Xəqani Əliyev
Xəqani Füzuli oğlu Əliyev (12 iyun 1990; Yardımlı rayonu, Azərbaycan SSR — 28 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Xəqani Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çanaqbulaq, Yardımlı, AzSSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Suqovuşan döyüşləri |
Təltifləri |
Həyatı
Xəqani Əliyev 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi QulamlıXəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (24.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi (04.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.