Wikipedia
13 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
13 dekabr — Qriqorian təqvimi ilə ilin 347-ci günü (uzun illərdə 348-ci). İlin sonuna 18 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1808 — I Napoleon Madridi tutmuşdur.
- 1897 — Rus ordusu Port-Arturu işğal etmişdir.
- 1957 — İranda zəlzələ nəticəsində 2 000-dən çox insan həyatını itirib
- 1963 — "Kosmosdan istifadə haqqında" Saziş imzalanmışdır.
- 1969 — Muəmmər Qəddafinin hakimiyyəti ələ almasından sonra, Britaniya qoşunu Liviyanı tərk edib.
- 1974 — Malta Respublikası elan edilmişdir.
- 1983 — Turqut Özal Türkiyənin 45-ci hökumətini qurub
- 1996 — Kofi Annan BMT baş katibi seçilmişdir.
- 2000 — Corc Buş ABŞ-ın 43-cü prezidenti seçilib
- 2003 — Koalisiya qüvvələri Səddam Hüseyni gizləndiyi Tikrit şəhərində ələ keçirib
Azərbaycanda olan hadisələr
- 1922 — Bakıda I Zaqafqaziya Sovetlər qurultayı başa çatmışdır. Qurultayda ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Federativ İtttifaqının "Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi" qərara alınıb.
- 1991 — Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
- 1992 — Azərbaycanın ilk səfiri etimadnaməsini İran prezidenti Haşimi Rəfsəncaniyə təqdim edib
- 1994 — Azərbaycan Respublikası Kolumbiya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğumlar
- 1959 — Stiv Buşemi - aktyor.
- 1969 — Murat Nasırov - müğənni.
- 1974 — Tahir İmanov - aktyor.
- 1983 — Marina Devyatova - müğənni.
Ölümlər
- 2007 — Hüseyn Abbaszadə - Yazıçı.
- 1956 — Rəşad Nuri Güntəkin - Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır.