Wikipedia
10 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
10 fevral - Qriqorian təqvimi ilə ilin 41-ci günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1763 – Kanadanın idarəçiliyi Fransadan İngiltərəyə keçib.
- 1931 – Dehli Hindistanın paytaxtı olub.
- 1947 – Parisdə İkinci dünya müharibəsinin qalibləri və Almaniyanın keçmiş müttəfiqləri arasında saziş imzalanıb.
- 1995 – Almaatada 10 MDB dövləti "Vahid HHM sistemi" yaratmağa dair saziş imzalayıb
- 1996 – Harri Kasparov şahmatda kompüterə qalib gəlib.
Azərbaycanda olan hadisələr
- 1828 – İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalanmışdır.
- 1974 – Azərbaycan SSR Ali Soveti "10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tərtib edilməsi haqqında" qərar verib.
- 1992 – Azərbaycan Respublikası Meksika ilə diplomatik əlaqələr qurmuşdur.
- 1998 – Azərbaycan Respublikası Milli Məclisi ölkədə ölüm hökmünün tamamilə ləğv edilməsi barədə qərar verib.
Doğumlar
- 1890 – Boris Pasternak – rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958).
- 1942 – Rafiq Əliyev – texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
- 1963 – Candan Erçetin – türk müğənnisi.
Ölümlər
- 1755 – Şarl Lui Monteskyö - fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi.
- 1918 — II Əbdülhəmid, 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi.
- 1993 — Xəqani Axundov — Qarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi.
- 1994 — Qorxmaz Eyvazov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
- 2013 – Mahmud Kərimov – fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.