Wikipedia
16 may
Aprel – May – İyun | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
16 may — Qriqorian təqvimi ilə ilin 136-cı (uzun illərdə 137-ci) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1703 — Sankt-Peterburq şəhərinin əsası qoyulub.
- 1804 — I Napoleon imperator elan edilib.
- 1717 — Volter adı ilə tanınan yazıçı Fransua Mari Arue din və krallığa qarşı əsərlər yazdığına görə Bastiliya həbsxanasına göndərilib.
- 1849 — Karl Marks Almaniyadan sürgün edilib.
- 1916 — Fransa və Böyük Britaniya arasında Yaxın Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş imzalanıb.
- 1920 — Nəriman Nərimanov Moskvadan Bakıya gəlib və vağzalda təntənə ilə qarşılanıb.
- 1920 — Azərbaycan İnqilab Komitəsi istehsalatda fəhlə nəzarəti haqqında dekret verib.
- 1940 — Moskvada Azərbaycan ədəbiyyatı həftəsi başlayıb.
- 1952 — Böyük Britaniyada qadınlara bərabər ödəniş qanuniləşib.
- 1969 — Sovet planetlərarası kosmik aparatı "Venera-5" Venera səthinə uğurlu eniş edib.
- 1974 — İosif Broz Tito Yuqoslaviya Sosialist Federativ Respublikasına yenidən və ömürlük olaraq prezident seçilib.
- 1975 — 36 yaşlı yapon Junko Tabei Everest zirvəsini fəth edən ilk qadın olub.
- 1993 — Süleyman Dəmirəl Türkiyənin prezidenti seçilib.
- 2000 — Əhməd Necdət Sezər Türkiyənin prezidenti seçilib.
- 2007 — Malta və Kipr 2008-ci il yanvarın 1-dən etibarən avrodan istifadə edilməsi barədə Avropa Birliyi Komissiyasından razılıq alıb.
- 2007 — Fransa prezidenti Nikola Sarkozinin andiçmə mərasimi keçirilib.
- 2007 — 63 ildən sonra ilk dəfə olaraq Estoniyanın Tallin şəhərində sinaqoq açılıb.
- 2009 — Şri-Lankada müharibə sona çatıb.
Azərbaycanda olan hadisələr
Doğumlar
- 1883 — Cəlal Bayar - Türkiyənin 3-cü prezidenti.
- 1930 — Nəcəf Nəcəfov - kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçi.
- 1944 — Denni Trexo - ABŞ aktyoru.
- 1966 — Canet Cekson - amerikalı müğənni.
- 1974 — Laura Pauzini - müğənni.
- 1962 — Mətanət Atakişiyeva - azərbaycanlı teatr-kino aktrisası.
Ölümlər
- 1926 - VI Mehmed - son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi.
- 1992 — Arif Nərimanbəyov - azərbaycanlı operator.