Wikipedia
25 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
25 oktyabr — Qriqorian təqvimi ilə ilin 298-ci günü (uzun illərdə 299-cu). İlin sonuna 67 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1882 — Ağdaşda "Rus-tatar" məktəbi açılmışdır.
- 1913 — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının ilk tamaşası Tağıyev teatrında səhnələşdirilmişdir.
- 1962 — Karib böhranı: ABŞ-ın BMT-də ki səfiri Adlay Stivenson BMT iclasında Kubada yerləşmiş sovet raketlərinin kosmosdan çəkilmiş şəkillərini nümayiş etdirmişdir.
- 1917 — (Köhnə təqvimlə) Leninin rəhbərliyi ilə Oktyabr silahlı çevrilişi baş verir.
- 1971 — Çin BMT-yə qəbul edildi
- 1981 — ASALA Türkiyənin Romadakı səfirliyinin attaşesi Kökberk Ergenekona hücum təşkil etdi, diplomat ağır yaralandı.
- 1984 — Hepatit virusu kəşf edildi.
- 1991 — Qazaxıstan müstəqillik elan etdi.
- 1997 — Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə ixracı başlanılmışdır.
- 2001 — Microsoft Windows XP satışa çıxarıldı
- 2003 — Rus maqnatı Xodorkovski maliyyə fırıldağında ittiham olunaraq həbs edildi.
- 2005 — Azərbaycanda ilk dəfə olaraq səsvermə zamanı seçicilərin barmaqlarının rəng vurulmasına dair Prezident sərəncami imzalanır.
- 2006 — ABŞ-da ilk azərbaycan məktəbi açılmışdır.
- 2007 — Airbus A380 ilk kommersiya uçuşu keçirdi.
- 2020 — Qubadlı şəhəri Ermənistan işğalçılarından azad olundu.
Doğumlar
- 1806 — Maks Ştirner, alman filosof.
- 1825 — İohan Ştraus (oğul) - Avstriya bəstəkarı, dirijor və skripkaçı( ö. 1832).
- 1838 — Corc Bize (Georges Bizet) - Fransa bəstəkarı(ö. 1875).
- 1864 — Toktoğul Satılqanov - qırğız ozanı.
- 1881 — Pablo Pikasso (Pablo Picasso) - İspaniya rəssamı(ö. 1973).
- 1894 — Aşıq Veysəl - türk ozanı.
- 1912 — Bədurə Əfqanlı - ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar incəsənət xadimi (ö. 1991).
- 1921 — Nəcibə Məlikova - Aktrisa.
- 1931 — Anni Jirardo (Annie Girardot) - Fransa kinoaktrisası.
- 1950 — Kris Norman — müğənni.
- 1970 — Adam Qoldberq — aktyor.
- 1984 — Keti Perri - ABŞ-lı müğənni və bəstəkar
Ölümlər
- 1047 — I Maqnus (Magnus den Gode), Norveç və Danimarka kralı (d. 1024).
- 1647 — Toriçelli, İtalyan fizik.
- 1833 — Abbas Mirzə, Azərbaycan dövlət xadimi, İran şahı.
- 1922 — Oskar Hertviq (Oskar Wilhelm August Hertwig), alman embrioloq və sitoloqu, mayalanma zamanı spermatazoid və ana hüceyrənin nüvələrinin qarışmasını ilk dəfə o müşahidə etmişdir (d. 1849).
- 1941 — Rober Deloni (Robert Delaunay), Fransa rəssamı.
- 1954 — Mirzağa Əliyev, aktyor.
- 1957 — Henri van de Velde (Henry van de Velde), Belçika arxitektoru və dekorativ incəsənət xadimi (d.t.1863).
- 1980 — Vircil Foks (Virgil Fox), amerikalı orqançı,müasir orqanın banisi (d.t.1912).
- 2008 — Müslüm Maqomayev, görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi.
- 2016 — Karlos Alberto Torres, keçmiş Braziliya futbolçusu, mərkəz müdafiəçisi.
Bayramlar və xüsusi günlər
- Ümumdünya qadınların sülh uğrunda mübarizə günü.
- Qazaxıstan - Respublika günü.
- Rusiya - Gömrükçü günü.
- Litva - Konstitusiya günü.