Fuad Ələkbərov
Fuad Ələkbərov (tam adı: Fuad Cəbrayıl oğlu Ələkbərov; d. 22 noyabr 1988, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan və Şotlandiya siyasi şərhçisi, fotojurnalist, və şahmatçı.
Fuad Ələkbərov | |
---|---|
Fuad Cəbrayıl oğlu Ələkbərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Böyük Britaniya |
Atası | Cəbrayıl Ələkbərov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Maliyyə analitiki |
Təhsili | Qlazqo Kaledoniya Universiteti |
Fəaliyyəti | İctimai-siyasi xadim, insan hüquqları müdafiəçisi, fotojurnalist, xeyriyyəçi, şahmatçı |
Saytı | Fuad Ələkbərov rəsmi saytı |
2016-cü ilin avqust ayından 2017-ci ilin may ayına kimi Şotlandiya parlamentində siyasi məsləhətçi vəzifəsində çalışıb və bununla Şotlandiyanın siyasi qurumlarında çalışan ilk azərbaycanlı kimi tarixə düşüb. 2017-ci il 22 fevral tarixində Şotlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul olunmasında mühüm rol oynamışdır. 2017-ci ildən Şotlandiya parlamentində "İrqi Bərabərlik" qrupunun üzvüdür.
Şotlandiyada xeyriyyə fəaliyyəti və anti-irqçilik kampaniyaları ilə tanınır.
2017-ci ildən Şotlandiyanı FİDE şahmat yarışlarında təmsil edir.
Həyatı
Erkən illəri
1988-ci il noyabr ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıqda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rauf Cabbarovun rəhbərliyi altında boksla məşqul olmuşdur. 1997-2002-ci illərdə Bakıda 91 saylı orta məktəbdə təhsil almışdır. 2002-ci ildə İngiltərənin Fulhem U-13 komandasında çıxış edib. 2006-ci ildə Qlazqoda Klivden orta məktəbini bitirib. Həmin ildə "Hədəflər proqramı" sertifikatına, 2007-ci ildə Oksford Universitetinin "Sosial Müəssisə Mükafatı"-na layiq görülmüşdür. 2012-ci ildə Qlazqo Kaledoniya Universitetinin biznes fakültəsini bitirib. O, təhsil aldığı universitetinin "Tələbə Liderləri Proqramı"-nı qızıl səviyyəli diplomla bitirmişdir.
Siyasi fəaliyyəti
2014-cü ildən 2017-ci ilə qədər Şotlandiya Milli Partiyasının üzvü olub. Ələkbərov Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır və 2014-cü ildə Şotlandiyanın müstəqilliyi üzrə referendumda müstəqilliyin lehinə səs vermişdir.
2016-cü ilin avqust ayından 2017-ci ilin may ayına kimi Şotlandiya parlamentində siyasi məsləhətçi vəzifəsində çalışıb və bununla Şotlandiyanın siyasi qurumlarında çalışan ilk azərbaycanlı kimi tarixə düşüb. O, həm də, həmin ildə Azərbaycanın Böyük Britaniya səfirliyinin Şotlandiya üzrə xarici işlər məsləhətçisi vəzifəsində çalışıb. 2016-cı ildə onun diplomatik cəhdləri nəticəsində, Şotlandiya Milli Partiyasının Vestminsterdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar qanunvericilik təşəbbüsü irəli sürdü. O, həm də, 2016-cı il 1 mart tarixində Şotlandiya parlamentində Şotlandiya Milli Partiyasının millət vəkili Sandra Vayt irəli sürüldüyü Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsünün müəllifidir. 2017-ci il 22 fevral tarixində Şotlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul olunmasında mühüm rol oynamışdır.
O, 2016-cı il iyunun 23-də keçirilən "Brexit" referendumunda, Böyük Britaniyanın Avropa İttifaqında qalmağını dəstəkləmişdir.
2017-ci ildən Şotlandiya parlamentində "İrqi Bərabərlik" qrupunun üzvüdür.
Xeyriyyə fəaliyyəti
O, 2015-ci ildə, Qlazqodan Fransanın Kale şəhərində məskunlaşan qaçqınlara humanitar yardım göndərdilməsində iştirak etmişdir. 17 noyabr 2015-ci ildə, Ələkbərov Suriyalı qaçqınların Şotlandiyada məskunlaşmasında böyük rol oynamışdır. 2016-cı il 12 martda, onun rəhbərlik etdiyi humanitar konvoy Kaledə qaçqınlara tibbi yardım göstərmişdir.
Xeyriyyə missiyaları
- 17 sentyabr 2015: "Kale cəngəlliyi" qaçqın düşərgəsi, Kale, Fransa
- 11 mart 2016: "Kale cəngəlliyi" qaçqın düşərgəsi, Kale, Fransa
- 16-21 may 2016: "Arsis" uşaq evi, Saloniki, Yunanıstan
Foto yaradıcılığı
2002-ci ildən fotoqrafiya ilə məşğul olur. Yaradılığında nadir hallarda açıq rənglərdən istifadə edir. Onun yaradıcılığına Piter Hüqo, Platon və Martin Şöllerin yaradıcılığı təsir etmişdir.
2018-ci il iyunun 8-də onun Qlazqonun Müasir İncəsənət Mərkəzində foto sərgisi keçirilib.
İştirak etdiyi sərgi və layihələr
- 2013 — "Rubber Duck Exhibition", Kiilunq, Tayvan
- 2018 — "Changing Lenses: Glasgow Stories Of Integration", Müasir İncəsənət Mərkəzi, Qlazqo, Şotlandiya
- 2019 — "When East Meets West", Qlazqo, Şotlandiya
Şəxsi həyatı
Ələkbərovun sözlərinə görə, onun həyatına Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun həyat yolu böyük təsir etmişdir.
2014-ci ildən 2017-ci ilə qədər müharibə əleyhinə olan "Stop the War Coalition", "Glasgow Campaign to Welcome Refugees", "Glasgow Refugee, Asylum and Migration Network" (GRAMNet) və "United Against Fascism" hərəkatlarının aktiv üzvü olub. 2015-ci ildən 2018-ci ilə qədər "Rasizmə qırmızı vərəqə göstər" təşkilatının Anti-İrqçlik Səfiri olub. O, "Bella Caledonia" və "openDemocracy" saytlarının köşə yazarlarından biri olmuşdur.
İngilis, rus və türk dillərini bilir. Onun ən sevdiyi yazıçı Rey Bredberi, ən sevdiyi əsər Robert Lyuis Stevensonun "Dəfinələr adası" romanıdır.
Futbol və şahmat həvəskarıdır. 2017-ci ildən Şotlandiyanı FİDE şahmat yarışlarında təmsil edir. Bakının "Neftçi" və Qlazqonun "Seltik" futbol klubunun sadiq azarkeşidir. 2017-ci il sentyabr 12-də Londonda Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Çelsi", 2018-ci il dekabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Arsenal" oyunlarında Qarabağın məşqçisi Qurban Qurbanovun tərcüməçisi olmuşdur.
Siyasi mövqeyi
Azərbaycan ilə bağlı mövqeyi
Ələkbərovun Qarabağla bağlı mövqeyi birmənalıdır. O, Aprel döyüşləri zamanı Qlazqoda Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiyaya qoşulmuşdur.
Xarici siyasi mövqeyi
2016-cı il 2 iyunda Almaniya Bundestaqının erməni soyqırımı iddiasının tanınmasını kəskin tənqid edib. 2019-cu ilin oktyabr ayında Portuqaliyanın parlament seçkilərində solçu partiyalarının qələbəsini dəstəkləyib. 2016-cı və 2020-ci ABŞ Prezident seçkilərində siyasətçi Berni Sandersi dəstəkləyib.
Sosial məsələlər
Ələkbərov insan hüquqları və anti-irqçilik məsələlərinə dair fəaliyyəti ilə tanınır. 2015-ci il 12 sentyabrda, onun digər aktivistlər ilə yaratdığı "Europe Sees Syria" kampaniyası, dünyanın 40 şəhərində iki milyondan çox adamın Avropa miqrant böhranında mühacirlərə kömək etməsində böyük rol oynamışdır. Qlazqoda 10 000 insanın iştirak etdiyi nümayişdə, Ələkbərov Avropa liderlərindən qaçqınların dəstəklənməsini və miqrant axınının təhlükəsiz yolla həllini tələb etmişdir. O, Şotlandiyada sığınacaq axtaran şəxslər üçün Dangeyvl immiqrasiya çıxarılma mərkəzini insan hüquqlarının pozulmasında kəskin tənqid etmişdir. Ələkbərov miqrant axınının təhlükəsiz və qanuni yolla həll edilməsinin tərəfdarıdır.
2003-cü ildə Böyük Britaniyanın İraq müharibəsində iştirakına görə, keçmiş baş nazir Toni Bleyrin məsuliyyətə cəlb olunmasını tərəfdarıdır:
Mən Toni Bleyrə yalnız Haaqada qulaq asa bilərəm. |
2018-ci ilin iyul ayında Forbes jurnalının Meksiko buraxılışında, Burberry şirkətinin qara bazarlara düşməməsi üçün 36 milyon ABŞ dolları məbləğində satılmayan məhsulunu məhv etməsini kəskin tənqid edib. 2018-ci il dekabrın 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetin Milad nitqini qızıl piano önündə etdiyinə görə kəskin tənqid edib.
2020-ci il aprelin 17-də Kanadanın "Vancouver Sun" qəzetinin jurnalisti Styu Makniş Beynəlxalq Bütövlük Naminə Allard Mükafatına aid verilişdə Fuad Ələkbərovun informatorlara aid mövqeyini dəstəkləyib.
Ətraf mühit
Ələkbərov hidravlik parçalama üsulunun, zooparkların, ovçuluğun və heyvanların sirkdə istifadə olunmasının ələyhinədir.
Təltif və mükafatları
- 2016 — Siyasi Kölgələnmə Sxemi sertifikatı, İrqi Bərabərlik və Hüquqlar üçün Koalisiya
- 2017 — Lord Nun mükafatı, Şərqi London Universiteti (namizəd)
Biblioqrafiya
Məqalələri
- Respect the Whistleblower, İyul 2015, Şotlandiya Sol Layihəsi
- Tackling Islamophobia in Scotland, Avqust 2015, Bella Caledonia
- Calais refugees: the good, the bad and the ugly, Noyabr 2015, openDemocracy
- How the 'special relationship' between the UK and US is evolving, Yanvar 2016, Commonspace
- Britain’s child soldiers, Yanvar 2016, Bella Caledonia
- The politics of ethnic diversity: Scotland, Brexit and inequality, Avqust 2016, openDemocracy
- Road to purgatory: Indefinite detention in the UK, Avqust 2017, Politics.co.uk
- Water-related pollution matters. Just look at the Aral Sea, Avqust 2017, The Jerusalem Post
- The story of FK Qarabag, the refugee club providing hope to a million, Avqust 2017, Planet Football
- Football, war and peace: The rise of FK Qarabag, Sentyabr 2017, News.az
- Cruelty as Policy: the Truth about Indefinite Detention, Sentyabr 2017, Bella Caledonia
- Kremlin's Karabakh Gambit, Sentyabr 2017, International Policy Digest
- Azerbaijan Looks Toward Space, Fevral 2018, International Policy Digest
- To Whom Does the World’s Oil Belong?, İyun 2018, International Policy Digest
Həmçinin bax
İstinadlar
- "Vabameelseid Iraagi naisi ähvardab tapmine". maailm.postimees.ee (Estonca). Postimees. 1 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2018.
- Həmzəyev, Vüsal. "Parlament seçkiləri: xaricdə yaşayan azərbaycanlılar nə düşünür?". www.bbc.com. BBC. İstifadə tarixi: 29 October 2015.
- ↑ . az.trend.az. az.trend.az. 2018-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.
- "The Scottish Parliament passes resolution on Khojaly tragedy". news.az. news.az. 23 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.
- ↑ Telman, Məmmədov. "Наши в Шотландии". www.kaspiy.az. İstifadə tarixi: 3 noyabr 2017.
- ↑ Moore, Ron. "Paisley medics spread the word on Calais camp after mercy mission". www.dailyrecord.co.uk. Daily Record. 17 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
- ↑ "Şotlandiyadakı qürur duyulası həmyerlimiz". sputnik.az (Azerbaijani). Sputnik Sputnik xəbər agentliyi. İstifadə tarixi: 14 September 2015.
- Fidelio, Sheila. "Cronache dalla Jungla di Calais". www.meltingpot.org (İtalyanca). İstifadə tarixi: 9 November 2015.
- ↑ "Şotlandiya Xocalı soyqırımını tanımağa bir az da yaxınlaşdı". modern.az. modern.az. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2016.
- ↑ "FIDE: Alakbarov, Fuad". FİDE. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ Муровдаглы, Ариф. "БЛАГОДАРЯ АРМЯНСКИМ ЭКСПЕРТАМ ШОТЛАНДИЯ СТАЛА «ПУГАЛОМ» ДЛЯ АЗЕРБАЙДЖАНА". vesti.az (rus). vesti.az. 21 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.
- ↑ Hamzayev, Vusal. "Şotlandiyada bələdiyyə seçkilərinə hazırlaşan azərbaycanlı". www.bbc.com. BBC. İstifadə tarixi: 22 September 2015.
- ↑ Hüseynzadə, Fuad. "Şotlandiyada antiirqçilik kampaniyaları ilə tanınan azərbaycanlı gənc". palitranews.az. 6 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2017.
- ↑ Marsden, Tom (October 2015). "From Baku to Glasgow". Visions of Azerbaijan: 78–81. (#accessdate_missing_url)
- "GCU Alumni and Friends: Fuad Alakbarov". https://www.gcu.ac.uk/alumni/profiles/gsbs/fuadalakbarov/. www.gcu.ac.uk. 25 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2018.
- Loxton, Rachel. "Glasgow pledges solidarity as refugees ask: How many children have to die?". www.eveningtimes.co.uk. Evening Times. İstifadə tarixi: 5 September 2015.
- "Student Leaders Programme" (PDF). caledonianstudent.com. caledonianstudent.com. 2011. 22 iyul 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 iyul 2016.
- "Hope deserves more than the Scottish National Party". socialistworker.co.uk. Socialist Worker. İstifadə tarixi: 17 May 2015.
- ↑ ""Şotlandiyanın Xocalı soyqırımını tanıması zaman məsələsidir"". modern.az. modern.az. 20 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
- Wallace, Jamie (Sentyabr / Oktyabr 2016). "Alba Cuideachail. Scotland can Help". Independence (ingilis). Qlazqo (Conference Issue): 24–25. (#accessdate_missing_url)
- "Xocalı soyqırımının tanınması" (PDF). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası: 212. İstifadə tarixi: 28 noyabr 2017.
- Həmzəyev, Vüsal. "Aİ referendumu: Britaniyadakı azərbaycanlılar qalmaq istəyir, yoxsa çıxmaq?". www.bbc.com. BBC. 23 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2016.
- Soley, Aina; Lluis Freixes. "DESPRÉS DEL BREXIT". hemisferia.cat (katalan). hemisferia.cat. 16 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016. (#redundant_parameters)
- Alibayli, Shamil. "Лагерь для мигрантов в Европе: Мир сквозь колючую проволоку". report.az (Rusca). report.az. 9 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
- Piper, Laura. "Emotional images from Calais as Glasgow aid reaches refugees". glasgow.stv.tv. İstifadə tarixi: 24 October 2015.
- Fuad, Ələkbərov. "Miqrant krizisi, yoxsa bəşəriyyətin faciəsi?". sputnik.az. İstifadə tarixi: 30 October 2015.
- ↑ Alakbarov, Fuad. "Calais refugees: the good, the bad and the ugly". www.opendemocracy.net. Open Democracy. İstifadə tarixi: 2 November 2015.
- Franklin, Grace. . www.localnewsglasgow.co.uk. www.localnewsglasgow.co.uk. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 February 2016.
- Brooks, Libby. "Paris attacks will have 'no effect' on plans to welcome Syrian refugees to Scotland". www.theguardian.com. The Guardian. İstifadə tarixi: 17 November 2015.
- Paterson, Kirsteen. "A wet but hearty welcome as first refugees arrive in Scotland". www.thenational.scot. The National. İstifadə tarixi: 18 November 2015.
- "As it Happens: Refugees arrive in Scotland". www.cbc.ca. Canadian Broadcasting Corporation. İstifadə tarixi: 18 November 2015.
- Marsden, Anna. "Fuad's story". www.migrantvoice.org. www.migrantvoice.org. 1 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2018.
- ↑ İbrahimova, Sitara. "Fuad Ələkbərov's bio for VarYox". varyox.az. varyox.az. varyox.az tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
- ↑ Breitsameter, Sophie. . baku-magazine.com. Baku (jurnal). 2019-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2019.
- ↑ . news.az. news.az. 2018-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
- Lopez, Eduardo. "El Qarabag, entre el exilio, la guerra y la propaganda". mexico.as.com. 13 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2017.
- (PDF). www.scottish.parliament.uk. Şotlandiya parlamenti. 26 October 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 September 2015.
- "Glasgow Media Lab". www.migrantvoice.org. İstifadə tarixi: 10 November 2015.[ölü keçid]
- "Fuad Alakbarov's profile on openDemocracy". www.opendemocracy.net. İstifadə tarixi: 20 November 2015.
- Small, Mike. "Backing Bella for 2016/17". bellacaledonia.org.uk. Bella Caledonia. 22 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2016.
- ""Şotlandiyanın Xocalı soyqırımını tanıması zaman məsələsidir"". yknews.az. yknews.az. 19 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2016.
- Rafael Hüseynov, ed. (2020). "Risalə. Elmi araşdırmalar jurnalı" (PDF). № 1. “Elm və Təhsil” nəşriyyatı. 18: http://risale.az/uploads/article/az/2020_1/risale-%2018-2020.pdf. İstifadə tarixi: 11 dekabr 2020.
- "Anstoß Aliyev". zenith.me. zenith.me. İstifadə tarixi: 17 iyun 2021.
- "Nüfuzlu "Football Times" jurnalı "Qarabağ"dan yazdı". news.milli.az. news.milli.az. İstifadə tarixi: 23 avqust 2017.
- "Nüfuzlu "Football Times" jurnalı "Qarabağ" klubu barədə geniş məqalə". www.bizimyol.info. Bizim Yol. İstifadə tarixi: 23 avqust 2017.
- "Neftchi Baku – A Phoenix from the Ashes". futbolgrad.com. futbolgrad.com. 30 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2016.
- "Армянский фанат может быть привлечен к уголовной ответственности за выходку на Эмирейтс". www.azerisport.com. www.azerisport.com. 14 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2018.
- "Наш человек в Шотландии. Фуад Алекперов - советник депутата местного парламента и диктор на стадионе". media.az. media.az. 18 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
- "Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək". report.az. report.az. 26 aprel 2016 tarixində [report.az arxivləşdirilib] (#bad_url). İstifadə tarixi: 26 aprel 2016.
- Alakbarov, Fuad. "Qondarma "soyqırımı" qərarı almanları necə peşman edəcək?". sputnik.az. sputnik.az. 11 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2016.
- "Corbyn congratulates Portugal's Socialist-led government for increasing its anti-austerity mandate in election". www.thecanary.co. www.thecanary.co. İstifadə tarixi: 10 oktyabr 2019.
- "I totally endorse Bernie Sanders for president of the United States". Twitter. twitter.com. İstifadə tarixi: 17 sentyabr 2020.
- "Politi sparker og hopper på vælgere". ekstrabladet.dk. 1 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2017.
- Alakbarov, Fuad. "Tackling Islamophobia in Scotland". bellacaledonia.org.uk. İstifadə tarixi: 14 August 2015.
- Charlesworth, Simone. "Turning Oppression into Opportunity". www.anyvoice.co.uk. İstifadə tarixi: 27 June 2015.
- Naysmith, Stephen. "Grassroots campaigns add to pressure on Government over refugee crisis". www.heraldscotland.com. The Herald. İstifadə tarixi: 3 September 2015.
- Loxton, Rachel. "Thousands expected at Glasgow vigil for refugees in wake of shocking image of Aylan Kurdi". www.eveningtimes.co.uk. The Evening Times. İstifadə tarixi: 3 September 2015.
- "Scots are rallying together to help refugees fleeing war-torn Syria". www.thescottishsun.co.uk. Scottish Sun. İstifadə tarixi: 10 November 2015.[ölü keçid]
- Armour, Robert. "Thousands to attend mass day of action in support of refugees". thirdforcenews.org.uk. İstifadə tarixi: 8 September 2015.
- Drysdale, Neil. "Aberdeen set to hold candlelight refugee vigil in Union Terrace Gardens". aberdeen.stv.tv. STV. İstifadə tarixi: 9 September 2015.
- "GHRN Information Bulletin, 19th January 2016". www.gla.ac.uk. Qlazqo Universiteti. İstifadə tarixi: 3 February 2016.
- "Médecins Sans Frontières and the European 'Refugee Crisis' - a focus on Calais". www.gla.ac.uk. Qlazqo Universiteti. 26 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2016.
- Jamieson, David. "Scotland sees Syria rallies to call on the Home Office to accept more refugees". www.commonspace.scot. www.commonspace.scot. 20 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
- Velcheva, Kalina. "Истории успеха: шотландско-азербайджанский активист Фуад Алекперов". thebusinesscourier.co.uk (rus). thebusinesscourier.co.uk. 1 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2017.
- Paterson, Kirsteen. "Iraqi ex-pats rocked by blast in Baghdad". www.thenational.scot. The National. 10 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016.
- Portella, Anna. "Burberry destruye desde 2008 más artículos no vendidos cada año". www.forbes.com.mx. www.forbes.com.mx. 26 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
- "Queen's Christmas message backlash as critics slam opulent gold piano and 'out of touch' royal". www.dailyrecord.co.uk. www.dailyrecord.co.uk. 25 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2018.
- "Whistleblowers around the world need better protection from government that want to hide things". theprovince.com. theprovince.com. İstifadə tarixi: 19 aprel 2020.
- Mcnish, Stu (18 Aprel 2020). "Conversations That Matter: The importance of whistleblowers". Vancouver Sun. İstifadə tarixi: 19 aprel 2020.
- "Global Equality & Diversity Award Nominees Announced". www.equality-and-diversity.co.uk. İstifadə tarixi: 10 oktyabr 2017.
- "RESPECT THE WHISTLEBLOWER". leftproject.scot. Şotlandiya Sol Layihəsi. İstifadə tarixi: 28 July 2015.[ölü keçid]
- "Tackling Islamophobia in Scotland". bellacaledonia.org.uk. Bella Caledonia. 22 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2016.
- "Fuad Alakbarov: How the 'special relationship' between the UK and US is evolving". www.commonspace.scot. www.commonspace.scot. 1 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
- "Britain's child soldiers". bellacaledonia.org.uk. bellacaledonia.org.uk. İstifadə tarixi: 10 January 2016.
- Alakbarov, Fuad. "The politics of ethnic diversity: Scotland, Brexit and inequality". opendemocracy.net. OpenDemocracy. 19 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016. (#redundant_parameters)
- Alakbarov, Fuad. "Road to purgatory: Indefinite detention in the UK". www.politics.co.uk. www.politics.co.uk. İstifadə tarixi: 9 avqust 2017.
- Alakbarov, Fuad. "Water-related pollution matters. Just look at the Aral sea". www.jpost.com. The Jerusalem Post. İstifadə tarixi: 14 avqust 2017.
- Alakbarov, Fuad. "The story of FK Qarabag, the refugee club providing hope to a million". www.planetfootball.com. Planet Football. İstifadə tarixi: 22 avqust 2017.
- . news.az. news.az. 2017-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2017.
- Alakbarov, Fuad. . 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- Alakbarov, Fuad. "Cruelty as Policy: the Truth about Indefinite Detention". bellacaledonia.org.uk. 13 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2017.
- Alakbarov, Fuad. . 2017-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- Alakbarov, Fuad. . intpolicydigest.org. intpolicydigest.org. 2018-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018. (#redundant_parameters)
- Alakbarov, Fuad. . intpolicydigest.org. intpolicydigest.org. 2018-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
Xarici keçidlər
- Fuad Ələkbərov rəsmi saytı
- Fuad Ələkbərov — Twitter səhifəsi
- Fuad Ələkbərov — Instagram səhifəsi
- Fuad Alakbarov (ing.) Internet Movie Database saytında