Wikipedia
5 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
5 oktyabr — təqvim ilinin 278-ci günü (uzun illərdə 279-cu). İlin sonuna 87 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1502 - Xristofor Kolumb Kosta-Rikanı kəşf etmişdir.
- 1632 - Yakutiya Rusiyanın tərkibinə qatılmışdır.
- 1864 - Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoymuşdur.
- 1896 - alman fiziki Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf etmişdir. Bu dalğalar sonradan "rentgen şüaları" adlandırılmışdır.
- 1908 - Bolqarıstan Osmanlı İmperiyasından müstəqilliyini elan etmişdir.
- 1908 - Avstriya-Macarıstan imperatoru Bosniya və Herseqovinanın ilhaq edilməsi barədə nota imzalamışdır.
- 1910 - Portuqaliyada respublika idarə sistemi bərqərar olmuşdur.
- 1911 - İtalyan ordusu Trablus-qərbı işğal etmişdir.
- 1914 - Tarixdə ilk hava döyüşü baş vermişdir
- 1930 - Böyük Britaniyaya məxsus və dünyanın ən böyük dirijablı olan R101 Fransanın şimalında partlamış, 48 nəfər həlak olmuşdur.
- 1936 - İspaniyada vətəndaş muharibəsi başlamışdır.
- 1962 - The Beatles qrupunun ilk albomu olan Love me do satışa çıxarılmışdır.
- 1970 - Ənvər Sadat Misir prezidenti seçilmişdir.
- 1988 - Çilidə Auqusto Pinoçet rejiminə qarşı referendum keçirilmişdir.
- 1989 - Dalay Lama Nobel Sülh Mükafatını almışdır.
- 1993 - Rusiya prezidenti Boris Yeltsin müxalif partiya və qəzetlərin fəaliyyətini qadağan etmişdir.
- 2000 - Serbiya prezidenti Slobodan Miloşeviç istefa vermişdir.
Doğumlar
- 1713 - Deni Didro - fransız filosofu.
- 1935 - Xəyyam Mirzəzadə - bəstəkar.
- 1943 - İnna Çurikova - rusiyalı aktrisa.
- 1964 - Eldar İsgəndərzadə, Azərbaycanlı şair-dramaturq, ssenari müəllifi, kino redaktoru, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatçısı.
- 1975 - Keyt Uinslet - ingilis aktrisası.
- 1976 - Ramzan Qadırov - Çeçenistan Respublikasının başçısı.
Ölümlər
- 1285 — III Filip (Fransa kralı) (1245—1285), Kapettinq sülaləsindən 1270-ci ildən Fransa kralı.
- 1754 — Mirzə Məhəmməd xan Səfdər Cəng
- 1880 — Jak Offenbax (1819 an.ol.), alman-yəhudi mənşəli fransız bəstəkarı, klassik operanın banisi.
- 1996 — Seymur Krey (1925 an.ol.), Amerika mühəndisi, superkompryuter ixtiraçısı.
- 2004 — Moris Uilkins (1916 an.ol.), ingilis fiziki, 1962-ci il fizika üzrə Nobel mükafatı laureatı.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Müəllimlər Günüdür.
- Portuqaliya, respublika günü.