Wikipedia
2004
Qriqori | 2004 MMIV |
Bəhai | 160 – 161 |
Benqal | 1411 |
Berber | 2954 |
Myanma | 1366 |
Bizans | 7512 – 7513 |
Buddist | 2548 |
Erməni | 1453 ԹՎ ՌՆԾԳ |
Efiopiya | 1996 – 1997 |
Hicri | 1424 – 1425 |
Hind | |
- Vikram-samvat | 2060 – 2061 |
- Şaka samvat | 1926 – 1927 |
- Kali-yuqa | 5105 – 5106 |
Holosen təqvimi | 12004 |
Yəhudi | 5764 – 5765 |
İran | 1382 – 1383 |
Qibti | 1720 – 1721 |
Koreya | 4337 |
Tailand günəş | 2547 |
Hadisələr
- 1 may — Estoniyanın Avropa İttifaqı üzvlüyünə daxil olması.
- 3 yanvar — Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında saziş” imzalanması.
- 12 yanvar — Prezident İlham Əliyev tərəfindən Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamların imzalanması.
- 3 fevral — Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasiminin keçirilməsi.
- 11 fevral — Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramınının (2004—2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalanması.
- 5 aprel — Azərbaycan Respublikası ilə Çad və Şərqi Timor dövlətləri arasında diplomatik münasibətlərin yaradılması.
- 20 aprel — Azərbaycan Respublikası ilə Paraqvay arasında diplomatik münasibətlərin yaradılması.
- 10 may — Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə və maarifçilik layihələrı keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətə başlaması.
- 19 may — Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid — Kəngərli rayonunun təşkil olunması.
- 28 may - Azərbaycan Respublikası ilə Keniya arasında diplomatik münasibətlərin yaradılması.
- 11 iyun — "Azərsu" Səhmdar Cəmiyyətinin yaradılması.
- Lənkəran və Astara rayonlarının ərazisində (Hirkan Dövlət Qoruğu əsasında,1936) Hirkan Milli Parkının təşkil olunması.
- Xızı və Siyəzən rayonları ərazisində (Altıağac Dövlət Qoruğu əsasında, 1990) Altıağac Milli Parkının təşkil olunması.
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
Doğumlar
Vəfatlar
- 1 fevral — Lütfi Məmmədbəyli, Azərbaycan aktyoru və rejissoru.
- 8 iyun — Ömər Əliyev, azərbaycanlı uzunömürlü.
- 28 sentyabr — Mülk Rac Anand, Hind yazıçısı, alim, ictimai xadim
