Bu məqalənin üslubu və ya stili Vikipediyada istifadə olunan ensiklopedik tərzdə olmaya bilər. |
Muğallar — Azərbaycan türklərini formalaşdıran əsas etnoqrafik qruplardan biri. Bəzi hipotezlərə görə, "muğal" dedikdə Azərbaycan respublikasının şimal-qərbində, Dərbənddə və Güney Dağıstanın bir qismində yaşayan Azərbaycan türklərinin əksəriyyətini identifikasiyalaşdırmaq üçün avtoxton xalqlar tərəfindən törədilmiş ifadə, yaxud həmin etnik-türklərin bəzilərinin soylarından formalaşan tayfa konfederasiyası və bu konfederasiyaya aid şəxs başa düşülür.Qafqazşünasların bəziləri muğalları qaytaqlarla eyniləşdirir. Hazırda Dağıstanda qaytaq adlanan mənşəyi münaqişəli(iki çeşid söylənti var, ya qaytaqlar avtoxtondur və darqi xalqının bir qoludur, ya da onlar monqol mənşəlidir, lakin darqilərə aşınıb) etnik-qrup yaşayır. Tarixən Hindistan və Pakistan ərazisində yaşayan bir digər türki etnik-qrup olan moğollarla qarışdırılmamalıdır.
Muğallar kimdir və kimlərdən ibarətdir?
Muğalların kimlər olduğunu və kimlərdən təşkil olunduğunu müəyyənləşdirmək üçün ilk növbədə onların nə üçün və necə "muğal" ibarəsi ilə adlandırılmasına dair fərziyyələrə nəzər salmaq lazımdır. Bəzi şərqşünasların iddialarına görə, "muğal" adı ilə çağırılan topluluğun həmin adla çağırılmasının əsas səbəbi onlardan olanların əksəriyyətinin Monqol yürüşləri əsnasında köç etməsidir. Bu iddia ilə çıxış edən həm yerli, həm də əcnəbi bir xeyli tarixçiyə rast gəlmək mümkündür. Muğalların sadəcə bir isimləndirmə olaraq bu adı daşıdığını iddia edənlərin əksinə, "muğal" adının təkcə bir tayfanı deyil, tayfalar topluluğunu adlandıranlar da az deyil. Belə ki, onlar "muğal" isimləndirməsinin Monqol köçləri qüvvəyə mindiyinə inansalar da, hələ o dönəmdən əvvəl də bölgədə çeşidli türk tayfalarının yaşadıqlarına qənaət gətirirlər. Yalnız bölgədə hələ də qalan Baydarlı, Göynük, Muğanlı, Cəyirli və.b kimi qədim yer adları bizə söyləməyə əsas verir ki, bölgəyə türk köçü təkcə Monqol yürüşləri ilə məhdudlaşlamayıb. Bundan əlavə, siyahıya alınmalarda muğal adı ilə qeydiyyata alınan türk kəndlərinin əksəriyyətində tayfa və nəsil sturukturları hələ də qalmaqdadır.Qaravəllilər, ziyadoğlular, qınıqlar, kuşanlar və.b buna örnəkdir. Bu da onu isbat edir ki, muğallıq tək tayfa ilə məhdudlaşmır, bir çox oğuz, qıpçaq, monqol tayfa və boylarının bölgədə qaynayıb-qarışması və vahid adla status alması ilə təşəkkül tapıb. Muğalların bölgədə türklərin hamısını deyil, çoxluğunu təşkil etməsini bildirməyin tarixi yanlışlıqlardan qaynaqlanan bir izahı var. Bölgədə elə kəndlərdə var ki, orada əksərən etnik-türklər yaşayır, lakin Qafqaz təqvimlərində və bölgə əhalisinin etnik-palitrasını qeydiyyata alan digər mənbələrdə onların başqa adlarla qeydiyyata alınmasını müşahidə edirik. Beləliklə, bölgədəki bütün türklərin "muğal" adına bağlı qılınmaması bizə muğalların əksəriyyəti təşkil etdiyini lakin bütünlüyü ifadə etmədiyini söyləməyimizə səbəbiyyət verir.
Muğalların mənşəyinə dair fərziyyələr
Muğalların mənşəyinə dair müxtəlif araşdırmalar olsa da, indiyə qədər hələ də müfəssəl mənşə araşdırılması aparılmayıb. Çünki, muğalların faktiki etnik-kimliyi hər kəs üçün aşkar olsa da, onların mənşəyi tarixçilər və şərqşünaslar da daxil heç kimə tam aydın deyil. Təbii ki, hər kəs onları tarixi, irqi və linqvistik keyfiyyətlərinə görə Şərqi Asiya mənşəli xalqlara (türklər, monqollar və s.) bağlayır. Lakin tam və ətraflı araşdırılma aparılmadığından onların mənşələrinə dair fikirlər fərziyyədən o tərəfə keçmir. Onlar barədə bəzi fərziyyələr bunlardır.
* Övliya Çələbi öz məşhur əsərində muğallardan "qaytaq" deyə bəhs edir, avtoxton xalqların onları muğal adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, "Buxara dilində" danışdıqlarını Şirvana Mahan vilayətindən gəldiklərini qeyd edir.
- Abbasqulu ağa Bakıxanov öz məşhur əsərində Şirvan əhalisi içərisində "muğal" dilində danışan insanların olduğunu yazır, onun iddialarına görə muğallar türkəsilli massagetlərin nəvə-nəticələri ola bilərlər.
- Cümhuriyyət dönəmi başçılarından Hacı Səlim Axundzadə öz xatirələrində yazır: "Zaqatala camaatının içində bir türk milləti vardır ki, onların adlarına muğal itlaq olunur. Zənnimcə, bu söz moğol olsun. Bu muğal-türk camaatı külliyyətən əzəmiməzhəbdirlər. […] Muğallar ləzgi lisanını bilməyirlər və muğalların əksəri tacir olan kimi, ləzgilərin çoxu əkinçidirlər. Muğal-türk camaatının ən böyük xanədan və famil sahibləri Qəbulovlardır ki, həm tacir, həm üləma və həm də mütəcəddid (yenilikçi) olub, sahibi-nüfuz, mehmannəvaz (qonaqsevər), şərafətmənd (şərəfli) bir camaatdırlar ki, əksəriyyət cəhətinə süknaları (sakinləri) Qax mahalındandırlar".
- A. Poserbski hesab edirdi ki, muğallar, Çingiz xanın hakimiyyətini qorumaq üçün "xalqların böyük köçü" zamanı burada qalmış monqolların nəsilləridir və onlar sonradan Əmir Teymurun tabeliyinə keçib.
- Dmitri Bakradze yazırdı:"XVII əsrdə bu bölgədəDağıstan dağlıları və 'muğal' adlanan türk tayfası məskunlaşdırmağa başladı. Bu ad, ehtimal ki, buradakı tatar əhalisinin əsasını təşkil edən monqollardan qalmışdır"
- V. Lindenin fərziyyəsinə görə, "muğal" adı "ehtimal ki, Arazın o tayında ona yaxın olan Azərbaycan tayfasının meydana çıxmasından əvvəl, tarixi məlumatlara görə, yerli tatar (türk) əhalisinin əsasını təşkil edən monqollardan qalmışdır"
- Gan muğalları bu cür təsvir edir: "Avarlardan sonra əsas əhali qrupunu tatarlar(türklər) təşkil edir, həmçinin "muğallar" adlanırlar… Onlar müxtəlif dövrlərdə bura şərqdən gəlmiş fəthçilərlə birlikdə gəliblər. Onlar gözəl azərbaycanlı(türk) şivəsində danışırlar."
- Azərbaycanlı tarixçi Mirabbas Mirabbaszadə yazırdı:"Zaqatala qəzasında, Qanıx (Alazan) və Əyriçay çayları boyunca bir çox türk kəndləri yerləşir. Burada bütün türklərə "muğal" sözü ilə müraciət edilir, bu da "moğol" adından yaranmışdır. Burada həqiqi moğolların sayını müəyyən etmək mümkün deyil. Zaqatala qəzasının Almalı nahiyəsində iki kənd – Cəlair və Tanqıt yerləşir ki, bunların əhalisi tamamilə həqiqi, qədim muğallardan ibarətdir. Yerli qocaların əfsanələrinə görə, qeyd olunan kəndlər, monqol məskənləri olaraq 600 ailədən ibarət idi. Hazırda Cəlair kəndində 35, Tanqıtda isə 7 ev qalmışdır."
Bu məlumatlara əsasən müəyyən etmək mümkündür ki, keçən əsrin əksər şərqşünas yazıçıları muğalların Monqol axınları ilə birliklə gəldiyi fikri ilə razılaşırlar. Bununla belə onların türkəsilli olduqlarına dair icma vardır. M. Mirabbaszadənin məlumatlarına əsaslansaq, muğal hesab olunanlar içərisində həqiqi monqolların da yaşadığını, lakin onların ümumi saya nisbətdə çox az yer tutduqlarını müşahidə edirik.
Muğalların genetikasından örnəklər
Muğallarla dair genetik araşdırmalar məhdud olsa da, etibarlı mənbələrdən əldə edilən bir neçə test mövcuddur:
- Bütün əcdadları Qaxın Zərnə və Ləkit kəndlərindən olan muğalın autosomal nəticəsi. Müasir etnoslara yaxınlıq siyahısında ilk olaraq Qax-Zaqatala, Dərbənd azərbaycanlıları və kumuklar, daha sonra isə Şimali Qafqaz xalqları gəlir. Yurddaşımızın şərqi Avrasiya mirası 7% təşkil edir. Həmyerlimizin Y-DNT-si: G-Z6638 Şimali Qafqaz mənşəlidir. Orta Asiya türkləri, tatar və başqırdlarda da çox rast gəlinir. Dəqiq hansı alt qoldan olduğunu öyrənmək üçün tam SNP testi lazımdır. MtDNT (anadan övladlara ötürülən) U2e2 əsasən Hind-Avropa xalqlarına məxsusdur. Eynilə G-Z6638 kimi müasir Rusiya ərazisindəki yerli türk xalqlarında da geniş rast gəlinir.
- Ata babası Balakənin Tülü, nənəsi Talalar, anası isə Qullar kəndindən olan muğalın DNT test nəticəsi. Toplam Şərqi Asiya genetik irsi 5,82% təşkil edir. Y-DNT: G-Z6638. Birbaşa etnik yaxınlıq siyahısında Siyəzən, İğdır, Aran və Balakən azərbaycanlıları gəlir. Qədim DNT nümunələri ilə qarışıq modelləmədə: 35,6% Türk (Anadolu türkmanı+Orta əsrlər türkü), 28% Manna yerlisi,19,2% Qafqaz albanı(teoritik), 7,6% Kür-Araz mədəniyyəti sakini, 6,4% Alan, 3,2% Anadolu yerlisi
- Balakənin Talalar kəndindən olan azərbaycanlı muğalın DNT test nəticəsi. Toplam Şərqi Avrasiya genetik irsi 5,4% təşkil edir. Y-DNT: G-P287. Birbaşa etnik yaxınlıq siyahısında Siyəzən, Balakən, Şamaxı və Qaraçöp azərbaycanlıları gəlir. Qədim DNT nümunələri ilə qarışıq modelləmədə: 41,2% Manna yerlisi, 34,4% Anadolu türkmanı,12% Alan, 10,8% Qafqaz albanı(teoritik) 1,6% Kür-Araz mədəniyyəti sakini
Göründüyü kimi, bu üç DNT testi bizə indilik söyləməyə əsas verir ki, muğallar qarışıq genetik sturuktura sahibdirlər lakin, genetikalarındakı basqın element türklükdür. Bununla belə hər muğalın yaşadığı rayonlardan toplu testlər olmazsa dəqiq fikir söyləmək qeyri-mümkündür.
Yayılma arealı
Muğallar hazırda faktiki olaraq Şəki-Zaqatala iqtisadi rayonunda və Dərbənd şəhərində yaşayırlar. Sayca ən yüksək "muğal" toplumunun olduğu şəhər Şəkidir. Bununla belə bölgədəki hər bir rayonda özlərini "muğal" adı ilə isimləndirən türklər əhalinin mütləq çoxluğunu təşkil edirlər. Ən böyük "muğal" kəndi Göynükdür. Bu kənddə bütün əhali etnik-türklərdən təşkil olunub. Göynüklə bərabər bölgədə "muğal" isimləndirməsinə daxil olan Biləcik, Layısqı, Oxud, Vəndam, Xaçmaz, Tülü, Almalı, Hənifə, Tala,Muğanlı, Bəhmətli və.b böyük kəndlər yerləşir.İlisu, Sarıbaş, Qorağan, Əmbərçay, Qaşqaçay və.b bir-neçə kənddə yaşayan etnik-türk əhali üçün başda qeyd olunan səbəbdən muğal adı istifadə edilmədiyindən onları bu siyahıya daxil etmək mümkün deyildir. Hazırda qəti sayları məlum olmasa da, muğal kəndlərinin əhalisinin müasir sayını toplasaq təqribi 400.000 civarı muğalın yaşadığını təxmin etmiş olarıq. Hər halda, dəqiq say üçün müfəssəl araşdırma gərəkdir.
Muğalların mədəni və dini perspektivi
Muğallar üçün yerli mədəni ünsürlər ümumtürk, o cümlədən Azərbaycan adət-ənənələrinə uyğun olaraq formalaşıb. Bəzi muğallar üçün də keçmişdə köçəri maldarlıq vəzifə halına gəlmişdir. Petruşevski qeyd edir ki, muğallar yaylaqlardan istifadə üçün sultana, o cümlədən Car-Balakən və Nuxa hakimlərinə illik hər 100 qoyun başına 2 qoyun verməklə mükəlləf idilər. Daha sonra köçəri maldarlıqla məşğul olan muğalların əksəriyyəti həmin peşəni tərgidərək oturaq düzənə ayaq uydurdular. Hazırda bənzər peşəni icra edən çox az muğal ailəsi tapmaq mümkündür. Şəki muğalları rayona xarakterik olan ipəkçilik peşəsi ilə məşğul olurdular. Muğallar həm də keçmiş çağlarda çox qabiliyyətli tacir olublar. Onlar papaq, silah, geyim, ipək və s. məhsulları istehsal edərək satır və varlanırdılar. Ehtimal olunur ki, qaytağı rəqsinin yaradıcıları da məhz muğallardır. Muğallar saz-söz sənətini çox sevir və şeirlər, qoşmalar quraşdırmağı məharətlə bacarırlar. Nümunə olaraq,
O qızın ağ şalı var,
Ağ şala oxşarı var.
Özü avar balası
Muğala oxşarı var.
Toy adətləri
Muğallar və bölgədə yaşayan digər xalqların toy adətləri bəzi kiçik fərqlər nəzərə alınmazsa təqribən bir-biri ilə tutuşur. Muğalların toy adətlərinə örnək olaraq, Azərbaycan türklərindən olan bütün tayfalardakı kimi izdivacın ilk addımı qızbəyənmədir. Sonra sırası ilə elçilik, nişan, toya hazırlıq, parçabiçdi, xınayaxdı, toy, kəbin, üzəçıxdı periodu ilə bütün addımlar mərhələli şəkildə yerinə yetirilir. Bəzi kəndlər öz adətləri ilə xüsusən seçilir. Örnək olaraq, Muğanlı kəndində toya bir həftə qalmış nişanlı qızı yengəsi evlərinə aparır və hər gün bir qohumu qızı qonaq çağırırdı. Yalnız sonuncu gün-"xına gecəsi günü" qız evinə gedirdi.
Din
Muğallar dini sarıdan müsəlmandırlar. İslamın Əhli-Sünnə məzhəbinə etiqad edirlər. Əksəriyyəti Hənəfi, bir hissəsi Şafii fiqhinə mənsubdur. Dindarlıq səviyyəsi yer-yer dəyişsədə ümumi olaraq qənaətbəxşdir.
Digər xalqlarla sosial-mədəni əlaqələri
Muğallar bölgənin digər xalqları ilə ümumən yaxşı keçinir.
Həmçinin bax
İstinadlar
- "Azərbaycan türklərini formalaşdıran tayfalar".
- Фон-Плотто А.И. Природа и люди Закатальскаго округа // Сборник сведений о кавказских горцах. – Тифлис, 1869. Вып. IV. 137.
- Латифова, Эльвира. 1999. "Северо-западный Азербайджан: Илисуское султанство." Баку: Алтай.
- Tuncay, Bəxtiyar. AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI. Mart 18,2012.
- Гадло, А. В. Этническая история Северного Кавказа X–XIII вв.. — СПб.: Изд-во С.-Петербург. ун-та, 1994. — С. 183.
- Моғоллар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 16.
- Позербский (1865: 18).
- Бакрадзе (1890:252).
- Mirbagirzadeh (1926: с.60).
- Latifova E. "Northwestern Regions of Azerbaijan in the context of Turkic-Mongolian History". Avrasya Uluslararası Araştırmalar Dergisi, 216-230.
- Mirbağırzadə, Mirabbas. 1926. “Ölkəşünaslıq Haqqında: Zaqatala Dairəsi”. Maarif işçisi, № 5(13): 58-66.
- Gan (1902: 59).
- Ягуб Махмудов. Билеџик и Гёйнюк: Самые древние родные места огузских турков Год 2019, Том: 6, Номер: 5.
- HACALOĞLU, RECEP ALBAYRAK. BORÇALI TOPONİMLERİ. (Muğanlı tayfası və Baydar toponiminə istinadən- Ə.A) (türk). Erdem. 2002.
- Latifova, Elvira. 2014. “Kafkasya’nın Bazı Türk Toponimlerine Dair (Azerbaycan’nın Kuzeybatı Bölgesi ve Güney Dağıstan Örneğinde)”. Akademik Tarih ve Düşünce Dergisi. Cilt 1, Sayı 2: 1-12.
- Burada söylənən odur ki, etnik-hesabatlar yalnışlıqlarla doludur. Məs. 1872 hesabatında muğal olaraq qeydə alınan Əliabad kəndinin əhalisi, 40 il sonra 1912 hesabatında ingiloy olaraq qeyd olub. Faktiki əhalisi isə əksərən ingiloylardır. Və ya əhalisinin əksəriyyətinin özünü etnik-türk hesab etdiyi Sarıbaş, İlisu, Əmbərçay və.b kəndlər isə bir qayda saxur,ləzgi,bəy kimi adlarla isimləndirilmişdir. Təbii ki, həmin kəndlərdə saxur varlığı istisna olunmur, lakin söhbət oradakı etnik-türklərin varlığının qəsb edilməsindən gedir.
- Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169.
- Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893.
- Кавказский календарь на 1910 год. Часть 1. — Тифлис.
- Кавказский календарь на 1912 год. Отдел статистический. — Тифлис.
- Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа.
- Азербайджанская сельскохозяйственная перепись 1921 года. Итоги. Т. I. Вып. XIV. Закатальский уезд. — Издание Аз. Ц. С. У.. — Баку, 1922.
- Сборник сведений о кавказских горцах. Вып. 07 стр.139.
- Çələbi, Övliya. "Səyahətnamə" (Osmanlı türkcəsi). Qahirə: Bulak çap evi. 1848.
- Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm (fars). Bakı. 1926.
- "Hacı Səlim Axundzadənin xatirələri". www.anl.az. İstifadə tarixi: 2025-02-01.
- Позербский, A. 1865. Очерк Закатальского округа”. Кавказский Календарь на 1866 год. Тифлис: 1-60.
- Müasir Şəki-Zaqatala ərazisi.
- Müəllif burada "tatar" dedikdə Azərbaycan türklərini nəzərdə tutur.
- Бакрадзе, Дм. 1890. "Записки о Закатальском округе”. Записки Кавказского отдела Русского Географического Общества. Выпуск I, Книга XVI: 248-261.
- Linden, V. 1916.“Краткий исторический очерк быта общественно-политического и земельного строя народностей, населяющих мусульманские районы Кавказского края. Закатальский округ.” Кавказский Календарь на 1917 год. Тифлис: 296-310.
- Gan, K. 1902. “Путешествие в Кахетию и Дагестан (летом 1898 года)”. Сборник Материалов Для Описания Местностей и Племён Кавказа. Выпуск 31. Тифлис: Типография Канцелярии Главноначальствующего Гражданской Часть на Кавказе и К. Козловского: 49-80.
- Azərbaycan türkünün.
- "Muğalların mənşəyi".
- "Mənşə məlumatları".
- azərbaycanlılar.
- Hər iki Talanın(Yuxarı və Aşağı) yerli sakinlərinin mütləq əksəriyyəti etnik-türklərdir və özlərini muğal hesab edirlər.
- Cavadova, Zərimə. Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma) (Azərbaycan). Bakı: Altay nəşriyyatı. 1999.
- 16 nömrəli qaynaqdakı yazıya bax.
- И., Петрушевский. Джаро белаканские вольные общества (Rusca). Тифлис. 1934.
- "Muğalların mədəniyyətinə dair". www.anl.az. İstifadə tarixi: 2025-02-01.
- Sərkərova, Ülkər. Zaqatalada yaşayan xalqların toy adətləri (az.). Türkiyə: Akademik tarih ve Düşünce. 30 oktyabr, 2023.
- "Azərbaycan Multikulturalizmi". multiculturalism.preslib.az. İstifadə tarixi: 2025-02-01.
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə əlavə edərək töhfə verə bilərsiz. (may 2025) |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin uslubu ve ya stili Vikipediyada istifade olunan ensiklopedik terzde olmaya biler Muvafiq muzakire muzakire sehifesinde movcud ola biler may 2025 Mogollar monqollar monqolar ile sehv salmayin Mugallar Azerbaycan turklerini formalasdiran esas etnoqrafik qruplardan biri 1 2 Bezi hipotezlere gore mugal dedikde Azerbaycan respublikasinin simal qerbinde Derbendde ve Guney Dagistanin bir qisminde yasayan Azerbaycan turklerinin ekseriyyetini identifikasiyalasdirmaq ucun avtoxton xalqlar terefinden toredilmis ifade yaxud hemin etnik turklerin bezilerinin soylarindan formalasan tayfa konfederasiyasi ve bu konfederasiyaya aid sexs basa dusulur 3 Qafqazsunaslarin bezileri mugallari qaytaqlarla eynilesdirir 4 Hazirda Dagistanda qaytaq adlanan menseyi munaqiseli iki cesid soylenti var ya qaytaqlar avtoxtondur ve darqi xalqinin bir qoludur ya da onlar monqol menselidir lakin darqilere asinib etnik qrup yasayir 5 Tarixen Hindistan ve Pakistan erazisinde yasayan bir diger turki etnik qrup olan mogollarla qarisdirilmamalidir 6 Mundericat 1 Mugallar kimdir ve kimlerden ibaretdir 2 Mugallarin menseyine dair ferziyyeler 3 Mugallarin genetikasindan ornekler 4 Yayilma areali 5 Mugallarin medeni ve dini perspektivi 5 1 Toy adetleri 5 2 Din 6 Diger xalqlarla sosial medeni elaqeleri 7 Hemcinin bax 8 IstinadlarMugallar kimdir ve kimlerden ibaretdir redakteMugallarin kimler oldugunu ve kimlerden teskil olundugunu mueyyenlesdirmek ucun ilk novbede onlarin ne ucun ve nece mugal ibaresi ile adlandirilmasina dair ferziyyelere nezer salmaq lazimdir Bezi serqsunaslarin iddialarina gore mugal adi ile cagirilan toplulugun hemin adla cagirilmasinin esas sebebi onlardan olanlarin ekseriyyetinin Monqol yurusleri esnasinda koc etmesidir Bu iddia ile cixis eden hem yerli hem de ecnebi bir xeyli tarixciye rast gelmek mumkundur 7 8 9 10 Mugallarin sadece bir isimlendirme olaraq bu adi dasidigini iddia edenlerin eksine mugal adinin tekce bir tayfani deyil tayfalar toplulugunu adlandiranlar da az deyil 11 Bele ki onlar mugal isimlendirmesinin Monqol kocleri quvveye mindiyine inansalar da hele o donemden evvel de bolgede cesidli turk tayfalarinin yasadiqlarina qenaet getirirler 11 12 Yalniz bolgede hele de qalan Baydarli Goynuk Muganli Ceyirli ve b kimi qedim yer adlari bize soylemeye esas verir ki bolgeye turk kocu tekce Monqol yurusleri ile mehdudlaslamayib 13 14 Bundan elave siyahiya alinmalarda mugal adi ile qeydiyyata alinan turk kendlerinin ekseriyyetinde tayfa ve nesil sturukturlari hele de qalmaqdadir 15 Qaravelliler ziyadoglular qiniqlar kusanlar ve b buna ornekdir Bu da onu isbat edir ki mugalliq tek tayfa ile mehdudlasmir bir cox oguz qipcaq monqol tayfa ve boylarinin bolgede qaynayib qarismasi ve vahid adla status almasi ile tesekkul tapib Mugallarin bolgede turklerin hamisini deyil coxlugunu teskil etmesini bildirmeyin tarixi yanlisliqlardan qaynaqlanan bir izahi var Bolgede ele kendlerde var ki orada ekseren etnik turkler yasayir lakin Qafqaz teqvimlerinde ve bolge ehalisinin etnik palitrasini qeydiyyata alan diger menbelerde onlarin basqa adlarla qeydiyyata alinmasini musahide edirik 16 17 18 19 20 21 22 23 Belelikle bolgedeki butun turklerin mugal adina bagli qilinmamasi bize mugallarin ekseriyyeti teskil etdiyini lakin butunluyu ifade etmediyini soylemeyimize sebebiyyet verir Mugallarin menseyine dair ferziyyelerredakteMugallarin menseyine dair muxtelif arasdirmalar olsa da indiye qeder hele de mufessel mense arasdirilmasi aparilmayib Cunki mugallarin faktiki etnik kimliyi her kes ucun askar olsa da onlarin menseyi tarixciler ve serqsunaslar da daxil hec kime tam aydin deyil Tebii ki her kes onlari tarixi irqi ve linqvistik keyfiyyetlerine gore Serqi Asiya menseli xalqlara turkler monqollar ve s baglayir Lakin tam ve etrafli arasdirilma aparilmadigindan onlarin menselerine dair fikirler ferziyyeden o terefe kecmir Onlar barede bezi ferziyyeler bunlardir Ovliya Celebi oz meshur eserinde mugallardan qaytaq deye behs edir avtoxton xalqlarin onlari mugal adlandirdiqlarini bildirir Onlarin oguz olduqlarini Buxara dilinde danisdiqlarini Sirvana Mahan vilayetinden geldiklerini qeyd edir 24 Abbasqulu aga Bakixanov oz meshur eserinde Sirvan ehalisi icerisinde mugal dilinde danisan insanlarin oldugunu yazir onun iddialarina gore mugallar turkesilli massagetlerin neve neticeleri ola bilerler 25 Cumhuriyyet donemi bascilarindan Haci Selim Axundzade oz xatirelerinde yazir Zaqatala camaatinin icinde bir turk milleti vardir ki onlarin adlarina mugal itlaq olunur Zennimce bu soz mogol olsun Bu mugal turk camaati kulliyyeten ezemimezhebdirler Mugallar lezgi lisanini bilmeyirler ve mugallarin ekseri tacir olan kimi lezgilerin coxu ekincidirler Mugal turk camaatinin en boyuk xanedan ve famil sahibleri Qebulovlardir ki hem tacir hem ulema ve hem de muteceddid yenilikci olub sahibi nufuz mehmannevaz qonaqsever serafetmend serefli bir camaatdirlar ki ekseriyyet cehetine suknalari sakinleri Qax mahalindandirlar 26 A Poserbski hesab edirdi ki mugallar Cingiz xanin hakimiyyetini qorumaq ucun xalqlarin boyuk kocu zamani burada qalmis monqollarin nesilleridir ve onlar sonradan Emir Teymurun tabeliyine kecib 27 Dmitri Bakradze yazirdi XVII esrde bu bolgede 28 Dagistan daglilari ve mugal adlanan turk tayfasi meskunlasdirmaga basladi Bu ad ehtimal ki buradaki tatar 29 ehalisinin esasini teskil eden monqollardan qalmisdir 30 V Lindenin ferziyyesine gore mugal adi ehtimal ki Arazin o tayinda ona yaxin olan Azerbaycan tayfasinin meydana cixmasindan evvel tarixi melumatlara gore yerli tatar turk ehalisinin esasini teskil eden monqollardan qalmisdir 31 Gan mugallari bu cur tesvir edir Avarlardan sonra esas ehali qrupunu tatarlar turkler teskil edir hemcinin mugallar adlanirlar Onlar muxtelif dovrlerde bura serqden gelmis fethcilerle birlikde gelibler Onlar gozel azerbaycanli turk sivesinde danisirlar 32 Azerbaycanli tarixci Mirabbas Mirabbaszade yazirdi Zaqatala qezasinda Qanix Alazan ve Eyricay caylari boyunca bir cox turk kendleri yerlesir Burada butun turklere mugal sozu ile muraciet edilir bu da mogol adindan yaranmisdir Burada heqiqi mogollarin sayini mueyyen etmek mumkun deyil Zaqatala qezasinin Almali nahiyesinde iki kend Celair ve Tanqit yerlesir ki bunlarin ehalisi tamamile heqiqi qedim mugallardan ibaretdir Yerli qocalarin efsanelerine gore qeyd olunan kendler monqol meskenleri olaraq 600 aileden ibaret idi Hazirda Celair kendinde 35 Tanqitda ise 7 ev qalmisdir 11 Bu melumatlara esasen mueyyen etmek mumkundur ki kecen esrin ekser serqsunas yazicilari mugallarin Monqol axinlari ile birlikle geldiyi fikri ile razilasirlar Bununla bele onlarin turkesilli olduqlarina dair icma vardir M Mirabbaszadenin melumatlarina esaslansaq mugal hesab olunanlar icerisinde heqiqi monqollarin da yasadigini lakin onlarin umumi saya nisbetde cox az yer tutduqlarini musahide edirik Mugallarin genetikasindan orneklerredakteMugallarla dair genetik arasdirmalar mehdud olsa da etibarli menbelerden elde edilen bir nece test movcuddur Butun ecdadlari Qaxin Zerne ve Lekit kendlerinden olan mugalin 33 autosomal neticesi Muasir etnoslara yaxinliq siyahisinda ilk olaraq Qax Zaqatala Derbend azerbaycanlilari ve kumuklar daha sonra ise Simali Qafqaz xalqlari gelir Yurddasimizin serqi Avrasiya mirasi 7 teskil edir Hemyerlimizin Y DNT si G Z6638 Simali Qafqaz menselidir Orta Asiya turkleri tatar ve basqirdlarda da cox rast gelinir Deqiq hansi alt qoldan oldugunu oyrenmek ucun tam SNP testi lazimdir MtDNT anadan ovladlara oturulen U2e2 esasen Hind Avropa xalqlarina mexsusdur Eynile G Z6638 kimi muasir Rusiya erazisindeki yerli turk xalqlarinda da genis rast gelinir 34 Ata babasi Balakenin Tulu nenesi Talalar anasi ise Qullar kendinden olan mugalin DNT test neticesi Toplam Serqi Asiya genetik irsi 5 82 teskil edir Y DNT G Z6638 Birbasa etnik yaxinliq siyahisinda Siyezen Igdir Aran ve Balaken azerbaycanlilari gelir Qedim DNT numuneleri ile qarisiq modellemede 35 6 Turk Anadolu turkmani Orta esrler turku 28 Manna yerlisi 19 2 Qafqaz albani teoritik 7 6 Kur Araz medeniyyeti sakini 6 4 Alan 3 2 Anadolu yerlisi 35 Balakenin Talalar kendinden olan azerbaycanli mugalin DNT test neticesi Toplam Serqi Avrasiya genetik irsi 5 4 teskil edir Y DNT G P287 Birbasa etnik yaxinliq siyahisinda Siyezen Balaken Samaxi ve Qaracop azerbaycanlilari gelir Qedim DNT numuneleri ile qarisiq modellemede 41 2 Manna yerlisi 34 4 Anadolu turkmani 12 Alan 10 8 Qafqaz albani teoritik 1 6 Kur Araz medeniyyeti sakini 35 Gorunduyu kimi bu uc DNT testi bize indilik soylemeye esas verir ki mugallar qarisiq genetik sturuktura sahibdirler lakin genetikalarindaki basqin element turklukdur Bununla bele her mugalin yasadigi rayonlardan toplu testler olmazsa deqiq fikir soylemek qeyri mumkundur Yayilma arealiredakteMugallar hazirda faktiki olaraq Seki Zaqatala iqtisadi rayonunda ve Derbend seherinde yasayirlar Sayca en yuksek mugal toplumunun oldugu seher Sekidir Bununla bele bolgedeki her bir rayonda ozlerini mugal adi ile isimlendiren turkler 36 ehalinin mutleq coxlugunu teskil edirler En boyuk mugal kendi Goynukdur Bu kendde butun ehali etnik turklerden teskil olunub Goynukle beraber bolgede mugal isimlendirmesine daxil olan Bilecik Layisqi Oxud Vendam Xacmaz Tulu Almali Henife Tala 17 37 Muganli Behmetli ve b boyuk kendler yerlesir 38 Ilisu Saribas Qoragan Embercay Qasqacay ve b bir nece kendde yasayan etnik turk ehali ucun basda qeyd olunan sebebden 39 mugal adi istifade edilmediyinden onlari bu siyahiya daxil etmek mumkun deyildir Hazirda qeti saylari melum olmasa da mugal kendlerinin ehalisinin muasir sayini toplasaq teqribi 400 000 civari mugalin yasadigini texmin etmis olariq Her halda deqiq say ucun mufessel arasdirma gerekdir Mugallarin medeni ve dini perspektiviredakteMugallar ucun yerli medeni unsurler umumturk o cumleden Azerbaycan adet enenelerine uygun olaraq formalasib Bezi mugallar ucun de kecmisde koceri maldarliq vezife halina gelmisdir Petrusevski qeyd edir ki mugallar yaylaqlardan istifade ucun sultana o cumleden Car Balaken ve Nuxa hakimlerine illik her 100 qoyun basina 2 qoyun vermekle mukellef idiler 40 Daha sonra koceri maldarliqla mesgul olan mugallarin ekseriyyeti hemin peseni tergiderek oturaq duzene ayaq uydurdular Hazirda benzer peseni icra eden cox az mugal ailesi tapmaq mumkundur Seki mugallari rayona xarakterik olan ipekcilik pesesi ile mesgul olurdular Mugallar hem de kecmis caglarda cox qabiliyyetli tacir olublar Onlar papaq silah geyim ipek ve s mehsullari istehsal ederek satir ve varlanirdilar 26 Ehtimal olunur ki qaytagi reqsinin yaradicilari da mehz mugallardir 4 Mugallar saz soz senetini cox sevir ve seirler qosmalar qurasdirmagi meharetle bacarirlar Numune olaraq O qizin ag sali var Ag sala oxsari var Ozu avar balasi Mugala oxsari var 41 Toy adetleriredakte Mugallar ve bolgede yasayan diger xalqlarin toy adetleri bezi kicik ferqler nezere alinmazsa teqriben bir biri ile tutusur Mugallarin toy adetlerine ornek olaraq Azerbaycan turklerinden olan butun tayfalardaki kimi izdivacin ilk addimi qizbeyenmedir Sonra sirasi ile elcilik nisan toya hazirliq parcabicdi xinayaxdi toy kebin uzecixdi periodu ile butun addimlar merheleli sekilde yerine yetirilir Bezi kendler oz adetleri ile xususen secilir Ornek olaraq Muganli kendinde toya bir hefte qalmis nisanli qizi yengesi evlerine aparir ve her gun bir qohumu qizi qonaq cagirirdi Yalniz sonuncu gun xina gecesi gunu qiz evine gedirdi 42 Dinredakte Mugallar dini saridan muselmandirlar Islamin Ehli Sunne mezhebine etiqad edirler Ekseriyyeti Henefi bir hissesi Safii fiqhine mensubdur Dindarliq seviyyesi yer yer deyissede umumi olaraq qenaetbexsdir 26 Diger xalqlarla sosial medeni elaqeleriredakteMugallar bolgenin diger xalqlari ile umumen yaxsi kecinir 43 Hemcinin baxredakteQax rayonu Zaqatala rayonu Derbend seheri Seki seheri Oguz rayonu Qebele rayonu Balaken rayonu Qaytagi reqsi Azerbaycan tayfalariIstinadlarredakte Azerbaycan turklerini formalasdiran tayfalar Fon Plotto A I Priroda i lyudi Zakatalskago okruga Sbornik svedenij o kavkazskih gorcah Tiflis 1869 Vyp IV 137 Latifova Elvira 1999 Severo zapadnyj Azerbajdzhan Ilisuskoe sultanstvo Baku Altaj 1 2 Tuncay Bextiyar AZERBAYCANCILIQ MEFKURESI VE AZERBAYCAN TURK ISLAM RENESANSI Mart 18 2012 Gadlo A V Etnicheskaya istoriya Severnogo Kavkaza X XIII vv SPb Izd vo S Peterburg un ta 1994 S 183 Mogollar Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 16 Pozerbskij 1865 18 Bakradze 1890 252 Mirbagirzadeh 1926 s 60 Latifova E Northwestern Regions of Azerbaijan in the context of Turkic Mongolian History Avrasya Uluslararasi Arastirmalar Dergisi 216 230 1 2 3 Mirbagirzade Mirabbas 1926 Olkesunasliq Haqqinda Zaqatala Dairesi Maarif iscisi 5 13 58 66 Gan 1902 59 Yagub Mahmudov Bileџik i Gyojnyuk Samye drevnie rodnye mesta oguzskih turkov God 2019 Tom 6 Nomer 5 HACALOGLU RECEP ALBAYRAK BORCALI TOPONIMLERI Muganli tayfasi ve Baydar toponimine istinaden E A turk Erdem 2002 Latifova Elvira 2014 Kafkasya nin Bazi Turk Toponimlerine Dair Azerbaycan nin Kuzeybati Bolgesi ve Guney Dagistan Orneginde Akademik Tarih ve Dusunce Dergisi Cilt 1 Sayi 2 1 12 Burada soylenen odur ki etnik hesabatlar yalnisliqlarla doludur Mes 1872 hesabatinda mugal olaraq qeyde alinan Eliabad kendinin ehalisi 40 il sonra 1912 hesabatinda ingiloy olaraq qeyd olub Faktiki ehalisi ise ekseren ingiloylardir Ve ya ehalisinin ekseriyyetinin ozunu etnik turk hesab etdiyi Saribas Ilisu Embercay ve b kendler ise bir qayda saxur lezgi bey kimi adlarla isimlendirilmisdir Tebii ki hemin kendlerde saxur varligi istisna olunmur lakin sohbet oradaki etnik turklerin varliginin qesb edilmesinden gedir 1 2 Voennyj obzor Tiflisskoj Gubernii i Zakatalskogo okruga sostavlen podpolkovnikom Generalnogo shtaba V N Filipovym Vosproizvedeno v originalnoj avtorskoj orfografii izdaniya 1872 goda izdatelstvo Sanktpeterburg Tovarishestva Obshestvennaya polza str 167 169 Svod statisticheskih dannyh o naselenii Zakavkazskogo kraya izvlechyonnyh iz posemejnyh spiskov 1886 g Tiflis 1893 Kavkazskij kalendar na 1910 god Chast 1 Tiflis Kavkazskij kalendar na 1912 god Otdel statisticheskij Tiflis Kavkazskij kalendar na 1915 god Izdan po rasporyazheniyu Namestnika ego Imperatorskago Velichistva na Kavkaze pod redakciej A A Elzengera i N P Stelmashuka Tiflis Tipografiya Kancelyarii Namestnika E I V na Kavkaze kazyonnyj dom 1914 Oglavlenie Glava Otdel statisticheskij Spisok naselennyh mest Kavkaza Azerbajdzhanskaya selskohozyajstvennaya perepis 1921 goda Itogi T I Vyp XIV Zakatalskij uezd Izdanie Az C S U Baku 1922 Sbornik svedenij o kavkazskih gorcah Vyp 07 str 139 Celebi Ovliya Seyahetname Osmanli turkcesi Qahire Bulak cap evi 1848 Bakixanov Abbasqulu aga Gulustani Irem fars Baki 1926 1 2 3 Haci Selim Axundzadenin xatireleri www anl az Istifade tarixi 2025 02 01 Pozerbskij A 1865 Ocherk Zakatalskogo okruga Kavkazskij Kalendar na 1866 god Tiflis 1 60 Muasir Seki Zaqatala erazisi Muellif burada tatar dedikde Azerbaycan turklerini nezerde tutur Bakradze Dm 1890 Zapiski o Zakatalskom okruge Zapiski Kavkazskogo otdela Russkogo Geograficheskogo Obshestva Vypusk I Kniga XVI 248 261 Linden V 1916 Kratkij istoricheskij ocherk byta obshestvenno politicheskogo i zemelnogo stroya narodnostej naselyayushih musulmanskie rajony Kavkazskogo kraya Zakatalskij okrug Kavkazskij Kalendar na 1917 god Tiflis 296 310 Gan K 1902 Puteshestvie v Kahetiyu i Dagestan letom 1898 goda Sbornik Materialov Dlya Opisaniya Mestnostej i Plemyon Kavkaza Vypusk 31 Tiflis Tipografiya Kancelyarii Glavnonachalstvuyushego Grazhdanskoj Chast na Kavkaze i K Kozlovskogo 49 80 Azerbaycan turkunun Mugallarin menseyi 1 2 Mense melumatlari azerbaycanlilar Her iki Talanin Yuxari ve Asagi yerli sakinlerinin mutleq ekseriyyeti etnik turklerdir ve ozlerini mugal hesab edirler Cavadova Zerime Simal Qerbi Azerbaycan tarixi demoqrafik arasdirma Azerbaycan Baki Altay nesriyyati 1999 16 nomreli qaynaqdaki yaziya bax I Petrushevskij Dzharo belakanskie volnye obshestva Rusca Tiflis 1934 Mugallarin medeniyyetine dair www anl az Istifade tarixi 2025 02 01 Serkerova Ulker Zaqatalada yasayan xalqlarin toy adetleri az Turkiye Akademik tarih ve Dusunce 30 oktyabr 2023 Azerbaycan Multikulturalizmi multiculturalism preslib az Istifade tarixi 2025 02 01 Bu meqaleye hansisa kateqoriya elave edilmemisdir Meqaleye kateqoriyalar elave ederek tohfe vere bilersiz may 2025 Menbe https az wikipedia org w index php title Mugallar amp oldid 8139792