Wikipedia
26 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
26 dekabr — Qriqorian təqvimi ilə ilin 360-cı günü (uzun illərdə 361-ci). İlin sonuna 5 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1805 — Avstriya ilə Fransa arasında Pressburqda sülh müqaviləsi bağlanmışdır.
- 1825 — Rusiyada "Dekabristlər üsyanı" baş vermişdir.
- 1898 — Fransız alimləri Mariya və Pyer Kürilər radiyum elementini kəşf ediblər
- 1968 — İstanbul Universitetində tələbələr rektorluq binasını "işğal" etdiyinə görə Universitetdə dərslər kəsilib
- 1975 — İlk səsdənsürətli sərnişin təyyarəsi "TU 144" birinci reysini (Moskva-Almatı) həyata keçirib. Sonradan bu sıraya Bakı şəhəri də əlavə edilib
- 1990 — Əlcəzair Parlamenti "Ərəb dilinin istifadəsi haqqında" qanun qəbul edib
- 1991 — SSRİ süqut edib, Rusiya Federasiyası müstəqilliyini elan edib
- 2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub
- 2004 — Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olmuşdur.
- 2006 — Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib
- 2006 — İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn 9 barədə edam hökmünü qüvvədə saxlayıb.
Azərbaycanda olan hadisələr
- 1957 — SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib
- 1991 — Xankəndi şəhəri və digər yaşayış məntəqələrinin tam işğalının və əhalinin deportasiya olunmasının başa çatması.
- 1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb
- 1995 — Ramil Usubova general-leytenant rütbəsi verilib
- 2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb
Doğumlar
- 1791 – Çarlz Bebbic – ingilis iqtisadçı və riyaziyyatçı (ö. 1871).
- 1883 — Fyodr Fyodoroviç — sovet teatr rəssamı
- 1891 – Henri Miller – Amerikalı yazıçı
- 1919 – Əminə Dilbazi – Azərbaycan rəqqasəsi.
- 1941 - Şənər Şen - Türk kino aktyoru.
- 1950 – Nuriyyə Əhmədova – Azərbaycan kino aktrisası.
- 1976 – Cared Leto – amerikalı aktyor və rok musiqiçi.
- 1971 – Tatyana Sorokko – rusiyalı Model
- 1956 – Vəzir Orucov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 1965 – Eldar Həsənov (milli qəhrəman) - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ölümlər
- 2016 — Məşədixanım Nemətova, Azərbaycanın görkəmli tarixçi alimi.