fbpx
Wikipedia

Tintin macəraları

Tintin macəraları (fr. Les Aventures de Tintin) - Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur

Tintin macəraları
Les Aventures de Tintin

Tintin SSRİ-də
Müəllif(lər) Erje
Janr Komiks
Orijinalın dili fransız dili
Ölkə Belçika
Orijinalın nəşr ili 1929
 Vikianbarda əlaqəli mediafayllar

Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər.

Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s.

Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.). Amma "Qızıl quldurun xəzinəsi" kitabında xəzinənin Mulensar qəsrinə aparıldığı deyilir və buranın hansı yer olduğu mübahisəli olaraq qalır.

Personajları

Tintin

 
Tintin və Milu

Tintin 10 yanvar 1929-cu ildə yaradılıb və 75 yaşı 2004-cü ildə tanındığı bütün yerlərdə qeyd olunub. Tintin böyük ehtimalla Erjenin əvvəlki komiksinin qəhrəmanı və Tintinlə oxçar cəhətləri olan Totor əsasında yaradılmışdı. Totorun baş qəhrəmanı olduğu "Totorun Macəraları" komiksi 1926-1929-cu illərdə "Le Boy-Scout Belge" jurnalında nəşr olunmuşdu. Lakin yeni komiksində Tintin belçikalı jurnalist ("Petit Vingteme" qəzeti üçün müxbir olmağa çalışır), pilot və cəsur macərapərəstdir. Demək olar ki, hər macərasında Tintin öz araşdırmaq qabiliyyəti ilə işlərin üstünü açır, amma qəzetə çox az məqalə vermişdir. Tintin tərəfsizliyi ilə digər personajlardan fərqlənir. "Kastafiorenin zinət əşyaları" albomundan başlayaraq Tintin personajı dəyişdirilmişdir. Belə ki, o artıq macəra axtarmır. Bunu "Sidneyə 714 nömrəli reys" və digər komiks nömrələrində də görmək mümkündür. Bəzi Tintin sevərlər bu dəyişikliyi Tintin personajı üçün xəyanət sayırlar.

Ölümündən qısa müddət əvvəl keçmiş belçikalı nasist Leon Deqrelle Tintin personajı fikrinin əslində ona aid olduğunu bildirmişdi. Deqrelle Erjeni çoxdan tanıyırdı, amma özündən çox razı olması ilə tanınan Deqrellenin bu sözlərinin yalan olduğu güman olunur. Tintinin ilk görünüşünə qismən də olsa Erjenin kiçik qardaşı ilham vermişdi.

Kapitan Haddok

 
Kapitan Haddok

Kapitan Haddok Tintinin ən yaxın dostudur, ilk olaraq "Qızıl qısqaclı xərçəng" kitabında ortaya çıxmışdır. Haddok əvvəllər sərxoş və zəif şəkildə təsvir olunmuşdu, amma sonrakı nəşrlərdə cəsur və hörmətə layiq personaja çevrilmişdi. Kapitan öz kinayəli danışığı ilə də məşhurdur: Tintin nə vaxt bir fikir desə Haddok söz atmağa gecikmir.

Haddok öz hissləri ifadə etmək üçün hər cür sözü təhqir kimi işlədir: "Dimdikli məməli", "Başdan xarab", "Ölü basdıran" və ya "Xalça Taciri" kimi ifadələri tez-tez işlətsə də bunların heç biri təhqiramiz sözlər deyildir. Haddok içkini çox sevir, xüsusilə "Loch Lomond" pivəsini içməkdən zövq alır, amma sərxoşluğu əsasən komediya üçün istifadə olunur.

Haddok adı Erjenin arvadı ilə olan mübahisə zamanı həyat yoldaşının ağzından çıxmışdır. Erje beləcə bu adı seçdi. Haddokun 1976-cı ildə tamamlanan "Tintin və Pikarolar" kitabına qədər ilk adı yox idi, bu kitabda ilk adı Arşibald olaraq çəkilir. "Qızıl Quldurun xəzinəsi" kitabının sonunda Haddok Mulensar qəsrini alaraq Tintin ilə burada yaşamağa başlayır.

Professor Turnosol

 
Professor Turnosol

Profesor Turnosol eşitmə problemi olan, heyrətli olan və komiks boyunca Tintin və dostlarını avadanlıqla təchiz edən elm adamıdır. O, tək nəfərlik köpək balığı şəklində olan sualtı qayıq, Ay raketi, ultrasonik silah və s. kimi işləri Tintinə kömək etmişdir. Turnosol bəşəriyyət üçün elmi işlər görmək istəyir. Məsələn, sərxoşluğu aradan qaldırmağın yolunu içkinin dadını içənə iyrənc göstərmək kimi görür. Bu kəşfləri xüsusilə Haddokun xoşuna getmir, amma Turnosolun qulaqları ağır eşitdiyi üçün onun sözlərinin hamsını eşidə bilmir.

Turnolun ağır eşitməsi komiksə rəng qatmaq üçündür. Professor Turnosol eşitdiyi şeyi təkrar etmək kimi bir vərdişi var, amma pis eşitdiyi üçün təkrar etdiyi ifadə də səhv olur Məsələn, təyyarədə olarkən "attachez votre ceinture" (Kəmərlərinizi bağlayın) cümləsini "une tache de peinture?" (boya ləkəsi) kimi təkrarlayır. Amma professor həmişə yaxşı eşitdiyi, sadəcə bir qulağının azca pis eşitdiyi söyləyir. "Ay" kitablarında Turnosol eşitmə cihazı geyməyə başlayır və artıq hər şeyi aydın eşidir. Beləcə ciddi personaja dönür. Amma sonrakı saylarda o, bu eşitmə cihazını itirir və əvvəlki vəziyyətinə qayıdır. Turnosolun bu cür eşitməsinin Fransız fizikçi Yves Roçarddan ilham alındığı düşünülür.

Turnosol ilk dəfə "İtmiş Quldurun xəzinəsi" kitabında göründü və Erjenin uzun müddət axtardığı klassik elm adamı nümunəsinin nəticəsi idi.

Turnosol personajının İsveçrə alimi Avqust Pikkard əsasında yaradılması ehtimalı da var. "Kastafiore zinət əşyaları" kitabında Bianka Kastafiore Turnosolu Pikkard ilə qarışdırır və Turnosolun "hava şarı ilə yüksəlməsi ilə məşhur" olduğunu deyir.

Milu

 
Milu

Ağ it olan Milu Tintinin ən sadiq yoldaşıdır. Milu (mənası Fındıq və ya Muncuq, ingiliscə isə adı Snowy) ilə Tintin arasında əlaqələr çox dərindir və onlar bir-birilərini bir çox dəfə xilas ediblər.

Bir neçə istisna olmaqla (Məsələn, Tintin SSRİ-də) Tintin Milunun bir it olmasından danışmaz. Onlar bir-birilərini yaxşı başa düşürlər. Milunun komiksdəki qəhrəmanlara bir çox töhfəsi olmuşdu. Məsələn, "Sidneyə 714 nömrəli reys" kitabında yadplanetlilər tərəfindən qaçırıldığını xatırlayan yeganə obraz odur.

Kapitan Haddok kimi, Milu da "Loch Lomond" pivəsi içməyi sevir. Amma arada sərxoş olması onu bəlayə salır

Milu adı Erjenin ilk qız dostunun adı Mariya Luizin qısaltmasından əmələ gəlmişdir. Amma komiksdə Milu erkək itdir.

Dupont və Dupond

 
Dupont və Dupond

Dupont və Dupond arasında hansısa qohumluq əlaqəsi olmasa da əkiz kimi görsənən iki dedektivdir. Onların yeganə fərqi bığlarıdır. Komiks boyunca ən çox gülməli epizodları onlar yaradırlar, çünki eyni cümləni müxtəlif şəkildə deyirlər. Tamamilə qabiliyyətsizdirlər, həmişə yanlış insanı həps edirlər, amma hər dəfə vacib tapşırıqlar (Məsələn, Sildaviyanın kosmik layihəsinin təhlükəsizliyini təmin etmək) onlara verilir.

Burulmuş bığları olan Dupont, düz bığı olan Duponddur.

Dedektivlər xaricdə olmadıqları zaman əsa və kostyumla gəzirlər. Tapşırıqları zamanı yerli əhaliyə qarışmaq üçün yerli geyimləri geyinmək istəyirlər, amma hər dəfə axmaq geyimlər seçirlər. Dupont və Dupond əvvəl əlavə personajlar idi, amma daha sonra əsas personajlara çevrildilər.

Erje bu personajları eyni tip geyim geyən ata və qardaşından ilham alıb yaratmışdı.

Komiksin tərcüməçiləri bir-birinə oxşar olan adlar seçirdilər. Məsələn, ingilislər Tomson və Tompson, almanlar Şultze və Şulze, hollandlar Yansen və Yanssen, ispanlar Ernandez və Fernandez, çinlilər Duben və Dubenq, benqallar Conson və Ronson, islandiyalılar Skapti və Skafti kimi tərcümə etmişdilər. Digər dillərdə isə eyni və ya bənzər adlar qoyulur.

Maraqlıdır ki, bu personajların ingilis versiyası olan Tomson və Tompson adları 1980-ci illərin ingilis rok qrupu olan "Thompson Twins" üçün ilham vermişdir.

Əlavə personajlar

Komiksdə bir çox əlavə personaj var. Ən çox önə çıxanlar Bianka Kastafiore ilk olarak "Ottokarın Əsası" kitabında ortaya çıxmışdı. Milan Bülbülü olaraq tanınansa da səsi Haddokun heç cür xoşuna gəlmir. "Kastafiore zinət əşyaları" kitabında Haddok ilə evlənəcəyi yazılır. Rastapopoulos isə Tintinin ən böyük düşmənidir. İlk olaraq "Fironun siqarları" kitabında ortaya çıxıb. "Anbardakı kömür", "Sidneyə 714 nömrəli reys" və "Mavi Lotus" əsərlərində Tintinə düşməndir. Tintinin digər düşməni Komandir Zut isə "Anbardakı kömür" kitabında ilk dəfə görünüb.

Uydurma ölkələr

 
Bəzi hadisələr Xemeddə cərəyan edir
  • Sildaviya - Balkan yarımadasında Albaniya əsasında uydurulub. Qonşu və düşmən dövləti Borduriyadır. Belə ki, "Ottakarın əsası"nda Borduriyanın Sildaviyanı işğal etməsi qeyd olunub və bunun 1937-ci ildə Almaniyanın Avstriyanı işğal etməsi ilə bənzədilir. Sildaviya "Hədəf Ay" bölümündə Aya uçmaq üçün roketin düzəldildiyi və Tintinin Aya yola çıxdığı ölkədir.
  • Borduriya - Avropada yerləşir. "Turnosol hadisəsi" bölümündə kommunist dövlət kimi təsvir olunub. Nasist Almaniyası əsasında uydurulub. Ən böyük düşməni Sildaviyadır.
  • Xemed - Ərəbistan yarımadasında yerləşən bu uydurma dövlət İordaniya ələ alınaraq yaradılmışdı. "Anbardakı kömür" kitabında hadisələr Xemeddə cərəyan edir və Petranın təsvir edilməsi ölkənin əslində İordaniya olması fikrini təsdiqləyir.
  • San Teodoros - Cənubi Amerikada yerləşən bu dövlət uğrunda Amerika şirkətləri və Borduriyanın (SSRİ-yə işarə vurulur) rəqabətdə olduğu banan respublikasıdır.
  • San Riko - Cənubi Amerikadadır.
  • Nuevo Riko- Cənubi Amerikada San Teodoros ilə sərhəddə yerləşdiyi qeyd olunur. Bu iki dövlət - San Teodoros və Nuevo Riko neftə görə bir-birinə müharibə edirlər və bu Paraqvay-Boliviya arasında 1930-cu illərdə Çako müharibəsinə paraleldir.
  • El Çako - Cənubi Amerikadakı Çako bölgəsi əsasında yaradılıb. "Qırıq Qulak" albomundakı "El Çapo" müharibəsi Çako müharibəsini əks etdirir.
  • Sondoneziya - Cənub-qərbi Asiyada yerləşdiyi uydurulub. Ölkədə vətəndaş müharibəsinin olduğu deyilir. Bu isə ölkənin Kambocaya əsasən yaradıldığı fikrini ortaya çıxarır. Sondonezya adı Sunda və İndoneziya sözlərinin birləşməsindən əmələ gəlib.
  • PilçardaniyaPoldaviya - adları ancaq komiksin "Mavi Lotus" bölümündə çəkilir. Pilçardaniyanın adı Tintinin polisdən qaçdığı zaman gizləndiyi bir kinoteatrdakı xəbərdə deyilir. Mavi Lotus qəhvəxanasında yalançı bığ və saqqal taxan Tintin uydurma Poldaviya ölkəsinin səfiri zənn edilir.
  • Qaypajama - İngilislərin Hind müstəmləkələri əsas alınaraq yaradılmışdı. "Fironun siqarları" bölümündə hadisələr burada baş verir.

İrqçilik və müstəmləkəçilik

 
"Tintin Konqoda" albomunda heyvanlara qarşı şıddət səhnələri var. Yuxarıdakı səhnədə Tintin dinamit çubuğu ilə kərgədanı partladır

Tintin macəraları ancaq Avropalı olmayanların karikaturalarına üstünlük vermək kimi faktorlara yer verməsi komiksi irqçiliklə günahlandıranların sayını artırmışdı. Ancaq Erje 1936-cı ildə "Mavi Lotus"u yazanda yeni ideologiyaya yer verdi. "Mavi Lotus"da hadisələr Çin-Yaponiya müharibəsindən ilham alınaraq (1937-1945) Çində baş verir. Herqe bu əsəri yazana qədər Çin haqqında araşdırmalar apardı. Yaponiyanın və Qərbin Çinin müstəmləkələşdirilməsi işinə burnunu soxmasını tənqid etmiş və Çin haqqında bəzi yanlış fikirləri dilə gətirmişdi.

Tintin macəralarının bəzi hissələri nəşriyyatların istəyi ilə Erje tərəfindən dəyişdirilmişdir. Məsələn, ABŞ nəşriyyatçıları Amerikadakı bütün zənci personajların hamısını ağ və ya seçilməyən rəngdə olmasını istəmişdi. "Sirli ulduz"dakı mənfi personaj yəhudi adındakı bir ABŞ-lı olsa da, gələn təzyiqlər nəticəsində əvvəl bu personaj əsli bilinməyən ABŞ-lı ilə, daha sonra uydurma ölkədə yaşayan cənubi amerikalı ilə əvəz edilmişdi.

"Tintin Konqoda" Tintin macəralarının ən mübahisəli olanıdır. Kitabda tez-tez irqçi fikirlərin verilməsi və heyvanlara qarşı şiddətə yer verilməsi böyük tənqidə səbəb olmuşdur. Erje iddia etmişdi ki, sadəcə o dövrün reallıqlarını əks etdirmişdir. 1946-cı ildə albom yenidən yaradılanda Erje Konqonun Belçika koloniyası olduğu haqqındakı istinadları ortadan qaldırmışdı, lakin mübahisələri yatırmağa bəs etməmişdi. Mübahisəli vəziyyətinə görə albom ingilis dilində ancaq ağ-qara şəkildə nəşr edildi. Albom Skandinaviyada yayınlananda isə nəşriyyatçılar 56-cı səhifədəki biabırçı səhnəyə etiraz bildirdilər. Bu səhnədə Tintin dinamit çubuğu ilə kərgadanı partladırdı. Erjedən səhifənin yenidən çəkilməsini istədilər və Erje bu istəklərini yerinə yetirdi. Heyvanı parçalamaq əvəzinə kərgədan səhvən Tintinin silahını işə salır və qorxub qaçır.

Markalar və pullar

 
Holland poçt markası üzərində Tintin və Milunun təsviri

Belçika poçtu 1979-cu il 1 oktyabrda Gənclik Marka Kolleksiyaçılığı gününü qeyd etmək üçün üzərində Tintin şəkli olan marka buraxdı. Bu ilk poçt markası idi ki, üzərində bir komiks qəhrəmanının təsviri var idi. Bu markalar Belçikanım Brayn-le-Komte, Yadoyn, Maasmexelen və Zviynarde şəhərlərində satıldı və qiyməti 8 Belçika frankı idi. Belçikada ikinci Tintinli marka isə 1999-cu il 15 oktyabrında buraxılıb və "Aya ayaq basdıq" albomuna həsr olunub. Hollandiya Krallıq Poçtu isə 8 oktyabr 1999-cu ildə bir neçə Tintin markaları buraxdı və bir neçə saat içində hamısı satıldı. 2004-cü il yanvarında isə Tintinin 75 yaşı münasibəti ilə Belçikada 50.000 ədəd limitli 10 avroluk xatirə sikkələri buraxıldı.

Əşyalar və oyunlar

  • "The Many Adventures of Tintin" adlı bir video oyunu Vivendi Universal tərəfindən istehsal olunmuş və 2006-cı ildə satışa buraxılmışdı.
  • İyirmi orjinal hekayəsindən ilham alınaraq ABŞ-da Dalmation Nəşriyyatı 2006-cı ildə uşaqlar üçün rəngləmə kitabı buraxmışdı.

Mədəniyyətdə

  • Şarl de Qoll bir dəfə demişdi ki, "Yeganə beynəlxalq rəqibim Tintindir. İkimiz də böyük insanlardan qorxmayan kiçik insanlarıq".
  • 1979-ci il istehsalı "Kramer vs. Kramer" filmində Ted Kramer (Dastin Hoffman) oğluna "Qızıl quldurun xəzinəsi" kitabında Tintinin okeanın dibinə endiyi hissəni oxuyur.
  • Hind rejissoru Satyajit Ray Tintin heyranı idi və bəzi filmlərində Tintin komiksləri görünmüşdü.
  • Amerika komiksi "Get Fazzi" bir neçə dəfə Tintinə istinad etmişdi.
  • Dupont ve Dupond "Asteriks Belçika" komiksində görünmüşdülər.
  • Avstraliya rok qrupu "Tin Tin" adını bu komiksdən alır.

Nəşr olunma xronologiyası

Tintin macəraları albom halına gətirilməzdən əvvəl bölümlər şəklində 3 nəşriyyatda yayınlanırdı. Bu nəşriyyatlardan iki qəzet biri jurnal idi. 1929-1939-cu illərdəki Tintinin ilk səkkiz macərası və 1939-1940-ci illərdəki 15-ci macərası Belçikada çıxan "Le Vingtième Siècle" ("İyirminci Əsr") qəzetinin uşaqlar üçün həftəlik əlavəsi olan "Le Petit Vingtième"-də yayınlandıqdan sonra ağ-qara şəkildə albom halına gətirildi. "Tintin SSRİ-də" xaric bütün macəraları sonradan rəngləndirilmişdir. "Tintin SSRİ-də" heç vaxt rəngləndirilməmişdir. (Qeyri-rəsmi albomlar istisnadır). İkinci dünya müharibəsi illərində - 1940-1944-cü illərində Tintinin macəraları digər Belçika qəzeti olan "Le Soir"-də ("Axşam") nəşr olunduqdan sonra kitablaşdırıldı. 1946-cı ildən isə macəralar yenə Tintinin adını daşıyan "Le Journal de Tintin"də ("Tintin jurnalı") bölümlər şəklində yayınlandı, daha sonra albomlaşdırıldı. 1941-ci ildən sonra çıxan albomlar rəngli çəkilmişdi.

Jurnal / Qəzet
Albom
Fransızca adı Azərbaycanca adı Le Petit
Vingtième
Le Soir Le Journal
de Tintin
Ağ-qara
albom
Rəngli
albom
1 Tintin au pays des Soviets Tintin SSRİ-də 1929-1930 - - 1930 -
2 Tintin au Congo Tintin Konqoda 1930-1931 - - 1931 1946
3 Tintin en Amérique Tintin Amerikada 1931-1932 - - 1932 1946
4 Les Cigares du pharaon Fironun siqarları 1932-1934 - - 1934 1955
5 Le Lotus Bleu Mavi Lotus 1934-1935 - - 1936 1946
6 L'Oreille cassée Qırıq qulaq 1935-1937 - - 1937 1943
7 L'Île Noire Qara ada 1937-1938 - 1965-1966 1938 1943 / 1966
8 Le Sceptre d'Ottokar Ottokarın əsası 1938-1939 1939 1947
9 Le Crabe aux pinces d'or Qızıl qısqaclı xərçəng - 1940-1941 1941 1943
10 L'Étoile mystérieuse Sirli ulduz - 1941-1942 - - 1942
11 Le Secret de la Licorne Təkboynuzun sirri - 1942-1943 - 1943
12 Le Trésor de Rackham le Rouge Qızıl quldurun xəzinəsi - 1943 - - 1945
13 Les 7 boules de cristal Yeddi kristal kürə - 1943-1944 - - 1948
14 Le Temple du Soleil Günəş Məbədi - - 1946-1948 - 1949
15 Tintin au pays de l'or noir Qara qızıl diyarında 1939-1940 - 1948-1950 - 1950 /1971
16 Objectif Lune Hədəf Ay - - 1950-1953 - 1953
17 On a marché sur la Lune Aya ayaq basıldı - - 1950-1953 - 1954
18 L'Affaire Tournesol Turnosol hadisəsi - - 1954-1956 - 1956
19 Coke en stock Anbardakı kömür - - 1956-1958 - 1958
20 Tintin au Tibet Tintin Tibetdə - - 1958-1959 - 1960
21 Les Bijoux de la Castafiore Kastafiorenin zinət əşyaları - - 1961-1962 - 1963
22 Vol 714 pour Sydney Sidneyə 714 nömrəli reys - - 1966-1967 - 1968
23 Tintin et les Picaros Tintin və Pikarolar - - 1975-1976 - 1976
24 Tintin et l'Alph-Art Tintin və Alf Art - - - 1986 / 2004

Tintin kitabları

Rəsmi albomlar

Standart albomlar

 
"Sirli ulduz" albomu

"Tintin SSRi-də"dən "Qızıl qısqaclı xərçəng"ə qədər olan 9 albom ağ-qara çəkildi. Bunlardan ilki istisna olmaqla sonradan rəngləndirildi. 1941-ci ildən sonrakı albomlar başdan rəngli hazırlandılar. Rəngləndirilmiş albomlar ən çox 21, ən az 3 il sonrakı nəşrlərində göründülər. "Tintin SSRİ-də" ən uzun albomdur və 138 səhifədir. Digər bütün albomlar 62 səhifədir.

Sıra İl Fransızca adı Azərbaycanca adı
1 1930 Tintin au pays des Soviets Tintin SSRİ-də
2 1931 Tintin au Congo Tintin Konqoda
3 1932 Tintin en Amérique Tintin Amerikada
4 1934 Les Cigares du pharaon Fironun siqarları
5 1936 Le Lotus Bleu Mavi Lotus
6 1937 L'Oreille cassée Qırıq qulaq
7 1938 L'Île Noire Qara ada
8 1939 Le Sceptre d'Ottokar Ottokarın əsası
9 1941 Le Crabe aux pinces d'or Qızıl qısqaclı xərçəng
10 1942 L'Étoile mystérieuse Sirli ulduz
11 1943 Le Secret de la Licorne Təkboynuzun sirri
12 1944 Le Trésor de Rackham le Rouge Qızıl quldurun xəzinəsi
13 1944 Les 7 boules de cristal Yeddik kristal kürə
14 1949 Le Temple du Soleil Günəş məbədi
15 1951 Tintin au pays de l'or noir Qara qızıl diyarında
16 1953 Objectif Lune Hədəf Ay
17 1954 On a marché sur la Lune Aya ayaq basıldı
18 1956 L'Affaire Tournesol Turnosol hadisəsi
19 1958 Coke en stock Anbardakı kömür
20 1960 Tintin au Tibet Tintin Tibetdə
21 1963 Les Bijoux de la Castafiore Kastafiorenin zinət əşyaları
22 1968 Vol 714 pour Sydney Sidneyə 714 nömrəli reys
23 1976 Tintin et les Picaros Tintin və Pikarolar
24 1986 Tintin et l'Alph-Art Tintin və Alf-Art

Filmlərə əsasən yaradılan albomlar

"Tintin və Qızıl Kürk" filmi və albomunda hadisələr Yunanıstanİstambulda cərəyan edir. 1961-ci ildə film əsasında albom hazırlanmışdır. Filmin rejissoru Jan-Jak Vyarn olmuş, baş rollarında Jan-Pyer Talbot (Tintin rolunda) və Corc Vilson (Kapitan Haddok) oynamışdılar. "Tintin və Mavi portağallar" film, "Tintin və Köpək balıqlı göl" isə cizgi film olmuşdur.

İl Fransızca adı Azərbaycanca adı
1961 Tintin et le mystère de la Toison d'or Tintin və Qızıl Kürk
1964 Tintin et les oranges bleues Tintin və Mavi portağallar
1972 Tintin et le lac aux requins Tintin və Köpək balıqlı göl

Qeyri-rəsmi albomlar

Siyasi

İl Orjinal adı Azərbaycanca adı Haqqında
1988 Breaking Free Qurtuluş Albomda Tintin kommunist baxışındadır. 176 səhifəlik albom J.Daniels adlı yazıçı tərəfindən yazıldı və "Attack International" nəşr evi tərəfindən ingiliscə İngiltərədə yayınlandı. Albomda Tintinin İngiltərənin yoxsul ailə sinfində doğulub inqilaba qatılmasından söz açılır.
Tintin in Lebanon Tintin Livanda "National Lampoon" jurnalında yayınlandı. Antiislam mövzusuna yer verən albomda Ronald Reyqanın siyasəti dəstəklənir.
2003 Tintin in Iraq Tintin İraqda 2003-cü ildə İraq işğalından sonra yaradıldı. Albomda müharibəyə yol açanlar və yol açan amilllər pislənilir.

Türkiyədə nəşr olunan

1960-cı illərdə Türkiyədə bir sıra Tintin albomları nəşr olunmuşdur (Çıxış sırası ilə);[*]

Türk Tintinləri
Tintin İstanbulda
Mərmərə canavarı
Tintin Afrikada
Marsa gedirik!
Uğursuz film
Sirli sirk
Aristokratlara qarşı
Pərili dağ
Adamyeyənlər adasında

Cizgi filmi

1991-ci ildə Erjenin macəralarına əsasən "Les Aventures de Tintin" adlı cizgi filmi yayınlanmağa başlandı. 21 Tintin macərası 30 dəqiqəlik 39 hissə şəklində 3 mövsüm boyunca efirə çıxdı. Macəralar əsasən 2 hissə ilə göstərilirdi və xronloji ardıcıllıq nəzərə alınmamışdı. Cizgi film 1941-ci ildəki "Qızıl qısqaclı xərçəng" macərası ilə başlayır, 1932-ci ildəki "Tintin Amerikada" macərası ilə bitir. 24 macəranın 3-ü bilərəkdən yayınlanmadı. Bunlar "Tintin SSRİ-də", "Tintin Konqoda" və "Tintin və Alf-Art" olmuşdur. Bu cizgi film sonda DVD şəklinə salındı.

Qalereya

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

  • Tintin haqqında 2007-06-11 at the Wayback Machine
  • Tintin müxtəlif dillərdə
  • Tintin markaları
  • Tintinlogiya
  • Tintin
  • "Tintin karikaturaları hərracda 800 min avroya - VİDEO" (az.)). islamazeri.com. 2017-11-02. 2017-11-02 tarixində . İstifadə tarixi: 2017-11-02.

tintin, macəraları, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, oktyabr, 2021, aventu. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz oktyabr 2021 Tintin maceralari fr Les Aventures de Tintin Belcikali Erje terefinden yaradilmis komiks XX esrin en meshur komikslerinden biridir Komiks esasinda cekilmis serial 50 dile tercume olunmusdurTintin maceralariLes Aventures de TintinTintin SSRI deMuellif ler ErjeJanr KomiksOrijinalin dili fransiz diliOlke BelcikaOrijinalin nesr ili 1929 Vikianbarda elaqeli mediafayllarKomiksin qehremani jurnalist ve seyyah olan genc Tintindir Maceralarinda ona sadiq iti Milu dostu kapitan Heddok ve diger personajlar komek gosterirler Bu komiksin ligne claire terzinde olmasi gozlenilmez hadiseleri boyuk regbet qazanmisdir Hadiseler bir cox janri ehate edir kriminal elmi fantaziya ve s Tintin Belcikanin paytaxti ve Erjenin dogum yeri olan Brusselde yasayir Bu fakti Tintinin Brussele geri qayitdigi deyilen Tintin SSRI de ve dostu Canqin Tintin ucun mektubunu Brussele gonderdiyi danisilan Tintin Tibetde kitabinda gormek olar Diger kitablarda da bununla bagli faktlar tapmaq mumkundur Brusselin taninmis yerleri masin seriya nomreleri ve s Amma Qizil quldurun xezinesi kitabinda xezinenin Mulensar qesrine aparildigi deyilir ve buranin hansi yer oldugu mubahiseli olaraq qalir Mundericat 1 Personajlari 1 1 Tintin 1 2 Kapitan Haddok 1 3 Professor Turnosol 1 4 Milu 1 5 Dupont ve Dupond 1 6 Elave personajlar 2 Uydurma olkeler 3 Irqcilik ve mustemlekecilik 4 Markalar ve pullar 5 Esyalar ve oyunlar 6 Medeniyyetde 7 Nesr olunma xronologiyasi 8 Tintin kitablari 8 1 Resmi albomlar 8 1 1 Standart albomlar 8 1 2 Filmlere esasen yaradilan albomlar 8 2 Qeyri resmi albomlar 8 2 1 Siyasi 8 2 2 Turkiyede nesr olunan 9 Cizgi filmi 10 Qalereya 11 Istinadlar 12 Hemcinin bax 13 Xarici kecidlerPersonajlari RedakteTintin Redakte Tintin ve Milu Tintin 10 yanvar 1929 cu ilde yaradilib ve 75 yasi 2004 cu ilde tanindigi butun yerlerde qeyd olunub Tintin boyuk ehtimalla Erjenin evvelki komiksinin qehremani ve Tintinle oxcar cehetleri olan Totor esasinda yaradilmisdi Totorun bas qehremani oldugu Totorun Maceralari komiksi 1926 1929 cu illerde Le Boy Scout Belge jurnalinda nesr olunmusdu Lakin yeni komiksinde Tintin belcikali jurnalist Petit Vingteme qezeti ucun muxbir olmaga calisir pilot ve cesur maceraperestdir Demek olar ki her macerasinda Tintin oz arasdirmaq qabiliyyeti ile islerin ustunu acir amma qezete cox az meqale vermisdir Tintin terefsizliyi ile diger personajlardan ferqlenir Kastafiorenin zinet esyalari albomundan baslayaraq Tintin personaji deyisdirilmisdir Bele ki o artiq macera axtarmir Bunu Sidneye 714 nomreli reys ve diger komiks nomrelerinde de gormek mumkundur Bezi Tintin severler bu deyisikliyi Tintin personaji ucun xeyanet sayirlar Olumunden qisa muddet evvel kecmis belcikali nasist Leon Deqrelle Tintin personaji fikrinin eslinde ona aid oldugunu bildirmisdi Deqrelle Erjeni coxdan taniyirdi amma ozunden cox razi olmasi ile taninan Deqrellenin bu sozlerinin yalan oldugu guman olunur Tintinin ilk gorunusune qismen de olsa Erjenin kicik qardasi ilham vermisdi Kapitan Haddok Redakte Kapitan Haddok Kapitan Haddok Tintinin en yaxin dostudur ilk olaraq Qizil qisqacli xerceng kitabinda ortaya cixmisdir Haddok evveller serxos ve zeif sekilde tesvir olunmusdu amma sonraki nesrlerde cesur ve hormete layiq personaja cevrilmisdi Kapitan oz kinayeli danisigi ile de meshurdur Tintin ne vaxt bir fikir dese Haddok soz atmaga gecikmir Haddok oz hissleri ifade etmek ucun her cur sozu tehqir kimi isledir Dimdikli memeli Basdan xarab Olu basdiran ve ya Xalca Taciri kimi ifadeleri tez tez isletse de bunlarin hec biri tehqiramiz sozler deyildir Haddok ickini cox sevir xususile Loch Lomond pivesini icmekden zovq alir amma serxoslugu esasen komediya ucun istifade olunur Haddok adi Erjenin arvadi ile olan mubahise zamani heyat yoldasinin agzindan cixmisdir Erje belece bu adi secdi Haddokun 1976 ci ilde tamamlanan Tintin ve Pikarolar kitabina qeder ilk adi yox idi bu kitabda ilk adi Arsibald olaraq cekilir Qizil Quldurun xezinesi kitabinin sonunda Haddok Mulensar qesrini alaraq Tintin ile burada yasamaga baslayir Professor Turnosol Redakte Professor Turnosol Profesor Turnosol esitme problemi olan heyretli olan ve komiks boyunca Tintin ve dostlarini avadanliqla techiz eden elm adamidir O tek neferlik kopek baligi seklinde olan sualti qayiq Ay raketi ultrasonik silah ve s kimi isleri Tintine komek etmisdir Turnosol beseriyyet ucun elmi isler gormek isteyir Meselen serxoslugu aradan qaldirmagin yolunu ickinin dadini icene iyrenc gostermek kimi gorur Bu kesfleri xususile Haddokun xosuna getmir amma Turnosolun qulaqlari agir esitdiyi ucun onun sozlerinin hamsini eside bilmir Turnolun agir esitmesi komikse reng qatmaq ucundur Professor Turnosol esitdiyi seyi tekrar etmek kimi bir verdisi var amma pis esitdiyi ucun tekrar etdiyi ifade de sehv olur Meselen teyyarede olarken attachez votre ceinture Kemerlerinizi baglayin cumlesini une tache de peinture boya lekesi kimi tekrarlayir Amma professor hemise yaxsi esitdiyi sadece bir qulaginin azca pis esitdiyi soyleyir Ay kitablarinda Turnosol esitme cihazi geymeye baslayir ve artiq her seyi aydin esidir Belece ciddi personaja donur Amma sonraki saylarda o bu esitme cihazini itirir ve evvelki veziyyetine qayidir Turnosolun bu cur esitmesinin Fransiz fizikci Yves Rocarddan ilham alindigi dusunulur Turnosol ilk defe Itmis Quldurun xezinesi kitabinda gorundu ve Erjenin uzun muddet axtardigi klassik elm adami numunesinin neticesi idi Turnosol personajinin Isvecre alimi Avqust Pikkard esasinda yaradilmasi ehtimali da var Kastafiore zinet esyalari kitabinda Bianka Kastafiore Turnosolu Pikkard ile qarisdirir ve Turnosolun hava sari ile yukselmesi ile meshur oldugunu deyir Milu Redakte Milu Ag it olan Milu Tintinin en sadiq yoldasidir Milu menasi Findiq ve ya Muncuq ingilisce ise adi Snowy ile Tintin arasinda elaqeler cox derindir ve onlar bir birilerini bir cox defe xilas edibler Bir nece istisna olmaqla Meselen Tintin SSRI de Tintin Milunun bir it olmasindan danismaz Onlar bir birilerini yaxsi basa dusurler Milunun komiksdeki qehremanlara bir cox tohfesi olmusdu Meselen Sidneye 714 nomreli reys kitabinda yadplanetliler terefinden qacirildigini xatirlayan yegane obraz odur Kapitan Haddok kimi Milu da Loch Lomond pivesi icmeyi sevir Amma arada serxos olmasi onu belaye salirMilu adi Erjenin ilk qiz dostunun adi Mariya Luizin qisaltmasindan emele gelmisdir Amma komiksde Milu erkek itdir Dupont ve Dupond Redakte Dupont ve Dupond Dupont ve Dupond arasinda hansisa qohumluq elaqesi olmasa da ekiz kimi gorsenen iki dedektivdir Onlarin yegane ferqi biglaridir Komiks boyunca en cox gulmeli epizodlari onlar yaradirlar cunki eyni cumleni muxtelif sekilde deyirler Tamamile qabiliyyetsizdirler hemise yanlis insani heps edirler amma her defe vacib tapsiriqlar Meselen Sildaviyanin kosmik layihesinin tehlukesizliyini temin etmek onlara verilir Burulmus biglari olan Dupont duz bigi olan Duponddur Dedektivler xaricde olmadiqlari zaman esa ve kostyumla gezirler Tapsiriqlari zamani yerli ehaliye qarismaq ucun yerli geyimleri geyinmek isteyirler amma her defe axmaq geyimler secirler Dupont ve Dupond evvel elave personajlar idi amma daha sonra esas personajlara cevrildiler Erje bu personajlari eyni tip geyim geyen ata ve qardasindan ilham alib yaratmisdi Komiksin tercumecileri bir birine oxsar olan adlar secirdiler Meselen ingilisler Tomson ve Tompson almanlar Sultze ve Sulze hollandlar Yansen ve Yanssen ispanlar Ernandez ve Fernandez cinliler Duben ve Dubenq benqallar Conson ve Ronson islandiyalilar Skapti ve Skafti kimi tercume etmisdiler Diger dillerde ise eyni ve ya benzer adlar qoyulur Maraqlidir ki bu personajlarin ingilis versiyasi olan Tomson ve Tompson adlari 1980 ci illerin ingilis rok qrupu olan Thompson Twins ucun ilham vermisdir Elave personajlar Redakte Komiksde bir cox elave personaj var En cox one cixanlar Bianka Kastafiore ilk olarak Ottokarin Esasi kitabinda ortaya cixmisdi Milan Bulbulu olaraq taninansa da sesi Haddokun hec cur xosuna gelmir Kastafiore zinet esyalari kitabinda Haddok ile evleneceyi yazilir Rastapopoulos ise Tintinin en boyuk dusmenidir Ilk olaraq Fironun siqarlari kitabinda ortaya cixib Anbardaki komur Sidneye 714 nomreli reys ve Mavi Lotus eserlerinde Tintine dusmendir Tintinin diger dusmeni Komandir Zut ise Anbardaki komur kitabinda ilk defe gorunub Uydurma olkeler Redakte Bezi hadiseler Xemedde cereyan edir Sildaviya Balkan yarimadasinda Albaniya esasinda uydurulub Qonsu ve dusmen dovleti Borduriyadir Bele ki Ottakarin esasi nda Borduriyanin Sildaviyani isgal etmesi qeyd olunub ve bunun 1937 ci ilde Almaniyanin Avstriyani isgal etmesi ile benzedilir Sildaviya Hedef Ay bolumunde Aya ucmaq ucun roketin duzeldildiyi ve Tintinin Aya yola cixdigi olkedir Borduriya Avropada yerlesir Turnosol hadisesi bolumunde kommunist dovlet kimi tesvir olunub Nasist Almaniyasi esasinda uydurulub En boyuk dusmeni Sildaviyadir Xemed Erebistan yarimadasinda yerlesen bu uydurma dovlet Iordaniya ele alinaraq yaradilmisdi Anbardaki komur kitabinda hadiseler Xemedde cereyan edir ve Petranin tesvir edilmesi olkenin eslinde Iordaniya olmasi fikrini tesdiqleyir San Teodoros Cenubi Amerikada yerlesen bu dovlet ugrunda Amerika sirketleri ve Borduriyanin SSRI ye isare vurulur reqabetde oldugu banan respublikasidir San Riko Cenubi Amerikadadir Nuevo Riko Cenubi Amerikada San Teodoros ile serhedde yerlesdiyi qeyd olunur Bu iki dovlet San Teodoros ve Nuevo Riko nefte gore bir birine muharibe edirler ve bu Paraqvay Boliviya arasinda 1930 cu illerde Cako muharibesine paraleldir El Cako Cenubi Amerikadaki Cako bolgesi esasinda yaradilib Qiriq Qulak albomundaki El Capo muharibesi Cako muharibesini eks etdirir Sondoneziya Cenub qerbi Asiyada yerlesdiyi uydurulub Olkede vetendas muharibesinin oldugu deyilir Bu ise olkenin Kambocaya esasen yaradildigi fikrini ortaya cixarir Sondonezya adi Sunda ve Indoneziya sozlerinin birlesmesinden emele gelib Pilcardaniya ve Poldaviya adlari ancaq komiksin Mavi Lotus bolumunde cekilir Pilcardaniyanin adi Tintinin polisden qacdigi zaman gizlendiyi bir kinoteatrdaki xeberde deyilir Mavi Lotus qehvexanasinda yalanci big ve saqqal taxan Tintin uydurma Poldaviya olkesinin sefiri zenn edilir Qaypajama Ingilislerin Hind mustemlekeleri esas alinaraq yaradilmisdi Fironun siqarlari bolumunde hadiseler burada bas verir Irqcilik ve mustemlekecilik Redakte Tintin Konqoda albomunda heyvanlara qarsi siddet sehneleri var Yuxaridaki sehnede Tintin dinamit cubugu ile kergedani partladir Tintin maceralari ancaq Avropali olmayanlarin karikaturalarina ustunluk vermek kimi faktorlara yer vermesi komiksi irqcilikle gunahlandiranlarin sayini artirmisdi Ancaq Erje 1936 ci ilde Mavi Lotus u yazanda yeni ideologiyaya yer verdi Mavi Lotus da hadiseler Cin Yaponiya muharibesinden ilham alinaraq 1937 1945 Cinde bas verir Herqe bu eseri yazana qeder Cin haqqinda arasdirmalar apardi Yaponiyanin ve Qerbin Cinin mustemlekelesdirilmesi isine burnunu soxmasini tenqid etmis ve Cin haqqinda bezi yanlis fikirleri dile getirmisdi Tintin maceralarinin bezi hisseleri nesriyyatlarin isteyi ile Erje terefinden deyisdirilmisdir Meselen ABS nesriyyatcilari Amerikadaki butun zenci personajlarin hamisini ag ve ya secilmeyen rengde olmasini istemisdi Sirli ulduz daki menfi personaj yehudi adindaki bir ABS li olsa da gelen tezyiqler neticesinde evvel bu personaj esli bilinmeyen ABS li ile daha sonra uydurma olkede yasayan cenubi amerikali ile evez edilmisdi Tintin Konqoda Tintin maceralarinin en mubahiseli olanidir Kitabda tez tez irqci fikirlerin verilmesi ve heyvanlara qarsi siddete yer verilmesi boyuk tenqide sebeb olmusdur Erje iddia etmisdi ki sadece o dovrun realliqlarini eks etdirmisdir 1946 ci ilde albom yeniden yaradilanda Erje Konqonun Belcika koloniyasi oldugu haqqindaki istinadlari ortadan qaldirmisdi lakin mubahiseleri yatirmaga bes etmemisdi Mubahiseli veziyyetine gore albom ingilis dilinde ancaq ag qara sekilde nesr edildi Albom Skandinaviyada yayinlananda ise nesriyyatcilar 56 ci sehifedeki biabirci sehneye etiraz bildirdiler Bu sehnede Tintin dinamit cubugu ile kergadani partladirdi Erjeden sehifenin yeniden cekilmesini istediler ve Erje bu isteklerini yerine yetirdi Heyvani parcalamaq evezine kergedan sehven Tintinin silahini ise salir ve qorxub qacir Markalar ve pullar Redakte Holland poct markasi uzerinde Tintin ve Milunun tesviri Belcika poctu 1979 cu il 1 oktyabrda Genclik Marka Kolleksiyaciligi gununu qeyd etmek ucun uzerinde Tintin sekli olan marka buraxdi Bu ilk poct markasi idi ki uzerinde bir komiks qehremaninin tesviri var idi Bu markalar Belcikanim Brayn le Komte Yadoyn Maasmexelen ve Zviynarde seherlerinde satildi ve qiymeti 8 Belcika franki idi Belcikada ikinci Tintinli marka ise 1999 cu il 15 oktyabrinda buraxilib ve Aya ayaq basdiq albomuna hesr olunub Hollandiya Kralliq Poctu ise 8 oktyabr 1999 cu ilde bir nece Tintin markalari buraxdi ve bir nece saat icinde hamisi satildi 2004 cu il yanvarinda ise Tintinin 75 yasi munasibeti ile Belcikada 50 000 eded limitli 10 avroluk xatire sikkeleri buraxildi Esyalar ve oyunlar Redakte The Many Adventures of Tintin adli bir video oyunu Vivendi Universal terefinden istehsal olunmus ve 2006 ci ilde satisa buraxilmisdi Iyirmi orjinal hekayesinden ilham alinaraq ABS da Dalmation Nesriyyati 2006 ci ilde usaqlar ucun rengleme kitabi buraxmisdi Medeniyyetde RedakteSarl de Qoll bir defe demisdi ki Yegane beynelxalq reqibim Tintindir Ikimiz de boyuk insanlardan qorxmayan kicik insanlariq 1979 ci il istehsali Kramer vs Kramer filminde Ted Kramer Dastin Hoffman ogluna Qizil quldurun xezinesi kitabinda Tintinin okeanin dibine endiyi hisseni oxuyur Hind rejissoru Satyajit Ray Tintin heyrani idi ve bezi filmlerinde Tintin komiksleri gorunmusdu Amerika komiksi Get Fazzi bir nece defe Tintine istinad etmisdi Dupont ve Dupond Asteriks Belcika komiksinde gorunmusduler Avstraliya rok qrupu Tin Tin adini bu komiksden alir Nesr olunma xronologiyasi RedakteTintin maceralari albom halina getirilmezden evvel bolumler seklinde 3 nesriyyatda yayinlanirdi Bu nesriyyatlardan iki qezet biri jurnal idi 1929 1939 cu illerdeki Tintinin ilk sekkiz macerasi ve 1939 1940 ci illerdeki 15 ci macerasi Belcikada cixan Le Vingtieme Siecle Iyirminci Esr qezetinin usaqlar ucun heftelik elavesi olan Le Petit Vingtieme de yayinlandiqdan sonra ag qara sekilde albom halina getirildi Tintin SSRI de xaric butun maceralari sonradan renglendirilmisdir Tintin SSRI de hec vaxt renglendirilmemisdir Qeyri resmi albomlar istisnadir Ikinci dunya muharibesi illerinde 1940 1944 cu illerinde Tintinin maceralari diger Belcika qezeti olan Le Soir de Axsam nesr olunduqdan sonra kitablasdirildi 1946 ci ilden ise maceralar yene Tintinin adini dasiyan Le Journal de Tintin de Tintin jurnali bolumler seklinde yayinlandi daha sonra albomlasdirildi 1941 ci ilden sonra cixan albomlar rengli cekilmisdi 1 Jurnal Qezet AlbomFransizca adi Azerbaycanca adi Le PetitVingtieme Le Soir Le Journalde Tintin Ag qaraalbom Renglialbom1 Tintin au pays des Soviets Tintin SSRI de 1929 1930 1930 2 Tintin au Congo Tintin Konqoda 1930 1931 1931 19463 Tintin en Amerique Tintin Amerikada 1931 1932 1932 19464 Les Cigares du pharaon Fironun siqarlari 1932 1934 1934 19555 Le Lotus Bleu Mavi Lotus 1934 1935 1936 19466 L Oreille cassee Qiriq qulaq 1935 1937 1937 19437 L Ile Noire Qara ada 1937 1938 1965 1966 1938 1943 19668 Le Sceptre d Ottokar Ottokarin esasi 1938 1939 1939 19479 Le Crabe aux pinces d or Qizil qisqacli xerceng 1940 1941 1941 194310 L Etoile mysterieuse Sirli ulduz 1941 1942 194211 Le Secret de la Licorne Tekboynuzun sirri 1942 1943 194312 Le Tresor de Rackham le Rouge Qizil quldurun xezinesi 1943 194513 Les 7 boules de cristal Yeddi kristal kure 1943 1944 194814 Le Temple du Soleil Gunes Mebedi 1946 1948 194915 Tintin au pays de l or noir Qara qizil diyarinda 1939 1940 1948 1950 1950 197116 Objectif Lune Hedef Ay 1950 1953 195317 On a marche sur la Lune Aya ayaq basildi 1950 1953 195418 L Affaire Tournesol Turnosol hadisesi 1954 1956 195619 Coke en stock Anbardaki komur 1956 1958 195820 Tintin au Tibet Tintin Tibetde 1958 1959 196021 Les Bijoux de la Castafiore Kastafiorenin zinet esyalari 1961 1962 196322 Vol 714 pour Sydney Sidneye 714 nomreli reys 1966 1967 196823 Tintin et les Picaros Tintin ve Pikarolar 1975 1976 197624 Tintin et l Alph Art Tintin ve Alf Art 1986 2004Tintin kitablari RedakteResmi albomlar Redakte Standart albomlar Redakte Sirli ulduz albomu Tintin SSRi de den Qizil qisqacli xerceng e qeder olan 9 albom ag qara cekildi Bunlardan ilki istisna olmaqla sonradan renglendirildi 1941 ci ilden sonraki albomlar basdan rengli hazirlandilar Renglendirilmis albomlar en cox 21 en az 3 il sonraki nesrlerinde gorunduler 1 Tintin SSRI de en uzun albomdur ve 138 sehifedir Diger butun albomlar 62 sehifedir Sira Il Fransizca adi Azerbaycanca adi1 1930 Tintin au pays des Soviets Tintin SSRI de2 1931 Tintin au Congo Tintin Konqoda3 1932 Tintin en Amerique Tintin Amerikada4 1934 Les Cigares du pharaon Fironun siqarlari5 1936 Le Lotus Bleu Mavi Lotus6 1937 L Oreille cassee Qiriq qulaq7 1938 L Ile Noire Qara ada8 1939 Le Sceptre d Ottokar Ottokarin esasi9 1941 Le Crabe aux pinces d or Qizil qisqacli xerceng10 1942 L Etoile mysterieuse Sirli ulduz11 1943 Le Secret de la Licorne Tekboynuzun sirri12 1944 Le Tresor de Rackham le Rouge Qizil quldurun xezinesi13 1944 Les 7 boules de cristal Yeddik kristal kure14 1949 Le Temple du Soleil Gunes mebedi15 1951 Tintin au pays de l or noir Qara qizil diyarinda16 1953 Objectif Lune Hedef Ay17 1954 On a marche sur la Lune Aya ayaq basildi18 1956 L Affaire Tournesol Turnosol hadisesi19 1958 Coke en stock Anbardaki komur20 1960 Tintin au Tibet Tintin Tibetde21 1963 Les Bijoux de la Castafiore Kastafiorenin zinet esyalari22 1968 Vol 714 pour Sydney Sidneye 714 nomreli reys23 1976 Tintin et les Picaros Tintin ve Pikarolar24 1986 Tintin et l Alph Art Tintin ve Alf ArtFilmlere esasen yaradilan albomlar Redakte Tintin ve Qizil Kurk filmi ve albomunda hadiseler Yunanistan ve Istambulda cereyan edir 1961 ci ilde film esasinda albom hazirlanmisdir 2 Filmin rejissoru Jan Jak Vyarn olmus bas rollarinda Jan Pyer Talbot Tintin rolunda ve Corc Vilson Kapitan Haddok oynamisdilar 3 Tintin ve Mavi portagallar film 4 Tintin ve Kopek baliqli gol ise cizgi film olmusdur 5 Il Fransizca adi Azerbaycanca adi1961 Tintin et le mystere de la Toison d or Tintin ve Qizil Kurk1964 Tintin et les oranges bleues Tintin ve Mavi portagallar1972 Tintin et le lac aux requins Tintin ve Kopek baliqli golQeyri resmi albomlar Redakte Siyasi Redakte Il Orjinal adi Azerbaycanca adi Haqqinda1988 Breaking Free Qurtulus Albomda Tintin kommunist baxisindadir 176 sehifelik albom J Daniels adli yazici terefinden yazildi ve Attack International nesr evi terefinden ingilisce Ingilterede yayinlandi Albomda Tintinin Ingilterenin yoxsul aile sinfinde dogulub inqilaba qatilmasindan soz acilir Tintin in Lebanon Tintin Livanda National Lampoon jurnalinda yayinlandi Antiislam movzusuna yer veren albomda Ronald Reyqanin siyaseti desteklenir 2003 Tintin in Iraq Tintin Iraqda 2003 cu ilde Iraq isgalindan sonra yaradildi Albomda muharibeye yol acanlar ve yol acan amilller pislenilir Turkiyede nesr olunan Redakte 1960 ci illerde Turkiyede bir sira Tintin albomlari nesr olunmusdur Cixis sirasi ile Turk TintinleriTintin IstanbuldaMermere canavariTintin AfrikadaMarsa gedirik Ugursuz filmSirli sirkAristokratlara qarsiPerili dagAdamyeyenler adasindaCizgi filmi Redakte1991 ci ilde Erjenin maceralarina esasen Les Aventures de Tintin adli cizgi filmi yayinlanmaga baslandi 21 Tintin macerasi 30 deqiqelik 39 hisse seklinde 3 movsum boyunca efire cixdi Maceralar esasen 2 hisse ile gosterilirdi ve xronloji ardicilliq nezere alinmamisdi Cizgi film 1941 ci ildeki Qizil qisqacli xerceng macerasi ile baslayir 1932 ci ildeki Tintin Amerikada macerasi ile bitir 24 maceranin 3 u bilerekden yayinlanmadi Bunlar Tintin SSRI de Tintin Konqoda ve Tintin ve Alf Art olmusdur Bu cizgi film sonda DVD sekline salindi Qalereya Redakte Tintin Sovetler olkesinde Tintin Konqoda Mavi Lotus Sirli ulduz Qara qizil diyari Tintin Tibetde Sidneye 714 nomreli reys Tintin ve PikarolarIstinadlar RedakteBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir 1 2 http www tintinologist org guides books pubdates html http www tintinologist org guides screen goldenfleece html http www imdb com title tt0055526 http www imdb com title tt0058663 http www imdb com title tt0069383 Hemcinin bax RedakteXarici kecidler RedakteTintin haqqinda Arxivlesdirilib 2007 06 11 at the Wayback Machine Tintin muxtelif dillerde Tintin markalari Tintinlogiya Tintin Tintin karikaturalari herracda 800 min avroya VIDEO az islamazeri com 2017 11 02 2017 11 02 tarixinde arxivlesdirilib Istifade tarixi 2017 11 02 Menbe https az wikipedia org w index php title Tintin maceralari amp oldid 5687145, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.