Wikipedia
24 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
24 dekabr — Qriqorian təqvimi ilə ilin 358-ci günü (uzun illərdə 359-cu). İlin sonuna 7 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1638 — Osmanlı hökmdarı IV Murad Bağdadı ələ keçirmişdir.
- 1790 — Aleksandr Suvorovun komandanlığı altında rus qoşunu İzmail qalasını türklərdən almışdır.
- 1825 — Rus çarı I Nikolay taxta çıxmışdır.
- 1865 — Ku Klus Klan təşkilatı yaradılmışdır.
- 1924 — Albaniya Respublikası yaradılmışdır.
- 1943 — Sovet qoşunları Ukraynada alman—faşist qoşunlarına qarşı əks həmləyə keçmişdir.
- 1951 — Liviya İtaliyadan müstəqilliyini elan etmişdir.
- 1966 — SSRİ—nin "Luna 13" kosmik gəmisi Ay səthinə uğurlu eniş etmişdir.
- 2005 — Bakı aeroportundan havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr uzaqda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.
- 2007 — Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) IV (VI) qurultayı keçirilmişdir.
- 2007 — Azərbaycan Kommunist Partiyasının (AKP) XXXVII (IV) qurultayı keçirilmişdir.
Doğumlar
- 1818 — Ceyms Coul – ingilis fizik.
- 1936 — Anatoli Ravikoviç – Sovet və Rusiya aktyoru.
- 1939 — Məmməd Aslan – Azərbaycan şairi.
- 1945 — Lemmi Kilmister — ingilis rok musiqiçi, Motörhead qrupunun yaradıcısı.
- 1957 — Həmid Kərzai – Əfqanıstan prezidenti.
- 1961 — İlham Əliyev – Azərbaycan Respublikasının 4-cü prezidenti.
- 1979 — Vaqif Bayramov (şəhid) - 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
- 1981 — Dima Bilan – Rusiya müğənnisi.
- 1991 — Luiz Tomlinson – İngiltərə müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü.
Ölümlər
- 1524 — Vasko da Qama – portuqaliyalı səyahətçi (d. 1469).
- 1997 — Toşiro Mifune – Yaponiya aktyoru (d. 1920).
Bayramlar və xüsusi günlər
Həmçinin bax
