Wikipedia
30 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
30 dekabr — Qriqorian təqvimi ilə ilin 364-cü günü (uzun illərdə 365-ci). İlin sonuna 1 gün qalır.
Əhəmiyyətli hadisələr
- 533 — Roma İmperiyasında "Yustinian qanunları" qüvvəyə minib.
- 1880 — Cənubi Afrika "Transvaal" Respublikası yaranıb.
- 1898 — Gülhanə Hərbi Tibb Məktəbi açılıb.
- 1903 — Çikaqo teatrında yanğın nəticəsində 600 nəfər həlak olub.
- 1911 — Sun Yat Sen Çinin birinci prezidenti seçilib.
- 1918 — Almaniya Kommunist Partiyası təşkil edilib.
- 1922 — SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib.
- 1922 — Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi ZSFSR-dən 1-ci Sədri seçilib.
- 1947 — SSRİ-nin dəstəklədiyi qüvvələr Rumıniyada hakimiyyəti ələ alıb.
- 1972 — ABŞ prezidenti Riçard Nikson Amerikanın Vyetnamdakı bombardmanlarını dayandırmağıa göstəriş verdi.
- 1975 — Madaqaskar Demokratik Respublikası yaranıb.
- 1980 — Türkiyədə illik inflyasiya 106 faizə çatıb.
- 1989 — Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.
- 1993 — Vatikanla İsrail arasında diplomatik münasibətlər qurulub
- 1999 — Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.
- 2006 — İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.
Doğumlar
- 1926 — Əbülfət Əliyev - Azərbaycanlı xanəndə.
- 1962 — Elşən Mansurov - Azərbaycanlı musiqiçi.
Ölümlər
Səddam Hüseyn - İraqın 5-ci prezidenti.
Bayramlar və xüsusi günlər
