Wikipedia
3 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
3 fevral — Qriqorian təqvimi ilə ilin 34-cü günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1488 — Portuqal səyyah Bartolomeu Dias Afrika qitəsinin ən cənub nöqtəsi olan Ümid Burnuna çatmışdır.
- 1690 — Amerikada kağız pullar tətbiq edilməyə başlanmışdır.
- 1815 — İsveçrədə dünyada ilk pendir zavodu qurulmuşdur.
- 1916 — Böyük Britaniyada məcburi hərbi xidmət sistemi tətbiq edilmişdir.
- 1917 — Sərnişin gəmisinin vurulmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsmişdir.
- 1958 — Belçika, Niderland və Lüksemburq “Benelüks” qurumunu təşkil etmişdir.
- 1966 — SSRİ-nin “Luna 9” kosmik aparatı Ay səthinə uğurlu eniş etmişdir.
- 1969 — Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilmişdir.
- 1973 — Vyetnamda atəşkəs əldə edilmişdir.
- 1979 — Fransadan qayıdan imam Xomeyninin müvəqqəti hökuməti qurub.
- 1982 — SSRİ modeli “Mi-26” helikopteri 57 ton yükü 2000 metr yüksəkliyə qaldırıb. Bu rekord hələ təzələnməmişdir.
- 1994 —Rusiya və Gürcüstan arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb
Azərbaycanda olan hadisələr
- 1924 — Bakıda tramvay nəqliyyatı işə salınıb.
- 1926 — Azərbaycan SSR-də Q.Musabəyov (sədr), H.Sultanov D.Bünyadzadə və başqalarından ibarət respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı.
- 1993 – Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd - «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqavilə imzalanıb.
Müqavilə Gürcüstan rəhbəri Eduard Şevardnadzenin Bakıda prezident Əbülfəz Elçibəylə görüşünün yekunu olaraq imzalanıb.
Doğulanlar
- 1809 - Feliks Mendelson — alman bəstəkar (ö. 1847)
- 1821 - Elizabet Blekvel — amerikalı həkim (ö. 1910)
- 1909 - Simon Veyl — fransız yazıçısı, filosof (ö. 1943)
- 1920 - Mürtəza Mütəhhəri — iranlı alim, siyasətçi (ö. 1979)
- 1924 - Edvard Palmer Tompson — ingilis tarixçi
- 1944 - Fəthi Heper — türk futbolçu
- 1947 - Pol Oster — amerikalı yazıçı
- 1957 - Ulrix Karger — alman yazıçısı
- 1970 - Oskar Kordoba — kolumbiyalı futbol qapıçısı
- 1972 - Mart Poom — eston futbolçu
- 1993 - Getter Yaane — eston müğənni
- 1987 - Ço Kyuyun — koreyalı müğənni
Ölümlər
- 1451 - II Murad, 6. Osmanlı sultanı
- 1468 — İohan Qutenberq - kitab çapının müəllifi
Bayramlar və xüsusi günlər
