Miroslav Klozenin milli komandada vurduğu qolların siyahısı
Miroslav Kloze 2001-2014-cü illər ərzində keçirdiyi 137 oyunda vurduğu 71 qol ilə Almaniya millisinin tərkibində ən çox qol vurmuş futbolçudur. O, həmçinin 2002 və 2014-cü illər aralığında FİFA Dünya Kubokunda keçirdiyi 24 matçda 16 qol vurmaqla FİFA Dünya Kubokunun bombardiri adına sahib olmuşdur. Milli komandada iştirak etdiyi 13 il ərzində onun qol vurduğu heç bir matçda Almaniya millisi məğlub olmamışdır.
Kloze millidə qol hesabını debüt matçında FİFA Dünya Kuboku 2002 seçmə mərhələsində Albaniyaya qarşı keçirilmiş və 2-1 hesabı ilə qalib gəldikləri oyunda açdı. 2002-ci ilin fevralın 13-də Kayzerslautern şəhərində yerləşən Fritz-Valter stadionunda İsrail üzərində 7-1 hesablı qələbədə o, rəsmi matçlarda ilk şəxsi Avstriya millisinin 6-2 hesablı məğlub edildiyi matçda ikinci het-trikə imza atdı. 2002-ci ildə iştirak etdiyi ilk FİFA Dünya Kuboku turnirinin yekununda 5 qol ilə Rivaldo ilə birgə turnirin ikinci ən çox qol vurmuş oyunçusu adını qazandı. Onun turnirdə qol hesabı isə Sapporo Doum stadionunda Səudiyyə Ərəbistanına qarşı keçirilmiş oyunda het-trik ilə başladı ki, həmin matçda Almaniya millisi 8-0 hesablı qələbə qazandı.
Kloze 2006 FİFA Dünya Kubokunun açılış oyununda 2 dəfə fərqlənərək yekunda millisinin Kosta-Rika üzərindı 4-2 hesablı qələbəsini təmin etdi həmçinin qrupun son oyununda Ekvador millisinin qapısından 2 top keçirməyə müvəffəq oldu. O, iştirak etdiyi sayca ikinci Dünya Kuboku turnirini 5 qol ilə başa vurdu və nəticədə turnirin FİFA Dünya Kuboku Qızıl Buts mükafatını qazandı. 2008-ci il 10 sentyabrda 2010 FİFA Dünya Kuboku seçmə mərhələsində səfərdə Finlandiya ilə 3-3 hesabı ilə bitən oyunda bir daha het-trikə imza atdı. Cənubi Afrikada keçirilmiş mundialda isə 4 qol vurdu ki, bunlardan ikisi yarımfinal mərhələsində Argentina ilə keçirilən və 4-0 hesabı ilə yekunlanan oyunda vuruldu. Bu matç həmçinin onun millidə 100-cü oyunu oldu. 2014-cü ilin 6 iyun tarixində isə Kloze millidə keçirdiyi 132-ci oyunda 69-cu qolunu vurdu. Mayns şəhərində keçirilmiş yoldaşlıq oyununda Almaniya millisi Ermənistan üzərində 6-1 hesablı qələbə qazandı. Bu nəticədən sonra o, Gerd Müllerin 62 oyunda vurduğu 68 qol rekordunu təzələmiş oldu. Bundan əlavə Kloze 2014 FİFA Dünya Kuboku turnirində daha 2 dəfə fərqlənərək yekunda 137 oyuna 71 dəfə fərqlənməklə milli karyerasını başa vurdu. Onun sonuncu qolu ev sahibi Braziliya millisinə qarşı keçirilmiş Braziliya – Almaniya matçında vuruldu ki, beləcə o, turnirin rekord bombardiri olan Ronaldonu qabaqlayaraq Dünya Kubokunda vurduğu qolların sayını 16-ya çatdırdı.
Əlavə olaraq Dünya Kuboku final turnirlərində vurduğu 16 qoldan savayı Kloze seçmə mərhələlərdə 13 qol vurmuşdur. Həmçinin UEFA Avropa Çempionatının final mərhələsində 3 qol seçmə mərhələlərdə isə 16 qol vurmuşdur. Vurduğu qolların 23-ü yoldaşlıq oyunlarında vurulmuşdur. Ən çox qol vurduğu millilərin siyahısına 6 qol ilə Avstriya 5 qol ilə Azərbaycan və İsveç yığmaları daxildir.
Qollar
"Hesab" Klozenin qolundan sonra matçdakı hesabı göstərir. "Hesab" və "Nəticə" siyahısında Almaniyanın nəticəsi ilk olaraq göstərilmişdir.
No. | Tarix | İşt | Məkan | Rəqib | Hesab | Nəticə | Yarış | Ref. |
---|---|---|---|---|---|---|---|---|
1. | 24 Mart 2001 | 1 | Bay-Arena, Leverkusen, Almaniya | Albaniya | 2–1 | 2–1 | 2002 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
2. | 28 Mart 2001 | 2 | Olimpiya, Afina, Yunanıstan | Yunanıstan | 3–2 | 4–2 | 2002 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
3. | 13 Fevral 2002 | 8 | Fritz-Valter, Kayzerslautern, Almaniya | İsrail | 1–1 | 7–1 | Yoldaşlıq oyunu | |
4. | 2–1 | |||||||
5. | 4–1 | |||||||
6. | 18 May 2002 | 12 | Bay-Arena, Leverkusen, Almaniya | Avstriya | 1–0 | 6–2 | Yoldaşlıq oyunu | |
7. | 2–0 | |||||||
8. | 4–2 | |||||||
9. | 1 İyun 2002 | 13 | Sapporo Doum, Sapporo, Yaponiya | Səudiyyə Ərəbistanı | 1–0 | 8–0 | 2002 FİFA Dünya Kuboku | |
10. | 2–0 | |||||||
11. | 5–0 | |||||||
12. | 5 İyun 2002 | 14 | Kaşima stadionu, Kaşima, Yaponiya | İrlandiya | 1–0 | 1–1 | 2002 FİFA Dünya Kuboku | |
13. | 11 İyun 2002 | 15 | Ekopa, Şizuoka, Yaponiya | Kamerun | 2–0 | 2–0 | 2002 FİFA Dünya Kuboku | |
14. | 16 Oktyabr 2002 | 23 | AVD-Arena, Hannover, Almaniya | Farer adaları | 2–1 | 2–1 | UEFA Avropa Kuboku 2004 (seçmə mərhələ) | |
15. | 11 İyun 2003 | 29 | Torşvotl, Torshavn, Farer adaları | Farer adaları | 1–0 | 2–0 | UEFA Avropa Kuboku 2004 (seçmə mərhələ) | |
16. | 18 Fevral 2004 | 35 | Polyud, Split, Xorvatiya | Xorvatiya | 1–0 | 2–1 | Yoldaşlıq oyunu | |
17. | 17 Noyabr 2004 | 43 | Red Bull Arena, Leypsiq, Almaniya | Kamerun | 2–0 | 3–0 | Yoldaşlıq oyunu | |
18. | 3–0 | |||||||
19. | 16 Dekabr 2004 | 44 | Nissan, Yokohama, Yaponiya | Yaponiya | 1–0 | 3–0 | Yoldaşlıq oyunu | |
20. | 3–0 | |||||||
21. | 22 Mart 2006 | 52 | Siqnal İduna Park, Dortmund, Almaniya | ABŞ | 3–0 | 4–1 | Yoldaşlıq oyunu | |
22. | 27 May 2006 | 53 | Şvarzvald-ştadion, Frayburq-im-Braysqau, Almaniya | Lüksemburq | 1–0 | 7–0 | Yoldaşlıq oyunu | |
23. | 4–0 | |||||||
24. | 30 May 2006 | 54 | Bay-Arena, Leverkusen, Almaniya | Yaponiya | 1–2 | 2–2 | Yoldaşlıq oyunu | |
25. | 9 İyun 2006 | 56 | Allianz Arena, Münhen, Almaniya | Kosta-Rika | 2–1 | 4–2 | 2006 FİFA Dünya Kuboku | |
26. | 3–1 | |||||||
27. | 20 İyun 2006 | 58 | Berlin Olimpiya Stadionu, Berlin, Almaniya | Ekvador | 1–0 | 3–0 | 2006 FİFA Dünya Kuboku | |
28. | 2–0 | |||||||
29. | 30 İyun 2006 | 60 | Berlin Olimpiya Stadionu, Berlin, Almaniya | Argentina | 1–1 | 1–1 | 2006 FİFA Dünya Kuboku | |
30. | 16 Avqust 2006 | 63 | Arena AufŞalke, Gelzenkirxen, Almaniya | İsveç | 2–0 | 3–0 | Yoldaşlıq oyunu | |
31. | 3–0 | |||||||
32. | 6 Sentyabr 2006 | 65 | San Marino Stadionu, Serravalle, San Marino | San-Marino | 3–0 | 13–0 | UEFA Avropa Kuboku 2008 (seçmə mərhələ) | |
33. | 5–0 | |||||||
34. | 8 Sentyabr 2007 | 70 | Millenium, Kardiff, Uels | Uels | 1–0 | 2–0 | UEFA Avropa Kuboku 2008 (seçmə mərhələ) | |
35. | 2–0 | |||||||
36. | 17 Noyabr 2007 | 71 | AVD-Arena, Hannover, Almaniya | Kipr | 2–0 | 4–0 | UEFA Avropa Kuboku 2008 (seçmə mərhələ) | |
37. | 6 Fevral 2008 | 73 | Ernst-Happel Stadionu, Vyana, Avstriya | Avstriya | 2–0 | 3–0 | Yoldaşlıq oyunu | |
38. | 26 Mart 2008 | 74 | Sankt-Yakob Park stadionu, Bazel, İsveçrə | İsveç | 1–0 | 4–0 | Yoldaşlıq oyunu | |
39. | 27 May 2008 | 75 | Fritz-Valter, Kayzerslautern, Almaniya | Belarus | 1–0 | 2–2 | Yoldaşlıq oyunu | |
40. | 19 İyun 2008 | 79 | Sankt-Yakob Park stadionu, Bazel, İsveçrə | Portuqaliya | 2–0 | 3–2 | UEFA Avro 2008 | |
41. | 25 İyun 2008 | 80 | Sankt-Yakob Park stadionu, Bazel, İsveçrə | Türkiyə | 2–1 | 3–2 | UEFA Avro 2008 | |
42. | 10 Sentyabr 2008 | 84 | Helsinki Olimpiya Stadionu, Helsinki, Finlandiya | Finlandiya | 1–1 | 3–3 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
43. | 2–2 | |||||||
44. | 3–3 | |||||||
45. | 12 Avqust 2009 | 89 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | Azərbaycan | 2–0 | 2–0 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
46. | 9 Sentyabr 2009 | 91 | AVD-Arena, Hannover, Almaniya | Azərbaycan | 2–0 | 4–0 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
47. | 3–0 | |||||||
48. | 10 Oktyabr 2009 | 92 | Lujniki stadionu, Moskva, Rusiya | Rusiya | 1–0 | 1–0 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
49. | 13 İyun 2010 | 97 | Mozes Mabida Stadionu, Durban, Cənubi Afrika Respublikası | Avstraliya | 2–0 | 4–0 | 2010 FİFA Dünya Kuboku | |
50. | 27 İyun 2010 | 99 | Fri Steyt, Blumfonteyn, Cənubi Afrika Respublikası | İngiltərə | 1–0 | 4–1 | 2010 FİFA Dünya Kuboku | |
51. | 3 İyul 2010 | 100 | Keyptaun Stadionu, Keyptaun, Cənubi Afrika Respublikası | Argentina | 2–0 | 4–0 | 2010 FİFA Dünya Kuboku | |
52. | 4–0 | |||||||
53. | 3 Sentyabr 2010 | 102 | Kral Boduen Stadionu, Brüssel, Belçika | Belçika | 1–0 | 1–0 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
54. | 7 Sentyabr 2010 | 103 | Reyn Enerji Stadion, Köln, Almaniya | Azərbaycan | 3–0 | 6–1 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
55. | 6–1 | |||||||
56. | 8 Oktyabr 2010 | 104 | Berlin Olimpiya Stadionu, Berlin, Almaniya | Türkiyə | 1–0 | 3–0 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
57. | 3–0 | |||||||
58. | 12 Oktyabr 2010 | 105 | Astana Arena, Astana, Qazaxıstan | Qazaxıstan | 1–0 | 3–0 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
59. | 9 Fevral 2011 | 106 | Siqnal İduna Park, Dortmund, Almaniya | İtaliya | 1–0 | 1–1 | Yoldaşlıq oyunu | |
60. | 26 Mart 2011 | 107 | Fritz-Valter, Kayzerslautern, Almaniya | Qazaxıstan | 1–0 | 4–0 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
61. | 4–0 | |||||||
62. | 2 Sentyabr 2011 | 111 | Arena Aufşalke, Gelzenkirxen, Almaniya | Avstriya | 1–0 | 6–2 | UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) | |
63. | 15 Noyabr 2011 | 113 | Volksparkstadion, Hamburq, Almaniya | Niderland | 2–0 | 3–0 | Yoldaşlıq oyunu | |
64. | 22 İyun 2012 | 120 | PGE Arena, Qdansk, Polşa | Yunanıstan | 3–1 | 4–2 | UEFA Avro 2012 | |
65. | 12 Oktyabr 2012 | 125 | Aviva, Dublin, Republic of Ireland | İrlandiya | 4–0 | 6–1 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
66. | 16 Oktyabr 2012 | 126 | Berlin Olimpiya Stadionu, Berlin, Almaniya | İsveç | 1–0 | 4–4 | 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
67. | 2–0 | |||||||
68. | 6 Sentyabr 2013 | 129 | Allianz Arena, Münhen, Almaniya | Avstriya | 1–0 | 3–0 | 2014 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi | |
69. | 6 İyun 2014 | 132 | Opel Arena, Mayns, Almaniya | Ermənistan | 4–1 | 6–1 | Yoldaşlıq oyunu | |
70. | 21 İyun 2014 | 133 | Kastelao stadionu (Fortaleza), Fortaleza, Braziliya | Qana | 2–2 | 2–2 | 2010 FİFA Dünya Kuboku | |
71. | 8 İyul 2014 | 136 | Mineyrao stadionu, Belo Horizonte, Braziliya | Braziliya | 2–0 | 7–1 | 2010 FİFA Dünya Kuboku |
Statistikalar
İllər üzrə
İl | İştirak | Qollar |
---|---|---|
2001 | 7 | 2 |
2002 | 17 | 12 |
2003 | 10 | 1 |
2004 | 11 | 5 |
2005 | 5 | 0 |
2006 | 17 | 13 |
2007 | 5 | 3 |
2008 | 15 | 8 |
2009 | 6 | 4 |
2010 | 12 | 10 |
2011 | 8 | 5 |
2012 | 13 | 4 |
2013 | 4 | 1 |
2014 | 7 | 3 |
Total | 137 | 71 |
Yarış üzrə
Yarış | İştirak | Qollar |
---|---|---|
FİFA Dünya Kuboku seçmə mərhələsi | 19 | 13 |
FİFA Dünya Kuboku turnirləri | 24 | 16 |
UEFA Avropa Cempionatı seçmə mərhələsi | 23 | 16 |
UEFA Avropa Çempionatı turnirləri | 6 | 3 |
Yoldaşlıq oyunu | 65 | 23 |
Cəmi | 137 | 71 |
Rəqib | Qollar |
---|---|
Avstriya | 6 |
Azərbaycan | 5 |
İsveç | 4 |
Argentina | 3 |
Kamerun | 3 |
Finlandiya | 3 |
İsrail | 3 |
Yaponiya | 3 |
Qazaxıstan | 3 |
Səudiyyə Ərəbistanı | 3 |
Türkiyə | 3 |
Kosta-Rika | 2 |
Ekvador | 2 |
Farer adaları | 2 |
Yunanıstan | 2 |
Lüksemburq | 2 |
İrlandiya | 2 |
San-Marino | 2 |
Uels | 2 |
Albaniya | 1 |
Ermənistan | 1 |
Avstraliya | 1 |
Belarus | 1 |
Belçika | 1 |
Braziliya | 1 |
Xorvatiya | 1 |
Kipr | 1 |
İngiltərə | 1 |
Qana | 1 |
İtaliya | 1 |
Niderland | 1 |
Portuqaliya | 1 |
Rusiya | 1 |
İsveçrə | 1 |
ABŞ | 1 |
Total | 71 |
Şablon:Col-3
|}
İstinadlar
- "Miroslav Klose". European Football. İstifadə tarixi: 24 July 2015.
- "Miroslav Klose – Century of International Appearances". RSSSF. İstifadə tarixi: 25 October 2015.
- Smith, Martin (25 March 2001). "Group Nine: Klose reprieves Germany as Albania emphasise progress". The Daily Telegraph. İstifadə tarixi: 28 August 2015.
- "Greece stand in way of Germany juggernaut". UEFA. 19 June 2012. İstifadə tarixi: 28 August 2015.
- "Ireland snatch priceless point". BBC Sport. 5 June 2002. İstifadə tarixi: 27 August 2015.
- "Germany overcome Cameroon". BBC Sport. 11 June 2002. İstifadə tarixi: 27 August 2015.
- "Germany 2–1 Faroe Islands". UEFA. İstifadə tarixi: 28 August 2015.
- "Klose spoils Faroe Islands fairy-tale". UEFA. 11 June 2003. İstifadə tarixi: 28 August 2015.
- "Bilić out to turn back clock for Croatia". UEFA. 2 January 2008. İstifadə tarixi: 28 August 2015.
- "Klinsmann revolution rolls on". UEFA. 17 November 2004. İstifadə tarixi: 28 August 2015.
- "Germany make a winning start". UEFA. 16 December 2004. İstifadə tarixi: 28 August 2015.
- "U.S. Men's National Team Falls to Germany, 4-1, in Dortmund". United States Soccer Federation. 22 March 2006. İstifadə tarixi: 28 August 2015.
- Harding, Luke (29 May 2006). "German strikers hit form but nation sweats on Ballack". The Guardian. İstifadə tarixi: 28 August 2015.
- "Germany 2–2 Japan". BBC Sport. 30 May 2006. İstifadə tarixi: 28 August 2015.
- "Germany 1–1 Argentina". BBC Sport. 30 June 2006. İstifadə tarixi: 9 July 2014.
- "Klose scores twice in Germany win". CNN. 16 August 2006. İstifadə tarixi: 28 August 2015.
- "Germany's 13 unlucky for S. Marino". CNN. 6 September 2006. İstifadə tarixi: 27 August 2015.
- "Klose double downs Wales". Sky Sports. 8 September 2007. İstifadə tarixi: 27 August 2015.
- "Germany prove too good for Cyprus". CNN. 18 November 2007. İstifadə tarixi: 28 August 2015.
- Leach, Conrad (7 February 2008). "Germany give Austria a Euro 2008 taster". The Daily Telegraph. İstifadə tarixi: 28 August 2015.
- "Germany sweep past Switzerland". UEFA. 27 March 2008. İstifadə tarixi: 28 August 2015.
- Burton, Chris (27 May 2008). "Germany held by Belarus". Sky Sports. İstifadə tarixi: 28 August 2015.
- McKenzie, Andrew (19 June 2008). "Portugal 2–3 Germany". BBC Sport. İstifadə tarixi: 27 August 2015.
- Hart, Patrick (25 June 2008). "Germany strike late to seal final place". UEFA. İstifadə tarixi: 27 August 2015.
- "Azerbaijan 0-2 Germany: Schweinsteiger & Klose Put Germans On Verge Of Qualification". Goal.com. 12 August 2009. İstifadə tarixi: 28 August 2015.
- "Germany move step closer to South Africa 2010 after qualifier win". Deutsche Welle. 11 September 2009. İstifadə tarixi: 28 August 2015.
- Wilson, Jonathan (10 October 2009). "Germany book place in finals after Miroslav Klose's goal beats Russia". The Observer. İstifadə tarixi: 28 August 2015.
- Taylor, Daniel (13 June 2010). "World Cup 2010: Miroslav Klose helps Germany put four past Australia". The Guardian. İstifadə tarixi: 27 August 2015.
- Winter, Henry (27 June 2010). "England 1 Germany 4: match report". The Daily Telegraph. İstifadə tarixi: 27 August 2015.
- Crossan, David (3 September 2010). "Klose on target as Germany beat Belgium". UEFA. İstifadə tarixi: 28 August 2015.
- "Germany 6 Azerbaijan 1: match report". The Daily Telegraph. 7 September 2010. İstifadə tarixi: 28 August 2015.
- Whitney, Clark (8 October 2010). "Germany 3-0 Turkey: Mesut Oezil goal & Miroslav Klose double earn hosts comfortable victory in Euro 2012 qualifier". Goal.com. İstifadə tarixi: 28 August 2015.
- "Germany maintain perfect record". UEFA. 12 October 2010. İstifadə tarixi: 28 August 2015.
- "Germany settle for a draw with old rivals Italy". Deutsche Welle. 9 February 2011. İstifadə tarixi: 28 August 2015.
- Ali, Mohammed (26 March 2011). "Germany 4-0 Kazakhstan: Hosts maintain perfect record with easy win over minnows". Goal.com. İstifadə tarixi: 27 August 2015.
- Whitney, Clark (2 September 2011). "Germany 6-2 Austria: Ozil stars as hosts seal Euro 2012 qualification". Goal.com. İstifadə tarixi: 27 August 2015.
- Coerts, Stefan (15 November 2011). "Germany 3-0 Netherlands: Clinical Klose exposes Oranje as Ozil and Muller complete dominant friendly win". Goal.com. İstifadə tarixi: 27 August 2015.
- McCarra, Kevin (22 June 2012). "Euro 2012: Germany's power ends Greece's taste of the high life". The Guardian. İstifadə tarixi: 27 August 2015.
- . Sky Sports. 12 October 2012. 24 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 August 2015.
- Nakrani, Sachin (17 October 2012). "Germany in state of shock after '60 minutes heaven, 30 minutes hell'". The Guardian. İstifadə tarixi: 27 August 2015.
- "World Cup in sight as Germany see off Austria". UEFA. 6 September 2013. İstifadə tarixi: 27 August 2015.
- "Germany, Ghana share spoils in Fortaleza thriller". FIFA. 21 June 2014. İstifadə tarixi: 27 August 2015.
- ↑ "Miroslav Klose" (German). DFB. İstifadə tarixi: 16 June 2016.