Wikipedia
25 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
25 dekabr — Qriqorian təqvimi ilə ilin 359-cu günü (uzun illərdə 360-cı). İlin sonuna 6 gün qalır.
Əhəmiyyətli hadisələr
- 336 — Tarixdə ilk dəfə Romada “Yeni il” qeyd edilib
- 800 — Frank hökmdarı Böyük Karl taxta çıxıb
- 1553 — Çilidəki yerli mapuçelərlə konkistadorlar arasında Tukapel döyüşü baş verib.
- 1799 — Yeni konstitusiyaya əsasən Napoleon Bonapart on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir.
- 1920 — Fransa Kommunist Partiyası təsis edilib
- 1925 — Beynəlxalq təqvim və saat qəbul edilib
- 1932 — Çində zəlzələ 70 000 insanın həyatına son qoyub
- 1975 — Bakı Məişət Kondisionerləri zavodu işə salınıb
- 1989 — Rumıniyanın dövlət başçısı Nikolae Çauşesku arvadı ilə birgə güllələnib
- 1991 — SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib. İstefanın ertəsi günü SSRİ də süqut edib
Azərbaycanda olan hadisələr
- 1918 — General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər.
- 1920 — Bakıda rus “Tənqid Təbliğ teatrı” fəaliyyətə başlayıb.
- 1988 — Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi başa çatdırılır.[1]
- 1991 — “Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib
- 1991 — İran, ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb.
- 1991 — Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb
- 1992 — Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.
Doğumlar
- 1 — İsa peyğəmbər.
- 1642 — İsaak Nyuton, ingilis fizik.
- 1763 — Klod Şapp - fransız mexanik, optik teleqraf üsullarından birinin ixtiraçısı.
- 1918 — Ənvər Sadat, Misir prezidenti.
- 1927 — Ram Narayan, hind musiqiçi.
- 2002 - Zübeyir Bağırzadə, azərbaycanlı musiqiçi
Ölümlər
- 1938 — Karel Çapek - Çex yazıçısı, ordu həyatına dair əsərləri ilə şöhrət tapmış. Çapek tarixə robot sözünün müəllifi kimi düşüb
- 1973 — İsmət İnönü - Türkiyənin ikinci prezidenti
- 1977 — Çarlz Çaplin
- 2016 — Ağaxan Abdullayev, Azərbaycan xanəndəsi.
- 2016 — İlyas Tapdıq, Azərbaycan şairi.
- 2016 — Corc Maykl, Böyük Britaniya müğənnisi.
Bayramlar və xüsusi günlər
- Qriqori təqviminə görə Milad.
Mənbə
- ↑ (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
