Wikipedia
1922
Qriqori | 1922 MCMXXII |
Bəhai | 78 – 79 |
Benqal | 1329 |
Berber | 2872 |
Myanma | 1284 |
Bizans | 7430 – 7431 |
Buddist | 2466 |
Erməni | 1371 ԹՎ ՌՅՀԱ |
Efiopiya | 1914 – 1915 |
Hicri | 1340 – 1341 |
Hind | |
- Vikram-samvat | 1978 – 1979 |
- Şaka samvat | 1844 – 1845 |
- Kali-yuqa | 5023 – 5024 |
Holosen təqvimi | 11922 |
Yəhudi | 5682 – 5683 |
İran | 1300 – 1301 |
Qibti | 1638 – 1639 |
Koreya | 4255 |
Tailand günəş | 2465 |
Hadisələr
- 15 fevral – Haaqada (Niderland) Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılması. II Dünya müharibəsindən sonra Haaqa Beynəlxalq Tribunalı fəaliyyətə başlaması.
- 28 fevral - İngiltərənin Misir üzərində protektoratlığının ləğv edilməsi.
- 16 aprel - Almaniya ilə Sovet Rusiyası arasında Rapallo müqaviləsinin imzalanması.
- 14 iyun - Böyük Başqırdıstan MSSR-in yaradılması.
- 30 noyabr - RSFSR-in tərkibində Çeçenistan Muxtar Vilayətinın yaradılması.
- 13 dekabr - I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi.
- 15 dekabr - İtaliyada B.Mussolini başda olmaqla "Böyük Faşist Şurası"nın yaradılması.
- 30 dekabr – SSRİ-nin I Sovetlər qurultayında SSRİ-nin təşkil edilməsi
- İngilis arxeoloqu Hovard Karter tərəfindən firon Tutanhamonun sərdabəsinin aşkar edilməsi.
- Aşağı və Orta Volqaboyunu, Cənubi Uralı, Sibirin cənubunu aclıq bürüməsi.
- 17 yanvar - Azərbaycan Dövlət Dram Teatrının yaradılması.
- 25 yanvar - Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
- 27 yanvar - Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayının keçirilməsi.
- 12 mart - Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqının - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaradılması.
- 28 aprel - 3 may - II Ümumazərbaycan Sovetlər qurultayının keçirilməsi.
- 20 oktyabr - Azərbaycan SSR MİK-i tərəfindən latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekretin verilməsi.
- 2 noyabr - C.Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla Nəsrəddin" satirik jurnalının Bakıda buraxılan ilk sayının çapdan çıxması.
- 7 noyabr - Bakıda Azərbaycanın satirik şairi M.Ə.Sabirin abidəsinin qoyulması.
- 10 dekabr- ZSFSR-nin yaradılması.
- Bakıda Bakıxanov adına tikiş fabrikinin fəaliyyətə başlaması.
- Azərbaycan ərzaq vergisinin tətbiqi.
- M.Ə.Rəsulzadənin Türkiyəyə mühacirət etməsi.
Doğumlar
- Bürhan Kərimov - fizika-riyaziyyat elmləri doktoru.
- 12 mart – Cek Keruak - Amerikan yazıçı və şair
- 15 may - Rauf Hacıyev - bəstəkar, xalq artisti
- 31 may – Sara Qədimova - Görkəmli Azərbaycan müğənnisi.
- 17 sentyabr — Aqostinyo Neto - Afrikalı yazıçı, şair, siyasətçi.
- 20 oktyabr - Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni.
- 15 fevral — Möhsün Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısı.
- 22 noyabr - Fikrət Əmirov - Azərbaycan bəstəkarı.
Vəfatlar
- 9 iyul — Ocaqqulu Musayev - sovet inqilabçı.
- 22 avqust - Maykl Kollins - İrlandiya siyasətçisi.
