanvar - Azərbaycan Respublikası ilə Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
- 11 yanvar - Azərbaycan Respublikası ilə Latviya və Slovakiya arasında diplomatik münasibətlərin yaradılması.
- 17 yanvar - Azərbaycan Ordusunun hissələri tərəfindən Qarabağ cəbhəsinin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısının alınması.
- 1 fevral - Bakı dəmiryol vağzalında «Kislovodsk-Bakı» qatarında ermənilər tərəfindən terror aktının törədilməsi.
- 2 fevral - Bakıda Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi.
- 24 fevral - Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edilməsi.
- 17 mart - C-130 İran təyyarəsi ermənilər tərəfindən vurulmuşdur
- 4 may - Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması.
- 12 may - ATƏM-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin (Bişkek protokolunun) imzalanması.
- 29 sentyabr – Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun qətlə yetirilməsi.
- Bakıda lüteran icmasının yenidən fəaliyyətə başlaması.
Doğumlar
- Elif Doğan—türk aktrisası
Vəfatlar
- 25 noyabr – Məmməd Bürcəliyev – Azərbaycan teatr və kino aktyoru.
