
Azərbaycanın süjetli və portret tipli xalçaları — süjet və ya portretlərin əsasən mərkəzdə təsvir edildiyi Azərbaycan xalçaları. Stalinin ad gününə hədiyyə edilmiş Azərbaycan xalçasında isə həm 70 süjetli rəsm, həm də Stalinin portreti var idi.
Süjetli xalçalar
| ]Tarixi
| ]Azərbaycanda Qarabağ qrupuna aid "Atlı‐itli", "İtli‐atlı", "Xosrov və Şirin", "Üç padşah", "Türk komandanları", "Balama Qurban", "Rüstəm və Söhrab"; Təbriz qrupuna aid "Ovçuluq" və digər xalçalar saxlanılır. Süjetli xalçalar daha çox Təbriz və Qarabağ məktəbinə aid olsa da, Şirvan məktəbinə aid nümunələrdə də süjetli xalçalara rast gəlinir. "Atlı‐itli", "Maral‐ceyran", "İtli‐pişikli", "Üç padşah" kimi süjetli xalçalar XIX əsrdə əsasən Gəncədə, Qarabağda və Şirvanda toxunurdu. Süjetli xalçalar arasında Nizami Gəncəvinin əsərlərinə həsr edilmiş süjetlər sayca çoxdur.
Qarabağ xalçaçılıq məktəbinə aid Şəddə xalçasının kompozisiyası müxtəlif səhnələrdən ibarət olurdu. Əsas mövzu isə sıra ilə düzülmüş dəvə və at karvanı idi. Şəddə motivlərinin xarakterik elementi dəvə və at karvanlarının qarşısında dayanan insan fiqurlarıdır. Süvarilər sol əllərində ov quşu olan şahin, sağ əllərində isə itin boynuna bağlanmış ip tuturdu. Bu, ov səhnəsi idi. Mərkəzi sahədəki bütün insanların üzləri bütöv, heyvanlar isə profildən təsvir olunurdu. Nadir hallarda, süjet dizaynlı şəddələr xüsusi sıra ilə toxunurdu.
Dörd fəsil xalçalarının mərkəzi sahəsinin kompozisiyası dörd hissəyə bölünürdü. Hər bölmədə müvafiq mövsümdə gündəlik həyatdan bir səhnə təsvir olunurdu. Dekorativ elementlər vasitəsilə həmçinin tarixi memarlıq abidələrinin, məşhur mütəfəkkir və şairlərin təsvirləri sənət əsərlərində verilirdi. Bu xalça növü üçün tipik mövzulara "Adəm və Həvva cənnətdə", "Qurban" kimi sırf dini xarakterli səhnələr, "Leyli və Məcnun", "Fərhad və Şirin" kimi lirik mövzular və hətta Ömər Xəyyamın rübailərinə əsaslanan səhnələr daxil idi. Bəzi xalçaların mərkəzi paneli və ya haşiyə zolağı həmçinin "Mədain xarabalıqları", "Təxti-Cəmşid", Təbrizdəki Yaşıl Məscid, Soltaniyyə və memarlıq abidələrini təsvir edirdi.
-
Rüstəm və Zöhrab. Qarabağ xalçaçılıq məktəbi -

-

-
Xalça. Şuşa Dövlət Rəsm Qalereyası -
Xalça. Şuşa Dövlət Rəsm Qalereyası -
Xalça. Şuşa Dövlət Rəsm Qalereyası
Müasir
| ]XIX əsrin sonu—XX əsrin əvvəllərindən etibarən naxışlı və süjetli xalçalardan başqa dövrün hadisələrini əks etdirən sənət əsərləri də toxunmağa başlanmışdır. Bu tipli təsvirlər o dövrdə çıxarılan jurnallardan və kitablardan köçürülürdü.
XX əsrin əvvəllərində "Bəhram Gur ovda", "Bəhram Gur və Çoban", "Bəhram Gur və Fitnə ovda", "İsgəndərin cadugərlərlə döyüşü" xalçaları Nizami Gəncəvinin "Sirlər xəzinəsi" və "İsgəndərnamə" əsərləri əsasında yaradılmışdır. Lətif Kərimovun Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli Şirinovla birgə düzəltdiyi "Ədalətli Nuşirəvanla vəzirin söhbəti", "Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi", "Məcnun vəhşi heyvanlar arasında", "İsgəndər və Nüşabə" xalçaları da Nizami əsərlərinə həsr edilmişdir.
Azərbaycanda sovet ideologiyasını əks etdirən 30-a yaxın xalça saxlanılır. "Əmək və xoşbəxtlik bayramı 1957", "Azərbaycan SSR Ağdam şəhəri", "Ümumdünya Gənclər Gününə hədiyyə" xalçaları sovet dövrü xalçalarıdır.
Eldar Mikayılzadə 80-ci illərdən başlayaraq, müxtəlif süjetli və ormanetli xalçalar hazırlamışdır. Onun “Üç din” (1998), “Səttar” (1999), “Üç peyğəmbər” kimi əsərləri vardır. 2025-ci ildə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Səmavi dinlər" adlı üç xalçanı Roma Papası XIV Leoya təqdim etmişdir. Bu xalçalar iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilmişdir, onların Vatikanda və dünyanın digər müxtəlif yerlərində nümayiş etdirilməsi planlaşdırılır.
-
Məlikməmməd xalçası. XX əsrin əvvəlləri -
Azərbaycan həyat tərzi -
Nizaminin "Yeddi gözəl" poeması mövzusunda xalça. Lətif Kərimov. -
Nizaminin "İsgəndərnamə" poeması mövzusunda xalça. Lətif Kərimov. -
Ağ dəvələr
Portret xalçalar
| ]1883-cü ildə Azərbaycan xalçaçıları III Aleksandr və arvadına taxta çıxmaları şərəfinə portret xalça hədiyyə etmişdir. Bu xalçada geniş bir şəkildə şərqi ortodok ikonoqrafiyası istifadə olunmuşdu. Bu xalçada Məryəm və körpə İsa, həmçinin III Aleksandr və arvadı təsvir edilmişdir. Məryəmin və oğlunun müsəlman şəxsin dua edərkən olduğu vəziyyətə oxşar dayanması onu göstərir ki, bu xalçanı yaradanlar xristianlıqla yaxşı tanış deyildi.
1918-ci ildə Qarabağ xalçaçılıq məktəbinə aid "Türk komandanları" xalçası toxunmuşdur. Xalça birbaşa Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəlidir. Xalçanın üstündə təsvir edilmiş türk siyasətçiləri Ənvər paşa, V Mehmet, Şevket paşa, Yusif İzzətdindir. Azərbaycanda həmçinin Səttarxana həsr edilmiş, İran Məşrutə İnqilabına aid xalça saxlanılır.
Sovet dövründə xalçalarda Lenin və Stalinin təsvir edilməsi isə yeni dövrə uyğun gəlmək üçün xalçaçılıqda edilən dəyişiklik idi. Sovet dövründə portret xalçaçılıq Azərbaycanda çar Rusiyası dövründə olduğu kimi davam etmişdir. Ancaq dini motivlər sovet dövründə istifadə edilməmişdir. Stalinin ad günü hədiyyələri sərgisində Azərbaycan xalçası hədiyyəsi var idi. 70 m² sahəyə, 167 kiloqram çəkiyə malik olan bu nəhəng əsər 250 rəngi olan iplikdən ibarət idi, 70 süjetli rəsm və 300 ormanetli motiv xalçaya daxil idi. Portretin ortasındakı 3.5 metrdən hündür Stalin portreti var idi. Xalça 1949-cu ildə "Oqonek" qəzetində "Stalin dövrünün əzəmətinə layiq olan və bütün Yaxın Şərqdəki xalçaçılıq tarixində misli görünməmiş xalq tətbiqi sənətinin ən görkəmli nailiyyəti" kimi qeyd edilmişdi.
Kamil Əliyev Azərbaycanın tanınmış xalçaçı-rəssamıdır. Azərbaycan xalçaçılıq sənətinə realist portret janrının gətirilməsi Kamil Əliyevin əsas nailiyyəti hesab olunur.
-

-
Dərviş. Təbriz xalçaçılıq məktəbi - İçərişəhərdə Nizami Gəncəvi xalçası
-
Lenin xalçası -
Mİrzə Fətəli Axundov xalçası
Həmçinin bax
| ]İstinadlar
| ]- Boggs, 2021. səh. 30-31
- Schulz, 2014. səh. 255
- Nəsirova, 2021. səh. 39
- Nəsirova, 2021. səh. 44
- Nəsirova, 2021. səh. 45
- Лятиф Керимов. Азербайджанский ковёр. III. Тип Карабах. А) Карабахская группа. "Шедде".. — Баку: "Гянджлик", 1983. — Т. III.
- Лятиф Керимов. Азербайджанский ковёр. IV. Тебризский тип. А) Тебризская группа. "Дордфасил".. — Баку: "Гянджлик", 1983. — Т. III.
- "Orta əsrlərdə ədəbi nümunələr miniatür sənəti və xalçaçılıq üçün mənbə rolunu oynayıb". İstifadə tarixi: 20 sentyabr 2025.
- Nəsirova, 2021. səh. 52
- Nəsirova, 2021. səh. 56
- ""Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır..." İstifadə tarixi: 19 oktyabr 2025.
- ""Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib". İstifadə tarixi: 19 oktyabr 2025.
- Nəsirova, 2021. səh. 46
- Nəsirova, 2021. səh. 48
- Садыхова С. Портретные ковры Кямиля Алиева // Harmony : журнал.
Ədəbiyyat
| ]- Boggs, Jill, "Carpets as Signifiers of Historical Change: The Azerbaijani Carpet Industry from the Midnineteenth to Late Twentieth Century" (2021). Senior Theses. 394.
- Schulz, Vera-Simone. (2014). Portraits, Photographs, and Politics in the Carpet Medium: Iran, the Soviet Union and Beyond. Konsthistorisk Tidskrift. 83. 10.1080/00233609.2014.942751.
- SEVİNC NƏSİROVA. Azərbaycan toxuculuq nümunələrindəki naxışların semantikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında tarixi‐etnoqrafik tədqiqat). "Bakı Mətbəəsi" ASC. Bakı: 2021, 294 səh.
Əlavə ədəbiyyat
| ]- Qenberova, Gulnare. (2024). AZƏRBAYCANIN PORTRET XALÇALARININ YARADILMASINDA XALÇAÇI RƏSSAM KAMİL ƏLİYEVİN ROLU.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya III Aleksandr ve arvadina taxta cixmalari serefine hediyye edilmis portret xalca Azerbaycanin sujetli ve portret tipli xalcalari sujet ve ya portretlerin esasen merkezde tesvir edildiyi Azerbaycan xalcalari Stalinin ad gunune hediyye edilmis Azerbaycan xalcasinda ise hem 70 sujetli resm hem de Stalinin portreti var idi Sujetli xalcalar span Tarixi span Azerbaycanda Qarabag qrupuna aid Atli itli Itli atli Xosrov ve Sirin Uc padsah Turk komandanlari Balama Qurban Rustem ve Sohrab Tebriz qrupuna aid Ovculuq ve diger xalcalar saxlanilir Sujetli xalcalar daha cox Tebriz ve Qarabag mektebine aid olsa da Sirvan mektebine aid numunelerde de sujetli xalcalara rast gelinir Atli itli Maral ceyran Itli pisikli Uc padsah kimi sujetli xalcalar XIX esrde esasen Gencede Qarabagda ve Sirvanda toxunurdu Sujetli xalcalar arasinda Nizami Gencevinin eserlerine hesr edilmis sujetler sayca coxdur Qarabag xalcaciliq mektebine aid Sedde xalcasinin kompozisiyasi muxtelif sehnelerden ibaret olurdu Esas movzu ise sira ile duzulmus deve ve at karvani idi Sedde motivlerinin xarakterik elementi deve ve at karvanlarinin qarsisinda dayanan insan fiqurlaridir Suvariler sol ellerinde ov qusu olan sahin sag ellerinde ise itin boynuna baglanmis ip tuturdu Bu ov sehnesi idi Merkezi sahedeki butun insanlarin uzleri butov heyvanlar ise profilden tesvir olunurdu Nadir hallarda sujet dizaynli seddeler xususi sira ile toxunurdu Dord fesil xalcalarinin merkezi sahesinin kompozisiyasi dord hisseye bolunurdu Her bolmede muvafiq movsumde gundelik heyatdan bir sehne tesvir olunurdu Dekorativ elementler vasitesile hemcinin tarixi memarliq abidelerinin meshur mutefekkir ve sairlerin tesvirleri senet eserlerinde verilirdi Bu xalca novu ucun tipik movzulara Adem ve Hevva cennetde Qurban kimi sirf dini xarakterli sehneler Leyli ve Mecnun Ferhad ve Sirin kimi lirik movzular ve hetta Omer Xeyyamin rubailerine esaslanan sehneler daxil idi Bezi xalcalarin merkezi paneli ve ya hasiye zolagi hemcinin Medain xarabaliqlari Texti Cemsid Tebrizdeki Yasil Mescid Soltaniyye ve memarliq abidelerini tesvir edirdi Rustem ve Zohrab Qarabag xalcaciliq mektebi Dord Fesil Tebriz xalcaciliq mektebi Ovculuq Sirvan xalcaciliq mektebi Xalca Susa Dovlet Resm Qalereyasi Xalca Susa Dovlet Resm Qalereyasi Xalca Susa Dovlet Resm QalereyasiMuasir span XIX esrin sonu XX esrin evvellerinden etibaren naxisli ve sujetli xalcalardan basqa dovrun hadiselerini eks etdiren senet eserleri de toxunmaga baslanmisdir Bu tipli tesvirler o dovrde cixarilan jurnallardan ve kitablardan kocurulurdu XX esrin evvellerinde Behram Gur ovda Behram Gur ve Coban Behram Gur ve Fitne ovda Isgenderin cadugerlerle doyusu xalcalari Nizami Gencevinin Sirler xezinesi ve Isgendername eserleri esasinda yaradilmisdir Letif Kerimovun Kazim Kazimzade Qezenfer Xaliqov Memmedeli Sirinovla birge duzeltdiyi Edaletli Nusirevanla vezirin sohbeti Sirinin Bisutun dagina Ferhadin gorusune getmesi Mecnun vehsi heyvanlar arasinda Isgender ve Nusabe xalcalari da Nizami eserlerine hesr edilmisdir Azerbaycanda sovet ideologiyasini eks etdiren 30 a yaxin xalca saxlanilir Emek ve xosbextlik bayrami 1957 Azerbaycan SSR Agdam seheri Umumdunya Gencler Gunune hediyye xalcalari sovet dovru xalcalaridir Eldar Mikayilzade 80 ci illerden baslayaraq muxtelif sujetli ve ormanetli xalcalar hazirlamisdir Onun Uc din 1998 Settar 1999 Uc peygember kimi eserleri vardir 2025 ci ilde Azerbaycanin birinci vitse prezidenti Mehriban Eliyeva Semavi dinler adli uc xalcani Roma Papasi XIV Leoya teqdim etmisdir Bu xalcalar iudaizm xristianliq ve Islam dinlerine hesr edilmisdir onlarin Vatikanda ve dunyanin diger muxtelif yerlerinde numayis etdirilmesi planlasdirilir Melikmemmed xalcasi XX esrin evvelleri Azerbaycan heyat terzi Nizaminin Yeddi gozel poemasi movzusunda xalca Letif Kerimov Nizaminin Isgendername poemasi movzusunda xalca Letif Kerimov Ag develerPortret xalcalar span 1883 cu ilde Azerbaycan xalcacilari III Aleksandr ve arvadina taxta cixmalari serefine portret xalca hediyye etmisdir Bu xalcada genis bir sekilde serqi ortodok ikonoqrafiyasi istifade olunmusdu Bu xalcada Meryem ve korpe Isa hemcinin III Aleksandr ve arvadi tesvir edilmisdir Meryemin ve oglunun muselman sexsin dua ederken oldugu veziyyete oxsar dayanmasi onu gosterir ki bu xalcani yaradanlar xristianliqla yaxsi tanis deyildi 1918 ci ilde Qarabag xalcaciliq mektebine aid Turk komandanlari xalcasi toxunmusdur Xalca birbasa Azerbaycan Xalq Cumhuriyyeti ile elaqelidir Xalcanin ustunde tesvir edilmis turk siyasetcileri Enver pasa V Mehmet Sevket pasa Yusif Izzetdindir Azerbaycanda hemcinin Settarxana hesr edilmis Iran Mesrute Inqilabina aid xalca saxlanilir Sovet dovrunde xalcalarda Lenin ve Stalinin tesvir edilmesi ise yeni dovre uygun gelmek ucun xalcaciliqda edilen deyisiklik idi Sovet dovrunde portret xalcaciliq Azerbaycanda car Rusiyasi dovrunde oldugu kimi davam etmisdir Ancaq dini motivler sovet dovrunde istifade edilmemisdir Stalinin ad gunu hediyyeleri sergisinde Azerbaycan xalcasi hediyyesi var idi 70 m saheye 167 kiloqram cekiye malik olan bu neheng eser 250 rengi olan iplikden ibaret idi 70 sujetli resm ve 300 ormanetli motiv xalcaya daxil idi Portretin ortasindaki 3 5 metrden hundur Stalin portreti var idi Xalca 1949 cu ilde Oqonek qezetinde Stalin dovrunun ezemetine layiq olan ve butun Yaxin Serqdeki xalcaciliq tarixinde misli gorunmemis xalq tetbiqi senetinin en gorkemli nailiyyeti kimi qeyd edilmisdi Kamil Eliyev Azerbaycanin taninmis xalcaci ressamidir Azerbaycan xalcaciliq senetine realist portret janrinin getirilmesi Kamil Eliyevin esas nailiyyeti hesab olunur Sefieddin Urmevi Dervis Tebriz xalcaciliq mektebi Iceriseherde Nizami Gencevi xalcasi Lenin xalcasi MIrze Feteli Axundov xalcasiHemcinin bax span Azerbaycanda miniatur senetiIstinadlar span Boggs 2021 seh 30 31 Schulz 2014 seh 255 Nesirova 2021 seh 39 Nesirova 2021 seh 44 Nesirova 2021 seh 45 Lyatif Kerimov Azerbajdzhanskij kovyor III Tip Karabah A Karabahskaya gruppa Shedde Baku Gyandzhlik 1983 T III Lyatif Kerimov Azerbajdzhanskij kovyor IV Tebrizskij tip A Tebrizskaya gruppa Dordfasil Baku Gyandzhlik 1983 T III Orta esrlerde edebi numuneler miniatur seneti ve xalcaciliq ucun menbe rolunu oynayib Istifade tarixi 20 sentyabr 2025 Nesirova 2021 seh 52 Nesirova 2021 seh 56 Uc peygember xalcasinin muellifi Ziyadxan Eliyev yazir Istifade tarixi 19 oktyabr 2025 Semavi dinler layihesi Vatikanda teqdim edilib Istifade tarixi 19 oktyabr 2025 Nesirova 2021 seh 46 Nesirova 2021 seh 48 Sadyhova S Portretnye kovry Kyamilya Alieva Harmony zhurnal Edebiyyat span Boggs Jill Carpets as Signifiers of Historical Change The Azerbaijani Carpet Industry from the Midnineteenth to Late Twentieth Century 2021 Senior Theses 394 Schulz Vera Simone 2014 Portraits Photographs and Politics in the Carpet Medium Iran the Soviet Union and Beyond Konsthistorisk Tidskrift 83 10 1080 00233609 2014 942751 SEVINC NESIROVA Azerbaycan toxuculuq numunelerindeki naxislarin semantikasi Milli Azerbaycan Tarixi Muzeyinin kolleksiyasi esasinda tarixi etnoqrafik tedqiqat Baki Metbeesi ASC Baki 2021 294 seh Elave edebiyyat span Qenberova Gulnare 2024 AZERBAYCANIN PORTRET XALCALARININ YARADILMASINDA XALCACI RESSAM KAMIL ELIYEVIN ROLU Azerbaycan xalcalariQuba Sirvan tipiQuba qrupu Qedim Minare Qimil Alpan Qollu cici Pirebedil Haciqayib Qiriz Cek Gullu Butali Yerfi Ugah Qonaqkend Elixanli Zeyve Sahnezerli Qaraqasli Alcagulcici Xirdagulcici Kohne Quba Himil Lecedi Uzundere Sirtcici MollakamalliSirvan qrupuErciman Mereze Nabur Qobustan Salyan Sirvan Kurdemir Sumax Silyan Sirelibey Cuxanli Bico Sor Sor Haciqabul YarpaqBaki qrupuXile buta Xile efsan Novxani Suraxani Baki Goredil Fatmayi Findigan GediGence Qazax tipiGence qrupuGedebey Gence Qedim Gence Fexrali Cayli Samux Sadili CiraqliQazax qrupuQazax Demirciler Borcali Sixli Qaymaqli Qaraqoyunlu Qarayazi Qaracop Qacagan Dagkesemen Damgali Kemerli Goyceli Salahli Ulduzlu OysuzluQarabag tipiQarabag qrupuAran Baliq Buynuz Berde Qarabag Qoca Qocbuynuz Xanliq Lemberan Naxcivan Sumaq Xanqervend Xantirme Celebi SabalidbutaSusa qrupuMalibeyli Lampa Bagcadaguller Bulud Saxsidaguller Nelbeki gulCebrayil qrupuXanliq Qaraqoyunlu Qubadli Qasimusagi Behmenli Mugan TalisTebriz tipiTebriz qrupuTebriz Baxsayis Qerece Gorevan Heriz Lecekturunc Avsar Agacli Ovculuq Dord fesil Bag behist Bag mese Baliq Buta Dervis Ketebeli Gordest Gollu guseli Guldanli Leyli ve Mecnun Mesahir Mun Necaqli Servistan Serdari Sehend Silsilevi lecek Ferhad ve Sirin Xeyyam Xetai Heddad Cerxi gul CeyranliErdebil qrupuMir Acma yumma Seyx Sefi Erdebil Sah Abbasi Serabi ZencanDigerEjdaha tesvirli xalcalar Sujetli ve portret tipli xalcalar Kateqoriyalar Azerbaycan xalcalariAzerbaycanin sujetli ve portret tipli xalcalari