Wikipedia
1988
Qriqori | 1988 MCMLXXXVIII |
Bəhai | 144 – 145 |
Benqal | 1395 |
Berber | 2938 |
Myanma | 1350 |
Bizans | 7496 – 7497 |
Buddist | 2532 |
Erməni | 1437 ԹՎ ՌՆԼԷ |
Efiopiya | 1980 – 1981 |
Hicri | 1408 – 1409 |
Hind | |
- Vikram-samvat | 2044 – 2045 |
- Şaka samvat | 1910 – 1911 |
- Kali-yuqa | 5089 – 5090 |
Holosen təqvimi | 11988 |
Yəhudi | 5748 – 5749 |
İran | 1366 – 1367 |
Qibti | 1704 – 1705 |
Koreya | 4321 |
Tailand günəş | 2531 |
Hadisələr
- 18 fevral — Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub. Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlanıb. 1991-ci ilin sonunda bu mübarizə Yeltsinin xeyrinə (SSRİ-nin süqutu ilə) başa çatdı.
- 15 mart — Hələbcə şəhərinə zəhərli qaz hücumu
- 16 mart — Fələstinin müstəqillik qazanması.
- 15 may — SSRİ birlikləri Əfqanıstandan çəkilməyə başladı.
- 17 avqust — Pakistan prezidenti Məhəmməd Ziyaülhaqq təşkil edilən təxribat səbəbiylə təyyarə qəzasında öldürüldü.
- 19 avqust — İran-İraq müharibəsində atəşkəs elan edilməsi.
- noyabr - Əlcəzairdə toplanmış Fələstin Milli Şurası tərəfindən müstəqil Fələstin dövlətinin yaradıldığının elan edilməsi.
- 8 noyabr — Amerika Birləşmiş Ştatlarında prezident seçkilərində Corc Herbert Uoker Buş səs çoxluğu ilə rəqibi Demokrat Partiyasının namizədi Maykl Dukakisı arxada qoyaraq Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti seçilməsi.
- 2 dekabr — Bənazir Bhuttonun Pakistanda baş nazir seçilməsi. Beləcə bir İslam ölkəsində hökumət başına gələn ilk qadın oldu.
- 7 dekabr — Ermənistanda baş verən Rixter şkalasına görə 6.9 şiddətindəki zəlzələ nəticəsində 25,000 adam öldü, 400 min adam evsiz qaldı.
- 19 fevral - Azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan separatçılıq hərəkətlərinə etiraz olaraq Bakıda ilk mitinqin - kütləvi çıxışın baş verməsi.
- 20 fevral - Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputataları Sovetinin sessiyasında vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılması.
- 22 fevral - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşmanın baş verməsi.
- Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilməsi.
- 17 noyabr — Azərbaycanda xalqın Sovet hakimiyyətinə qarşı birlik olub mitinqlərə başlaması.
Doğumlar
- 19 yanvar — Aleksey Vorobyov, Rus müğənnisi və aktyoru.
- 7 fevral — Mübariz İbrahimov, Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman
- 5 may — Adel, Britaniya müğənni və söz yazarı
- 3 iyun — Mariya Stadnik, Azərbaycan güləşçisi.
- 15 oktyabr — Məsud Özil, Almaniya futbolçusu
- 11 noyabr — Şərif Şərifov, Azərbaycan güləşçisi.
- 22 noyabr — Fuad Ələkbərov, Azərbaycan və Britaniyalı peşəkar fotoqraf, yazıçısı, şairi və ictimai fəal.