Wikipedia
21 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
21 oktyabr — Qriqorian təqvimi ilə ilin 294-cü günü (uzun illərdə 295-ci). İlin sonuna 71 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1520 – Portuqaliyalı səyyah və tədqiqatçı Ferdinand Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı kəşf etmişdir. Sonradan bu yer onun şərəfinə Magellan boğazı adlandırılmışdır.
- 1603 – Şah Abbas Təbrizi Osmanlı qoşunundan təmizləmişdir.
- 1805 – Böyük Britaniya ilə Fransa və İspaniya arasında Trafalqar döyüşü baş vermişdir.
- 1879 – Amerikalı Tomas Edison ilk elektrovozu ixtira etmişdir.
- 1879 – Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarmışdır.
- 1915 – Virciniya və Paris arasında ilk transatlantik telefon rabitəsi qurulmuşdur.
- 1928 – Lev Trotski bütün dünya kommunistlərini Stalinə qarşı mübarizəyə çağırmışdır.
- 1934 – Çində Mao Tsedunun başçılığı ilə "Böyük Yürüş" başlamışdır.
- 1935 – Almaniya rəsmən Millətlər Cəmiyyətindən çıxmışdır.
- 1938 – Yaponiya Çinin Kanton şəhərini işğal etmişdir.
- 1940 – Ernest Heminqueyin "Əcəl zəngi" əsəri Nyu-Yorkda çap olunmuşdur.
- 1945 – Fransada qadınlar ilk dəfə səs vermə hüququ əldə etmişlər.
- 1950 – Çin Tibeti işqal etmişdir.
- 1971 – Pablo Neruda Nobel Ədəbiyyat Mükafatını almışdır.
- 1993 – Azərbaycan Respublikası Braziliya ilə diplomatik əlaqələr qurmuşdur.
- 1999 – Çeçenistanın paytaxtı Qroznıda bazarda raket partlayışı nəticəsində 110 nəfər ölmüş, 400 nəfər yaralanmışdır.
- 2007 – Türkiyənin yeni konstitusiyası referenduma çıxarılmışdır.
Doğumlar
- 1817 – Vilhelm Roşer – alman iqtisadçısı
- 1823 – Viktor Lemuan – fransız dekorativ bitki seleksiyaçısı
- 1833 – Alfred Nobel – isveçli kimyaçı, ixtiraçı, Nobel mükafatının yaradıcısı (ö. 1896).
- 1932 – Xəlil Rza Ulutürk – Azərbaycanın xalq şairi (ö. 1994).
- 1932 – Aşıq Kamandar – Azərbaycan aşığı
- 1942 – Xristofor Sims – amerikalı iqtisadçı
- 1945 – Nikita Mixalkov – rus kino rejissoru.
- 1949 – Benyamin Netanyahu – İsrailin baş naziri.
- 1953 – Məsud Əfəndiyev – Almaniyada yaşayan azərbaycanlı iqtisadçı
- 1959 – Ken Vatanabe – yapon aktyoru
- 1976 – Tünzalə Ağayeva – müğənni
- 1980 – İsa Məlikov – bəstəkar
Ölümlər
- 1978 – Anastas Mikoyan – SSRİ dövlət xadimi
- 1980 – Nəzakət Məmmədova – Azərbaycan müğənnisi, Əməkdar Artist
- 2012 – Yaş Çopra – Hindistan kino rejissoru və ssenaristi.