fbpx
Wikipedia

Con Steynbek

Con Ernst Steynbek (27 fevral 1902 – 20 dekabr 1968) — Amerikan yazıçısı, 1962-ci ildə "həm realist, həm də zəngin təxəyyülə malik, özündə zövqlü yumorla kəskin sosial kritikanı birləşdirən əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. "Amerika ədəbiyyatının nəhəngi" adlandırılan müəllifin bir çox əsərləri Qərb ədəbiyyatının klassikləri hesab olunur.

Con Steynbek
ing. John Ernest Steinbeck
Doğum tarixi
Doğum yeri Kaliforniya, ABŞ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Amerika
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti Yazıçı, hərbi müxbir
Fəaliyyət illəri 1929-1961
Əsərlərinin dili ingiliscə
Tanınmış əsərləri Siçanlar və İnsanlar (1937)
Qəzəb Salxımları (1939)
Cənnətdən Şərqə Doğru (1952)
Mükafatları

Ədəbiyyat üzrə Nobel mükafatı

Ədəbiyyat üzrə Pulitser mükafatı
Con Steynbek Vikimənbədə
 Vikianbarda əlaqəli mediafayllar

Həyatı boyunca 33 kitab qələmə alan yazıçının ən tanınmış əsərlərinə Siçanlar və insanlar (1937), Qəzəb salxımları (1939), və Cənnətdən Şərqə doğru (1952) daxildir. Amerikanın əsas ədəbi mükafatı hesab edilən Pulitserə layiq görülən Qəzəb Salxımları çoxları tərəfindən Steynbekin şahəsəri və Amerika ədəbiyyatının ən önəmli romanlarından biri hesab edilir.

Steynbekin yaradıcıllığının böyük bir hissəsi Mərkəzi Kaliforniyada və Salinas çayı ətrafında həyatdan bəhs edir. Müəllifin əsərlərində tale və ədalət kimi mövzular məzlum, imkansız, və adi insanların perspektivindən təhlil edilir. Steynbekin romanlarının bir çoxu Şimali Amerikaİngiltərə məktəblərində ən çox istifadə olunan kitablar siyahısındadır.

Uşaqlığı və gəncliyi

Steynbek 1902-ci ilin fevral ayında Kaliforniyanın Salinas şəhərində anadan olmuşdur. Alman, ingilisirland əsilli idi. Steynbekin ata babası Yohann Adolf Qrosşteynbek ABŞ-a köçəndə soyadını Steynbekə qısaltmışdır. Yazıçı atası ilə eyni ad və orta ada sahibdir. Conun anası, məktəb müəllimi olan Oliv Hamilton, oğlunun ədəbiyyata olan həvəsini bölüşürdü.

Uşaqlıqda Xristian olan yazıçı sonralar aqnostik olmuşdur. O, gəncliyi boyu Sakit okeandan 40 kilometr məsafədə dünyanın ən məhsuldar torpaqlarından birində yerləşən kiçik bir kənddə yaşayırdı. Sonralar müəllifin yaratdığı ən gözəl romanlar məhz doğulub-böyüdüyü bu Kaliforniya vadilərində və sahillərində keçir. Yaylarını yaxınlıqdakı heyvandarlıq fermalarında, sonralar isə şəkər çuğunduru təsərrüfatında miqrant işçilərlə birlikdə keçirirdi. Təsərrüfatda insan təbiətinin qaranlıq tərəflərini və yoldaşlarından miqrant həyatın çətinliklərini öyrənən Steynbek sonralar bu təcrübələrinə əsaslanaraq Siçanlar və İnsanlar romanını yazmışdı.

1919-cu ildə Stanford Universitetində İngilis ədəbiyyatı oxumağa gedən Steynbek 6 il sonra diplom almadan universiteti tərk etmişdi. Nyu-Yorka gedən gənc müəllif yaza-yaza pul qazanmaq üçün müxtəlif peşələrdə işləmişdi. Buna baxmayaraq, yazılarını nəşr etdirə bilmədikdən sonra Kaliforniyaya döndü və Tahoe gölündə tur nəzarətçisi olaraq çalışdı. Burada ilk həyat yoldaşı Kerol Henninq ilə tanış oldu. 1930-cu ilin yanvarında Los Ancelesdə evlənən cütlük burada dostları ilə gipsdən mankenlər hazırlayaraq pul qazanmağa çalışdı.

Altı ay sonra biznesləri uğursuz olan Steynbek və Kerol yenidən Kaliforniyaya qayıdır. Bu zaman Steynbekin valideynləri ona pulsuz ev, əlyazmalar üçün kağız, və maddi sıxıntı çəkmədən kitablarını yaza bilməsi üçün borc pul verməyə başladı.

Yaradıcıllığı

Erkən dövr

Steynbekin 1929-cu ildə nəşr olunan ilk romanı Qızıl Kubok dəniz qulduru Henri Morqanın həyatına əsaslanır. 1930–1933-cü illərdə Cənnət Otlaqları, Qırmızı Poni, və Naməlum Tanrılara əsərlərini nəşr etdirir. Naməlum Tanrılara romanı üzərində yazıçı 5 il — ən uzun romanlarından belə daha çox — çalışmışdır. Bu dövrdə hələ populyar yazıçı statusuna çatmasa da, Con bir gün məşhurluğa qovuşacağına şübhə etmirdi.

Steynbek ilk diqqətəlayiq uğurunu Yuxarı Məhəllə (1935) romanı ilə qazandı. Sonrakı illərdə yazıçı böyük depressiya dövründə Kaliforniyada adi insanların həyatından bəhs edən bir sıra romanlar yazmağa başladı. Bunlara Bitməyən Mübarizə (1936), Siçanlar və İnsanlar (1937), və Qəzəb Salxımları (1939) daxildir.

Siçanlar və İnsanlar Kaliforniyada iki miqrant ferma işçisinin xəyallarından bəhs edən bir dram idi. Tənqidçilər tərəfindən çox bəyənilən roman 1962-ci ildə Nobel Ədəbiyyat Komitəsi tərəfindən "kiçik bir şahəsər" adlandırılmışdı. Steynbekin növbəti uğuru 2 il sonra, Qəzəb Salxımları ilə gəldi. Çoxları tərəfindən yazıçının ən yaxşı əsəri hesab olunan Qəzəb Salxımları 1939-cu ilin ən çox satılan kitabı olmuşdu. Həmin il roman həm Amerika Milli Kitab Mükafatına, həm də prestijli Pulitser Mükafatına layiq görülmüşdü. Roman həm də ölkədə mübahisə doğurmuşdu. Bəzi Amerikalılara Steynbekin sətiraltı kapitalizm tənqidi və miqrant işçilərə olan simpatiyası xoş gəlmirdi. Bu məsələ ilə bağlı Steynbek fikrini bildirmişdi: "Varlı mülkədarlar və bankirlər tərəfindən atılan böhtanlardan heç xoşum gəlmir. Ortaya atdıqları ən son yalanlara görə guya Oklahomalıların məndən zəhləsi gedir. Açığı, vəziyyət tamamilə kontroldan çıxıb. Bircə kitaba görə bu qədər çaxnaşma ölkəmiz üçün heç də faydalı deyil."

 
Steynbek 1930-cu ildə

1940–1960-cı illər

1942-ci ildə Steynbek növbəti işi olan Ay Batarkən romanını nəşr etdirir. Roman Şimali Avropada adı çəkilməyən bir ölkə tərəfindən işğal olunan kiçik bir kəndin müqavimətindən bəhs edir. Çoxları hesab edirdi ki, bu kənd Norveçdə yerləşir və adı çəkilməyən işğalçı Nasist Almaniyasıdır. Buna səbəbdən 1945-ci ildə Norveç kralı yazıçını "Norveç müqavimət hərəkatına mənəvi dəstəyinə görə" Müstəqillik Xaçı ilə mükafatlandırmışdı.

Steynbek 1943-cü ildə New York Herald Tribune qəzeti üçün İkinci dünya müharibəsində müxbirlik etməyə başladı. Eyni zamanda Strateji Xidmətlər Ofisi (Mərkəzi Kəşfiyyat İdarəsinin sələfi) üçün çalışırdı. O, müharibədən qəlpə yaraları və psixoloji travma ilə döndü. Hər zamankı kimi zehnini yeni əsərlər yazmaqla müalicə etməyə başladı. O, məşhur rejissor Alfred Hiçkokun Xilasedici Qayıq (1944) filminin ssenarisini yazdı. Sonralar yazıçı filmin sətiraltı irqçilik etdiyini düşünmüş və adını bu proyektdən uzaqlaşdırmağa çalışmışdı.

1947-ci ildə Steynbek məşhur fotoqraf Robert Kapa ilə birlikdə SSRİ-yə ilk səfərini etdi. Oktyabr inqilabından bəri SSRİ-in müxtəlif regionlarını ziyarət edən tək-tük Amerikalılardan olan cütlük Moskva, Kiyev, Tbilisi, BatumiStalinqradı gəzmişdi. 1 il sonra, 1948-ci ildə Steynbek SSRİ-dəki xatirələrindən və Robert Kapanın çəkdiyi fotolardan ibarət Rus Jurnalı kitabını hazırladı. Elə həmin il yazıçı Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü seçildi.

Steynbek 1952-ci ildə ən uzun romanı olan Cənnətdən Şərqə Doğru-nu çap etdirdi. Üçüncü həyat yoldaşının dediyinə görə, Con məhz bu romanı öz şahəsəri hesab edirdi.

Müəllifin son əsəri, Narazılığımızın Qışı (1961) Amerikadakı mənəvi tənəzzüldən bəhs edir. Romanın əhəmiyyəti və zənginliyi bəzi tənqidçilər və hətta Nobel Ədəbiyyat Komitəsi tərəfindən qeyd olunsa belə, əsasən tənqidçilər romana neqativ yanaşdı. 1962-ci ildə yazıçı Nobel mükafatına layiq görüləndə media qərarı sərt tənqid etmişdi. Güman ki, bu hadisələr Steynbekin növbəti 6 il boyu, yəni ölümünə qədər heç bir bədii roman yazmamasına səbəb olmuşdur.

 
Steynbek Finlandiyada. 1963-cü il.

Nobel mükafatı

1962-ci ildə Steynbek "həm realist, həm də zəngin təxəyyülə malik, özündə zövqlü yumorla kəskin sosial kritikanı birləşdirən əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Seçim çoxları tərəfindən tənqid edildi və İsveç qəzetlərindən birində "Nobel Komitəsinin ən böyük səhvlərindən biri" olaraq xarakterizə edildi. Amerikalı ədəbi tənqidçilərin də reaksiyası sərt idi.

Bir yazıçı kimi öz istedadı haqqında təvazökar olsa da, Steynbek müəyyən yazıçılara öz heyranlığı barədə açıq danışardı. Nobel mükafatı mətbuat konfransında ən sevdiyi müəlliflər və kitablar haqda soruşulanda Steynbek cavab vermişdi: "Heminqueyin qısa hekayələri və Folknerin yazdığı hər şey."

1964-cü ilin sentyabrında Prezident Lindon Conson Steynbeki Prezident Azadlıq medalı ilə təltif etdi.

1967-ci ildə Steynbek Vyetnam müharibəsində müxbirlik etmək üçün Asiyaya yollandı. ABŞ-ın Vyetnamdaki münaqişəyə daxil olmasının düzgün həmlə olduğunu düşünən Steynbekin öz oğulları da orada hərbi xidmətdən keçmişdir.

Şəxsi həyatı və ölümü

Con Steynbek ömrü boyu 3 dəfə ailə həyatı qurmuşdur. İlk həyat yoldaşı Kerol Henninq ilə 1930-cu ildə evlənir. Cütlük 1943-cü ildə boşanmağı qərara alır və Steynbek həmin il ikinci dəfə, Qvin Konqer ilə ailə həyatı qurur. Lakin bu evlilik də uzunömürlü olmur. 1948-ci ilin mayında Steynbek təcili olaraq Kaliforniyaya gedir ki, ağır yaralanan yaxın dostu Ed Riketsə baş çəksin. Lakin Rikets Steynbekin gəlişindən bir neçə saat əvvəl vəfat edir. Evə qayıtdıqdan sonra Steynbek boşanmaq istəyən arvadı Qvinlə qarşılaşır, və cütlük Avqust ayında ayrılır. Dostu Riketsin ölümü yazıçıya çox pis təsir bağışlayır və o növbəti ili dərin depressiyada keçirir.

1949-cu ilin iyununda Steynbek Kaliforniyada bir restoranda teatr rejissoru Eleyn Skott ilə tanış olur. 1950-ci ilin dekabrında evlənən Con və Eleyn yazıçının 1968-ci ildəki ölümünə qədər bir yerdə olur.

Həyatı boyu tütün məhsullarından istifadə edən Steynbek 1968-ci ildə, 66 yaşında Nyu-York şəhərində ürək çatışmamazlığından vəfat edir. Öz arzusuna uyğun olaraq meyidi kremasiya olunmuş və Kaliforniyada valideynləri ilə birgə basdırılmışdır.

Siyasi görüşləri

 
Steynbek, oğlu və Prezident Lindon Conson

Steynbekin solçu müəlliflər və jurnalistlərlə yaxın əlaqələrinin onun yaradıcıllığına təsiri olmuşdur. 1935-ci ildə kommunist bir təşkilat olan Amerika Yazıçılar İttifaqına qatıldı. 1939-cu ildə Sovet İttifaqının Finlandiyaya hücumunu dəstəkləyən bir məktuba imzasını atmışdı.

2012-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan sənədlərə görə, Steynbek 1952-ci ildə Avropanı gəzməyi planlaşdırarkən Agentliyə öz yardımını təklif etmişdi. Onun Soyuq Müharibə dövründə MKİ üçün spesifik olaraq hansı işləri görmüş olduğu isə bəlli deyil.

1967-ci ildə Vyetnam müharibəsi ilə bağlı reportaj hazırlayarkən Steynbek ABŞ ordusunu rəğbətlə təsvir etmişdi. Steynbekin bioqrafı Cey Pariniyə görə, ABŞ Prezidenti Lindon Consonla yaxın dostluğu Steynbekin müharibə ilə bağlı düşüncələrinə təsir göstərmişdi. Vyetnamdakı müxbir işinə görə Steynbek solçu və liberal keçmişinə xəyanət etməklə günahlandırılmış, ciddi tənqidlərə məruz qalmışdı.

Steynbek açıq şəkildə hökumətin təzyiqlərindən şikayət edərdi. Yazıçının böyük oğlu Tomas Steynbekə görə, o vaxtlar Federal Təhqiqat Bürosunun direktoru olan Con Edqar Huveri Steynbeki məhkəməyə çıxarmaq üçün heç bir əsas tapmamış və bu səbəbdən, sırf yazıçıya əziyyət vermək üçün, Vergi Nazirliyini hər il Steynbekin maddi vəziyyətini auditdən keçirməyə təşviq etmişdi. 1942-ci ildə ABŞ Ədliyyə Nazirinə məktubunda Steynbek yazmışdı: "Edqarın oğlanlarından ayağımı tapdalamağı dayandırmalarını xahiş edə bilərsinizmi? Düşmən bir yadplanetli olduğumu düşünürlər. Yorucudur." FTB Steynbekin istintaq altında olduğunu inkar etmişdi.

Əsərləri

Ad İl Kateqoriya ISBN
Qızıl Kubok 1929 Roman 0-14-018743-X
Cənnət Otlaqları 1932 Qısa hekayələr 9780140187489
Qırmızı Poni 1933 Novella 9780140177367
Naməlum Tanrılara 1933 Roman 9780140187519
Yuxarı Məhəllə (Tortilla Flet) 1935 Roman 9780140042405
Bitməyən Mübarizə 1936 Roman 9780143039631
Siçanlar və İnsanlar 1937 Novella 9780140177398
Uzun Vadi 1938 Qısa hekayələr 9780140187458
Onların Qanı Güclüdür 1938 Qeyri-bədii 9780930588380
Qəzəb Salxımları 1939 Roman 9780143039433
Unudulmuş Kənd 1941 Film ssenarisi 9780143117186
Kortez Dənizi 1941 Qeyri-bədii 9780140187441
Ay Batarkən 1942 Roman 9780140187465
Atın Bombaları 1942 Qeyri-bədii 9780143105916
Sardinalar Küçəsi 1945 Roman 9780140177381
Dikbaşlar Avtobusu 1947 Roman 9780142437872
İnci 1947 Novella 9780140177374
Rus Jurnalı 1948 Qeyri-bədii 9780141180199
Şiddətlə Yanarkən 1950 Novella 9780143039440
Kortez Dənizindəki Odun 1951 Qeyri-bədii 9780140187441
Cənnətdən Şərqə Doğru 1952 Roman 9780140186390
Şirin Çərşəmbə 1954 Roman 9780143039471
Qısa Səltənət 1957 Roman 9780143039464
Bir Müharibə Var İdi 1958 Qeyri-bədii 9780143104797
Narazılığımızın Qışı 1961 Roman 9780143039488
İtim Çarli ilə Amerika Yollarında 1962 Qeyri-bədii 9780140053203
Viva Zapata! 1975 Film ssenarisi 9780670005796

İstinadlar

  1. "Nobel Prize in Literature 1962". Nobel Foundation.
  2. "Swedish Academy reopens controversy surrounding Steinbeck's Nobel prize". The Guardian. 3 yanvar 2013
  3. Sixteen Modern American Authors, Volume 2 (1989) Bryer, R. Jackson, səh. 620. Duke University Press. ISBN 978-0822310181
  4. "Who, what, why: Why do children study Of Mice and Men?". BBC News. 25 mart 2011.
  5. "John Steinbeck Biography". Biography.com. 6 fevral 2018
  6. "Okie Faces & Irish Eyes: John Steinbeck & Route 66". Irish America. İyun 2007.
  7. "The true adventures of John Steinbeck, writer: a biography" Jackson J. Benson (1984), ISBN 978-0-670-16685-5.
  8. "Introduction to John Steinbeck" The Long Valley, səh. 9–10, John Timmerman, 1995
  9. "John Steinbeck: A Biography", Jay Parini, Holt Publishing, 1996
  10. "The Nobel Prize in Literature 1962: Presentation Speech by Anders Österling, Permanent Secretary of the Swedish Academy". NobelPrize.org.
  11. Pulizer Prize Winners
  12. A Survey on John Steinbeck's "The Grapes of Wrath", Bernd Steiner (November 2007), səh. 6, ISBN 9783638844598
  13. "THE MOON IS DOWN by John Steinbeck on Sumner & Stillman 2019-01-13 at the Wayback Machine". Sumner & Stillman.
  14. "Remarks at the Presentation of the 1964 Presidential Medal of Freedom Awards. | The American Presidency Project". www.presidency.ucsb.edu
  15. . Steinbeck.org.
  16. "Remembering John Steinbeck, a great American writer". Times-Standard, 23 fevral 2013, Dave Stancliff
  17. , Brian Kannard, 2013, ISBN 978-0-9890293-9-1
  18. https://www.biographyonline.net/writers/john-steinbeck.html
  19. "John Steinbeck And The FBI's Wrath" The Smoking Gun, 20 iyul 1998

steynbek, ernst, steynbek, fevral, 1902, dekabr, 1968, amerikan, yazıçısı, 1962, ildə, həm, realist, həm, zəngin, təxəyyülə, malik, özündə, zövqlü, yumorla, kəskin, sosial, kritikanı, birləşdirən, əsərlərinə, görə, ədəbiyyat, üzrə, nobel, mükafatına, layiq, gö. Con Ernst Steynbek 27 fevral 1902 20 dekabr 1968 Amerikan yazicisi 1962 ci ilde hem realist hem de zengin texeyyule malik ozunde zovqlu yumorla keskin sosial kritikani birlesdiren eserlerine gore Edebiyyat uzre Nobel mukafatina layiq gorulmusdur 1 Amerika edebiyyatinin nehengi adlandirilan muellifin bir cox eserleri Qerb edebiyyatinin klassikleri hesab olunur 2 Con Steynbeking John Ernest SteinbeckDogum tarixi 27 fevral 1902Dogum yeri Kaliforniya ABSVefat tarixi 20 dekabr 1968 66 yasinda Vefat yeri AmerikaVefat sebebi urek catismazligiDefn yeri KaliforniyaSalinas d Vetendasligi ABSTehsili Stenford UniversitetiFealiyyeti Yazici herbi muxbirFealiyyet illeri 1929 1961Eserlerinin dili ingilisceTaninmis eserleri Sicanlar ve Insanlar 1937 Qezeb Salximlari 1939 Cennetden Serqe Dogru 1952 Mukafatlari Edebiyyat uzre Nobel mukafati Edebiyyat uzre Pulitser mukafatiCon Steynbek Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyati boyunca 33 kitab qeleme alan yazicinin en taninmis eserlerine Sicanlar ve insanlar 1937 Qezeb salximlari 1939 ve Cennetden Serqe dogru 1952 daxildir Amerikanin esas edebi mukafati hesab edilen Pulitsere layiq gorulen Qezeb Salximlari coxlari terefinden Steynbekin saheseri ve Amerika edebiyyatinin en onemli romanlarindan biri hesab edilir 3 Steynbekin yaradicilliginin boyuk bir hissesi Merkezi Kaliforniyada ve Salinas cayi etrafinda heyatdan behs edir Muellifin eserlerinde tale ve edalet kimi movzular mezlum imkansiz ve adi insanlarin perspektivinden tehlil edilir Steynbekin romanlarinin bir coxu Simali Amerika ve Ingiltere mekteblerinde en cox istifade olunan kitablar siyahisindadir 4 Mundericat 1 Usaqligi ve gencliyi 2 Yaradicilligi 2 1 Erken dovr 2 2 1940 1960 ci iller 2 3 Nobel mukafati 3 Sexsi heyati ve olumu 4 Siyasi gorusleri 5 Eserleri 6 IstinadlarUsaqligi ve gencliyi RedakteSteynbek 1902 ci ilin fevral ayinda Kaliforniyanin Salinas seherinde anadan olmusdur 5 Alman ingilis ve irland esilli idi 6 Steynbekin ata babasi Yohann Adolf Qrossteynbek ABS a kocende soyadini Steynbeke qisaltmisdir Yazici atasi ile eyni ad ve orta ada sahibdir Conun anasi mekteb muellimi olan Oliv Hamilton oglunun edebiyyata olan hevesini bolusurdu Usaqliqda Xristian olan yazici sonralar aqnostik olmusdur 7 O gencliyi boyu Sakit okeandan 40 kilometr mesafede dunyanin en mehsuldar torpaqlarindan birinde yerlesen kicik bir kendde yasayirdi Sonralar muellifin yaratdigi en gozel romanlar mehz dogulub boyuduyu bu Kaliforniya vadilerinde ve sahillerinde kecir Yaylarini yaxinliqdaki heyvandarliq fermalarinda sonralar ise seker cugunduru teserrufatinda miqrant iscilerle birlikde kecirirdi 8 Teserrufatda insan tebietinin qaranliq tereflerini ve yoldaslarindan miqrant heyatin cetinliklerini oyrenen Steynbek sonralar bu tecrubelerine esaslanaraq Sicanlar ve Insanlar romanini yazmisdi 1919 cu ilde Stanford Universitetinde Ingilis edebiyyati oxumaga geden Steynbek 6 il sonra diplom almadan universiteti terk etmisdi Nyu Yorka geden genc muellif yaza yaza pul qazanmaq ucun muxtelif peselerde islemisdi Buna baxmayaraq yazilarini nesr etdire bilmedikden sonra Kaliforniyaya dondu ve Tahoe golunde tur nezaretcisi olaraq calisdi Burada ilk heyat yoldasi Kerol Henninq ile tanis oldu 5 1930 cu ilin yanvarinda Los Ancelesde evlenen cutluk burada dostlari ile gipsden mankenler hazirlayaraq pul qazanmaga calisdi Alti ay sonra biznesleri ugursuz olan Steynbek ve Kerol yeniden Kaliforniyaya qayidir Bu zaman Steynbekin valideynleri ona pulsuz ev elyazmalar ucun kagiz ve maddi sixinti cekmeden kitablarini yaza bilmesi ucun borc pul vermeye basladi Yaradicilligi RedakteErken dovr Redakte Steynbekin 1929 cu ilde nesr olunan ilk romani Qizil Kubok deniz qulduru Henri Morqanin heyatina esaslanir 9 1930 1933 cu illerde Cennet Otlaqlari Qirmizi Poni ve Namelum Tanrilara eserlerini nesr etdirir Namelum Tanrilara romani uzerinde yazici 5 il en uzun romanlarindan bele daha cox calismisdir Bu dovrde hele populyar yazici statusuna catmasa da Con bir gun meshurluga qovusacagina subhe etmirdi 7 Steynbek ilk diqqetelayiq ugurunu Yuxari Mehelle 1935 romani ile qazandi 9 Sonraki illerde yazici boyuk depressiya dovrunde Kaliforniyada adi insanlarin heyatindan behs eden bir sira romanlar yazmaga basladi Bunlara Bitmeyen Mubarize 1936 Sicanlar ve Insanlar 1937 ve Qezeb Salximlari 1939 daxildir Sicanlar ve Insanlar Kaliforniyada iki miqrant ferma iscisinin xeyallarindan behs eden bir dram idi Tenqidciler terefinden cox beyenilen roman 1962 ci ilde Nobel Edebiyyat Komitesi terefinden kicik bir saheser adlandirilmisdi 10 Steynbekin novbeti uguru 2 il sonra Qezeb Salximlari ile geldi Coxlari terefinden yazicinin en yaxsi eseri hesab olunan Qezeb Salximlari 1939 cu ilin en cox satilan kitabi olmusdu Hemin il roman hem Amerika Milli Kitab Mukafatina hem de prestijli Pulitser Mukafatina layiq gorulmusdu 11 Roman hem de olkede mubahise dogurmusdu Bezi Amerikalilara Steynbekin setiralti kapitalizm tenqidi ve miqrant iscilere olan simpatiyasi xos gelmirdi Bu mesele ile bagli Steynbek fikrini bildirmisdi Varli mulkedarlar ve bankirler terefinden atilan bohtanlardan hec xosum gelmir Ortaya atdiqlari en son yalanlara gore guya Oklahomalilarin menden zehlesi gedir Acigi veziyyet tamamile kontroldan cixib Birce kitaba gore bu qeder caxnasma olkemiz ucun hec de faydali deyil 12 Steynbek 1930 cu ilde 1940 1960 ci iller Redakte 1942 ci ilde Steynbek novbeti isi olan Ay Batarken romanini nesr etdirir Roman Simali Avropada adi cekilmeyen bir olke terefinden isgal olunan kicik bir kendin muqavimetinden behs edir Coxlari hesab edirdi ki bu kend Norvecde yerlesir ve adi cekilmeyen isgalci Nasist Almaniyasidir Buna sebebden 1945 ci ilde Norvec krali yazicini Norvec muqavimet herekatina menevi desteyine gore Musteqillik Xaci ile mukafatlandirmisdi 13 Steynbek 1943 cu ilde New York Herald Tribune qezeti ucun Ikinci dunya muharibesinde muxbirlik etmeye basladi Eyni zamanda Strateji Xidmetler Ofisi Merkezi Kesfiyyat Idaresinin selefi ucun calisirdi O muharibeden qelpe yaralari ve psixoloji travma ile dondu Her zamanki kimi zehnini yeni eserler yazmaqla mualice etmeye basladi O meshur rejissor Alfred Hickokun Xilasedici Qayiq 1944 filminin ssenarisini yazdi Sonralar yazici filmin setiralti irqcilik etdiyini dusunmus ve adini bu proyektden uzaqlasdirmaga calismisdi 1947 ci ilde Steynbek meshur fotoqraf Robert Kapa ile birlikde SSRI ye ilk seferini etdi Oktyabr inqilabindan beri SSRI in muxtelif regionlarini ziyaret eden tek tuk Amerikalilardan olan cutluk Moskva Kiyev Tbilisi Batumi ve Stalinqradi gezmisdi 1 il sonra 1948 ci ilde Steynbek SSRI deki xatirelerinden ve Robert Kapanin cekdiyi fotolardan ibaret Rus Jurnali kitabini hazirladi Ele hemin il yazici Amerika Incesenet ve Edebiyyat Akademiyasinin uzvu secildi Steynbek 1952 ci ilde en uzun romani olan Cennetden Serqe Dogru nu cap etdirdi Ucuncu heyat yoldasinin dediyine gore Con mehz bu romani oz saheseri hesab edirdi Muellifin son eseri Naraziligimizin Qisi 1961 Amerikadaki menevi tenezzulden behs edir Romanin ehemiyyeti ve zenginliyi bezi tenqidciler ve hetta Nobel Edebiyyat Komitesi 10 terefinden qeyd olunsa bele esasen tenqidciler romana neqativ yanasdi 1962 ci ilde yazici Nobel mukafatina layiq gorulende media qerari sert tenqid etmisdi 2 Guman ki bu hadiseler Steynbekin novbeti 6 il boyu yeni olumune qeder hec bir bedii roman yazmamasina sebeb olmusdur Steynbek Finlandiyada 1963 cu il Nobel mukafati Redakte 1962 ci ilde Steynbek hem realist hem de zengin texeyyule malik ozunde zovqlu yumorla keskin sosial kritikani birlesdiren eserlerine gore Edebiyyat uzre Nobel mukafatina layiq goruldu Secim coxlari terefinden tenqid edildi ve Isvec qezetlerinden birinde Nobel Komitesinin en boyuk sehvlerinden biri olaraq xarakterize edildi 2 Amerikali edebi tenqidcilerin de reaksiyasi sert idi Bir yazici kimi oz istedadi haqqinda tevazokar olsa da Steynbek mueyyen yazicilara oz heyranligi barede aciq danisardi Nobel mukafati metbuat konfransinda en sevdiyi muellifler ve kitablar haqda sorusulanda Steynbek cavab vermisdi Heminqueyin qisa hekayeleri ve Folknerin yazdigi her sey 7 1964 cu ilin sentyabrinda Prezident Lindon Conson Steynbeki Prezident Azadliq medali ile teltif etdi 14 1967 ci ilde Steynbek Vyetnam muharibesinde muxbirlik etmek ucun Asiyaya yollandi ABS in Vyetnamdaki munaqiseye daxil olmasinin duzgun hemle oldugunu dusunen Steynbekin oz ogullari da orada herbi xidmetden kecmisdir Sexsi heyati ve olumu RedakteCon Steynbek omru boyu 3 defe aile heyati qurmusdur Ilk heyat yoldasi Kerol Henninq ile 1930 cu ilde evlenir Cutluk 1943 cu ilde bosanmagi qerara alir ve Steynbek hemin il ikinci defe Qvin Konqer ile aile heyati qurur Lakin bu evlilik de uzunomurlu olmur 1948 ci ilin mayinda Steynbek tecili olaraq Kaliforniyaya gedir ki agir yaralanan yaxin dostu Ed Riketse bas ceksin Lakin Rikets Steynbekin gelisinden bir nece saat evvel vefat edir Eve qayitdiqdan sonra Steynbek bosanmaq isteyen arvadi Qvinle qarsilasir ve cutluk Avqust ayinda ayrilir Dostu Riketsin olumu yaziciya cox pis tesir bagislayir ve o novbeti ili derin depressiyada kecirir 1949 cu ilin iyununda Steynbek Kaliforniyada bir restoranda teatr rejissoru Eleyn Skott ile tanis olur 1950 ci ilin dekabrinda evlenen Con ve Eleyn yazicinin 1968 ci ildeki olumune qeder bir yerde olur 9 Heyati boyu tutun mehsullarindan istifade eden Steynbek 1968 ci ilde 66 yasinda Nyu York seherinde urek catismamazligindan vefat edir Oz arzusuna uygun olaraq meyidi kremasiya olunmus ve Kaliforniyada valideynleri ile birge basdirilmisdir 15 Siyasi gorusleri Redakte Steynbek oglu ve Prezident Lindon Conson Steynbekin solcu muellifler ve jurnalistlerle yaxin elaqelerinin onun yaradicilligina tesiri olmusdur 1935 ci ilde kommunist bir teskilat olan Amerika Yazicilar Ittifaqina qatildi 16 1939 cu ilde Sovet Ittifaqinin Finlandiyaya hucumunu destekleyen bir mektuba imzasini atmisdi 2012 ci ilde Merkezi Kesfiyyat Idaresi terefinden yayimlanan senedlere gore Steynbek 1952 ci ilde Avropani gezmeyi planlasdirarken Agentliye oz yardimini teklif etmisdi 17 Onun Soyuq Muharibe dovrunde MKI ucun spesifik olaraq hansi isleri gormus oldugu ise belli deyil 1967 ci ilde Vyetnam muharibesi ile bagli reportaj hazirlayarken Steynbek ABS ordusunu regbetle tesvir etmisdi Steynbekin bioqrafi Cey Pariniye gore ABS Prezidenti Lindon Consonla yaxin dostlugu Steynbekin muharibe ile bagli dusuncelerine tesir gostermisdi 9 Vyetnamdaki muxbir isine gore Steynbek solcu ve liberal kecmisine xeyanet etmekle gunahlandirilmis ciddi tenqidlere meruz qalmisdi Steynbek aciq sekilde hokumetin tezyiqlerinden sikayet ederdi 18 Yazicinin boyuk oglu Tomas Steynbeke gore o vaxtlar Federal Tehqiqat Burosunun direktoru olan Con Edqar Huveri Steynbeki mehkemeye cixarmaq ucun hec bir esas tapmamis ve bu sebebden sirf yaziciya eziyyet vermek ucun Vergi Nazirliyini her il Steynbekin maddi veziyyetini auditden kecirmeye tesviq etmisdi 1942 ci ilde ABS Edliyye Nazirine mektubunda Steynbek yazmisdi Edqarin oglanlarindan ayagimi tapdalamagi dayandirmalarini xahis ede bilersinizmi Dusmen bir yadplanetli oldugumu dusunurler Yorucudur 19 FTB Steynbekin istintaq altinda oldugunu inkar etmisdi Eserleri RedakteAd Il Kateqoriya ISBNQizil Kubok 1929 Roman 0 14 018743 XCennet Otlaqlari 1932 Qisa hekayeler 9780140187489Qirmizi Poni 1933 Novella 9780140177367Namelum Tanrilara 1933 Roman 9780140187519Yuxari Mehelle Tortilla Flet 1935 Roman 9780140042405Bitmeyen Mubarize 1936 Roman 9780143039631Sicanlar ve Insanlar 1937 Novella 9780140177398Uzun Vadi 1938 Qisa hekayeler 9780140187458Onlarin Qani Gucludur 1938 Qeyri bedii 9780930588380Qezeb Salximlari 1939 Roman 9780143039433Unudulmus Kend 1941 Film ssenarisi 9780143117186Kortez Denizi 1941 Qeyri bedii 9780140187441Ay Batarken 1942 Roman 9780140187465Atin Bombalari 1942 Qeyri bedii 9780143105916Sardinalar Kucesi 1945 Roman 9780140177381Dikbaslar Avtobusu 1947 Roman 9780142437872Inci 1947 Novella 9780140177374Rus Jurnali 1948 Qeyri bedii 9780141180199Siddetle Yanarken 1950 Novella 9780143039440Kortez Denizindeki Odun 1951 Qeyri bedii 9780140187441Cennetden Serqe Dogru 1952 Roman 9780140186390Sirin Cersembe 1954 Roman 9780143039471Qisa Seltenet 1957 Roman 9780143039464Bir Muharibe Var Idi 1958 Qeyri bedii 9780143104797Naraziligimizin Qisi 1961 Roman 9780143039488Itim Carli ile Amerika Yollarinda 1962 Qeyri bedii 9780140053203Viva Zapata 1975 Film ssenarisi 9780670005796Istinadlar Redakte Nobel Prize in Literature 1962 Nobel Foundation 1 2 3 Swedish Academy reopens controversy surrounding Steinbeck s Nobel prize The Guardian 3 yanvar 2013 Sixteen Modern American Authors Volume 2 1989 Bryer R Jackson seh 620 Duke University Press ISBN 978 0822310181 Who what why Why do children study Of Mice and Men BBC News 25 mart 2011 1 2 John Steinbeck Biography Biography com 6 fevral 2018 Okie Faces amp Irish Eyes John Steinbeck amp Route 66 Irish America Iyun 2007 1 2 3 The true adventures of John Steinbeck writer a biography Jackson J Benson 1984 ISBN 978 0 670 16685 5 Introduction to John Steinbeck The Long Valley seh 9 10 John Timmerman 1995 1 2 3 4 John Steinbeck A Biography Jay Parini Holt Publishing 1996 1 2 The Nobel Prize in Literature 1962 Presentation Speech by Anders Osterling Permanent Secretary of the Swedish Academy NobelPrize org Pulizer Prize Winners A Survey on John Steinbeck s The Grapes of Wrath Bernd Steiner November 2007 seh 6 ISBN 9783638844598 THE MOON IS DOWN by John Steinbeck on Sumner amp Stillman Arxivlesdirilib 2019 01 13 at the Wayback Machine Sumner amp Stillman Remarks at the Presentation of the 1964 Presidential Medal of Freedom Awards The American Presidency Project www presidency ucsb edu Burial in timeline at this site taken from Steinbeck A Life in Letters Steinbeck org Remembering John Steinbeck a great American writer Times Standard 23 fevral 2013 Dave Stancliff Steinbeck Citizen Spy Brian Kannard 2013 ISBN 978 0 9890293 9 1 https www biographyonline net writers john steinbeck html John Steinbeck And The FBI s Wrath The Smoking Gun 20 iyul 1998Menbe https az wikipedia org w index php title Con Steynbek amp oldid 6032367, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.