Ömər Sadıqov
Ömər Sadıqov (tam adı: Ömər Əbdürəhim oğlu Sadıqov; 14 dekabr 1947, İlisu, Qax rayonu) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçi, kimya üzrə elmlər doktoru.
Ömər Sadıqov | |
---|---|
Ömər Əbdürəhim oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | İlisu, Qax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | baş elmi işçi |
Təhsili |
|
Həyatı
Ömər Əbdürəhim oğlu Sadıqov 1947-ci ildə dekabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Orta təhsilini Nizami adına İlisu orta məktəbində almış və onu əla qiymətlərlə başa vurmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə qəbul olunmuşdur. 1972-1975-ci illərdə orduda hərbi xidmətə çağırılmış və xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək onu 1977-ci ildə bitirmişdir. 1978-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında dissertant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə rəisi, işlər idarəsinin müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildən Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, hal hazırda baş elmi işçi vəzifəsində çalışır.
1985-ci ildə Ukrayna Respublikasının Dnepropetrovsk Dövlət Universitetində Kimya fakultəsində “Kationit KУ-2 üzərində alifatik perkarbonturşuların sintezi və bitki yağlarının epoksidləşdirilməsi” mövzusunda namizədlik, 2012-ci ildə isə “C6-C10 aromatik və doymamış кarbohidrogenlərin oksigen- və halogen tərkibli birləşmələrə induktiv fuksionallaşdırılması” mövzusunda «Neft-Kimyası» və «Üzvi kimya» ixtisasları üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir.
Elmi fəaliyyəti
Ö.Ə.Sadıqovun əsas elmi işləri aromatik və alitsiklik doymamış karbohidrogenlərin, onların törəmələrinin qoşulmuş reaksiyalar şəraitində katalitik, induktiv oksidləşdirilməsi, halogenləşdirilməsi, hidroksilləşməsi, epoksidləşdirilməsi reaksiyalarının qanunauyğunluqlarının, reaksiyaya girmə qabiliyyətinin, elektrofil əvəzetmə və birləşmə reaksiyalarının mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur. O, olefinlərin, en-inlərin-, alkenilaromatik, mono-, bi-, tritsiklik doymamış və dienkarbohidrogenlərin, maye fazada hidrogen peroksid və heterogen katalizatorlar iştirakında induktiv oksidləşdirici funksionallaşdırılması istiqamətində tədqiqat işləri aparır. Bu reaksiyaları aparmaq üçün o, yeni nəsil, yüksək dispersliyə və seçiciliyə malik metaltərkibli heterogen katalizatorlar, modifikasiya olunmuş sulfokationitlər hazırlanmış və onların iştirakı ilə müxtəlif quruluşlu, alitsiklik ikiatomlu spirtlərin, epoksidlərin, hidroksihalogenidlərin, ikiəsaslı karbon turşularının aminospirtlərin bir və ikimərhələli yeni alınma üsullarını təklif etmişdir.
Elmi nailiyyəti
MXn və ya HX (X=Cl, Br); RCO2H(R=C1-C2) -.aren (olefin) – oksidləşdirici (H2O2 və ya NaClO)] sistemində C6–C12 aromatik və doymamış birləşmələrin induksiyalaşdırıçı sistemdə elektrofil halogenləşməsi, epoksidləşməsi, hidroksihalogenləşməsi və hidroksilləşməsi reaksiyalarının elmi əsasları inkişaf etdirilmişdir.
VI-VIIIb qrup keçid metalları, onların duzları və müxtəlif daşıyıcılar əsasında yeni nəsil yüksəkdispersli katalizatorlar seçilmiş və elektrofil intermediatları “in situ” yaradan systemlərdə, aromatik və C6-C10 doymamış karbohidrogenlırin oksidləşməsi reaksiyalarının əsas qanunauyğunluqları müəyyənləşdirilmişdir.
Vinil-, allilasetilen spirtlərinin və onların mürəkkəb efirlərinin, bitsiklo[2.2.1]qept-2-enin alkil-, alkenil-, alkinil- törəmələrinin, arenlərin, onların alkeniləvəzli törəmələrinin “in situ” epoksidləşmə, hidroksihalogenləşmə, hidroksilləşmə proseslərinin qanunauyğunluqları tədqiq edilmiş, həmin birləşmələrin sintezinin və onların çevrilmə məhsullarının səmərəli alınma üsulları yaradılmışdır.
Mono və poitsiklik doymamış və alkenilaromatik birləşmələrin oksigen-, halogen- və azotsaxlayan birləşmələrə induktiv funksionallaşdırılmasının qanunauyğunluqları öyrəmişdir.
Doymamış mono- və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu), dikarbon turşularına, maye fazada oksidləşməsi üçün yüksək dispersli katali-zatorlar seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmiş və səmərəli sintezi üsulları yaradılmışdır.
Aromatik və C6-C12 doymamış karbohidrogenlərin oksi-gen və halogentərkibli birləşmələrə çevirməklə funksionallaşdırılması kimi perspektiv istiqamətin elmi əsasları inkişaf etdirilmiş və induksiya yolu ilə elektrofil intermediatları “in situ” yaradan sistemdə substratların müxtəlif struktur fraqmentlərinin, əvəzləyiçilərin təbiətinin elektrofil əvəzetmə və birləşmə reaksiyalarına təsirinin müəyyənləşdirilməsi istiqamətində sistematik tədqiqiatların aparılmış, proseslərin kinetik qanunauyğunluqlarının öyrənilmiş və reaksiyaların ehtimal olunan mexanizmləri müəyyənləşdirilmişdir.
Elmi – təşkilati fəaliyyəti
- AMEA NKPİ-nun kiçik Elmi Şurasının üzvüdür
Elmi Tədqiqatları
- 1 doktorluq işinin elmi məsləhətçisi, 2 namizədlik dissertasiya işinin rəhbəridir
Elmi əsərlərin təsnifati
Ö.Ə.Sadıqovun apardığı tədqiqatların nəticələri 100-dən çox elmi əsərdə, o cümlədən 4 icmal məqaləsində, 14 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Məqalələrin əksəriyyəti impakt faktoru olan mötəbər jurnallarda dərc edilmişdir. Onun elmi əsərləri Rusiya, Almaniya, Fransa, Bolqarıstan, Çexiya və MDB-nin müxtəlif ölkələrində nəşr olunmuşdur. O, bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.
Əsas elmi əsərlərin adları
- Садыгов О.А., Исследование реакции индуцированного гипогалогенирования 1-алкил(4-метилциклогекс-1енил) алканонов и химических превращений полученных продуктов. / Жур. Общей Химии. 2009. Т.79. Вып.8. С.1331-1337.
- Алимарданов Х.М. Садыгов О.А., Гарибов Н.И., и др. Жидкофазное каталитическое окисление С6-С7 цикло-олефинов в дикабоновые кислоты в псевдогомогенной системе. Журнал Прикладной химии, 2011. т. 84. Вып. 2. с. 240-246.
- Садыгов О.А., Алимарданов Х.М. Индуцированная жидкофазная функционализация акиль-, алкениларома-тических и циклоолефи-новых углеводородов (обзор). / Процессы нефтехимии и нефтепереработки, 2009. Т.10. Вып.3-4. С.211-239.
- Алимарданов Х.М., Садыгов О.А. и др. Окисление алкилзамещенных циклопентанонов и циклогексанонов в псевдогомогенной системе без участия агентов фазового переноса. / Жрнал Общей химии, 2011, т.81. № 8, С.1318-1325.
- Алимарданов Х.М., Садыгов О.А. и др. Cтруктуриро-ванные молибденсодержащие углеродные материалы – катализаторы жидкофазного окисления непредельных углеводородов. / VI-Международный симпозиум «фуллерены и наноструктуры в конденсированных средах», Минск,2011.сб. науч. статей«фуллерены и наноструктуры в конденсированных средах», Минск, БГУ, 2011. с.248 - 256.
- Kh.M. Alimamdanov, O.A.Sadygov, N.I.Garibov, Liquid-Phase Synthesis of Cyclic Diene Diepoxides Using Metal Halides and Hydrogen Peroxide. / Russian Journal of Organic Chemistry, 2012, V.48, N.10, pp. 1307–1312.
- Kh.M. Alimamdanov, O.A.Sadygov, N.I.Garibov, et.al. Oxidative Dhydroxylation in Psevdohomogenic System of Alicylic Usatu-Rated Hydrocarbons with Vinyl and Norbornene Fragments/ Russian Journal of General Chemistry, 2013, Vol.83, No.1, pp. 70–79.
- Садыгов О.А. Алимарданов Х.М., и др. Синтез диок-саланов конденсацией С1–С7 алкил –циклопентанонов с этиленгликолем в присутствии перлита, модифицированного минеральными кислотами,/ Аз. хим. журнал, 2013, №1, с.68-73.
İstinadlar
- http://www.science.gov.az/forms/doktora-nauk-instituta-neftehimicheskih-protsessov/2325
- (PDF). 2020-02-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- http://www.nkpi.az/?page=science&id=11[ölü keçid]