Baydarlı
Baydarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Baydarlı | |
---|---|
41°16′41″ şm. e. 46°52′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 213 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 412 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3422 |
Toponimikası
Baydarlı oyk, sadə. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Düzənlikdədir. Mənbələrin verdiyi məlumatlara görə, monqolların tərkibində baydarlı, Krım tatarlarının tərkibində isə baydar adlı tayfa olmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, bu tayfa türkdilli olub, XIII əsrdən Azərbaycanda məskunlaşmışdır. Mənbələrdən birində Şəki vilayətində bir sıra kəndlərin gəlir vergilərinin Baydar bəyə bağışlanması haqqında, digər mənbədə isə 1273-cü ildə monqol sərkərdəsi Əmir Baydar haqqında məlumat verilir. Bu iki sənədə əsaslananlar toponimin şəxs adından törədiyini ehtimal edirlər. Lakin bütün hallarda Baydarlı etnotoponimdir.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 96 təsərrüfatda hər iki cinsdən toplam 412 nəfər əhali yaşamaqdadır.
Xarici keçidlər
- Qax rayonu kameramızda
İstinadlar
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Sitat səhvi: Xətalı
<ref>
etiketi; "Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |