Wikipedia
16 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
16 dekabr — Qriqorian təqvimi ilə ilin 350-ci günü (uzun illərdə 351-ci). İlin sonuna 15 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1631 — Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olmuşdur.
- 1773 — Boston çay qonaqlığı - Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə tökmuşdür.
- 1899 — Milan futbol klubu yaradılmışdır.
- 1914 — Britaniya Misir üzərində protektoratını elan etmişdir.
- 1920 — 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olmuşdur.
- 1948 — Kamboca müstəqillik əldə etmişdir.
- 1949 — Əhməd Sukarno İndoneziyanın ilk prezidenti seçilmişdir.
- 1959 — Belçika Konqoya müstəqillik vermişdir.
- 1962 — NASA, Explorer 16 peykini kosmosa göndərdi. Peykin vəzifəsi mikrometeoridlərin kosmos gəmiləri üzərindəki təsirlərini araşdırmaq idi.
- 1971 — Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal etmiş, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan etmişdir.
- 1971 — Banqladeş müstəqillik əldə etmişdir.
- 1978 — Çin Xalq Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr qurulmuşdur.
- 1990 — Jan-Bertran Aristid Haitinin demokratik yolla hakimiyyətə gələn ilk prezidenti olmuşdur.
- 1991 — Qazaxıstan müstəqilliyini elan etmişdir.
- 1993 — ABŞ-da insanın genetik xəritəsi hazırlanmışdır.
- 1998 — ABŞ və Böyük Britaniya İraqda "Səhra tülküsü" adlı hərbi əməliyyat keçirərək ölkənin bəzi hərbi obyektlərini havadan bombalamışlar.
- 2005 — türk yazıçısı Orxan Pamuk "türk şəxsiyyətini təhqir etdiyinə görə" məhkəməyə verilmişdir.
Azərbaycanda olan hadisələr
- 1991 — Naxçıvan MR Ali Məclisi 31 dekabrı "Dünya azərbaycanlılarının birlik və həmrəylik Günü" kimi rəsmiləşdirmişdir.
- 1991 — Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılmışdır.
- 2005 — Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqda fərman imzalamış, Kəmaləddin Heydərov nazir təyin edilmişdir.
Doğumlar
- 1961 — Salatın Əsgərova - Azərbaycan jurnalistii, "Молодежь Азербайджана" qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.
Ölümlər
- 1979 — Vaqif Mustafazadə - Bəstəkar, pianoçu, caz-muğamın banisi.
- 2011 — Firəngiz Əhmədova - Azərbaycan müğənnisi.
Bayramlar və xüsusi günlər
- Azərbaycan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü
İstinadlar
- Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006 tarixli, 1815 nömrəli Sərəncamı[ölü keçid]