| Körpülü Nöman Paşa | |
|---|---|
| osman. كوبريللى نعمان پاشا türk. Köprülüzade Numan Paşa | |
| 16 iyun 1710 – 16 avqust 1710 | |
| Əvvəlki | Çorlulu Kürəkən Əli Paşa |
| Sonrakı | Baltaçı Mehmed Paşa |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 mart 1674 |
| Doğum yeri | |
| Vəfat tarixi | 6 fevral 1719 (44 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Fəaliyyəti | siyasətçi, yazıçı |
| Atası | Körpülü Fazil Mustafa Paşa |
| Həyat yoldaşları | Ruqiyə xanım Aişə Sultan |
| Uşaqları | Əl-hac Əhməd Paşa Vəliyə xanım Rabiyə xanım |
| Ailəsi | Körpülülər |
| Dini | islam |
| Rütbəsi | |
Körpülü Nöman Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası – 6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Həyatı
| ]İlk illəri
| ]17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi. Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi. Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi. Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi.
Ərzurum bəylərbəyliyi dövrü
| ]Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Nöman Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı. Ancaq evlilik üçün gözləməli olan Nöman Paşa 28 fevral 1701-ci ildə Ərzurum bəylərbəyi təyin edildi. Buradakı ilk fəaliyyəti isə bəzi əlavə vergiləri ləğv etmək oldu. Ardından Van əyaləti ilə davam edən sərhəd probleminin həlliylə məşğul oldu. Əyalətdəki yeniçəriləri siyahıya aldırdı və bu yolla haqsız qazanc əldə edən şəxslər aşkarlanaraq cəzalandırıldı.
Anadolu bəylərbəyliyi dövrü
| ]Ərzurumdakı xidmətinin ardından 10 oktyabr 1702-ci ildə Anadolu bəylərbəyi təyin edildi. Onun Anadoluya təyin edilməsində başlıca səbəb isə hamisi olan Hüseyn Paşanın vəzifədən uzaqlaşması oldu. Ancaq bu vəzifədə çox qalmadı. 1703-cü ildə baş tutan Ədirnə hadisələrindən bir neçə gün öncə əmrindəki 8 min nəfərlik birliklə Ədirnəyə çağırıldı. Məqsəd İstanbula iğtişaşlar törədən üsyançıların Ədirnəyə hücumunun qarşısını almaq idi. Ancaq Anadolu birliklərinin gecikməsi və Sultan Mustafanın qardaş qanı tökməkdən imtina etməsiylə taxt dəyişikliyinə gedildi. Taxtdan çəkilən Sultan Mustafa özüylə birlikdə Ədirnəyə gətirdiyi qardaşı Şahzadə Əhmədi taxta çıxardı.
Əyalətlərdəki fəaliyyəti
| ]Taxt dəyişikliyinin ardından 1703-cü ilin noyabrında Əyriboz sancaqbəyliyi, 1704-cü ilin sentyabrında isə Kandiyə qalasının mühafizəsiylə vəziləndirilən Nöman Paşanın bu dövrdəki fəaliyyətləri haqqında yetərli məlumat yoxdur. 10 fevral 1706-cı ildə boğazların, 3 may 1706-cı ildə isə ikinci dəfə Kandiyə qalasının mühafizəsiylə vəziləndirildi. Bu vəzifədə ikən illərdir nişanlı olduğu Ayşə Sultanla evlənməsinə icazə verildi. 9 aprel 1708-ci ildə Topqapı sarayında keçirilən mərasimlə Nöman Paşa Ayşə Sultanla, sədrəzəm Çorlulu Əli Paşa isə Əminə Sultanla nigahlandı. Ancaq gəlinin hələ 12 yaşında olması səbəbilə bu toy mərasimi formal olaraq keçirildi və evliliyin "tamamlanması" üçün gəlinin həddi-büluğa çatması gözlənildi.
Mərasimdən təxminən bir il sonra 1709-cu ilin iyulunda yenidən Əyriboz sancaqbəyliyinə təyin edilən Nöman Paşa, həmin ilin dekabrında Bosniya bəylərbəyliyinə gətirildi. Ancaq onun vəzifə yeri olan Bosniyaya yox, İstanbula gəlməsi tələb olundu. Buna səbəb isə daha öncə toy mərasiminin olduğu Ayşə Sultanla olan evliliyinin hələ də "tamamlanmamış" olması idi. 14 mart 1710-cu ildə Topqapı sarayında bu münasibətlə ziyafət verildi və cütlük mərasimin ardından vaxtilə şeyxülislam Feyzullah Əfəndiyə aid olan, ancaq üsyanın ardından dövlət tərəfindən müsadirə edilən Zeyrək sarayında məskunlaşdı.
Çox keçmədən 17 may 1710-cu ildə Belqrad qalasının mühafizəsiylə vəzifələndirilən Nöman Paşa yenə vəzifə yerinə getməyərək İstanbulda saxlanıldı. Buna səbəb isə sədrəzəm Çorlulu Əli Paşaya qarşı birləşən Başmaqçızadə Əli Əfəndi, Silahdar Əli ağa və Darüssəadə ağası Süleyman ağanın da qatıldığı müxalif qrup idi. Bu müxalif qrupun səyləriylə çox keçmədən sədrəzəm Çorlulu Əli Paşa 15 iyun 1710-cu ildə vəzifədən alınaraq sürgün olundu və yerinə Nöman Paşa sədrəzəm təyin edildi. (Sofa köşkü)nə dəvət edilən Nöman Paşaya burada sədarət möhürü təqdim olundu və xilat geyindirildi.
Sədarət dövrü
| ]Sədarətə gətirildikdən sonra bəzi vəzifələrdə dəyişiklik edən Nöman Paşa qardaşı nı Belqrad qalasının mühafizəsiylə, bibisi oğlu Əli Paşanı isə Diyarbəkir bəylərbəyliyi ilə vəzifələndirdi. Ancaq o illərdə təyinat məsələləri Sultan Əhməddən çox, ətrafındakı bəzi şəxslərin əlində idi. Bu şəxslərin istəyi və tələbiylə bir çox mühüm vəzifələrə yeni təyinatlar oldu. Validə Gülnuş Sultanın istəyilə İstanköydə sürgündə olan sabiq sədrəzəmlərdən Hacı Əhməd Paşa bağışlandı və Kandiyə qalasının mühafizəsiylə vəzifələndirildi. Digər yandan Sultan Əhmədin silahdarı və kürəkəni olan Silahdar Əli ağanın səyləriylə, sabiq şeyxülislam Başmaqçızadə Əli Əfəndi yenidən vəzifəsinə qaytarıldı.
Təyinat məsələləri bitdikdən sonra İsveç kralı XII Karlla bağlı davam edən problemin həlliylə məşğul olan Nöman Paşa kralın İstanbuldakı təmsilçisiylə görüşərək müzakirələr apardı. İlk addımda 30 min nəfərlik xüsusi birliklə İsveç kralının ölkəsinə aparılması qərarlaşdırılsa da, kral bunu qəbul etmədi və ruslara qarşı Osmanlıları müharibəyə təhrik etməyə başladı. Bütün bu danışıqların getdiyi ərəfədə Nöman Paşa vəzifədən alındı (18 avqust 1710). Buna səbəb isə İsveç-Rusiya müharibəsini qızışdırmaq və Osmanlı imperiyasını da tərəf olaraq bu müharibəyə daxil etmək göstərilsə də, əsas səbəbkar Sultan Əhmədin silahdarı və dövrün pərdə arxası gücü olan Silahdar Əli ağa idi.
Sonrakı fəaliyyətləri
| ]Darüssəadə ağası Süleyman ağa vasitəsilə sədarət möhürü əlindən alınan Nöman Paşa Əyriboz sancaqbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Çox keçmədən həmin ilin noyabrında vəzifə yeri Hanya olaraq dəyişdirilsə də, 1711-ci ilin dekabrında yenidən Kandiyə qalasının mühafizəsiylə vəzifələndirildi. Keçmiş rəqibi və vəzifədən alınmasında mühüm rol oynayan Silahdar Əli Paşanın sədarətə gəlməsinin ardından vəzifədən alındı və 7 noyabr 1713-cü ildə Yanya sancaqbəyliyinə, 24 yanvar 1714-cü ildə isə Bosniya bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən indiki Monteneqroda ayaqlanmanın yatırılmasıyla vəzifələndirildi və toplanan ordunun nizama salınmasının ardından 14 oktyabr 1714-cü ildə səfərə çıxıldı. 20 noyabra qədər davam edən səfər əsnasında bölgənin mərkəzi Çetinye şəhəri talan edildi. Mükafat olaraq 1714-cü ilin dekabrında ikinci dəfə Belqrad mühafizi təyin edilən Nöman Paşa, sədrəzəm Silahdar Əli Paşanın onu rəqib görməsiylə vəzifədən alındı və 17 aprel 1715-ci ildə İçel sancaqbəyliyinə gətirildi. Burada yerli quldurlarla mübarizə aparan Nöman Paşa sədrəzəmin Avstriyaya qarşı məğlub olması və şəhid edilməsinin ardından, 1716-cı ilin dekabrında yenidən Bosniya bəylərbəyi təyin edildi. 1717-ci ilin iyununda Bosniyaya gələn Nöman Paşa Belqradın itirilməsinə mane ola bilmədi. Cəbhədə qazandığı kiçik zəfərlər istisna olmaqla, Osmanlı ordusu bu səfərdə ağır itkilər verdi. Nəhayət, sülh tərəfdarı Nevşəhərli İbrahim Paşanın sədarətə gəlməsiylə sülh danışıqları sürətləndi və 21 iyul 1718-ci ildə tərəflər arasında məşhur Pasarofça sülhü imzalandı.
Səfər davam edərkən İstanbulda da canlanma var idi. Cəbhədə qazandığı qələbələrin ardından qardaşı Əsad bəy 2 yanvar 1718-ci ildə vəzir rütbəsilə Mosul bəylərbəyi təyin edildi. Digər yandan 1718-ci ilin iyulunda Zeyrəkdə baş verən yanğın əsnasında vaxtilə xanımı Ayşə Sultanla yaşadığı Zeyrək sarayı da külə çevrildi.
Ölümü
| ]Sülhün təmin edilməsinin ardından 1718-ci ilin avqustunda yenidən Kandiyə qalasının mühafizəsiylə vəzifələndirilən Nöman Paşa bu vəzifəsində ikən humma xəstəliyinə tutuldu və çox keçmədən 6 fevral 1719-cu ildə vəfat etdi. Cənazəsi əmisi Fazil Əhməd Paşanın Kandiyədəki məscidinin həyətinə dəfn olunan Nöman Paşanın məzarı üzərində oğlu Əl-hac Əhməd Paşa tərəfindən türbə inşa edildi.
Xeyriyyə işləri
| ]Öldüyü əsnada 44 yaşında olan Körpülü Nöman Paşa ölümünün ardından geridə xeyrli əsər qoymuşdur. Kandiyədə 11 otaqlı mədrəsə və bir çeşmə inşa etdirən Nöman Paşanın qızı Vəliyə xanımın türbəsi də bu çeşmənin yanında yerləşir. Bundan başqa Salonikidə bir məscid və təkyə inşa etdirmiş, Nöman Paşa məscidi adlanan bu məscidin daxilində Sünbüliyyə təriqətinə məxsus təkyə də fəaliyyət göstərmişdir.
Ailəsi
| ]İlk evliliyi Ruqiyyə xanımla (ö. 18 iyun 1733) baş tutan Nöman Paşanın bu nikahdan Əl-hac Əhməd Paşa (ö. 1769), Vəliyə xanım və Rabiyə xanım adlı 3 övladının olduğu bilinir. Qızlarından Rabiyə xanımı qardaşı nın oğlu Əbdürrəhman Paşayla evləndirmişdir.
Ancaq saray ənənəsinə görə Ayşə Sultanla nigahlandığı əsnada bu xanımından boşanmışdır. İkinci evliliyindən isə övladı yoxdur.
Mənbə
| ]- Behcetî, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, vr. 182b-186a;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 463-467, 485, 595-596, 708, 709, 710, 711;
- Râşid, Târih, III, 137, 245-246, 323-327, 330, 331;
- Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271, s. 12-14;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 100;
- Hammer, HEO, XIII, 196, 218-223;
- İsmet, Tekmiletü’ş-Şekāik, s. 164;
- Sicill-i Osmânî, IV, 568-569;
- Ahmed Refik [Altınay], Memâlik-i Osmâniyye’de Demirbaş Şarl, İstanbul 1332, s. 30-31;
- Osmanlı Müellifleri, I, 267;
- Uzunçarşılı, Osmanlı Tarihi, VI/1, s. 32, 99-101, 137;
- Danişmend, Kronoloji2, IV, 3;
- Tayyib Gökbilgin, “Köprülü”, İA, VI, 905-907;
- a.mlf. - R. C. Repp, “Köprülü”, EI2 (İng.), V, 262-263.
İstinadlar
| ]- https://islamansiklopedisi.org.tr/kopruluzade-numan-pasa.
- Akdes Nimet Kurat, İsveç Kralı XII. Karl’ın Türkiye’de Kalışı ve Bu Sıralarda Osmanlı İmparatorluğu, İstanbul 1943, s. 15, 25, 220, 225-228, 229-249, 264-267, 270-271, 281, 285, 286, 314, 327-330, 348;
- Silâhdar, Nusretnâme (haz. Mehmet Topal, doktora tezi, İstanbul 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 550, 666, 684, 717, 723, 727-728, 730, 757, 860, 865;
- D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 326-329, 514-515;
- a.mlf., “XVIII. Yüzyıl Başı Avrupa Umumî Harbi’nde Türklerin Tarafsızlığı”, TTK Belleten, VII/26 (1943), s. 265-268;
- Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 148, 160, 225, 285;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 801;
- Abdullah b. Süleyman, Menakıbu Numan Paşa ve Tarihuhu, Köprülü Yazma Eser Kütüphanesi, Hafız Ahmed Paşa, no. 34 Ha 217/1, vr. 5b
- Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA), Mühimme Defterleri, no.101
- Özcan, Abdülkadir, “Köprülüzâde Fâzıl Mustafa Paşa”, DİA, c. 26, Ankara 2002, s. 263-265
- Dimitri Kantemir, Osmanlı İmparatorluğu'nun Yükseliş ve Çöküş Tarihi, çev. Özdemir Çobanoğlu, c. II, İstanbul 1998, s. 1032-1033
- Özlem Seçkin, 111 Numaralı Mühimme Defteri’nin 508-709. Sayfalarının Transkripsiyonu ve Değerlendirilmesi, Yayımlanmamış Yüksek Lisans Tezi, Artvin Çoruh Üniversitesi Lisansüstü Eğitim Üstü Enstitüsü Tarih Anabilim Dalı, Artvin 2020, s. 55-56.
- Joseph de Tournefort, Tournefort Seyahatnamesi, haz. Stefanos Yerasimos, çev. Teoman Tunçdoğan, c. II, İstanbul 2013, s. 48.
- Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). Mühimme Defterleri 112, sayfa 827
- Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). Mühimme Defterleri 112, sayfa 468
- Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). II. Mustafa (AE.SMST.II.), nr. 106/11459
- ABOU EL-HAJ, Rifa’at Ali, 1703 İsyanı ve Osmanlı Siyasasının Yapısı, çev. Çağdaş Sümer, Ankara 2011
- Mersiye fi Numan Paşa el-Köprülü, Köprülü Yazma Eser Kütüphanesi, Hafız Ahmed Paşa no. 34 Ha 360/3, vr. 19b
- Ekrem Hakkı Ayverdi, Avrupa’da Osmanlı Mimâri Eserleri (Bulgaristan, Yunanistan, Arnavudluk), c. 4, İstanbul 1982, s. 216
- TOPÇU, Sultan Murat. “Köprülüzade Abdullah Paşa’nın 15 Cemadiel-evvel 1133- M. 14 Mart 1721 Tarihli Vakfiyesine Göre İmar Faaliyetleri ve Bani Kişiliği” Uluslarlarası Sosyal Araştırmalar Dergisi, c. 4, say 17, Bahar 2011, s. 405- 415
- İstanbul Kadı Sicilleri, Bab Mahkemesi, 150 Numaralı Sicil (H. 1143-1144/ M. 1730-1732), proje yön. Mehmet Akif Aydın, ed. Coşkun Yılmaz, çev. Ali Coşkun, Abdullah Sivridağ, c. 65, İstanbul 2019, s. 460., orj. mtn. no. 110a-4
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Korpulu Noman Pasaosman كوبريللى نعمان پاشا turk Kopruluzade Numan PasaOsmanli sedrezemi16 iyun 1710 16 avqust 1710EvvelkiCorlulu Kureken Eli PasaSonrakiBaltaci Mehmed PasaSexsi melumatlarDogum tarixi 17 mart 1674 1674 03 17 Dogum yeri Edirne Osmanli imperiyasiVefat tarixi 6 fevral 1719 1719 02 06 44 yasinda Vefat yeri Iraklion Krit vilayetiDefn yeri IraklionFealiyyeti siyasetci yaziciAtasi Korpulu Fazil Mustafa PasaHeyat yoldaslari Ruqiye xanim Aise SultanUsaqlari El hac Ehmed Pasa Veliye xanim Rabiye xanimAilesi KorpululerDini islamRutbesi general Korpulu Noman Pasa 17 mart 1674 Edirne Osmanli imperiyasi 6 fevral 1719 Iraklion Krit vilayeti III Ehmed seltenetinde 4 il 1 ay 12 gun sedrezem olmus Osmanli dovlet adami Heyati span Ilk illeri span 17 mart 1674 cu ilde Edirnede dunyaya geldi Atasi Korpulu Fazil Mustafa Pasadir Atasinin 1691 ci ilde Avstriya uzerine cixdigi son sefer esnasinda dovlet tecrubesi qazanmasi meqsedile Rumelide yerlesen arxa cebheye gonderildi Sefer davam ederken iyul ayinda Modava alaybeyi teyin olunaraq Dunay cayi sahilindeki Irsova qalasinin temiriyle vezifelendirildi Ancaq o esnada bas tutan Salankamen doyusunde atasi sehid dusdu ve Osmanli ordusu meglub edildi Hele 17 yasinda iken atasinin olumuyle emisi oglu Huseyn Pasa terefinden himaye edildi Erzurum beylerbeyliyi dovru span Huseyn Pasanin 1697 ci ilde sedarete getirilmesi Noman Pasanin da yolunu acdi 3 iyul 1700 cu ilde Istanbula cagirildi ve altinci vezir olaraq divana daxil oldu Bununla yanasi Sultan Mustafanin qizlarindan 7 yasli Ayse Sultanla nisanlandi Ancaq evlilik ucun gozlemeli olan Noman Pasa 28 fevral 1701 ci ilde Erzurum beylerbeyi teyin edildi Buradaki ilk fealiyyeti ise bezi elave vergileri legv etmek oldu Ardindan Van eyaleti ile davam eden serhed probleminin helliyle mesgul oldu Eyaletdeki yenicerileri siyahiya aldirdi ve bu yolla haqsiz qazanc elde eden sexsler askarlanaraq cezalandirildi Anadolu beylerbeyliyi dovru span Erzurumdaki xidmetinin ardindan 10 oktyabr 1702 ci ilde Anadolu beylerbeyi teyin edildi Onun Anadoluya teyin edilmesinde baslica sebeb ise hamisi olan Huseyn Pasanin vezifeden uzaqlasmasi oldu Ancaq bu vezifede cox qalmadi 1703 cu ilde bas tutan Edirne hadiselerinden bir nece gun once emrindeki 8 min neferlik birlikle Edirneye cagirildi Meqsed Istanbula igtisaslar toreden usyancilarin Edirneye hucumunun qarsisini almaq idi Ancaq Anadolu birliklerinin gecikmesi ve Sultan Mustafanin qardas qani tokmekden imtina etmesiyle taxt deyisikliyine gedildi Taxtdan cekilen Sultan Mustafa ozuyle birlikde Edirneye getirdiyi qardasi Sahzade Ehmedi taxta cixardi Eyaletlerdeki fealiyyeti span Taxt deyisikliyinin ardindan 1703 cu ilin noyabrinda Eyriboz sancaqbeyliyi 1704 cu ilin sentyabrinda ise Kandiye qalasinin muhafizesiyle vezilendirilen Noman Pasanin bu dovrdeki fealiyyetleri haqqinda yeterli melumat yoxdur 10 fevral 1706 ci ilde bogazlarin 3 may 1706 ci ilde ise ikinci defe Kandiye qalasinin muhafizesiyle vezilendirildi Bu vezifede iken illerdir nisanli oldugu Ayse Sultanla evlenmesine icaze verildi 9 aprel 1708 ci ilde Topqapi sarayinda kecirilen merasimle Noman Pasa Ayse Sultanla sedrezem Corlulu Eli Pasa ise Emine Sultanla nigahlandi Ancaq gelinin hele 12 yasinda olmasi sebebile bu toy merasimi formal olaraq kecirildi ve evliliyin tamamlanmasi ucun gelinin heddi buluga catmasi gozlenildi Merasimden texminen bir il sonra 1709 cu ilin iyulunda yeniden Eyriboz sancaqbeyliyine teyin edilen Noman Pasa hemin ilin dekabrinda Bosniya beylerbeyliyine getirildi Ancaq onun vezife yeri olan Bosniyaya yox Istanbula gelmesi teleb olundu Buna sebeb ise daha once toy merasiminin oldugu Ayse Sultanla olan evliliyinin hele de tamamlanmamis olmasi idi 14 mart 1710 cu ilde Topqapi sarayinda bu munasibetle ziyafet verildi ve cutluk merasimin ardindan vaxtile seyxulislam Feyzullah Efendiye aid olan ancaq usyanin ardindan dovlet terefinden musadire edilen Zeyrek sarayinda meskunlasdi Cox kecmeden 17 may 1710 cu ilde Belqrad qalasinin muhafizesiyle vezifelendirilen Noman Pasa yene vezife yerine getmeyerek Istanbulda saxlanildi Buna sebeb ise sedrezem Corlulu Eli Pasaya qarsi birlesen Basmaqcizade Eli Efendi Silahdar Eli aga ve Darusseade agasi Suleyman aganin da qatildigi muxalif qrup idi Bu muxalif qrupun seyleriyle cox kecmeden sedrezem Corlulu Eli Pasa 15 iyun 1710 cu ilde vezifeden alinaraq surgun olundu ve yerine Noman Pasa sedrezem teyin edildi Sofa koskune devet edilen Noman Pasaya burada sedaret mohuru teqdim olundu ve xilat geyindirildi Sedaret dovru span Sedarete getirildikden sonra bezi vezifelerde deyisiklik eden Noman Pasa qardasi ni Belqrad qalasinin muhafizesiyle bibisi oglu Eli Pasani ise Diyarbekir beylerbeyliyi ile vezifelendirdi Ancaq o illerde teyinat meseleleri Sultan Ehmedden cox etrafindaki bezi sexslerin elinde idi Bu sexslerin isteyi ve telebiyle bir cox muhum vezifelere yeni teyinatlar oldu Valide Gulnus Sultanin isteyile Istankoyde surgunde olan sabiq sedrezemlerden Haci Ehmed Pasa bagislandi ve Kandiye qalasinin muhafizesiyle vezifelendirildi Diger yandan Sultan Ehmedin silahdari ve kurekeni olan Silahdar Eli aganin seyleriyle sabiq seyxulislam Basmaqcizade Eli Efendi yeniden vezifesine qaytarildi Teyinat meseleleri bitdikden sonra Isvec krali XII Karlla bagli davam eden problemin helliyle mesgul olan Noman Pasa kralin Istanbuldaki temsilcisiyle goruserek muzakireler apardi Ilk addimda 30 min neferlik xususi birlikle Isvec kralinin olkesine aparilmasi qerarlasdirilsa da kral bunu qebul etmedi ve ruslara qarsi Osmanlilari muharibeye tehrik etmeye basladi Butun bu danisiqlarin getdiyi erefede Noman Pasa vezifeden alindi 18 avqust 1710 Buna sebeb ise Isvec Rusiya muharibesini qizisdirmaq ve Osmanli imperiyasini da teref olaraq bu muharibeye daxil etmek gosterilse de esas sebebkar Sultan Ehmedin silahdari ve dovrun perde arxasi gucu olan Silahdar Eli aga idi Sonraki fealiyyetleri span Darusseade agasi Suleyman aga vasitesile sedaret mohuru elinden alinan Noman Pasa Eyriboz sancaqbeyi teyin edilerek paytaxtdan uzaqlasdirildi Cox kecmeden hemin ilin noyabrinda vezife yeri Hanya olaraq deyisdirilse de 1711 ci ilin dekabrinda yeniden Kandiye qalasinin muhafizesiyle vezifelendirildi Kecmis reqibi ve vezifeden alinmasinda muhum rol oynayan Silahdar Eli Pasanin sedarete gelmesinin ardindan vezifeden alindi ve 7 noyabr 1713 cu ilde Yanya sancaqbeyliyine 24 yanvar 1714 cu ilde ise Bosniya beylerbeyliyine getirildi Bu vezifede iken indiki Monteneqroda ayaqlanmanin yatirilmasiyla vezifelendirildi ve toplanan ordunun nizama salinmasinin ardindan 14 oktyabr 1714 cu ilde sefere cixildi 20 noyabra qeder davam eden sefer esnasinda bolgenin merkezi Cetinye seheri talan edildi Mukafat olaraq 1714 cu ilin dekabrinda ikinci defe Belqrad muhafizi teyin edilen Noman Pasa sedrezem Silahdar Eli Pasanin onu reqib gormesiyle vezifeden alindi ve 17 aprel 1715 ci ilde Icel sancaqbeyliyine getirildi Burada yerli quldurlarla mubarize aparan Noman Pasa sedrezemin Avstriyaya qarsi meglub olmasi ve sehid edilmesinin ardindan 1716 ci ilin dekabrinda yeniden Bosniya beylerbeyi teyin edildi 1717 ci ilin iyununda Bosniyaya gelen Noman Pasa Belqradin itirilmesine mane ola bilmedi Cebhede qazandigi kicik zeferler istisna olmaqla Osmanli ordusu bu seferde agir itkiler verdi Nehayet sulh terefdari Nevseherli Ibrahim Pasanin sedarete gelmesiyle sulh danisiqlari suretlendi ve 21 iyul 1718 ci ilde terefler arasinda meshur Pasarofca sulhu imzalandi Sefer davam ederken Istanbulda da canlanma var idi Cebhede qazandigi qelebelerin ardindan qardasi Esad bey 2 yanvar 1718 ci ilde vezir rutbesile Mosul beylerbeyi teyin edildi Diger yandan 1718 ci ilin iyulunda Zeyrekde bas veren yangin esnasinda vaxtile xanimi Ayse Sultanla yasadigi Zeyrek sarayi da kule cevrildi Olumu span Sulhun temin edilmesinin ardindan 1718 ci ilin avqustunda yeniden Kandiye qalasinin muhafizesiyle vezifelendirilen Noman Pasa bu vezifesinde iken humma xesteliyine tutuldu ve cox kecmeden 6 fevral 1719 cu ilde vefat etdi Cenazesi emisi Fazil Ehmed Pasanin Kandiyedeki mescidinin heyetine defn olunan Noman Pasanin mezari uzerinde oglu El hac Ehmed Pasa terefinden turbe insa edildi Xeyriyye isleri span Olduyu esnada 44 yasinda olan Korpulu Noman Pasa olumunun ardindan geride xeyrli eser qoymusdur Kandiyede 11 otaqli medrese ve bir cesme insa etdiren Noman Pasanin qizi Veliye xanimin turbesi de bu cesmenin yaninda yerlesir Bundan basqa Salonikide bir mescid ve tekye insa etdirmis Noman Pasa mescidi adlanan bu mescidin daxilinde Sunbuliyye teriqetine mexsus tekye de fealiyyet gostermisdir Ailesi span Ilk evliliyi Ruqiyye xanimla o 18 iyun 1733 bas tutan Noman Pasanin bu nikahdan El hac Ehmed Pasa o 1769 Veliye xanim ve Rabiye xanim adli 3 ovladinin oldugu bilinir Qizlarindan Rabiye xanimi qardasi nin oglu Ebdurrehman Pasayla evlendirmisdir Ancaq saray enenesine gore Ayse Sultanla nigahlandigi esnada bu xanimindan bosanmisdir Ikinci evliliyinden ise ovladi yoxdur Menbe span Behceti Silsiletu l Asafiyye Koprulu Ktp Ahmed Pasa nr 212 vr 182b 186a Seyhi Vekayiu l fuzala II III 463 467 485 595 596 708 709 710 711 Rasid Tarih III 137 245 246 323 327 330 331 Dilaver Agazade Omer Zeyl i Hadikatu l vuzera Istanbul 1271 s 12 14 Ayvansarayi Vefeyat i Selatin s 100 Hammer HEO XIII 196 218 223 Ismet Tekmiletu s Sekaik s 164 Sicill i Osmani IV 568 569 Ahmed Refik Altinay Memalik i Osmaniyye de Demirbas Sarl Istanbul 1332 s 30 31 Osmanli Muellifleri I 267 Uzuncarsili Osmanli Tarihi VI 1 s 32 99 101 137 Danismend Kronoloji2 IV 3 Tayyib Gokbilgin Koprulu IA VI 905 907 a mlf R C Repp Koprulu EI2 Ing V 262 263 Istinadlar span https islamansiklopedisi org tr kopruluzade numan pasa Akdes Nimet Kurat Isvec Krali XII Karl in Turkiye de Kalisi ve Bu Siralarda Osmanli Imparatorlugu Istanbul 1943 s 15 25 220 225 228 229 249 264 267 270 271 281 285 286 314 327 330 348 Silahdar Nusretname haz Mehmet Topal doktora tezi Istanbul 2001 MU Sosyal Bilimler Enstitusu s 550 666 684 717 723 727 728 730 757 860 865 D Kantemir Osmanli Imparatorlugunun Yukselis ve Cokus Tarihi trc Ozdemir Cobanoglu Ankara 1980 III 326 329 514 515 a mlf XVIII Yuzyil Basi Avrupa Umumi Harbi nde Turklerin Tarafsizligi TTK Belleten VII 26 1943 s 265 268 Anonim Osmanli Tarihi 1099 1116 1688 1704 haz Abdulkadir Ozcan Ankara 2000 s 148 160 225 285 Defterdar Sari Mehmed Pasa Zubde i Vekayiat haz Abdulkadir Ozcan Ankara 1995 s 801 Abdullah b Suleyman Menakibu Numan Pasa ve Tarihuhu Koprulu Yazma Eser Kutuphanesi Hafiz Ahmed Pasa no 34 Ha 217 1 vr 5b Cumhurbaskanligi Osmanli Arsivi BOA Muhimme Defterleri no 101 Ozcan Abdulkadir Kopruluzade Fazil Mustafa Pasa DIA c 26 Ankara 2002 s 263 265 Dimitri Kantemir Osmanli Imparatorlugu nun Yukselis ve Cokus Tarihi cev Ozdemir Cobanoglu c II Istanbul 1998 s 1032 1033 Ozlem Seckin 111 Numarali Muhimme Defteri nin 508 709 Sayfalarinin Transkripsiyonu ve Degerlendirilmesi Yayimlanmamis Yuksek Lisans Tezi Artvin Coruh Universitesi Lisansustu Egitim Ustu Enstitusu Tarih Anabilim Dali Artvin 2020 s 55 56 Joseph de Tournefort Tournefort Seyahatnamesi haz Stefanos Yerasimos cev Teoman Tuncdogan c II Istanbul 2013 s 48 Cumhurbaskanligi Osmanli Arsivi BOA Muhimme Defterleri 112 sayfa 827 Cumhurbaskanligi Osmanli Arsivi BOA Muhimme Defterleri 112 sayfa 468 Cumhurbaskanligi Osmanli Arsivi BOA II Mustafa AE SMST II nr 106 11459 ABOU EL HAJ Rifa at Ali 1703 Isyani ve Osmanli Siyasasinin Yapisi cev Cagdas Sumer Ankara 2011 Mersiye fi Numan Pasa el Koprulu Koprulu Yazma Eser Kutuphanesi Hafiz Ahmed Pasa no 34 Ha 360 3 vr 19b Ekrem Hakki Ayverdi Avrupa da Osmanli Mimari Eserleri Bulgaristan Yunanistan Arnavudluk c 4 Istanbul 1982 s 216 TOPCU Sultan Murat Kopruluzade Abdullah Pasa nin 15 Cemadiel evvel 1133 M 14 Mart 1721 Tarihli Vakfiyesine Gore Imar Faaliyetleri ve Bani Kisiligi Uluslarlarasi Sosyal Arastirmalar Dergisi c 4 say 17 Bahar 2011 s 405 415 Istanbul Kadi Sicilleri Bab Mahkemesi 150 Numarali Sicil H 1143 1144 M 1730 1732 proje yon Mehmet Akif Aydin ed Coskun Yilmaz cev Ali Coskun Abdullah Sivridag c 65 Istanbul 2019 s 460 orj mtn no 110a 4III EhmedAilesiEmetullah Rabiye Gulnus Sultan Emine Mehrisah Sultan Rabiye Sermi Sultan Xurrem Qadinefendi III Mustafa Sahzade Noman I Ebdulhemid Fatma Sultan Ummugulsum Sultan Aise Sultan Salehe Sultan Zeyneb Sultan Esma Sultan Zubeyde Sultan Xedice Sultan Etiqe SultanSedrezemlerRami Mehmed Pasa Nisanci Ehmed Pasa Kureken Hesen Pasa Haci Ehmed Pasa Baltaci Mehmed Pasa Corlulu Kureken Eli Pasa Korpulu Noman Pasa Gurcu Yusif Pasa Silahdar Suleyman Pasa Xoca Ibrahim Pasa Sehid Eli Pasa Haci Xelil Pasa Nevseherli Kureken Ibrahim Pasa Silahdar Mehmed PasaKaptan i deryalarAsci Mehmed Pasa Kicik Osman Pasa Baltaci Mehmed Pasa Ebdurrehman Pasa Pasazade Mehmed Pasa Kirli Ehmed Pasa Xoca Ibrahim Pasa Silahdar Suleyman Pasa Canim Xoca Mehmed Pasa Ibrahim Pasa Qaymaq Mustafa PasaSeyxulislamlarBasmaqcizade Eli Efendi Imam Mehmed Efendi Sedreddinzade Sadiq Mehmed Efendi Ebezade Abdullah Efendi Mehmed Ataullah Efendi Imam i sehriyari Mahmud Efendi Mirze Mustafa Efendi Menteszade Ebdurrehim Efendi Ebu Ishaq Ismayil Efendi Yeniseherli Abdullah Efendi Mirzezade Seyx Mehmed Efendi Kateqoriyalar 17 martda dogulanlar1674 cu ilde dogulanlarEdirnede dogulanlar6 fevralda vefat edenler1719 cu ilde vefat edenler44 yasinda vefat edenlerIraklionda vefat edenlerKorpululerElifba sirasina gore vezifeli sexslerKrit hokmdarlariGizli kateqoriyalar Vikipediya Cografi zenciri olan sehifelerVikipediya Vikidatada menbeleri olan meqalelerVikipediya Ferqli cografi zencirleri olan sehifeler
