Wikipedia
2 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
2 oktyabr — təqvim ilinin 275-ci günü (uzun illərdə 276-cı). İlin sonuna 90 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1187 - Misir hökmdarı Səlahəddin Qüdsü səlibçilərdən azad etmişdir.
- 1552 - İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.
- 1599 - Hacı Mustafa Sunullah Əfəndi Osmanlı imperiyasının şeyxülislamı seçildi.
- 1870 - Roma vahid İtaliyanın paytaxtı olmuşdur.
- 1923 - İşğalçı qoşunlar İstanbulu tərk etmişlər.
- 1936 - ABŞ-da yenidən spirtli içki istehsalına icazə verilmişdir.
- 1936 - SSRİ-də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılmışdır.
- 1975 - Amerika Türkiyəyə qoyduğu silah embarqosunu yumşaltmışdır.
- 1997 - Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanmışdır. Bu, Maastrikt sazişinə bir növ yenidən baxılma idi.
Azərbaycanda olan hadisələr
- 1992 - Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
- 1995 — Azərbaycan Özbəkistan ilə diplomatik əlaqələr qurmuşdur.
- 2005 - Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir.
- 2007 - BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul etmişdir.
- 2008 - Azərbaycan Respublikası Milli Məclisi Əfqanıstandakı sülhməramlılarin sayını iki dəfə artırmağa qərar vermişdir.
Doğumlar
- 971 - Sultan Mahmud Qəznəvi
- 1847 - Paul fon Hindenburq, alman hərbi və siyasi xadimi
- 1852 - Vilyam Ramzay, Şotland kimyaçısı
- 1869 - Mahatma Qandi, Hindistan siyasətçisi.
- 1878 - Şlümberje qardaşları, mühəndislər
- 1891 - Fərrux ağa Qayıbov, təyyarəçi
- 1939 - Konstantin Krimets, dirijor
- 1951 - Stinq, müğənni.
- 1973 - Hüseynova Ülviyyə Nəriman, Fəlsəfə Doktoru
Ölümlər
- E.ə. 322 - Aristotel
- 1848 - Georq Avqust Qoldfus, alman bioloqu
- 1892 - Ernest Renan, fransız yazıçısı
- 1897 - Xurşidbanu Natəvan, Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi (d. 1832).
Bayramlar və xüsusi günlər
- - Qvineyada Müstəqillik günü (1958).
- - Beynəlxalq qeyri-zorakılıq günü