Wikipedia
11 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
11 fevral - Qriqorian təqvimi ilə ilin 42-ci günü.
Əhəmiyyətli hadisələr
- 1943 - Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
- 1945 Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
Dünyada olan hadisələr
- 1873 - İspaniyada Birinci Respublika bərqərar olub.
- 1953 - SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
- 1959 - Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
- 1979 - İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
- 1990 - Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
- 2005 - Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
Azərbaycanda olan hadisələr
- 1920 - Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
- 1920 - Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
- 1921 - Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
- 1935 - Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
- 1984 - Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
- 1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
- 2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
- 2006 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb.
Doğumlar
- 1847 – Tomas Alva Edison – amerikalı elektrotexnik, ixtiraçı (ö. 1931)
- 1914 – Rəmziyyə Veysəlova – Xalq artisti.
- 1969 – Cennifer Eniston – amerikalı aktrisa.
Ölümlər
- 1829 – Aleksandr Qriboyedov – rus səfiri, Tehranda qətlə yetirilib.
- 1948 – Sergey Eyzenşteyn – Sovet kinorejissoru.
- 1980 – Əliağa Kürçaylı– Azərbaycan şairi
- 1981 – Möhsün Sənani – Azərbaycan aktyoru.
- 2009 – Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib.
- 2012 – Elza İbrahimova – Azərbaycan bəstəkarı.
- 2012 – Vitni Hyuston – ABŞ müğənnisi.
Bayramlar və xüsusi günlər
- Azərbaycan, Vergi xidməti işçilərinin peşə bayramı günü