Wikipedia
29 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
29 oktyabr — Qriqorian təqvimi ilə ilin 302-ci günü (uzun illərdə 303-cü). İlin sonuna 63 gün qalır. Bu tarixin Bazar ertəsi, Cümə axaşamı yaxud Şənbə gününə təsadüf etməsi ehtimalı (hər 400 ildə 58 dəfə) Çərşənbə axşamı yaxud Çərşənbəyə (57 dəfə) təsadüf etməsindən daha yüksəkdir. Cümə və Bazar günlərinə təsadüf etməsi isə daha az ehtimallıdır (56 dəfə).
Əhəmiyyətli hadisələr
- 1675 – Leybnits birinci dəfə uzun s-i (∫) riyazi analizdə inteqrallama işarəsi kimi istifadə etmişdir.
- 1787 – Praqada Volfqanq Amadey Mosartın "Don Juan" operasının ilk nümayişi olmuşdur.
- 1863 – İsveçrəli Anri Dünan Qızıl Xaç təşkilatını qurmuşdur.
- 1888 – İstanbulda Süveyş kanalı haqqında saziş imzalanmışdır.
- 1922 – İtaliya kralı III Viktor Emmanuel Benito Mussolinini hökumət başçısı təyin etmişdir.
- 1923 – Türkiyə Cümhuriyyəti elan edilmiş və Mustafa Kamal paşa onun ilk prezidenti seçilmişdir.
- 1923 – Bibiheybətdə neftçıxarmada ilk dəfə olaraq dərinlik nasosu quyusu işə salınmışdır.
- 1924 – Fransa SSRİ-ni tanımışdır.
- 1929 – Nyu-York Fond Birjasının iflasa uğraması ilə Amerika Birləşmiş Ştatlarında iqtisadi böhran başlamışdır.
- 1955 – Sevastopolda sovet "Novorossiysk" xətt gəmisinin batması nəticəsində 604 nəfər həlak olmuşdur.
- 1961 – Suriya Birləşmiş Ərəb Respublikasının tərkibindən çıxmışdır.
- 1956 – İsrail ordusu Misir sərhədini keçərək Sinay yarımadasını işğal etmişdir.
- 1993 – Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.
- 1994 – Azərbaycan Respublikası Mavritaniya ilə diplomatik əlaqələr qurmuşdur.
- 1998 – Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzalamışlar.
- 2002 – Mozilla Firefox-un ilk versiyası təqdim edilmişdir.
- 2015 – Çin 35 il sonra Tək uşaq siyasətinin sonlandırıldığını elan etmişdir.
Doğumlar
- 1897 – Yozef Gebbels - Faşist Almaniyasının təbliğat naziri.
- 1926 – Nəcməddin Ərbakan - Türkiyənin 33-cü baş naziri.
- 1937 – Rauf Abdullayev - dirijor, Azərbaycanın Xalq artisti.
- 1950 – Abdulla Gül - Türkiyənin 11-ci prezidenti
- 1958 – Stefan Dennis
- 1970 – Edvin van der Sar - holland futbolçusu.
- 1971 – Vaynona Rayder - amerikalı aktrisa.
- 1990 – Amarna Miller - ispaniyalı aktrisa.
- 1990 – Erik Saade - isveçli pop musiqiçi.
Ölümlər
- 1991 - Əsəd Əsədov (milli qəhrəman), Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 2004 - Nazim Məmmədov (rejissor), rejissor, kino rəssamı, animator.
Bayramlar və xüsusi günlər
